H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI


Tarixi, yayılması  və məhsuldarlığı



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

154 
 
Tarixi, yayılması  və məhsuldarlığı. Evqenollu reyhanın vətəni 
c
ənubi  Asiya hesab edilir. Lakin bu bitki Cənubi Avropa ölkələrinə 
d
ə  çoxdan məlumdur. Azərbaycanda, xüsusən  Abşeron  kəndlərində 
reyhan 
ətirli tərəvəz bitkisi kimi çoxdan bəri  geniş  miqyasda  becə-
rilir. Rusiyada onu 1937-ci ild
ən becərməyə başlamışlar. Hazırda ən 
çox Gürcüstanda bec
ərilir. Burada onun əkin sahəsi 1000 hektara 
yaxındır. Vegetativ kütlə məhsuldarlığı hektardan 6-10 ton-dur.
 
Botaniki t
əsviri və  bioloji xüsusiyyətləri.  Dalamazkimilər  (La-
miaceae)  f
əsiləsinin reyhan (Ocimum)  cinsi özündə  150-yə  qədər 
növü birl
əşdirir.  Efir  yağlı  bitki  kimi  isə  təkcə  bir növü evqenollu 
reyhan (O. gratissimum L. ) bec
ərilir 
(r
əngli şəkil 31)
.
  
Bu bitkinin bir-birind
ən fərqlənən bir neçə növ müxtəlifliyi vardır. 
Onlardan aşağıdakıları göstərmək olar: 
 
1. Xırda yarpaqlı, yığcam kol və qırmızımtıl həm də xırda çiçək 
salxımı əmələ gətirən reyhan; 
2. İri yarpaq və çiçək, həm də hündür kol əmələ gətirən reyhan; 
3. Qaşığabənzər iri yarpaq əmələ gətirən reyhan; 
4. D
əstəyəbənzər, alçaq boylu və  yığcam kol əmələ  gətirən  
reyhan. 
Reyhanın əsasən  yaşıl və qonuru-bənövşəyi rənglərini becərirlər. 
Bu  formaların  hər  ikisi  orta  yığcam,  orta  boylu  kol  əmələ  gətirir. 
Onlar m
əhsuldar həm də olduqca çox ətirli olur. 
Evqenollu reyhan 80-100 sm hündürlükd
ə  çoxillik  yarımkol  bit-
kidir.  İstiliyə  həddən  artıq  tələbatı  olduğuna  görə  birillik  şitiləkinli 
bitki kimi bec
ərilir. Mil kök sisteminə  malikdir.  Şitili  əkildikdə  isə 
saçaqlı kök sistemi əmələ gətirir. Gövdəsi düz durandır, dörd tillidir, 
güclü  budaqlanandır.  Bütün  budaqları  tüklüdür  və  sünbül  şəkilli 
çiç
əklə qurtarır. Gövdəsinin üzəri qırmızıya  çalan bənövşəyi rəngli-
dir.  
Yarpaqları  qarşı-qarşıya  düzülmüş,  saplaqlı,  sadə, iri, uzunsov  
yumurta  şəkilli, kənarları  güclü  diş  şəkillidir.  Rəngi  açıq  yaşıldan 
tünd  yaşıladək və  çəhrayı  -  bənövşəyi rəngdən tutqun bənövşəyiyə 
kimi olur. 
 N
əzəri cəlb edən çəhrayı və ya ağ rəngli çiçəkləri var. Çiçəkləri 
xırdadır, yarım köbə şəklində toplanmışdır. Kasacığı, zınqırovşəkilli, 


155 
 
iki dodaqlı, çirkli-yaşıl rəngdədir. Ləçəkləri töküləndir. 4 erkəkciyi, 1 
dişiciyi  vardır.  Dördyuvalı  yuxarı  yumurtalığa  malikdir.  Meyvəsi 
tünd q
əhvəyi rəngli xırda qozcuqdur. Meyvəsi yetişəndə dörd hissəyə 
ayrılır.  Hər bir hissəsi  oval  formalı,  üzəri hamar, qara-qonur rəngli 
birtoxumlu qozcuqdan ibar
ətdir.  İsladıldıqda sürüşkən olur.  
Toxumları xırda, uzunsov ellipsvarı formalı və tutqun qara-qonur
b
ənövşəyi rənglidir. Bir qramda 800-1200 ədəd toxum olur.  
Reyhan 
birillik qısa gün bitkisi olub, işıq sevən, istiliyi və rütubəti 
çox sev
ən bitkidir. Onun toxumları  15 
0
C temperaturda cüc
ərməyə 
başlayır. Cücərməsi üçün optimal temperatur 30-35 
0
C hesab edilir. 
Vegetasiya 
ərzində 23-25 
0
C istilik olmalıdır. Toxumları işıqda yaxşı 
inkişaf  edir.  Reyhan  iyul  ayından  başlayaraq  sentyabr  ayına  kimi 
çiç
əkləyir. 
Bitkil
əri normal böyüməsi üçün 19  ±  5 
0
C istilik t
ələb edir. Tor-
paq v
ə  havanın  rütubətliyi 70-80 % olduqda keyfiyyətli  ərzaqlıq 
m
əhsul yetişdirir. Qida maddələrinə tələbkardır. 
Reyhan n
əmliyə  çox tələbkardır.  Onun  toxumu  cücərmə  zamanı 
öz kütl
əsindən 1,5-2 dəfə artıq su sərf edir. 
Toxumu cüc
ərdiyi bütün müddət ərzində torpağın nəmliyi nəmlik 
normasının  90-100 %-i həddində  olmalıdır.  Belə  nəmlik  sonrakı 
vegetasiya m
ərhələlərində də optimal hesab edilir.  
Reyhan qumsal v
ə yüngül gillicəli qara torpaqlara tələbat göstərir. 
Ağır, soyuq, qrunt suları səthə yaxın yerləşmiş torpaqlar reyhan üçün 
yararsız torpaqlar hesab edilir. 
Reyhan qida madd
ələrinə  və  çox tələbkardır.  Hektardan  20  ton 
kütl
ə məhsulu verərsə, torpaqdan 110 kq azot, 22 kq fosfor və 211 kq 
kalium aparır. Qida maddələrinin çox hissəsi qönçələmədən texniki 
yetişkənliyə qədər olan müddətdə sərf edilir. 
 
Sortları.  Reyhanın  rayonlaşdırılmış  sortlarına  misal  olaraq 
Yubileynıy, Kelasurı-1 və  yerli Gəncə sortlarını göstərmək olar. 
 Yerli G
əncə  sortu.  Bu sort tərəvəzlərin konservləşdirilməsi və 
qurudularaq istifad
ə  olunması  üçün  yararlıdır.  Bitki  yığcam  kollu 
olub, hündür boyludur (25-30 sm). Gövd
əsi və yarpaq saplağı açıq, 
yarpaq ayası isə yaşıl rəngli olur. Yarpaq ayası yastılaşmış ürək for-
malı olub, uc hissəsinə getdikcə sivriləşir. Kolu, rəngi və ətri olduqca 


156 
 
xoşagələndir.  Ərzaqlıq  məhsulunu 25-30 gündən sonra verir. 
Ərzaqlıq  hissəsini biçməyib  toxum  üçün  saxladıqda  35-50 günə 
çiç
əkləyir və  toxumların  yetişməsinə  kimi 60-70 gün tələb olunur. 
Vegetasiya müdd
ətində 10-15 dəfə biçmək olur. Hər biçimdən 7-10 
sentner m
əhsul götürmək olur. 
Bec
ərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Reyhanın 
suvarılan  torpaqlarda  yaxşı  gübrələnmiş  payızlıq  və  dənli  -  paxlalı 
bitkil
ərdən sonra yerləşdirilməsi məsləhət görülür. 
Gübr
ələnməsi. Əsas gübrə kimi reyhan altına 30-40 ton peyin və 
60 kq hesabı ilə azot və fosfor gübrələrinin verilməsi məsləhət bili-
nir.  Şitil  əkən zaman cərgələrə  20-30 kq/ha fosfor gübrəsi verilir. 
Vegetasiya 
ərzində üç dəfə yemləmə aparılır. Budaqlanmadan qabaq 
(N
20
) qönç
ələmədən  əvvəl (N
20
P
20
) v
ə  çiçəkləmənin  başlanğıcında 
(N
30
). 
Torpağın becərilməsi və əkin. Torpağın becərilməsi yazlıq bitki-
l
ərdə  olduğu  kimi  aparılır.  Əsas  fikir  alaqlarla  mübarizəyə  verilir. 
Onları məhv etmək üçün əkindən qabaq treflan (8 l/ha) verilir. 
Reyhan  şitilləri isti parniklərdə  və  ya  istixanalarda  yetişdirilir. 
Şitil dövrü 45-50 gün çəkir. Bu müddəti qısaltmaq üçün cücərdilmiş 
toxumlar s
əpilir.  Toxumları  dağınıq  və  ya 6 sm cərgəarası  olmaqla 
c
ərgələrlə  səpirlər. Bir çərçivəyə  səpin  norması  5  qr.  götürülür. 
Toxumlar 0,5-0,6 sm d
ərinliyə basdırılır. Səpindən sonra 30 
0
C  -  y
ə 
q
ədər qızdırılmış su ilə suvarılma aparılır. Parnikin və ya istixananın 
temperaturu 30-35 
0
C d
ə saxlanılır. Torpağın və havanın nəmliyi isə 
optimal h
əddə olmalıdır. Şitili açıq sahəyə çıxarmazdan 2 həftə əvvəl 
onun  aşıq  sahəyə  uyğunlaşdırılması  həyata keçirilir. Bunun üçün 
suvarma  azaldılır,  şitilliyin  havalandırılması  üçün  qapaqlar  açılır 
(gündüzl
ər).  Şitilləri  çıxaran  zaman  isə  güclü  suvarırlar.  Bir  parnik 
ç
ərçivəsindən 1500-2000 ədəd standart şitil çıxır. 
Şitilləri  sonuncu  yaz  şaxtalarından  sonra,  torpağın  10  sm  dərin-
liyind
ə 12-15 
0
C istilik olduqda, şitiləkən maşınlarla cərgəarası 60-
70, bitki arası isə 25-35 sm olmaqla əkirlər. 
Əkinə  qulluq.  Əkildikdən sonra 30-35 gün müddətində  reyhan 
yavaş  böyüyür.  Bu  vaxt    böyüməni sürətləndirmək üçün əsas üsul 
torpa
ğın yumşaldılması və suvarılmalıdır. Sonrakı qulluq isə, torpa-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə