Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə10/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

 
35 
bəzi tarixi faktları sadalayaq. 
Ev  donuzlarının  əcdadı  digər  vəhşi  heyvanlara 
nisbətən  insandan  daha  az  qorxan  vəhşi  qabandır. 
Qədim insanın əkdiyi müxtəlif bitkilər vəhşi qabanları 
şirnikləndirirdi. Insanların ciddi səylərinə baxmayaraq, 
vəhşi  qabanlar  öz  balaları  ilə  birlikdə  əkin  məhsulla-
rının  “gecə  oğrularına”  çevrildi.  Insanlar  donuz  bala-
larını  tutmağa,  çoxaltmağa  və  əhliləşdirməyə  başla-
dılar.  Qabanlar  qabaqlarına  çıxan  hər  şeyi  yediklə-
rindən  (onlar  palıd  qozası,  yabanı  bitkilərin  kökləri, 
həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s. 
ilə  qidalanırlar)  onları  əhliləşdirmək  çətin  olmadı. 
Beləliklə,  vəhşi  qaban  indiki  donuza  çevrildi  və  ev 
heyvanları cərgəsində itdən sonra ikinci yeri tutdu. 
Qədim dövrlərdə Çin və Misirdə donuzlar müqəd-
dəs heyvan sayılırdı. Bu ölkələrdə donuzlar xoşbəxtlik 
və  firavanlıq  rəmzi  idi.  Fironların,  imperatorların  və 
kralların  sarayında  xüsusi  donuzabaxan  vəzifəsi 
mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz 
əti yeməyə icazə verilirdi. Roma imperiyasında donuz 
ətinin dadını  yaxşılaşdırmaq üçün kəsməmişdən  əvvəl 
donuza çaxır içirirdilər. 
Bəzi papius qəbilələrində isə hətta qadınlar donuz 
balalarına  öz  döşlərindən  süd  də  verərdilər.  Yeni  Qvi-
neyada  yaşayan  papius  qəbilələri  arasında  donuza  pə-
rəstiş  halı  indiyə  kimi  qalmaqdadır.  Donuz  onlarda 
ailənin üzvü sayılır. Donuza adla müraciət edir, onunla 
söhbətləşir,  danışırlar.  Donuz  xəstələndikdə,  yaxud  şi-
kəst olduqda papiuslar kədərlənir və ağlayırlar. Papius-
lar  donuzu  öz  yedikləri  qidalarla  yemləyirlər.  Insan-
larla  donuzlar,  həmçinin  digər  heyvanlar  arasın-
dakı  bu  cür  münasibətlər  indi  də  bəzi  baĢqa  (hətta 


 
36 
“mədəni”) xalqlarda mövcuddur.  
Lakin  insanlarla  donuzlar  arasındakı  “yaxşı”  mü-
nasibət,  donuz  əti  yeməklə  insanların  ağır  nəticələrə 
gətirib  çıxaran  (hətta  ölümlə  nəticələnən)  müxtəlif 
xəstəliklərə yoluxmaları ilə pozulmağa başladı. 
Insanların  mənafeyi  naminə  böyük  Yaradan, 
donuz  əti  yeməyi  onlara  qadağan  etdi.  Insanlara  bu 
qadağan  haqqında  hələ  Bibliyada  xəbər  verilmişdir: 
“Onların  ətini  yeməyin  və  leĢlərinə  toxunmayın; 
onlar  sizin  üçün  murdardır”  (“Bibliya”,  “Levit” 
kitabı, 11:8). 
Lakin  təəssüf  ki,  insanlar  həqiqəti  anlamadılar, 
idraklarının  səsinə  qulaq  asmadılar  və  “öz  yolları”  ilə 
getdilər.  Həmin  yolun  hara  aparıb  çıxardığını  isə, 
gəlin,  birlikdə  araşdıraq.  Artıq  bu  gün  donuz  ətinin 
insan  orqanizminə  zərəri  barədə  inkaredilməz  elmi 
faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq. 
Alimlərin  çoxsaylı  tədqiqatları  nəticəsində  müəy-
yən olunmuşdur ki, təkcə ev donuzunun deyil, qabanın 
da  ətini  yedikdə,  insan  trixinelyoz  kimi  ağır  xəstəliyə 
yoluxur.  Bu  xəstəliyin  törədicisi  donuz  orqanizmində 
yaşayan  “trixinella”  (Trishinella  spiralis)  adlı  parazit-
dir.  Yoluxmuş  donuz  ətini  yedikdən,  adətən  2-3  həftə 
sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin 
hərarəti  xeyli  yüksəlir,  möhkəm  baş  ağrıları  və 
əzələlərdə  ağrılar başlayır, mədə-bağırsaq pozuntuları, 
ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrətmə 
müşahidə  edilir.  Xəstəliyin  daha  xarakterik  əlaməti 
üzün,  və  göz  dəliklərinin  şişməsinə  səbəb  olur  ki,  bu 
xəstəlik xalq arasında “şişkinlik” adlandırılır. 
Bunu  da  bilmək  vacibdir  ki,  donuz  ətindəki 
xəstəliktörədici  “trixinellər”  xarici  təsirlərə  qarşı  xeyli 


 
37 
davamlıdır.  Onlar  hətta  -10
0
C  temperaturda  dondurul-
muş  ətdə  belə  yaşayır.  Bir  vaxtlar  elə  hesab  edirdilər 
ki,  trixinellər  -35
0
C-dən  aşağı  və  +100
0
C-dən  yuxarı 
temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqat-
lar nəticəsində sübut olunmuşdur ki, bu cür tövsiyyələr 
tamamilə  səmərəsizdir,  çünki  ətdəki  trixinell  sürfə-
lərini heç bir üsulla məhv etmək mümkün deyil. 
Trixinell  sürfələri  üçün  yüksək  və  aşağı  tempera-
turlarda  istənilən  üsulla  emal  prosesləri  qətiyyən  qor-
xulu  deyil,  bu  mənada,  duzlama  və  hisəvermə  proses-
lərindən danışmağa belə dəyməz. 
Bəzən  hətta  ölümlə  nəticələnən  bu  cür  təhlükəli 
xəstəlikdən  yeganə  qorunma  üsulu  –  donuz  əti  yemə-
məkdir.  Trixineldən  başqa,  donuzların  bədənində  vi-
ruslar  da  yaşayır  və  çoxalır.  Ensefalit  (baş  beyin  ilti-
habı)  kimi  ağır  xəstəliyin  virusu  qansoran  həşəratlar 
vasitəsilə  donuzlardan  insanlara  ötürülür.  Yoluxucu 
ensefalit virusu  çox kəskin ağırlaşmalara – üz və ətraf 
əzələlərinin  qıc  olmasına,  iflicə,  udma  və  tənəffüs 
pozuntularına, huşun itirilməsinə,  psixi  pozğunluqlara, 
çox vaxt isə ölümə səbəb olur. 
1999-cu  ilin  yazında  Malayziyada  yüksək  ölüm 
səviyyəsi ilə müşayiət olunan ensefalit epidemiyasının 
yayılması,  bu  mənada  çox  səciyyəvi  hadisədir.  Ölkə 
hökuməti  əlverişsiz  bölgələrdəki  bütün  donuzların 
məhv  edilməsi  haqqında  qərar  qəbul  etdi.  Bu  zaman 
400000-ə yaxın donuz məhv edildi. Əlbəttə, bu, dövlət 
üçün  böyük  maddi  zərər  idi.  Amma  bütün  əhalisi 
Yaradanın  qadağanlarına  riayət  edən  bir  ölkədə  belə 
hadisələr baş verə bilməz. 
Donuz  vasitəsilə  insanın  yoluxduğu,  bundan  heç 
də az təhlükəli olmayan digər xəstəlik isə listeriozdur


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə