Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Sintaktik vahidlər (sintaqm, söz birləşməsi və cümlə)



Yüklə 130,7 Kb.
səhifə15/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Dilçilik Konspekt

18.Sintaktik vahidlər (sintaqm, söz birləşməsi və cümlə).
Əsas sintaktik vahidlər bunlardır: Sintaqmlar, söz birləşmələri, cümlə.
Sintaqm
Sintaqmın tədqiqat tarixi o qədər də qədim deyil. Sintaqmdan ilk dəfə bəhs edən F.Sür sintaqmla söz birləşmələrinin sərhədini müəyyənləşdirə bilməmişdir. Görkəmli dilçi alim Boduen de Kurtene sintaqmı “söz” mənasında işlədir. Sintaqm haqqında ilk və düzgün fikir akademik L.Şerbaya məxsusdur, o, hər iki təsadüfi yanaşı gələn sözləri və söz birləşmələrini sintaqm hesab etmir. L.Şerbaya görə sintaqmlarda əsas cəhət ritmdir. Söz birləşmələri və sintaqmlar arasındakı fərqlər bunlardır:
1.Sintaqmlar şifahi nitqlə bağlı olub fonetik ritmlə reallaşır. Söz birləşmələri isə heç bir ritmlə bağlı deyil, onlar üçün yazılı və şifahi nitq məhdudiyyəti yoxdur.
2.Söz birləşmələri arasına sözlər daxil edilə bilər, sintaqmların arasına isə heç bir söz daxil etmək olmaz. Söz birləşmələri həm yanaşı, həm aralı ola bilər.
3.Söz birləşməsinin əmələ gəlməsi üçün ən azı iki sözün olması zəruridir, sintaqmlar isə bir sözdən də ibarət ola bilər.
4.Söz birləşmələri daimi qrammatik modellərə malikdi, sintaqmlarda isə daimi forma modeli yoxdur.
5.Söz birləşmələrinin komponentləri arasında qrammatik əlaqə olmaya da bilər. Sintaqmların müəyyən edilməsinin, yəni ritmin düzgün ifadə edilməsinin böyük əhəmiyyəti vardır. Çünki ritm pozulduqda fikir aydın olmadığı kimi, cümlə qrammatik cəhətdən də düzgün üzvlənə bilmir.
Söz Birləşməsi
Söz birləşmələri iki və daha artıq sözün qrammatik və obyektiv cəhətdən birləşməsinə deyilir. Söz birləşmələri arasında məntiqi və ya qrammatik əlaqə olmalı, komponentləri arasında obyektiv əlaqə olmalıdır. Söz birləşmələrinin varlığı üçün məntiqi əlaqə lazımdır. Söz birləşmələrinin komponentləri onun xarakterindən asılı olmayaraq seçilir. Lakin bu, komponentlərin ayrıla bilməsi demək deyil. Çünki elə birləşmələr vardır ki, onlar ilkin mənasından uzaqlaşaraq yeni bir məna yaratmaq naminə başqa sözlə birləşmişdir. Belə sözlər hazır dil faktı kimi sözlərə daha çox yaxınlaşır. Çünki sözün bütün əlamətləri onlarda olur.
Söz birləşmələrinin bu növləri vardır: İsmi birləşmələr, feili birləşmələr və zərf birləşmələri.
Cümlə
F.İ.Buslayev cümləni “Sözlərlə ifadə edilmiş hökm” adlandırır. Q.Paul belə hesab edirdi ki, cümlə danışanın düşündüyü fikirlərin psixi işarəsindən başqa bir şey deyil. Bundan əlavə, cümlə danışanın fikrindəki psixoloji momentləri dinləyən adamda da yaradır. Bu məsələ XIX əsrin əvvəllərində dərhal anlaşıldı və buna görə də cümlədə məntiqi və yaxud psixoloji əlamətlər deyil, qrammatik əlamətlər axtarmağa başladılar. Bir qrup alim cümlənin kommunikativ vahid kimi xüsusiyyətlərini ön plana çəkirdi, digər qrup isə cümlənin formal əlamətlərinə, qrammatik əlamətlərinə əsaslanırdı. Müasir dilçilikdə isə hər iki əlamət əsas götürülür.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə