Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə21/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   13   14   15   16   17   18   19   20   21
Dilçilik Konspekt

25.Dil və təfəkkür
Dil konkret halda, nitq isə insan beynində yaranmış fikrin ifadəsi zəruriliyindən yaranmışdır. İnsan fikirləşməsə, danışa da bilməz.
Təfəkkür maddi olmayıb, yüksək inkişaf etmiş materiyanın – beynin məhsuludur.
Bəs heyvanların insana bənzər hərəkətlərini necə şərh etmək olar ? Heç bir heyvanda təfəkkür yoxdur. Pavlovun dediyi kimi “Düşünmək yalnız insana aiddir”. Bəzən heyvanların bir-birinə nəsə çatdırmağını da onlar üçün dil hesab etmək olmaz. Heyvanların bütün hərəkətləri sadə vərdiş və həyati tələb nəticəsidir. Heyvanların danışa bilməməsi, təfəkkürün olmaması ilə əlaqədardır. Təfəkkür yalnız insana aiddir. Təfəkkür insanın əmək fəaliyyəti nəticəsində meydana gəlmişdir. Dilin yaranmasına, idrakı funksiyasının kamilləşməsinə zəruri ehtiyac da yaranmışdır.
Təfəkkürün başlıca xüsusiyyətləri bunlardır:
1.Gerçəkliyi ümumiləşmiş şəkildə əks etdirir (anlayışlar və əqli ümumiləşmə vasitəsilə).
2.Gerçəkliyi vasitəli şəkildə əks etdirir (duyğu, qavrayış və təsəvvür vasitəsilə).
3.Dillə dialektik vəhdət təşkil edir.
Dillə təfəkkürün qarşılıqlı əlaqəsini, onun mahiyyətini düzgün dərk etmək dilçiliyin bir sıra mühüm məsələlərinin həllini asanlaşdırır. Dilsiz insan beynində yaranmış dərin məzmunlu və geniş əhatəli fikirləri ifadə etmək olmazdı. Dil fikir ifadəsi vasitəsidir, həmçinin fikrin formalaşmasında mühüm rol oynayır. Ünsiyyət saxlaya bilmələri sayəsində ibtidai insanlar müəyyən qruplar halında birləşib cəmiyyət yaratmışlar. Buna görə də demək olar ki, dil insanı cəmiyyət halında birləşdirən əsas vasitədir. Dillə təfəkkür elə sıx vəhdətdədir ki, onların mexaniki təcrid edilməsi hər ikisinin mahiyyətini təhrif etməyə gətirib çıxarar.
Onların vəhdətini belə ümumiləşdirmək olar:
1.Dil fikrin maddi cildidir. Təfəkkür ancaq dil materialı əsasında inkişaf edə bilər. 2.Dil təfəkkürün fəaliyyət dairəsini genişləndirir. Dilsiz təfəkkürün zənginləşməsi mümkün olmazdı, dilsiz cəmiyyət yarana bilməzdi.
3.İnsan təfəkkürünün bütün nailiyyətləri dil vasitəsilə tarixə düşür.
4.Dil cəmiyyətdə mövcud olan müxtəlif təfəkkür tərzlərini ümumiləşdirir, onları nizama salır.
5.Təfəkkür dilin cəmiyyət səviyyəsində dayanmasına kömək edir. Yeni anlayışlar yarandığı kimi, çoxlu keyfiyyətlər köhnəlib sıradan çıxır. Bu da həmin keyfiyyətlərin dildəki işarəsi olan sözlərin istifadədən çıxmasını şərtləndirir.
6.Təfəkkür dildə lazımsız söz birləşmələri və cümlələrin yaranmamasını şərtləndirir.
Dillə təfəkkürü fərqləndirən cəhətlər isə bunlardır:
1.Dilin özqanunları, təfəkkürün öz qanunları vardır.
2.Dil milli, təfəkkür bəşəridir.
3.Dil qrammatik qanunlarla, təfəkkür isə məntiqi qanunlarla əlaqədardır.
Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə