Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə17/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   13   14   15   16   17   18   19   20   21
Dilçilik Konspekt

20.Fonem və danışıq səsi.
Danışıq səsi ilə fonemi eyniləşdirmək olmaz. Müxtəlif əlamətlərinə görə danışıq səsləri fonemlərdən fərqlənir.
Danışıq səsləri ilə fonemlər arasındaki fərqlər:
1.Dildə danışıq səsi çox, fonem isə sayca ondan azdır.
2.Danışıq səsi bir səsdən ibarət olduğu halda, fonemlər iki səsdən ibarət ola bilər.
3.İki fonem bir danışıq səsinə uyğun gələ bilər.
Fonemin əlamətləri
1.Fonem dilin müstəqil sahəsidir.
2.Fonem söz daxilində ola bilən mənalı dil vahididir.
3.Fonem dilin məna yarada bilən kiçik vahididir.
4.Fonemlər sistemi hər bir dilin özünəməxsus əlamətlərinə görə müəyyənləşir.
5.Bir fonem bir səsdən, iki səsdən, hətta üç səsdən ibarət ola bilər (monottonq, diftonq, triftonq).
6.Sözdən, ifadədən asılı olaraq bir fonem, digər bir fonem çalarlığında işləndikdə yeni bir fonem formalaşması mümkündür.
7.Fonemlər silsiləsi qarşılıqlı cütlükdən ibarətdir.
Fonemin söz və forma fərqləndirici cəhətlərinə L.V.Şerba hələ 1912-ci ildə nəşr etdirdiyi “Rus saitləri kəmiyyət və keyfiyyət münasibətlərində” adlı əsərində toxunmuşdur.
Fonemi danışıq səsindən ilk dəfə fərqləndirən Boduen de Kurter olub. O, fonemin danışıq səsinin bir hissəsi olduğunu söyləyir. Bundan əlavə o, bir fonemin bir-iki səsdən ibarət ola bilməsini də əsaslandırmışdır. Fonem dilin elə kiçik, bölünməz vahididir ki, o, dil sistemində mühüm ictimai vəzifə daşıyır. Onun başlıca funksiyası məna fərqləndirməkdir. Məsələn : sənədsənət sözlərini götürək.
Hər iki sözün axırında “t” səsi eşidilir. Amma sözlərin mənası tamam başqadır. Dildə məna (leksik və qrammatik) fərqləndirə bilməyən bir qrup danışıq səsləri isə fonem çalarlığı adlanır. Fonem çalarlıqları da iki qrupa bölünür. Məsələn, kənd – kənt, qənd – qənt sözlərindəki “t” səsi “d” fonemininin variantıdır. Çünki “t” ayrılıqda fonem ola bilir. Amma bir qrup fonem çalarlığı heç vaxt dildə müstəqil işlənə bilmir. Məsələn, y foneminin kar qarşılığı olan x, d°, q° və.s çalarlıqlar heç vaxt müstəqil fonem səviyyəsində işlənə bilməz, belə çalarlıqlar isə variasiya adlanır.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə