Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə16/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   13   14   15   16   17   18   19   20   21
Dilçilik Konspekt

19.Yazının mənşəyi və növləri.
Yazı, bəşər tarixinin dildən sonra əldə elədiyi ən böyük nailiyyətdir. Yazı olmasa idi, nə bugünkü inkişaf, nə də mədəniyyət olmazdı. Semaşko bu haqda deyirdi ki, “Sanitariya olmadan mədəniyyət olmaz” Loukatka isə deyirdi ki, “Yazısız heç bir mədəniyyət ola bilməz”
Yazı tarixin yaddaşıdır. Çünki hər bir nəsil, özündən əvvəlki nəslin yaratdığı elmi, ədəbiyyatı yazı vasitəsilə öyrənir. Özünün yaratdıqlarını isə yazı vasitəsilə gələcək nəsillərə çatdırır. Yemifov demişdir ki, millətin və ədəbi dilin yaranması yazı ilə əlaqədardır.
Bu gün yazı, yazı sistemi dedikdə böyük bir elm sahəsi, semiotika nəzərdə tutulur. Semiotika işarə ilə səsin əlaqəsidir. Burada göstərilir ki, əgər hər səsin yazıda işarəsi olsa idi, saysız-hesabsız hərfi işarələr olardı. Yazıda yalnız fonemlər işarə edilib, onun variantları nəzərə alınmır. Melioranski deyirdi ki, bizim dövrümüzdə kimsə mübahisə etməzdi ki, ən mükəmməl əlifba belə insan nitqini tam şəkildə əks etdirə bilməz”.
Müasir dövrdə bir çox yazı sistemi vardır və onlar bir birindən, işarələrin yazılışına, vəziyyətinə görə fərqlənirlər.
1.Əşya yazısı.
Qədim zamanlarda insanlar yazını əşyalarla ifadə edirdilər. Əşya yazısı, yazının özü, yazı üçün axtarış imiş. Bu yazının izləri hələ də yaşamaqdadır. Məsələn, Adamın qara geyinməsi, onun yasda olmasını ifadə edir. Əşya yazısına şifahi xalq ədəbiyyatında daha çox rast gəlinir. Bura, “Bir qalanın sirri”-i, “İlyasın nağılı” və.s aiddir. Yazının məqsədi uzun məsafədən başqa adama hansısa fikri çatdırmaq olduğundan, əşya yazısı öz dövrü üçün olduqca faydalı idi. Lakin əşyaların mənasını hamı bilmədiyi üçün əşya yazısı geniş məna ifadə edə bilmirdi.
2.Şəkli yazı
Bu yazıya piktoqrafik yazı da deyilir. Belə yazılar ilk dəfə qaya üzərində, mağaralarda və.s meydana gəlib. Yazı öz ilk inkişaf mərhələsində təsviri sənət ilə bağlı olub. İstrin yazır ki, “Piktoqrafik yazı fikri çatdırmaq üçün təsviri incəsənətdə olan konkret şəkillərdən istifadə edilirdi”. Qrafika əsl təsviri nitqdir. Yazı da fikri ifadə elədiyi üçün onlar bir-biri ilə əlaqəlidir. Şəkli yazıda insanlar, nəyi demək istəyirdilərsə onun şəklini çəkirdilər. Şəkli yazıdan bugün də istifadə edilir. Məsələn, tərəvəz dükanının qabağında meyvə tərəvəz şəkli və.s.
3.İdeoqrafik yazı
Piktoqrafik yazı getdikcə, xüsusi işarələr sxemlər formasına düşdü. Bu işarələr müəyyən anlayışlar ifadə edirdi. Bu yazı müxtəlif xalqlarda müxtəlif olub. Bəzilərində şəkillər daha da dolğunlaşdırılmış, bəzilərində isə işarəvilik çox olmuşdur. Buna görə isə ideoqrafik yazı bir çox xalqlarda zamanla itmişdir. İdeoqrafik yazının üç növü vardır: Misir, Mesopotamiya, Çin. Misirdə olan heroqliflər buna nümunədir. Mesopotamiyada yaşayan şumerlər də özlərinə dil yaratmışdır. Bu yazı da heroqliflərə oxşayır. Şumer yazısı əsasən gildən düzəlirdi. Çünki orda ağac və daş az idi. Assuriyada tapılan kitabələr Assuriyanın da yazı mədəniyyətinin olduğunu göstərir.
4.Əlifba yazısı
Qrafikadan sonra əlifba yazısı yaranıb. Qrafika dedikdə təkcə hərflər deyil, bütün işarələr nəzərdə tutulur. Əlifba yazısı ən mükəmməl, sabit, ifadəli yazı növüdür. Bu yazı birdən-birə yaranmayıb, bir neçə dəfə inkişaf edib, təkmilləşib. Müasir əlifbaların əksəriyyətinin əsası Finikiya əlifbası əsasında yaranıb. Bu yazı Avropaya yunanlar vasitəsilə yayılıb. Bu yazı əsasında Asiyada Ərəb və Yəhudi əlifbası yaranıb. Köçəri tayfa olan Aranilərin də yazısı vardır. Onlar Kənan, Finikiya mədəniyyətindən istifadə edib özlərinə orjinal mədəniyyət yaradıblar. Elə əlifbaları da e.ə. I minillikdə Finikiya əlifbası əsasında yaranıb.
Ərəb əlifbasında böyük hərflər yoxdur, qısa saitlər göstərilmir. 28 hərf vardır. Ərəb əlifbası tez yazılır, az yer tutur, sağdan sola yazmaq daha asan olur, əbcəd hesabı ilə tarixləri müəyyən etmək olur. Mənfi cəhətləri odur ki, sami dillərin səs sistemin təşkil edir və sait səslər yazılmır.
Yunan əlifbası yarananda Finikiya əlifbası ilə eyni idi ,ancaq müəyyən qədər dəyişikliklər ediblər. Yunanlarda da yazı ilk sətirdə sağdan sola, ikincidə soldan sağa, üçdə yenə sağdan sola və.s yazılırdı. Sonralar nəhayət soldan sağa istiqamətləndi. Bütün Avropa ölkələri öz yazısını yunanlardan alıb. Sonralar gürcülər yunan əlifbasına dəyişiklik edərək özlərinə yazı yaratdı.
Latın əlifbası ən geniş yayılmış əlifbadır. Romalıların yunanlardan aldığı əlifba sonralar latın əlifbası adlanıb. Bu yazı daha sadə və əlverişlidir. Buna görə çox geniş yayılıb. Dünyanın bütün dillərinin fonetik qaydası ilə uyğunlaşır.
Kril əlifbası, slavyan Krilin adı ilə bağlıdı. Yunan əlifbası əsasında yaranmışdı. 24 yunan hərfi işarəsi vardır. Əsrin birinci yarısında bizə də məcburən qəbul etdirilib. Lakin sonralar bir çox xalq bu əlifabını dəyişib, latın əlifbasını qəbul elədi.
Azərbaycan yazısı, ən qədim zamanlardan rast gəlinir. Saxsı qablar, qayaüstü rəsmlər və başqaları sübut edir ki, Azərbaycanda ən qədim zamanlarda yazı olmuşdur. Sonralar 52 hərfdən ibarət olan Alban yazısı istifadə edilib. Lakin ana dilimizdə olan ilk əlifba Dədə Qorqudun əlifbasıdır. İslam dövründə dilimizin fonetik sistemi uyğun gəlməsədə ərəb əlifbası geniş yayılmışdır. Ərəb əlifbasının dəyişdirilib yeni əlifba yaradan M.F.Axundov əlifbası respublika arxivində saxlanır. Hazırda Azərbaycanda latın dili istifadə olunur.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə