Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə2/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   2   3   4   5   6   7   8   9   ...   21
Dilçilik Konspekt

2.Dilçilik metodları.
Metod, obyektiv gerçəklikdəki əşyaların və cəmiyyətdəki hadisələrin nəzəri və təcrübi cəhətdən öyrənilməsi üsullarıdır.
Yalnız linqvistik tədqiqatda istifadə olunan metodlara, xüsusi metod deyilir. Dilçilik metodları ümumi və xüsusi olaraq 2 qrupa bölünür. Ümumi linqvistik metodla dilin bütün səviyyələrini tədqiq etmək, xüsusi linqvistik metodla yalnız bir səviyyəni tədqiq etmək mümkündür. Belə ki, müqayisə, təsvir, tutuşdurma və.s. metodla dilin fonetik, leksik, həm də qrammatik səviyyələri tədqiq edilə bilir. Etimoloji və formantlar metodu ilə yalnız dilin bir səviyyəsini tədqiq etmək olar.
Metod elm üçün məqsəd deyil. O, yalnız obyektin, onun ayrı-ayrı cəhətlərinin, fəaliyyətinin dərk olunması vasitəsidir.
Metod anlayışını elmi sistem kimi tədqiq edən B.A.Serebrennikov olmuşdur.
Ona görə metod üç komponentdən ibarətdir.
1.Metod nəzəriyyəsi.
2.Məzmununu dilçilik metodlarının əsası təşkil edən elmi-tədqiqat üsulları kompleksi.
3.Texniki əməliyyat və üsulların kompleksi.
Müqayisəli-tarixi metod. Bu metodun meydana gəlməsi ilə dilçilik elm kimi formalaşıb. Bu metod əsasında dillərin qohumluq üzrə təsnifi mümkün olmuşdur. Bu metod başqa ictimai fənlər üçün də yaradıcılıq istiqamətini müəyyənləşdirmişdir. Müqayisəli-tarixi metod sübut etdi ki, ayrı-ayrı dil faktlarının eyniliyi dillərin qohumluğu demək deyil, dilin qohum olması üçün onun bütün sistemi uyğun olmalıdır. Eyni dil faktı qohum olmayan dillərin qrammatik sistemində müxtəlif cür hərəkət edir.
Müşahidə dilçilik. Bu metod da çox tətbiq edilən metodlardandır. Hələ M.Kaşğari özünün məşhur “Divan”-nı da türk tayfalarının dilləri üzərində apardığı müşahidə əsasında yazmışdır. Müşahidə metodundan bir sistem kimi iyirminci illərdən istifadə edilməyə başlanmışdır.
Deskriptiv metod. Bu metod, əsasən, Amerika dilçiləri tərəfindən işlənib hazırlanmışdır. O.S.Axmanova bu metod haqqında belə izah verir: “Daha yığcam və qəti şəkildə ifadə edilmiş formullar tələb edən, dilin və ya mətnin empirik təsvirini tələb edən metod”.
Təcrübə metodu. Dünyanı dərketmə prosesində təcrübənin rolu çox böyükdür. Kimya, biologiya, fizika və.s kimi elmlər özlərinin bütün nəticələrini təcrübə əsasında əldə edirlər. Dilçilikdə təcrübədən, səsin, sözün və bütöv cümlənin akustik cəhətlərini öyrənmək üçün istifadə olunur.
Riyazi metod. Riyaziyyatın tətbiq edilməsi müasir dünya elminin inkişafına güclü təsir etmişdir. Modelləşdirmə, proqramlaşdırma, elmlərin nəzəri cəhətdən inkişafına, təcrübi cəhətdən öyrənilməsinə kömək etmişdir.
Struktur metod. Struktur metod dil vahidlərinin, geniş mənada konstruksiyalarının strukturundan çıxış edir, komponentlərarası və birləşmə daxili semantik münasibətlərə əhəmiyyət vermir.
Areal metod. Bu metod çox gəncdir və izlərinə hələ XI əsrdə rast gəlinsə də, areallar üzrə dil tədqiqatları XIX əsrdə gənc qrammatiklərdən sonra meydana gəlmişdir. Bu metodla dünyanın dilçilik xəritəsini hazırlamaq, topoformantların areallar üzrə yayılmasını müəyyənləşdirmək, konkret bir dilin və ya dil ailəsinin hansı areal üzrə və nə üçün yayıldığını müəyyənləşdirmək olar.
Formantlar metodu. Dilçiliyin gənc sahələrindən olan toponimikanın özünün xüsusi tədqiqat metodları vardır. Coğrafi adların struktur-semantik təhlili prosesində ən mütərəqqi metodlardan biri də formantlar üzrə tədqiqat metodudur.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə