Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə6/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   2   3   4   5   6   7   8   9   ...   21
Dilçilik Konspekt

7.Qədim Yunan-Roma dilçiliyi.
Yunanıstan dedikdə təsəvvürdə bəşər mədəniyyətinin beşiyi canlanır. Qədim yunanlar e.ə. X–VIII əsrdə Misir və finikiyalıların yazısı əsasında öz yazılarını yaradıblar. Yunanıstanda ən qədim yazılı abidə e.ə. VIII–VII əsrlərə aiddir. Yunan dilçilik məktəbi, əsasən, Ellinizm dövründə meydana gəlmişdir. Yunan dilçiliyinin ikinci – qrammatika dövründə artıq görkəmli dilçi alimlər meydana gəlirdi. M.Berezin yazır: “Qədim yunan dilçiliyi tarixi iki dövrə bölünür: fəlsəfi – bu dövrdə dilçilik məsələləri fəlsəfi problemlərlə əlaqədar həll edilirdi və İskəndəriyyə dövrü bu dövrdə dilçilik (daha doğrusu qrammatika) müstəqil elm oldu”.
Qədim yunan filosoflarını düşündürən birinci ən əsas məsələ – dilçilik problemi, dilin mənşəyi idi. Onlardan bəziləri dili ilahi qüvvə ilə bağladığı halda, bəziləri əmələ gəlməsini obyektiv səbəblərlə izah edirdilər. Heraklit Efessi iddia edirdi ki, adlar onların verildiyi əşyaların təbiəti ilə sıx əlaqədardır.
Ellinizm dövründə İskəndəriyyə qrammatiklər məktəbi yarandı. Bu məktəbin on görkəmli nümayəndələri Samofrakiyalı Aristrax və onun şagirdləri Frakiyalı Dionisi və Apollon Diskol idi. Frakiyalı Dionisi və Apollon Diskolun yaratdıqları qrammatika iki min ilə qədər dərslik rolu oynamışdır.
Roma dilçiləri isə latın dilinin qrammatikasını tamamilə yunanlara təqlidən yazmışdılar. Belə ki, Mark Terrepsi Varron “Latın dili” əsərini yunan filoloji qrammatikası əsasında tərtib edib, onu latın dilinə uyğunlaşdırmışdır.
8.Amerika deskriptiv dilçilik məktəbi.
Deskriptiv dilçilik struktur dilçiliyin bir şaxəsidir. Amerikada dilçilik elmi Avropaya nisbətən çox gec yaranmışdır. Amerikada hinduların dillərinə maraq artdıqdan sonra yazısı olmayan dilləri, tədqiq etmək, onlar üçün yazı sistemi yaratmaq “Amerikanistika” sahəsini yaratdı. Həmin məktəbin banisi Frans Boas hinduların dili üzərində təsvir-tədqiq işləri aparıb.
F.Boas, L.Blumfeld, Blok, Treycer, Sepir, Hokit, Harris bu məktəbin əsas nümayəndələridir.
Deskriptiv dilçiliyin əsas müddəaları F.Boasın 1911-ci ildə nəşr etdirdiyi “Amerika hindularının dillərinə aid rəhbərlik” adlı əsərinin giriş hissəsində verilmişdir. Burada o, göstərirdi ki, hər bir dil öz xüsusi tipi, səsləri, forma və mənası əsasında təsvir edilməlidir. Buradan aydın olur ki, deskriptiv dilçilik dil vahidlərinin tədqiqini, mahiyyətcə araşdırılmasını ikinci plana çəkirlər. Və belə bir yanlış nəticəyə gəlirlər ki, dilçiliyin əsas vəzifəsi dili tədqiq etmək deyil, təsvir etməkdir.
1924-cü ildə “Amerika dilçilik cəmiyyəti”, 1926-cı ildə həmin cəmiyyətin nəzdində dilçilik institutu təşkil edilir. Ölkənin Harvard, Miçiqan, Pensilvan universitetlərində və başqa elmi müəssisələrində dillərin tədrisi başlanır. Dərslik və qrammatikaların hazırlanması üçün zərurət yaranır. Buna görə də görkəmli Amerika dilçisi Leonard Blumfildin 1933-cü ildə məşhur “Dil” adlı əsəri meydana gəldi. Bu əsər deskriptiv dilçiliyin ən görkəmli nümunəsi idi.
Blumfild “Dil” adlı əsərində bir sıra cəhətlərlə öz sələflərindən ayrılır. O, dildə gedən fonetik dəyişikliyi zəruri, qanunauyğun və analoji əsasda baş verən hadisə hesab edir və belə bir qərara gəlirdi ki, dildə səs dəyişmələri müntəzəm gedir. Blumfild dili cəmiyyət həyatının üzvi atributu hesab edirdi. Dilin nitqdən fərqini düzgün müəyyənləşdirən L.Blumfild nitqi ünsiyyət vasitəsi, danışanla dinləyən arasında əlaqə yaradan vasitə hesab edirdi. Blumfıldin bir sıra görüşləri Avropa müqayisəli-tarixi dilçiliyilə də səsləşir. O, formadan bəhs edərkən bütövlükdə dil sözündən istifadə edir və burada məna əlaqələri də axtarırdı.
L.Blumfild qrammatika məsələlərində də orjinal mövqe tuturdu. O, qrammatikanın özünü forma hesab etməkdən əlavə, dildə sadə və mürəkkəb formalar olduğunu da göstərirdi.
Z.Harris “Struktur dilçilikdə metodlar”, Q.Qlison “Deskriptiv dilçiliyə giriş” əsərləri ilə deskriptiv dilçiliyi daha da inkişaf etdirdilər.
Harrisə görə, deskriptiv dilçiliyin mahiyyəti: Deskriptiv dilçilik nitqin müəyyən əlamətlərinin nizamı ilə məşğuldur. Burada distribusiya əlaqələrinin böyük rolu var. Yəni deskriptiv dilçilikdə tədqiqatın əsas məqsədi, yerləşmə qaydası əlaqəsi, yaxud nitq prosesində onun müxtəlif hissələrinin və ya əlamətlərinin bir-biri ilə münasibətdə bölünməsidir. Bundan əlavə deskriptiv dilçilik üçün əsas tədqiqat mərkəzi dil və ya dialektdir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə