Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Orta əsr dilçiliyi, Por-Royal qrammatikası



Yüklə 130,7 Kb.
səhifə8/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Dilçilik Konspekt

11.Orta əsr dilçiliyi, Por-Royal qrammatikası.
Orta əsrlər dilçiliyi (V-XVI).
Bu dövr dünya sivilizasiyasında ümumilikdə feodalizmin yaranışı kimi götürülür. Bunun sayəsində yeni mədəniyyətin, yeni dinlərin formalaşması baş verdi. Həmin dövrlərdə dillər düzgün və qeyri-düzgün dillər olararaq iki hissəyə ayrılmışdı. Düzgün dillər klassik qədim sivilizasiyanın dillərindən yaranmış dillər hesab olunur.
Qeyri-düzgün dillər isə varvar dillərinə aid edilirdi.
Orta əsrlər dövründə mətnlər tədqiqatında iki istiqamət nəzərə çarpırdı: 1.Hermenevtika (klassik mətnlərin şərhi).
2.Ekzegetika (müqəddəs yazıların mənasının açılması ilə bağlı).
Daha sonralar orta əsrlərdə “adlandırılmanın təbiəti” ilə bağlı müəyyən mübahisələr baş verirdi. Realistlər iddia edirdilər ki, ümumi anlayış obyektiv və realdır. Nominalistlər belə düşünürdülər ki, real ancaq əşyalar və onların fərdi xüsusiyyətləridir. Ümumi adlandırmanı isə bizim düşüncəmiz edir. Bu əşyadan və ya onun xüsusiyyətindən asılı deyil.
Donata və Pristianın qrammatikasından latın dilinin anlaşılması üçün istifadə edilirdi. Daha sonra bura qlossariya (lüğət) də əlavə olundu. Lakin XII-XIII əsrlərdə müəyyən oldu ki, orta əsrlərin latın dili klassik latın dilindən fərqlidir. Pristianın qrammatikasına yeni normaları əks etdirən kommentariyalar əlavə olundu. Dil nəzəriyyəsində qrammatik ənənə yerini məntiqə verməyə başladı. Məntiqin yaranması məhz XI-XII əsrlərə aid edilir. Həmin dövrlərdə Avropalılar Aristotelin məntiqi nəzəriyyəsiylə tanış oldular.
Orta əsrlər Avropa dilçiliyi bir baxımdan antik yunan-roma dilçilik nəzəriyyəsinə əsaslanır. Orta əsrlərdə intibah dövrü İtaliyada XIV-XVI, Avropanın digər ölkələrində XV-XVI əsrləri əhatə edir. Burada üç müxtəlif dövr nəzərə çarpır: renessans, reformasiya və çiçəklənmə.
1.Renessans dini mədəniyyətin digər mədəniyyətlərlə əvəz olunması.
2.Reformasiya Avropa dövlətinin milli gücünün inkişafı.
3.Çiçəklənmə teologiyanın fəlsəfi rasionalizmlə və elmlərlə əvəz olunması.
Reformasiya dövründə Bibliya müxtəlif dillərə tərcümə olundu. Müqəddəs mətnlərin milli dilllərə tərcüməsi müxtəlif ölkələrin filologiyasını formalaşdırırdı. Uollis tərəfindən yazılmış “İngilis dili qrammatikası” əsəri bunun bariz nümunəsidir. Daha sonra D.Kleyn Luitva dil üçün ilk qrammatikanı, Henri Vilhelm Ludolf “Rus dili qrammatikası” kitabını yazdı. XVIIII əsrdə M.V.Lomonosovun “Rusiya qrammatikası” əsəri də bu baxımdan mühüm yer tutur.
Daha sonra inkişaf edici dinamika ilə hərəkət edən dilçilik sahəsində XVII-XXVIII əsrlərdə zəngin lüğətlər hazırlanmağa başladı. Bu dövrlərdə rasionalizm və sensualizm ideyaları meydana çıxır. Rasionalizmin göstəricisi A.Arno və K.Lanslonun 1660-cı ildə nəşr etdirdikləri Por-Royal qrammatikası kitabıdır. Sensualizm istiqaməti isə psixoloji baxışların, xüsusən fərdi psixologizmin meydana gəlməsinə səbəb olmuşdu. Assosiativ psixologiyanın banilərindən biri olan E.B.Kondilyakın qrammatikası dilçilikdə sensualizm ideyalarını əks etdirir. XVII-XVIII əsr dilçiliyində ən mühüm hadisə müqayisəli-tarixi dilçilik baxışlarının meydana çıxması ilə əlaqədardır. Dillərin müqayisəli şəkildə öyrənilməsi avropalıların sanskrit dili ilə tanış olmasıyla başladı. F.Şlegelin “Hindlilərin dili və müdrikliyi haqqında” əsəri isə müqayisəli-tarixi dilçiliyin təməl daşı kimi çox qiymətlidir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə