Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Strukturalist məktəblər (Praqa funksionalizmi, Danimarka qlossematikası və Amerika deskriptivizmi)



Yüklə 130,7 Kb.
səhifə10/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Dilçilik Konspekt

13.Strukturalist məktəblər (Praqa funksionalizmi, Danimarka qlossematikası və Amerika deskriptivizmi).
Strukturalizm və onun əsas məktəbləri.
Strukturalizm XX əsrin ən böyük cərəyanıdır. Onun ideyalarından qaynaqlanan üç böyük dilçilik məktəbi mövcuddur:
1.Praq funksionalizm dilçilik məktəbi. Çexoslovakiyada yaranıb. Başlanğıcı V.Mateziusun təşkil etdiyi “Praqa dilçilik dərnəyi” hesab olunur. V.Skaliçka, F.Travniçek, B.Havranek, N.Trubetskoy, S.Karsevski, R.Yakobson əsas nümayəndələrdir. Onlar struktur dilçilik metodlarını dilin inkişafına da tətbiq edirdilər. Onların fikirləri:
1.Dil hər hansı bir müəyyən məqsədə xidmət edən ifadə vasitələri sistemidir.
2.Sinxronik və diaxronik dilçilik qarşılıqlı əlaqəyə malikdir.
3.Müqayisəli metoddan linqvistik sistemlərin quruluşu qanunlarının və təkamülünün meydana çıxarılmasında istifadə etmək olar.
2.Danimarka və ya Kopenhagen qlosematikası məktəbi. Viqo Brondal və Lui Yelmsev əsas nümayəndələridir. Əsas ideyalar Brondalın “Struktrual dilçilik” məqaləsi, L.Yelmslev “Ümumi qrammatikanın prinsipləri”, “Hal kateqoriyası”, “Dilçilik nəzəriyyəsinin əsasları” adlı əsərlərdə verilmişdir. Qlossematika dilçiliyi diaxronik aspekti qəbul etmir və bütün dillər üçün ümumi dilçilik nəzəriyyəsini yaratmaq üçün konkret dil materialını nəzərə almırdılar.
Yelmsevə görə, dilə 3 cür yanaşmaq lazımdır: xalis forma kimi (sxem), maddi forma kimi (norma) və vərdişlər məcmusu kimi (uzus). Alimin fikrincə “Sxem, norma, uzus eyni bir müstəvidə yerləşmir... bunlar müəyyən sərhədlərlə ayrılır, biz onları meydana çıxarmalı və təsvir etməliyik”. O, Sössürün dilini sxem adlandırır.
3.Amerika deskriptiv məktəbi. F.Boas, L.Blumfeld, Blok, Treycer, Sepir, Hokit, Harris əsas nümayəndələridir.
Harrisə görə, deskriptiv dilçiliyin mahiyyəti: Deskriptiv dilçilik nitqin müəyyən əlamətlərinin nizamı ilə məşğuldur. Burada distribusiya əlaqələrinin böyük rolu var. Yəni deskriptiv dilçilikdə tədqiqatın əsas məqsədi, yerləşmə qaydası əlaqəsi, yaxud nitq prosesində onun müxtəlif hissələrinin və ya əlamətlərinin bir-biri ilə münasibətdə bölünməsidir. Bundan əlavə deskriptiv dilçilik üçün əsas tədqiqat mərkəzi dil və ya dialektdir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə