Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə11/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Dilçilik Konspekt

14.Dilin sistem və strukturu.
Sistem çox geniş anlayışdır. Obyektiv gerçəklikdə, ictimai həyatda, fəlsəfi anlayışlarda sistem vardır. Sistem anlayışı barədə qədim zamanlardan alimlərin məlumatı var. Demokrit sübüt etmişdir ki, “Hər bir əşya kiçik atomlardan ibarətdirsə, bir əşyanın öz xarici formasının olması isə onun atomlarının düzülmə sistemindən asılıdır”. Sistem eyni cinsli elementlərin hər hansı bir şəkildə birləşməsindən ibarətdir. Sistem yaratmaq üçün müəyyən birləşmə toplusu lazımdır ,amma hər hansı elementlər toplusu sistem əmələ gətirə bilməz. Dil sistemlər sistemidir. A.A.Reformatski sistemə belə tərif verir: “Sistem həmcins qarşılıqlı şərtlənən elementlərin birliyidir”.
Dilin struktur işarələri sistem təşkil edir. Bu iki anlayışı eyniləşdirmək, təcrid etmək olmaz. A.A.Reformatskinin tərifinə görə “Struktur bir vahid tam tərkibində müxtəlif cinsli elementlərin biriliyidir”. Dilin strukturu dedikdə dil səviyyələrinin birliyi nəzərdə tutulur, burada da eynicinsli dil elementləri mövcud olur.
Dil strukturu dedikdə dil yaruslarının bir-biri ilə ierarxik şəkildə əlaqələnməsi nəzərdə tutulur.
Dil sistemlər sistemidir dedikdə isə, dilin quruluş ünsürlərinin bir-birini vasitəli şəkildə təşkil etməsi və əlaqələnməsi nəzərdə tutulur. Fonemlər morfemləri, morfemlər leksemləri, leksemlər frazemləri, sonuncular cümləni, cümlə isə mətni yaradır. Bu da dil vahidlərinin sistemlər sistemini – strukturunu yaratması deməkdir.
Dil yarusları. Dilçilik ədəbiyyatında rast gəldiyimiz “Dil səviyyəsi” termini ilə eyni mənada işlənir. Dil yarusları haqqında da fikirlər bəzən haçalanır. Məsələn V.N.Peretruxin dil strukturunu iki yarusa bölür: 1.Diferensial 2.Semantik.
Diferensial yarusa V.N.Peretruxin fərqləndirici elementləri – tonemləri daxil edir. Semantik yarusa isə “informator işarələri” – sözləri, morfemləri, arammatik quruluşu daxil edir.
Dil strukturu üç səviyyədən ibarətdir:
1.Diferensial,
2.Semantik,
3.Konstruktiv.
Diferensial yarus dil səviyyəsinin birinci mərtəbəsini təşkil edir. Burada yalnız fərqləndirici elementlər – fonemlər və onların sistemi mövcud olur.
Semantik səviyyə paradiqmanın ikinci mərtəbəsini təşkil edir. Burada leksik-semantik sistem mövcuddur. Bu yarus məna yarusudur.
Üçüncü yarus, konstruktiv yarus dilin ən yüksək mərhələsi, özünəməxsus qrammatik konstruksiyalar mərtəbəsidir.
Bu yaruslar mütləq və nisbi şəkildə müstəqildir. Onların mütləq müstəqilliyini şərtləndirən cəhət öz vahidlərinin olmasıdır. Hər bir yarusun öz vahidi vardır. Bu yarusların müstəqilliyinin nisbiliyi isə onunla əlaqədardır ki, bunlar arasında qəti sərhəd qoymaq olmaz. Belə ki, bir yarusun vahidi başqa yarusa keçə bilir. Məsələn, “o” səsi. Bu, səs kimi diferensial yarusun, işarə və şəxs əvəzliyi kimi semantik yarusun, cümlənin mübtədası və təyini olduqda isə konstruktiv yarusun vahidi olur.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə