Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Dünya dillərinin tipoloji və genealoji təsnifatı



Yüklə 130,7 Kb.
səhifə19/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   13   14   15   16   17   18   19   20   21
Dilçilik Konspekt

23.Dünya dillərinin tipoloji və genealoji təsnifatı.
Dünya dillərinin təsnifi dilçilik elminin qarşısında duran mühüm elmi problemlərdəndir. Bu problem dilçilik tarixində o qədər də qədim deyildir. Hələ XI əsrdə M.Kaşğari türk dillərini müəyyən əlamətlərinə görə dörd qrupa bölmüşdü.
Ümumi dilçiliyin ən əsas vəzifələrindən biri budur ki, dünya dillərini, sistemləşdirsin, onların linqvistik-qrammatik tipini öyrənsin, qohumluq əlaqələrini müəyyənləşdirsin.
Dünya dilləri bu prinsiplər üzrə təsnif edilir:
1.Areal (coğrafi) təsnif 2.Funksional təsnif 3.Tipoloji təsnif 4.Genealoji təsnif.
Genealoji təsnifat. Bu, dillərin qohumluq əlaqələrinə görə təsnif olunur. Bu halda dillərin ümumi yaranışı sübuta yetirilir və eyni kökdən olduğu araşdırılır. Bu təsnifat, XVIII əsrin sonları-XIX əsrin əvvəllərindən etibarən tədqiq edilməyə başlanıb. Həmin dövrlərə qədər hər bir tədqiqatçını yalnız öz dilinə aid olan struktur qaydaları maraqlandırırdı. Sanskrit dili ilə olan tanışlıq nəticəsində dillərin genealoji oxşarlığı axtarılmağa başlandı. Bunlara misal olaraq, Hind-Avropa, Avstroneziya, Ural-Altay dil ailələrini göstərmək olar. Hind-Avropa dil ailəsinin tərkibinə daxil edilmiş german, slavyan, fars dilləri kimi qruplar müəyyən mənada bir-birlərinə oxşarlıq əlamətləri ilə xarakterizə olunurlar. Brother-bruder-bəradər-брат sözlərindəki bənzəmə bu müqabildən olan ümumiləşməni formalaşdırır.
Tipoloji (morfoloji). Dillərin strukturunda əsas əlamətlərinə əsasən dillərin seçilməsi prinsipidir. Məsələn, morfemlərin birləşmə üsulları, əsasən dillərin morfoloji bölgüsü dörd sinif üzrə qurulur:
1.İltisaqi - türk, Azərbaycan dili.
2.Flektiv - slavyan, baltik dilləri.
3.Amorf (kök) dilər - çin dili.
4.Polisintetik dillər - çukot, kamçatka dilləri.
Bu bölgünün əsasını alman alimi V.Humboldt qoymuşdur. İlk dəfə o, elmə “müqayisəli antropologiya” termini gətirmiş, müasir dövrdə isə bu, “müqayisəli kulturologiya” termininə uyğun götürülür. Humboldt bu terminə bir tərəfdən insanların bədən quruluşunu, tərbiyəsini, saçının və üzünün rəngini, digər tərəfdən isə xarici situasiyaların daxili xarakterə təsiri kimi yanaşırdı. Bura din, elm, dil, mədəniyyət müxtəlifliyi də daxil edilirdi.
İlk belə bir bölgü Fridrix və Avqust Şleyxer qardaşları tərəfindən edilmişdir. Onlar dilləri başlanğıcda qeyri-flektiv və flektiv olaraq iki qismə böldülər. Sonradan A.Şleyxer bura təcrid olunmuş (amorf) dilləri əlavə etdi və qeyri-flektiv olanları iltisaqi kimi adlandırdı. Humboldt tərəfindən isə bu bölgü genişləndirilmiş və inkorporlaşan dillər qismində yeni bir qrup kimi verilmişdi.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə