Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


XIX əsr dilçilik cərəyanları və məktəbləri (naturalizm və psixoloji cərəyan, Moskva və Qazan məktəbləri)



Yüklə 130,7 Kb.
səhifə13/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Dilçilik Konspekt

16.XIX əsr dilçilik cərəyanları və məktəbləri (naturalizm və psixoloji cərəyan, Moskva və Qazan məktəbləri).
Cərəyan elmdə geniş yayılmış anlayışdır. Cərəyan məktəbə nisbətən daha əhatəli, elmi cəhətdən daha sanballı olur. XIX əsr dilçilik cərəyan və məktəbləri içəmsində ən mühümləri bunlardır:
Cərəyanlar: naturalizm, psixologizm, strukturalizm, sosioloji-dilçilik.
Məktəblər: Leypsiq (gənc qrammatiklər), Moskva, Kazan.
Naturalizm cərəyanı.
Naturalizm cərəyanı alman alimi Avqust Şleyxerin adı ilə bağlı olsa da onun kökləri V.Humboldta, F.Boppa və təbiət elmlərinin dilçiliyə tətbiq edildiyi dövrlərə gedib çıxır. Dilçilikdə naturalizm baxışlarının mahiyyət, təbiət elmlərini, onların əsas müddəalarını dilçiliyə aid edir. Təbiət elmləri ilə ictimai elmləri fərqləndirən cəhət budur ki, birincilərə insan iradəsi təsir edə bilmədiyi halda, ikincilər insan iradəsindən asılıdır. Yəni təbiət elmləri sinfi olmadığı halda, ictimai elmlər sinfidir. Sinfilik anlayışının əsasında subyektivlik durur. Yəni ictimai elmlər subyektivdir. Onlar öz obyektinə subyektiv mövqedən yanaşır. Dilçilik özü subyektiv olsa da, dil obyektiv olub öz qanunları əsasında inkişaf edir. Naturalist dilçiliyin başlıca məsələsi dillərin eyni kökdən əmələ gəlməsi haqqındakı müddəadır ki, bu məsələ sonralar genişlənərək dillərin qrammatik tipə görə təsnifi və dil əmələ gəlməsi haqqında mərhələli inkişaf ideyası buna əsaslanır.
Psixoloji cərəyan.
Psixoloji cərəyanda iki başlıca cəhət mövcud idi. Birinci dilin mahiyyəti məsələsi, ikinci dillə təfəkkürün münasibəti. Onlar dili insanın psixi prosesləri ilə əlaqələndirdiyi üçün bəzən onu nitqlə eyniləşdirirdilər. Psixologizm cərəyanı öz əsasını Humboldtdan alsa da, bu alimlər tərəfindən inkişaf etdirilmişdir: Heyman Ştyental, Vilhelm Vund, Potebnya Aleksandr. Bu üç alimi birləşdirən əsas cəhət, onların üçü də xalq psixologiyası ilə dili sıx əlaqədə götürür və onun fərdi psixologiya ilə də əlaqə və münasibətdə olduğunu iddia edirdilər. V.Vundun dilçilik konsepsiyası, əsasən, psixologiya bazasında qurulmuşdur. Vund insanın düşünmə mexanizmini, psixologiyasını, təfəkkürünü və danışmasını bir-birinin davamı kimi götürürdü.
Moskava dilçilik məktəbinin banisi F.F.Fortunatov hesab olunur. O, Avropada olarkən gənc qrammatiklərdən A.Leskinin və M.Brealın mühazirələrini dinləyirdi. Onu gənc qrammatiklərdən fərqləndirən cəhət isə qrammatik formalizmə ,yəni qrammatik formaya geniş yer verməsi idi. Müqayisəli-dilçilik tarixində özünəməxsus yer tutan alim yaradıcılığının sonrakı illərində dilləri morfoloji cəhətdən beş qrupa bölmüşdü:
1.Aqlütinativ (Ural-Altay).
2.Flektiv-aqlütinativ (sami).
3.Flektiv (Hind-Avropa).
4.Kök dillər (çin, siam və s.).
5.Polisintetik dillər (Amerika hindularının dili).
Kazan dilçilik məktəbinin banisi B.Kurtene hesab olunur. O, öz elmi yaradıcılığında gənc qrammatiklərin fikirlərinə əsaslansa da, dilçilikdə müstəqil bir alim kimi seçilirdi. Kurtene gənc qrammatiklərin tarixilik prinsipini qəbul etmirdi. O, dilçiliyin müxtəlif növlərini göstərirdi. Bunlar Sössür tərfindən verilən sinxronik və diaxronik dilçiliyə uyğun gəlirdi. Dilçilik tarixində ilk dəfə olaraq, fonem nəzəriyyəsini işləyib hazırlayan alim fonemin psixoloji və morfoloji baxımından izahını vermiş, morfem, sintaqm, leksem, qrafem, kinem və.s kimi terminləri ilk dəfə dilçiliyə gətirmişdi. Sonralar bu izahlar iki fonoloji məktəbin Moskva və Leninqrad məktəblərinin əmələ gəlməsinə səbəb olmuşdu. Kazan dilçilik məktəbinin digər görkəmli nümayəndəsi N.Kruşevski idi. “Dil haqqında elmin oçerki” adlı əsərində bir sıra vacib dilçilik ideyalarına toxunmuşdu. Bu məktəbin nümayəndələrindən olan V.Radlov və V.Boqoroditski isə türk dilləri sahəsində böyük işlər görmüşlər.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə