Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Dilin morfoloji səviyyəsi. Kök və şəkilçi (affiksal) morfemlər



Yüklə 130,7 Kb.
səhifə14/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Dilçilik Konspekt

17.Dilin morfoloji səviyyəsi. Kök və şəkilçi (affiksal) morfemlər.
Morfologiya morfem haqqında sahədir. Morfologiyanın ilkin obyekti sözdür. Morfologiyada söz dilin quruluşunun, onun morfoloji sisteminin ümumi qanunauyğunluqlarını aşkarlamaq üçün tədqiq edilir. V.Vinoqradov morfologiyanı “sözün qrammatik öyrənilməsi” kimi də adlandırır. Ümumilikdə morfologiya sözün daxilində baş vermiş hadisələri öyrənir.
Sözün formal qanunauyğunluqlarını araşdıran morfologiya sahəsi morfemika adlanır. Morfemika morfemlərin növünü, strukturunu, onların sözə və bir-birinə olan münasibətlərini öyrənir. Onun əsas obyekti morfemlər və morflardır. Burada morfların sözdəki yeri, funksiyası, affikslərin növləri, morfoloji səviyyədə vahidləri nəzərdən keçirilir.
Morfologiyanın digər sahəsi olan morfonologiyada morflar tərkibində fonemlərin dəyişimi tədqiq olunur. Morfem termini elmə Boduen de Kurtene tərəfindən gətirilmişdir.
Morfemlərin həm maddi, həm də məna tərəfi olur. Buna görə də onlar kök və periferik morflar olaraq iki qismə bölürlər. Kök morflar sözün məna tərəfini daşıyan hissədir. F.Veysəlli kök morfemləri dörd bölgüdə göstərir:
1.Dəyişməz kök morfemlər (at, it)
2.Dəyişməz kök morfemlər + sıfır morfem ([qonax])
3.Dəyişən kök morfem +şəkilçi morfem (child-children)
4.Dəyişən kök morfemlər+sıfır morfem (foot-feet)
Periferik morflar isə sözdəyişdirici və sözyaradıcı xarakterə malik olur. Bəzi tədqiqatçılar tərəfindən periferik morflar affikslər olaraq təqdim olunur. Affikslər isə özlərində prefiks, suffiks, bəzən də infiks anlayışlarını birləşdirir. Söz formasını dəyişdirən periferik morflar sözün leksik mənasına qarışmırlar. Onlar yalnız qrammatik forma cəhətdən sözü müxtəlif şəkillərə salırlar. Sözyaradıcı morflar isə derivasiya hadisəsi ilə bağlıdır. Bu termin 1930-cu ildə sözyaratma prosesini göstərmək üçün elmə E.Kuriloviç tərəfindən gətirilmişdir. Onun tədqiqatlarında sözyaradıcı morflar leksik və sintaktik derivasiyalara bölünür. Bəzən vurğu da morfem kimi götürülür. Məsələn, alma-alma, sərin-sərin.
Morfların distributiv baxımdan müxtəlif əlaqələri var. Mövqe, əhatə və məqam morflarda müxtəlif dəyişikliklərə səbəb olur. Məsələn, man-men, boys- boy's bu kimi morflar leksik allomorflar adlanır. Bu baxımdan müxtəlif cür səslənib, eyni funksiya daşıyan morflar olduğu kimi, eyni cür səslənib müxtəlif funksiyanı icra edən morflar da mövcuddur.
Məsafələrə görə morfemələr distant və amalqam olurlar. Distant morfemlər mürəkkəb tərkibli xarakterə malik olurlar. Məsələn, İ have read.
Amalqam morfemlər isə iki morfemin qovuşması kimi götürürlür. An+das=ans, in+das=ins

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə