Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə12/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
Dilçilik Konspekt

15.Fonetik hadisə və qanunlar.
Danışıq səslərinin bir-birinə təsiri nəticəsində fonetik hadisələr yaranır. Başqa sözlə, yanaşı gələn səslərin başlanğıc və son məxrəcinin bir-birinə təsiri və sözdə səslərin vəziyyəti ilə əlaqədar olaraq fonetik hadisələr əmələ gəlir. Fonetik hadisələr mövqeli və kombinator olaraq iki qrupa bölünür:
Kombinator hadisələr. Danışıq prosesesində tələffüz edilən səslərin bir-birinə təsiri nəticəsində yaranan fonetik hadisələr kombinator adlanır. Kombinator hadisələrin çox vaxt ədəbi dil normasına çevrilə bilmədiyi üçün onları orfoqrafıyada məqbul saymaq olmaz.
Bəzi fonetik hadisələr də vardır ki, tarixən sabitləşərək qanuna keçir və ədəbi dil normasına çevrilir, (məsələn ahəng qanunu, karlaşma və.s).
Bəzi kombinator hadisələr bunlardır.
Uyuşma (assimilyasiya), Dissimilyasiya, Eliziya, Akkomodasiya, Aferezis, Diareza, Metateza, Epenteza, Proteza, Qaplologiya.
Uyuşma (assimilyasiya). Danışıq zamanı səslərin bir-birinə təsir edib onu öz məxrəcinə çevirməsi prosesidir. Azərbaycan dilçiliyində bu fonetik hadisəyə ilk dəfə prof. B.V.Çobanzadə diqqət verib və “Türkcənin səs uyuşması qanunu” adlı məqaləsində bu məsələdən bəhs etmişdir. Uyuşma prosesində bir səs digərinə təsir edərək onu ya tamamilə öz məxrəcinə salır, ya da özünə yaxınlaşdırır.
Keyfiyyətə görə uyuşma tam və natamam olaraq iki qrupa bölünür. Uyuşmanın istiqamətinə görə də iki qrupa bölünür: 1.İrəli uyuşma 2.Geri uyuşma
Danışıq səslərinin bir-birinə təsiri zamanı yaranan fonetik hadisələrdən biri də ahəng qanunudur. Bu qanun türk dilləri üçün səciyyəvidir. Türk dillərinin hamısında bu qanun artıq ədəbi dil normasına çevrilmişdir.
Ahəng qanununun, əsasən, üç növünü qeyd etmək olar:
1.Saitlər ahəngi.
2.Samitlər ahəngi.
3.Saitlərlə samitlərin ahəngi.
Səs əvəzlənməsi (dissimilyasiya). Səs əvəzlənməsi uyuşmanın tam əksidir. Əgər uyuşma prosesində müxtəlif səslər bir-birinə təsir edərək onu öz məxrəcinə salırdısa, burada eyni səslər tələffüzdə ağırlıq törətdiyi üçün biri digərini öz məxrəcindən uzaqlaşdırır. Dissimilyasiya çox vaxt dildə sabitləşir.
Səs əvəzlənməsi dissimilyasiyaya yaxın olan hadisələrdən biri də metateza (səslərin yerdəyişməsi), yerini dəyişmiş səslər isə metatetik səs adlanır. Məsələn, vağzal - vazğal.
Səs düşümü (eliziya). Tələffüz prosesində səslərin qarşılıqlı təsiri ilə səs düşümü (eliziya) hadisəsi baş verir. Bu hadisə həm sözlərin bir-birinə birləşməsi, həm də sözə şəkilçi artırılması zamanı baş verir. Eliziya zamanı sait səslər düşür. Məsələn, oğul – oğlum.
Diareza, səs düşümünün bir növüdür. Diareza mürəkkəb səs birləşməsi zamanı baş verir. Məsələn, dostdur – dosdur.
Aferezis, iki sözün birləşməsi zamanı ikinci sözün birinci səsinin düşməsinə deyilir. Məsələn, vasitəsi ilə – vasitəsi.
Qaplologiya, isə tələffüz prosesində bütöv hecanın düşməsinə deyilir. Məsələn, mineralologiya – mineralogiya.
Səs artımı (proteza). Fonetik hadisələrdən biri də protezadır. Proteza yaranma yerinə görə müxtəlif olur:
1.Sözün əvvəlində Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə görə iki müxtəlif cinsli samit səsin, tələffüzü ağırlıq törədir. Ona görə də söz əvvəlinə sait səs artırılmaqla həmin səs birləşmələri heca ilə ayrılır.
2.R ilə başlanan Azərbaycan sözü yoxdur. Belə sözlərin əvvəlinə mütləq «i» artırılır. Məsələn, Rauf – İrauf, Ramiz – İramiz, Rza – İrza.
Mövqeli-dəyişmə. Bu fonetik hadisə səsin işlənmə mövqeyindən asılıdır. Tələffüz prosesində səsin zəifləməsinə reduksiya deyilir. Məsələn, Azərbaycan dilində vurğusuz hecadan əvvəl gələn samit səslər zəifləyir. Məsələn, görüş, dərman və s. kimi səslər fonoloji davamlığının zəifləməsi ilə seçilir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə