Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə20/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   13   14   15   16   17   18   19   20   21
Dilçilik Konspekt

24.Dilin funksiyaları.
Dilin funksiyası, onun yerinə yetirdiyi vəzifələrin məcmusudur. Dilin əsas funksiyalarından bir neçəsi bunlardır: 1.Kommunikativ 2.Ekspressiv 3.Nominativ 4.İdrakı 5.Emotiv 6.İnteqrallaşdırma 7.Diferensiallaşdırma.
Kommunikativ funksiya. Bu funksiya dilin insanlar arasında ünsiyyət vasitəsi olmasını şərtləndirir. Kommunikasiya o vaxt baş verir ki, danışanla dinləyən arasında tam düşünmə və daşınma prosesi getsin. Dilin ünsiyyət vasitəsi ola bilməməsi bir neçə halda mümkündür:
1.Danışan dinləyənin bilmədiyi dildə fikrini ifadə etdikdə.
2.Bir dilin leksik materialını başqa dilin qrammatik qəlibində təqdim etdikdə və.s.
Ekspressiv funksiya. Ekspress tez çatdırma mənasındadır. Dilçilik termini olaraq ifadəlilik, fikri ifadə etmə, çatdırma mənasında işlənir.
Nominativ funksiya. Bir dilin adlandırma funksiyasıdır. Yəni danışan nəyi isə adlandırmalı, nədənsə bəhs etməlidir. Əgər danışan heç nəyi adlandırmasa, heç nədən bəhs etməsə, kommunikasiya yaranmaz.
İdraki funksiya. Bu funksiya dil vasitəsilə obyektiv gerçəklikdəki əşya və hadisələri, ictimai həyatdakı mücərrəd kateqoriyaları dərk etməyə xidmət edir. İnsan bütövlükdə dünyanı dil vasitəsilə dərk edir. İlk əvvəl konkret və gündəlik həyatda lazım olan əşyalar haqqında adamda anlayışlar yaranır. Məsələn, çörək, su, xörək və.s haqqında üç-dörd yaşlı uşağın məlumatı olduğu halda, məhəbbət, xoşbəxtlik, xəyanət, sədaqət və.s haqqında onun heç bir anlayışı ola bilməz. Mücərrəd anlayışları dərk etmək üçün mücərrəd təfəkkür inkişaf etməlidir.
Emotiv funksiya. İnsan öz fikirləri ilə yanaşı, həyəcan, duyğu, hiss və.s kimi daxili cəhətləri də başqasına çatdırır. Hiss, həyəcan, şadlıq, qəzəb və.s kimi daxili keyfiyyətləri ifadə etmək üçün dildə nidalar mövcuddur.
İnteqral (birləşdirici) funksiya. Dil daxili inteqrasiya dilin xalq dili kimi formalaşdığı dövrdə baş verir. Yəni dil dialektlərarası oxşar və fərqli cəhətləri seçir, dialektlər əsasında yeni bir keyfiyyət yaranır. Koxudov beynəlmiləl dillərin vəzifəsindən belə bəhs edir: “Dil öz inteqral funksiyasını o vaxt yerinə yetirir ki, o, beynəlmiləl və dünya səviyyəli ünsiyyət vasitəsi kimi istifadə edilsin. Xalqlar arasında ünsiyyət vasitəsi kimi istifadə edilməyən dil isə diferensial (fərqləndirici) funksiyanı yerinə yetirmiş olur”.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə