Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Dilin mənşəyi haqqında nəzəriyyələr



Yüklə 130,7 Kb.
səhifə18/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   13   14   15   16   17   18   19   20   21
Dilçilik Konspekt

21.Dilin mənşəyi haqqında nəzəriyyələr.
Dilin mənşəyi haqqında qədim zamanlardan müzakirələr gedir. Dilin mənşəyi haqqında fikirlər iki yerə ayrılır. İdealist, materialist fərziyyə.
İdealist fərziyyələr dini kitablarda öz əksini tapıb. Qurani Kərimdə göstərilir ki: “Allah Adəmi gildən yaratdı və ona can üfürdü. Sonra ona ağıl və iradə, mərifət və nemət verdi. Və ona bütün yaradılmışların sirlərini öyrətdi”. Quranın Ərrəhman surəsində deyilir ki, “Allah insanı yaratdı və ona danışmağı öyrətdi”. Demək olar ki, bütün dini kitablatın insanın və dilin yaranması haqqında fikirləri eynidi.
İdealist nəzəriyyə də iki yerə ayrılır. Fərdi-ilahi, ictimai-idealist. Fərdi idealizmə görə dili bir nəfər yaratmışdır. Bu da birbaşa Allahın adı ilə bağlıdır. Dil də Allah tərəfindən hazır şəkildə imsanlara verilmişdir. Dili bir nəfərin adıyla bağlayanlar soradan etiraf eləmişdilər ki, dili bir nəfər yarada bilməz.
İctimai-idealist nəzəriyələr isə bir neçə yerə ayrılır:
1.Səs Təqlidi. İctimai idealistlərin ilkin fikridir. Bu nəzəriyyə görə insan dilini təbiətdən almışdır. Yəni insan havanın, küləyin, yağışın səsini yamsılayaraq özünə dil yaradıb. Lakin, insan dilini təbiətlə təmas zamanı zərurətdən yaratmışdır, təbiətdən almayıb.
2.Nidalar Nəzəriyyəsi. Əsasını Epikür qoyub. Bu nəzəriyyə dili insanın öz iradəsiylə bağlayır. İbtidai insanlar daxili hisslərini ifa edən “təbii səslər” çıxarmışdır. Bunu Jan Jak Russo da təsdiq edib. O deyir ki, dilsiz insanlar cəmiyyətə emosiyaları ilə gəliblər və insanlar hislərini ifadə etmək üçün nidalardan istifadə edirlər.
3.Əmək Çağırtıları. Bu nəzəriyyə dili insan əməyi ilə bağlayır. Burda deyilir ki, bir neçə adam ağır bir şey götürəndə “ha, hu, hı” kimi səslər çıxarır. Bu da ilkin dilin yaranmasını göstərir. Bu fikir də yalnışdır ,çünki bu insanlar həmin ağır əşyanı götürməyə gəlmək üçün razılaşmalı idilər. Yəni burda daha əvvəl ünsiyyət olmalıdır.
4.İctimai müqavilə. Bu nəzəriyyə göstərir ki, insanın ilk dili müqavilə, şərtləşmə əsasında yaradılmışdır. Hətta bu nəzəriyyə deyir ki, dilin başlanğıcı və sonu ictimai müqavilədir. Vaxt gələcək, bütün dünya müqavilə əsasında yalnız bir dili danışacaq. Bu da yalnış fikirdi ,çünki insanlar müqavilə bağlamaq üçün də ünsiyyət saxlamalı idilər.
5.Əl hərəkətləri dili. Marr belə hesab edirdi ki, insanlar 15 min il yalnız əl hərəkətləri ilə əlaqə saxlayıb. Amma bu doğru deyil. Çünki əl hərəkətləri dərin məna ifadə etmir. Əl hərəkətləri dilin yaranmasında mühüm rol oynamışdır ,amma dili birbaşa bu hərəkətlərlədə əlaqələndirmək olmaz.
6.Yafəs. Bu nəzəriyyə əsrin əvvəllərində çox yayılıb. Yaradıcısı Marrdır. Bakıxanovun məlumatına görə Yafəsin 9 uşağı olmuşdur. Və hər bir oğlu bir xalqı təmsil edirdi. Yafəsin birinci oğlu Türkdür. “Türk yafəsin böyük oğludur və ədalətli padşah idi. Yafəsin oğlanları bunlardır: 1. Türk 2. Xəzər 3. Rus 4. Qərrə-Bolqar 5.Bolqar 6. Soqlab slavyan 7. Çin 8. Boric- Firəng 9. Yəcuclar, Monqollar
İncildə Yafəsin Nuh peyğəmbərin oğlu olduğu da deyilir. Marrın sağlığında onun tərəfdarı çox idi. Lakin onun ölümündən sonra əsəri bir neçə dəfə tənqid edilib. Həmçinin B.Çobanzadə onun sağlığında tənqid eləmişdi. Lakin buna görə o düşmən adlandırılmışdı. Halbuki Marrın əsərini düzgün nöqteyi-nəzərdən tənqid elədiyi üçün onu təbrik etmək lazım idi.
Dilin yaranması, insanın yaranması ilə əlaqədardır. Dilin mənşəyini müəyyən etmək üçün ona düzgün yanaşmaq lazımdır. Dilin ictimai mahiyyəti inkar etmək olmaz. Müasir dilçilik bütün nəzəriyyələrin müsbət cəhətlərini seçməlidir. Dilin mənşəyi problemi də yenidən işlənməli, araşdılırmalıdır.
22.Lüğətlərin növləri.
Bütün lüğətlər linqvistik və ensiklopedik olaraq 2 qrupa bölünür. Lüğətlərin bu növləri vardır:
1.Tərcümə lüğətləri. Bu lüğətlər iki və daha çoxdilli olur.
2.Orfoqrafık lüğətlər. Bu və ya digər dildəki bütün sözlərin məcmusunu göstərən və onların düzgün yazılma əsaslarını verən lüğətlər. Məsələn, “Azərbaycan dilinin orfoqrafıya lüğəti”.
3.Dialektoloji lüğətlər. Bu və ya digər dialektdə işlədilən və ya bir dilin dialektlərində işlədilən dialekt sözlərinin təsviri. Bunlar ədəbi dildəki ekvivalenti və ya izahı ilə verilir. Məsələn, “Azərbaycan dilinin dialektoloji lüğəti”.
4.Terminoloji lüğətlər. Hər bir elmin öz terminlərinin mənasını izah edən lüğətlərə terminoloji lüğətlər deyilir. Məsələn, “Ədəbiyyatşünaslıq terminləri lüğəti”, “Dilçilik terminləri lüğəti” və.s.
5.İzahlı lüğətlər. İzahlı lüğətlər, əsasən, birdilli olur, bir dildə işlədilən söz və sabit söz birləşmələrini izah edir. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti” və.s.
6.Etimoloji lüğətlər. Bu lüğətlər dildə işlənən etimonların ilkin mənasını öyrənən lüğətlərdir. Belə lüğətlər bir, iki və ya çoxdilli ola bilər. Məsələn, “Türk dillərinin etimoloji lüğəti” və.s.
7.Ensiklopedik lüğətlər. Bu, lüğətlərin ən mükəmməl növüdür. Məzmununa, əhatə dairəsinə görə öz mükəmməlliyi ilə izahlı lüğətlərdən seçilir. Ensiklopedik lüğətlər xalqın elmi və mədəni inkişafının nəticəsində meydana gəlir. Əgər başqa lüğətləri bir nəfər tərtib edə bilirsə, ensiklopedik lürətləri böyük bir qrup tərtib edir. Çünki burada bütün elm və sənət sahələrinə, terminlərə, toponimik və antroponimik adlara aid dürüst məlumat vermək lazım gəlir.
Bunlardan başqa, antonim, sinonim, tarixi və s. lüğət növləri də vardır.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə