Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə9/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Dilçilik Konspekt

12.Hind-Çin dilçiliyi.
Hind dilçiliyi
Hind kahinləri özlərini tamamilə elmə həsr edərək dünyəvi işlərdən əl çəkir, bütün günlərini Vedanqlar üzərində keçirirdilər. Müasir dilçiliyə qədim hindlilərdən dörd Vedanq gəlib çatmışdır: burada tələffüz qaydalarından, qrammatikadan, sözlərdən, poetikadan bəhs edilir.
Üzərində ən çox çalışan məşhur hind alimi Panini olmuşdur. Onun şəxsiyyəti və yaradıcılığı haqqında dilçilikdə çoxlu, həm də ziddiyyətli fikirlər mövcuddur.
Panini Veda ilə sanskriti müqayisə edib hind dilinin mükəmməl normativ qrammatikasını yaratdı. Bu əsər 3996 tərifdən ibarətdir, şerlə yazılmışdır. O dövrün ənənəsinə görə elmi və bədii əsərlər, şerlə yazılmalı idi. Bu, bir tərəfdən əsərin əzbərlənməsıni, ikinci tərəfdən düzgün tələffüz edilməsini şərtləndirirdi. Hind alimləri yalnız yazısı, olan dilləri tədqiqat üçün qabil hesab edirdilər. Hind yazısı sait və samitləri başqa cür göstərirdi. Sait səslər bir xətdə, samitlər isə başqa xətdə olmuşdur. Sonrakı hind dillərinin hamısı öz ilkin əsasını sanskritdən götürmüşdür. Hind dilçiliyi çox sürətlə inkişaf edirdi. Hind alimləri morfologiyada dörd nitq hissəsi – ad, fel, en qoşma və hissəcik müəyyən etmişdilər.
Çin dilçiliyi
Dilçilik bir elm kimi hindlilərdə və yunanlarda yaransa da, dilçilik məsələləri ilə qədim Çində daha əvvəllər məşğul olmuşlar. Çinlilər yazı, incəsənət və mədəniyyətin başqa sahələrlə daha erkən maraqlanmışlar. Hələ e.ə. VIII əsrdə ilk yazı islahatı keçirilmişdi. O vaxt Çin alimləri heroqliflərdəki artıq xətləri ixtisar edib sadələşdirmiş və standart şəklə salmışlar. Qədim Çin yazısı uzun müddət işləndi. Yalnız I və II əsrlərdə müasir Çin sistemli heroqliflər meydana gəldi. Bu, Çin yazısının son və əsaslı islahatı idi. Müasir Çin yazısı həmin heroqliflərə əsaslanır və üç yazı üslubuna malikdir:
1.Nizamnamə 2.Yarım nizamnamə 3.Fövri yazı
Çin dilçiliyində əsl qrammatik tədqiqatlar heroqliflərin sistemləşməsi və sabitləşməsi dövrünə təsadüf edir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə