Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


XIX əsr müqayisəli-tarixi dilçilik. (F.Bopp, R.Rask, Y.Qrimm, A.Vostokov)



Yüklə 130,7 Kb.
səhifə7/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Dilçilik Konspekt

9.XIX əsr müqayisəli-tarixi dilçilik. (F.Bopp, R.Rask, Y.Qrimm, A.Vostokov).
Dilçiliyin bir elm kimi formalaşması müqayisəli-tarixi dilçilik dövrü ilə əlaqələndirilir. Bu dövr əsasən F.Bopp, R.Rask, Y.Qrimm, A.Vostokov kimi alimlərin adları ilə bağlıdır. Həmin zamanlarda tədqiqatçılar daha çox Hind-Avropa dilləri ailəsinə məxsus müxtəlif qruplara aid dillərin araşdırmasını aparırdılar.
F.Bopp, 1816-cı ildə “Yunan, latın, fars və german dillərinin təsrifi ilə müqayisədə və mətnin orijinalında dəqiq vəznli tərcümədə Ramayana və Mahabharatadan epizodlarla və Vedalardan təfriqələrlə sanskritin təsrif sistemi” adlı kitabını çap etdirir. Burada əsas məqsəd müqayisə deyil, illərin tarixini öyrənmək idi. F.Boppun üç cilddən ibarət digər maraqlı əsəri “Sanskrit, zend, erməni, yunan, latın, litva, köhnə slavyan, qot və alman dillərinin müqayisəli qrammatikası” adlanır. Burada müxtəlif dillərin morfologiya sahəsi əsasında fərqləndirilmə aparılmışdır. Alimin “Müqayisəli qrammatika” əsəri kök nəzəriyyəsi ilə əlaqədardır. Verilmiş mülahizəyə görə, Hind-Avropa dillərində sözlər ilk dəfə təkhecalı köklərdən yaranıb. Təkhecalı kökləri də iki qrupa bölürdü:
1.Feili köklər 2.Əvəzlik köklər.
Alim dünya dillərini bu nəzəriyyə əsasında tipoloji cəhətdən köklərə görə maraqlı şəkildə təsnif etmişdir:
1.Həqiqi söz kökü olmayan (amorf dillər-Çin dili).
2.Birləşmə qabiliyyətinə malik təkhecalı söz kökləri olan dillər (Hind-Avropa dilləri).
3.Üç samitlə səciyyələnən iki hecalı söz kökləri olan dillər (sami dilləri).
Müqayisəli-tarixi dilçiliyin yaradıcılarından digəri Rasmus Raskdır. O, əslən Danimarkadan idi. Əslində, o, bu məktəbin banisi sayıla bilərdi. Lakin onun “Qədim Şimal dili sahəsində tədqiqat və yaxud island dilinin mənşəyi” adlı əsəri F.Boppdan iki il əvvəl (1814) yazılsa da, 1818-ci ildə çapdan çıxmışdı. R.Rask 25 dil bilirdi. O, bir sıra maraqlı tədqiqatların müəllifi hesab olunur.
10.Dil və Nitq.
Qədim zamanlardan dillə nitq eyniləşdirilmişdir. Hətta A.A.Saxmatov və A.Boduen de Kurtene nitqlə dili eyniləşdirərək “kənd dili, şəhər dili, vilayət dili” kimi terminlər işlətmişlər. Bu, dillə nitqin hüdudlarını qarışdırmaqdan irəli gəlir.
Dillə nitqi ilk dəfə V.Humboldt fərqləndirməyə cəhd etmişdir.
Ferdinand de Sössür isə dillə nitq arasındakı mühüm fərqləri göstərmişdir. O, dili sosial hadisə hesab etdiyi kimi, nitqi də belə xarakterizə edir: “Nitq həmişə fərdidir, ona həmişə fərd hakimdir”.
Dillə nitqin oxşar və fərqli cəhətlərinə nəzər salsaq,
Oxşar cəhətlər bundan ibarətdir:
1.Hər ikisi ilə məlumat vermək mümkündür.
2.Dil nitq üçün əsas baza, nitq isə dilin ifadə formasıdır.
3.Dil nitq şəklində reallaşır.
4.Həm dil, həm də nitq təfəkkürlə bağlıdır.
5.Nitq şəklində mövcud olmayan dil ölümə məhkumdur.
Fərqli cəhətləri isə daha çoxdur:
1.Dil ümumi, ictimai, nitq isə fərdidir.
2.Dil fərdin psixoloji prosesləri ilə əlaqədar deyil, nitq isə bundan asılıdır.
3.Dil kodlaşdırıla bilir, nitq isə məlumat səviyyəsində qalır.
4.Dil vahidləri ilə nitq vahidləri eyni deyil. Məsələn, “Alma, almaya bənzər” cümləsində iki dil vahidi, üç nitq vahidi vardır.
5.Dil sabit, nitq isə keçici və anidir. Nitq dinamikdir, dil sabit.
6.Dilin formal qaydaları ilə nitqin qaydaları eyni deyildir.
7.Dil qanunları ilə nitq qanunları müxtəlifdir.
8.Dil maddi deyil, nitq maddidir. Nitq hər hansı informasiyanı başqasına çatdırmağa xidmət edir. Əslində insanlar dillə yox, nitqlə ünsiyyət saxlayırlar. Yəni insanlar arasında ünsiyyət vasitəsi nitqdir.
Nitqin öz qanunları vardır. Sözlərin seçilməsi, dinləyənin şəxsi və başqa cəhətlərinin nəzərə alınması, tonun alçaqdan yüksəyə inkişafı, emosionallıq, əl hərəkətlərindən və.s istifadə edilməsi nitqin başlıca şərtlərindəndir. Bunların heç birinin dilə dəxli yoxdur. Dil öz daxili qanunları əsasında inkişaf edən, təkmilləşən ictimai hadisədir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə