Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri


Orta Əslər, Erkən dövr, Ərəb dilçilik məktəbləri



Yüklə 130,7 Kb.
səhifə3/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   2   3   4   5   6   7   8   9   ...   21
Dilçilik Konspekt

3.Orta Əslər, Erkən dövr, Ərəb dilçilik məktəbləri.
Orta əsrlərdə müxtəlif elm sahələri kimi dilçilik də durğunluq yaşayırdı. Din xadimləri başqa elmlərdəki kimi dilçiliyin də inkişafına mane olurdular. Bu dövrdə diqqət çəkən ən əsas hadisə realistlərlə nominalistlərin mübarizəsi idi. Əslində, onlar fəlsəfə nümayəndələri idilər. Amma fikir ixtilafı əşya və mövhum üzərinə olduğu üçün dilçi nümayəndələri də hesab etmək olar.
Realistlərlə Anselm rəhbərlik edirdi. O real olaraq yalnız ümumi mövhumların mövcud olduğu, həmin mövhumlara uyğun əşya və hadisələrin sönük, zəif sürət olduğunu deyirdi.
Nominalistlər yalnız əşyaların mövcud olduğu deyirdilər ,lakin bu fikri düzgün çatdıra bilmirdilər. Nominalistlər də din xadimlərinin təzyiqinə məruz qalırdılar.
Orta əstlərdə sırf dilçiliyə aid olan latın dilli qramatika və dərslik kitabları vardı. Donantın və Prissianın təlimləri geniş yayılmışdı. Hətta yunan dili unudulurdu. Lakin bu kitabda latın dili qrammatik qanunları yox idi. Yalnız məcburi qaydalar var idi. Bu onu göstərir ki, latın qrammatikası düzgün danışıq və yazmaq üzrə idi. Latın dilinin belə inkişafının mənfi təsiri də var idi. Latın ölü dil idi və səs cəhətinə əhəmiyyət verilmirdi. Bu da fonetik anın inkarına səbəb olurdu.
Ərəb dilçilik məktəbləri.
Ərəblər dünyanın ən qədim xalqlarındadır. Eramızın VII əsrindən başlayaraq Ərəbistanda dilçilik inkişaf etməyə başlamışdır. Ərəb dilçiliyinin inkişafına bir neçə faktor kömək edirdi:
1.Ərəb alimləri özlərindən əvvəl yaranmış dünya dilçilik məktəbləri ilə tanış idilər.
2.İslam dininin meydan gəlməsi. İslam dini elmin bütün sahələrinin inkişafına təsir göstərirdi.
Ərəb alimləri Aristotelin “Poetika” və hindlilərin “Kəlilə və Dimnə” əsərini ərəbcəyə çevirib şərqdə tərcümənin əsasını qoydular.
Ərəb olmayan alimlərin də öz tədqiqatını ərəbcə aparması ərəb dilçiliyinin inkişafına səbəb olurdu. Buna görə də iki fikir meydana gəlmişdir:
1.Milliyətcə ərəb olmayanların ərəbcə yazdıqları əsərlər ərəb dilçiliyinin inkişafına kömək etmişdir. Məsələn, B.Çobanzadə yazır: “Bütün ərəb və fars ədəbiyyatının bir qismi türk və tatar alim səyi nəticəsindədir”.
2.Rus alimlərindən V.A.Zveqintsev və B.N.Qolovin isə ərəb, türk dillərini bilmədiklərindən M.Kaşğarini ərəb hesab etmişlər. Bununla onlar türk xalqlarının elmi təfəkkürünün qədim olmadığını dolayı yolla sübuta yetirməyə çalışırlar.
Ərəb dilçiliyinin əsasını qoyanlardan biri VII əsrdə yaşamış Əli ibn Əbu Talib olmuşdur. Onun göstərişi ilə Əbül Əsvad Quranın lüğətini hazırlamış, qrammatikaya dair əsər yazmışdır. Xəlil ibn Əhməd əl Fərhadi də ərəb dilinin lüğətinin hazırlanmasında xüsusi rol oynamışdır.
Əl-Firuzabadinin tərtib etdiyi 60 cildlik “Qamus” adlı lüğəti geniş yayılmışdır. Əlifba prinsipi ilə tərtib edilən ilk lüğətlər Əl Cauharinin lüğətindən başlanır.
Bəsrə məktəbi. Bu şəhər dilçiliyin inkişafında mühüm rol oynamışdır. Bəsrə məktəbinin təşəkkülündə və inkişafında İbn Əbu Əshaq, İsa ibn Ömər, Yunis ibn Həbib və.s alimlərin xüsusi xidməti olmuşdur.
Kufə məktəbi. Şəhər Xəlifə Əli ibn Əbu Talibin vaxtında Xilafətin paytaxtı oldu. Bu müddətdə burada qrammatiklər məktəbi yarandı. Məktəbin banisi Kisayi idi. O, ərəb dili qanunlarını, Quranı mükəmməl öyrəndikdən sonra Bağdada köçmüş və Xəlifənin oğullarının müəllimi olmuşdur. Kisayi “Kitabi müxtəsərin nəhv, Kitabül-qiraət, Kitabül ədəd, Risalətü ma təlhəmu fihil avami, Kitabi məanil Quran” adlı əsərlərin müəllifidir. Kisayi Bəsrə dilçilərindən fərqli olaraq, qrammatik qayda-qanunları fəlsəfi mahiyyətlə birgə götürmüşdür.
Bağdad məktəbi. Bəsrə və Kufə məktəbləri birləşərək Bağdad məktəbi yaratdılar. Bağdad qrammatikləri bəsrəlilərdən daha çox kufəlilərin qrammatik konsepsiyasına əsaslanırdılar. Həmçinin Bağdad dilçilik məktəbinin görkəmli nümayəndələrindən biri Əbu Məhəmməd Abdulla ibn Quteybə idi. “Uyunul Əxbar, Ədəbul-Kitab, Əl maarif, Qaribul-Hədis” əsərlərinin müəllifidir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə