Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə5/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
1   2   3   4   5   6   7   8   9   ...   21
Dilçilik Konspekt

5.Dilin ictimai mahiyyəti.
Dilin ictimai mahiyyətindən bəhs edərkən qeyd etməliyik ki, dil insan cəmiyyətinin üzvi atributudur. İnsan onu cəmiyyətdə öyrənir və dilsiz cəmiyyət, həmçinin cəmiyyətsiz dil ola bilməz. Buna görə də dil xüsusi ictimai hadisədir. Dil fizioloji hadisə deyil ,çünki irsən keçmir. XIX əsrin psixoloji cərəyan nümayəndələri dili fərdi psixoloji akt hesab edirdilər. Lakin əgər bu belə olsa idi, onda adamın danışması üçün cəmiyyət lazım olmazdı, hər kəs öz-özünə danışardı. Və bundan da başqa, dil psixoloji hadisə olsa idi, hər kəsin öz dili olardı. Dili bioloji hadisə də hesab etmək olmaz ,çünki belə olsa idi, inkişaf edərək ölərdi. Əslində, dilin ölməsi istifadə olunmamasıdır, inkişafı deyil. Beləcə, dil ictimai hadisə olaraq cəmiyyətə bağlıdır, ictimaidir ,lakin digər ictimai hadisələrdən fərqləri vardır. Dil digər ictimai hadisələrdən daha qədimdir, daha sabit və uzun ömürlüdür. Dilin inkişaf qanunları vardır, və o obyektivdir, heç bir subyektə və onun iradəsinə tabe deyil. Cəmiyyətin varlığı üçün heç bir hadisə onunla müqayisə oluna bilməz.
Cəmiyyət öz varlığı və inkişafını dilə borcludur ,çünki ünsiyyət olmasa insanlar özləri nə fərd, nə də cəmiyyət üzvü ola bilməzdi. Dil cəmiyyətin varlığı üçün hansı rolu oynayırsa, cəmiyyət də dilin yaşaması və inkişafı üçün həmin rolu oynayır. Dil olduqca böyük əhəmiyyətə malikdir və əgər o olmasa idi, insanlar bir-biri ilə yalnız heyvanların olduğu səviyyədə anlaşa bilərdilər.
6.Dilçiliyin sahə və şöbələri.
Dilçilikdə sahə və şöbə anlayışı elə də qədim deyil. Professor Afad Qurbanov demişdir ki, sahə anlayışı şöbə anlayışına nisbətən daha genişdir.
Dilçiliyin sahələrini 2 cür müəyyənləşdiririk:
1.Əhatəsinə görə, miqyasa görə - ümumi xüsusi.
2.Tədqiqatın xarakterinə görə - tətbiqi nəzəri.
1.Ümumi dilçilik Dilin və ya dillərin ümumi nəzəriyyələrini əhatə edir. Dil haqqında ümumi təlim dil qruplarının elmi tədqiqi və təsviri üzərində yaranır. Əsasını Vilhem Fon Humbolt qoymuşdur. O, dünya dilçiliyinin inkişafına güclü təkan vermişdi.
2.Xüsusi dilçilik Xüsusi dilçilik dedikdə konkret bir dil və ya dil ailəsi üzərində aparılan tədqiqat nəzərdə tutulur. Xüsusi dilçilik ümumi dilçiliyin tərkibində fəaliyyət göstərir. Xüsusi dilçilik konkret bir dili öyrənir: məsələn, Azərbaycan dilçiliyi. Xüsusi dilçilik öz tədqiqat metodlarını ümumi dilçilikdən hazır şəkildə alır.
3.Nəzəri dilçilik ümumi dilçiliyin ən aparıcı sahəsidir. Nəzəri dilçilik həm ümumi, həm də xüsusi dilçiliyi əhatə edir. Fəlsəfi sosial və linqvistik problemlər, onların dil sisteminə təsiri və.s öyrənir.
4.Tətbiqi dilçilikdə dillə bağlı olan əməli məsələlər həll edilir. Bundan əlavə, tətbiqi dilçilik dilin praktik öyrənilməsi üçün üsullar və vasitələr hazırlayır. Tətbiqi dilçiliyin yazı – qrafika problemləri, lüğətçilik, sinxron-avtomat tərcümə kimi sahələri vardır.
Yazı qrafika. Düzgün yazı qaydalarının elmi əsaslarının işlənib hazırlanması, tətbiqi dilçiliyin bu sahəsinin də uğurlu inkişafına səbəb olmuşdur.
Lüğətçilik Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənir.
Sinxron-avtomat tərcümə riyazi dilin hazırlanması və bu dil əsasında maşına proqram verilməsi nəticəsində maşın istənilən mətni tərcümə edə bilir.
Dilçiliyin sahələrindən danışarkən ekstralinqvistika və sosioloji dilçilikdən də bəhs etmək lazımdır. Ekstrlinqvistika dildən kənar faktorların təhlilinin məcmusudur. Dilin hansı sahələrdə fəaliyyət göstərməsindən, dillərin bir-birinə qarşılıqlı təsirindən bəhs edən sahəsi, sosioloji dilçilik və ya sosialinqvistika adlanır.
Dilçiliyin şöbələri:
Dilçiliyin şöbələrini 2 cür təsnif etmək olar:
1.Dil strukturunu öyrənən şöbələr: morfologiya, sintaksis, fonetika, leksikologiya və.s.
2.Dilçiliyin ümumi şöbələri: Dialektologiya, üslubiyyat, dil tarixi.
Dialektologiya Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Dialektlərin məhəlli, ictimai, etnik, sinfi kimi növləri vardır.
Üslub dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Funksional üslubların bu növləri vardır:
1.Elmi üslub milli elmi təfəkkürün ifadəsidir. Əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, terminlər, ardıcıllıq və konkretlikdir.
2.Bədii üslub milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obrazlılıqdır. Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans, təkrar və intonasiyadır.
3.Publisistik üslub milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuat, radio, televiziyanın dilidir. Publisistik üslubun, əsasən, iki növü var: bədii-publisistik, elmi-publisistik üslub.
4.Məişət üslubu gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir.
5.Rəsmi-işgüzar üslub rəsmi və işgüzar sənədlərin dilidir. Əsas cəhəti yığcamlıqdır.
Bunlardan əlavə fərdi üslub da mövcuddur. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və.s
Dil tarixi dedikdə dil strukturunu öyrənən dilçilik sahələrinin tarixi nəzərdə tutulur. Bunlara tarixi fonetika, tarixi leksikologiya, tarixi qrammatika aiddir.
Tarixi fonetika. Dilin fonetik tərkibini tarixilik mövqeyindən tədqiq edir.
Tarixi qrammatika bəzən elə dil tarixi anlayışını ifadə edir. Tarixi qrammatika üçün material verən zəngin sahələrdən biri də xalq yaradıcılığıdır.
Tarixi leksikologiya. Dilin leksik tərkibində gedən tarixi dürüstləşmə və səlisləşmə prosesini, hər bir sözün dildə nə vaxt peyda olması və nə üçün dildən çıxması kimi məsələləri tarixi leksikologiya öyirənir.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə