müəyyən olunur. Lakin bunu məcburi
qayda hesab etmək olmaz,
çünki hökumət üzvləri missiya daxilində hər zaman üstünlüyə
malikdirlər. Texniki missiyanın tərkibində isə adətən diplomatik
rütbəli şəxslər olmur və burada birincilik həmin şəxslərin akkreditiv
dövlətdə tutduğu vəzifələrinə görə müəyyən olunur. (maddə 16)
7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri
Artıq qeyd etdiyimiz kimi xüsusi missiyalar diplomatiyanın
ilkin forması kimi meydana gəlmiş və inkişaf etmişdir. Mövcud
olduğu bütün dövrlərdə diplomatiyanın bu forması xüsusi rejimdən
istifadə etmişdir. Lakin xüsusi missiyaya immunitet və üstünlüklərin
verilməsinin hüququ əsasının mövcud olması ilə bağlı nəzəriyyə və
praktikada vahid fikir mövcud deyildi. Xüsusi missiyalar haqqında
1969-cu il Konvensiyasının layihəsinin müzakirəsi zamanı da bu
məsələ müzakirələr yaratmışdır.
Mərasim xarakterli missiyada isə, missiyanın başçıları arasında
birincilik qəbul edən dövlətin protokoluna əsasən müəyyən olunur.
(16-cı maddə,bənd 2)
Artıq
qeyd etdiyimiz kimi, xüsusi missiyanın başçıları dövlətin
rəhbər vəzifəli şəxsləri də ola bilərlər. Məhz 1969-cu il
Konvensiyasında ilk dəfə olaraq, beynəlxalq ünsiyyətdə iştirak edən
dövlət və hökumət başçılarının xüsusi statusu müəyyən olunmuşdur.
Konvensiyanın 21-ci maddəsi "Dövlət başçısının və yüksək rütbəli
şəxslərin statusu" adlanır. Həmin maddənin 1-ci bəndinə əsasən
xüsusi missiyaya başçılıq edən göndərən dövlətin başçısı, qəbul edən
dövlətdə və ya üçüncü dövlətdə, rəsmi səfərlə digər dövlətdə olan
dövlət başçısının beynəlxalq hüquqla tanınan imtiyaz, üstünlük və
immunitetlərindən istifadə edir.
Beynəlxalq Hüquq Komissiyası Konvensiyanın mətnini
hazırlayarkən Diplomatik əlaqələr haqqında 1961-ci
il Vyana
Konvensiyasını əsas kimi götürmüş və tələb olunan yerlərdə uyğun
dəyişikliklər etmişdir.
İlk öncə qeyd edək ki, Konvensiyanın 22- ci maddəsi qəbul
edən dövləti xüsusi missiyanın xarakterini və vəzifələrini nəzərə
alaraq, onun funksiyasını həyata keçirə bilməsi üçün lazım olan
şəraitlə təmin etməyə öhdələndirir. Yəni artıq bu missiyanın
immunitet və imtiyazlarla təmin olunması nəzakət normalarına deyil,
hüquqi normalara əsaslanır.
2-ci bənddə isə göstərilir ki, xüsusi missiyada iştirak edən
hökumət başçısı, xarici işlər naziri və digər vəzifəli şəxslər qəbul
edən dövlətdə və ya üçüncü dövlətdə Konvensiyada göstərilənlərdən
başqa, beynəlxalq hüquqla onlar üçün
nəzərdə tutulan immunitet və
üstünlüklərdən istifadə edirlər.
Öz funksiyasını yerinə yetirmək üçün missiya material baza -
mənzil, bina ilə təmin olunmalıdır. Bu haqda 23-cü maddədə deyilir:
"Xüsusi missiya xahiş etdiyi təqdirdə, qəbul edən dövlət lazım olan
binanın, eyni zamanda missiyanın üzvlərinin yaşayış binalarının
alınmasında xüsusi missiyaya yardım etməlidir".
Xüsusi missiyanın harada yerləşməsi məsələsi, yerləşmə dövləti
və akkreditiv dövlətin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunur.
Missiya öz nümayəndəliyini fəaliyyət göstərdiyi yerin yaxınlığında aça
bilər. Əgər missiya ölkə daxilində səyahət edirsə, o zaman onun
iqamətgahı göndərən dövlətin daimi nümayəndəliyi hesab olunur və
yaxud da bir neçə yerləşmə yerləri ola bilər ki, bunlardan da biri onların
özü tərəfindən əsas olaraq seçilir.
Akkreditiv dövlət, missiyanın başçısı, missiya və onun üzvləri,
konkret xidmət növlərinə görə ödənişlərdən başqa, missiyanın
binasına
münasibətdə bütün dövlət, rayon və bələdiyyə vergi və
rüsumlarından azad olunurlar. (maddə 24)
Əgər dövlətlər arasında razılaşma mövcud deyilsə, xüsusi missiya
xarici işlər nazirliyi yerləşən məntəqədə yerləşir. (maddə 17)
Qeyd etmək lazımdır ki, missiyanın üzvlərinin yaşayış
binalarının xərclərinin ödənilməsində, qəbul edən dövlətin iştirak
etmək öhdəliyi yoxdur.
Xüsusi missiya üçüncü dövlətin ərazisində də, onun razılığı ilə
fəaliyyət göstərə bilər. Üçüncü dövlət özünün göstərdiyi şərtlərlə,
qəbul edən dövlət öhdəliklərini üzərinə götürə bilər. İstənilən zaman,
səbəb gətirmədən, həmən dövlət missiyanı saxlamaqdan imtina edə
bilər. (maddə 18).
Xüsusi missiyanın binaları toxunulmazdır.
Lakin bu
toxunulmazlıq mütləq xarakter daşımır. Xüsusi missiyanın
toxunulmazlığını nəzədə tutan 25-ci maddənin 1-ci bəndində deyilir
ki, yerli dövlətin hökumət orqanı, missiyanın başçısının və ya onun
müavininin və yaxud da müəyyən uyğun hallarda akkreditiv dövlətin
224
225
diplomatik nümayəndəsinin başçısının icazəsi olmadan onun binasına
daxil ola bilməzlər. Lakin yanğın halında və ya başqa təbii fəlakət
hallarında bilavasitə bu razılığı almaq mümkün olmayanda, belə
razılıq ehtimal oluna bilər. Qeyd etmək lazımdır ki, bu müddəa
ümumi qaydalara ziddir. Belə ki, yerləşmə dövlətinin birtərəfli qərar
qəbul etmək hüququ rəsmi nümayəndəliklərin binalarının
toxunulmazlığı prinsipinin pozulması hallarına səbəb ola bilər. Belə
razılıq ehtimal olunmamalıdır. O, ya missiyanın başçısı,
ya da daimi
nümayəndəliyin başçısı tərəfindən aydın ifadə edilməlidir.
Bütün digər məsələlərdə Konvensiya 1961-ci il
Konvensiyasının nəzərdən keçirdiyimiz uyğun maddələri əsasında
hazırlanmışdır.
Daimi nümayəndəliklərdə olduğu kimi, xüsusi missiyanın da
arxiv və sənədləri yerləşdikləri yerdən asılı olmayaraq istənilən
zaman toxunulmazdır (maddə 26).
Yerləşmə dövlətində mövcud normalar pozulmayana qədər
xüsusi missiyanın üzvləri qəbul edən dövlətin ərazisində öz
funksiyalarının həyata keçirilməsi üçün zəruri olan həddə azad
hərəkət etmək hüququ ilə təmin olunurlar (maddə 27).
Daimi diplomatik nümayəndəliklərin istifadə etdiyi
vasitələrdən istifadə edərək xüsusi missiyanın azad əlaqə saxlamaq
hüququ tanınır və təmin olunur. Missiyanın
poçtu diplomatik poçtla
eyni toxunulmazlıqdan istifadə edir və onun daşınması üçün
missiyalar da “ ad hoc” kuryerlərdən istifadə edə bilər.
Şəxsi immunitet və üstünlüklərə isə ilk növbədə xüsusi
missiyanın başçısının və onun diplomatik personalının qalan
üzvlərinin şəxsi toxunulmazlığı aiddir(maddə 29).
Xüsusi missiyanın başçısı və onun üzvləri qəbul edən dövlətin
yurisdiksiya immunitetindən diplomatik agentlərlə eyni qaydada və
eyni istisnalarla istifadə edirlər (maddə 31).
Vergi, rüsum və yığımlardan azad edilmə (maddə 33) və 35-ci
maddədə nəzərdə tutulan xüsusi missiyanın diplomatik personalının
gömrük imtiyazları da diplomatik agentlərlə eyni qaydadadır. 35-ci
maddədə nəzərdə tutulur ki, xüsusi missiyanın diplomatik
personalının üzvlərinin baqajı gömrük nəzarətindən və rüsumlardan
azad olunur. Lakin əgər, onların baqajında ölkəyə gətirilməsi və ya
ölkədən çıxarılması qadağan olunan əşyaların olması haqqında əsaslı
şübhə varsa, bu baqaj onun sahibinin və ya onun səlahiyyətli
nümayəndəsinin iştirakı ilə gömrük nəzarətindən keçirilə bilər.
Xüsusi missiyanın
inzibati-texniki, xidmətçi personalının,
onların ailə üzvlərinin immunitet və imtiyazlardan istifadə etmək
qaydaları və onların həcmi də daimi diplomatiya sahəsində olduğu
kimi müəyyən olunduğuna görə təkrarlamaga ehtiyac görmürük.
VIII FƏSİL
KONSULLUQ HÜQUQU
8.1. Konsul münasibətlərinin yaradılması
və konsul nümayəndəliklərinin təsis edilməsi
Diplomatik münasibətlər dövlətlər arasında əlaqələrin bütün
müxtəlifliyini əhatə etmir. Bu prosesdə dövlətlərin xaricdə təsis
etdikləri spesifik müəssisələr kimi konsulluqları özünəməxsus yer
tutur
1
.
Konsulluqlar digər dövlətin razılığı ilə onun ərazisində
fəaliyyət göstərən, öz dövlətinin, onun vətəndaşlarının və hüquqi
şəxslərinin hüquq və maraqlarını qoruyan
dövlətin xarici əlaqələrinin
daimi xarici orqanıdır
2
.
Konsul institutu daimi səfirliklərin yaranmasından çox daha
əvvəllər yaranmışdır. Bu institutun yaranmasının ilkin xüsusiyyətləri
hələ quldarlıq dövründə özünü göstərirdi. Onun yaranması
beynəlxalq əlaqələrin, xüsusilə də ticarət və gəmiçiliyin inkişafı ilə
bağlı idi
3
.
Elmi ədəbiyyatlarda üstünlük təşkil edən fikrə əsasən, konsul
institutları ilk dəfə Yunanıstan və Romada yaranmışdır. Yunanıstanda
heç bir hüququ olmayan xaricilər himayədarlıq üçün şəhərin tanınmış
adamlarına –proksenlərə müraciət edirdilər. E. ə. V əsrdə proksenlik
artıq müqavilə ilə qanuni şəkil almağa başlamışdır. Qədim Romada isə
227
1
Лапин Г.Э. Консульская служба М.: Международные отношения, 2002, с. 5
2
Плотникова О.В. Консульские отношения и консульское право.
М.: Норма ИНФРА, 1998, с. 12
3
Павлов О. Консульская деятельность. Международная жизнь,
№10, М.: Знание, 1986, с. 157
226