“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
5
 
5  ƏTRAF MÜHİTİN İLKİN VƏZİYYƏTİ 
 
5.1  Giriş 
Bu  bölmədə  “H.Əliyev  adına  NEZ-in  modernləşdirilməsi  layihəsi,  FAZA-1  Bitum  qurğunun  tikintisi  və 
istismarı” layihəsi çərçivəsində, Bitum qurğunun tikintisi və istismarı zamanı qurğu yerləşəcək ərazilərin 
geoloji, geomorfoloji vəziyyəti, meteoroloji və iqlim şəraiti, torpaq örtüyü, hidroloji rejimi, bitki və heyvanat 
aləmi, bioloji resursları, ətraf mühitin – atmosfer, su, torpaq mühitlərinin çirklənmə vəziyyəti barədə ilkin 
qiymətləndirilmələr  təqdim  olunur.  Layihə  ərazisində  aparılan  ekoloji  monitorinq  və  tədqiqat  işlərini  əks 
etdirən şəkillər əlavələrdə göstərilmişdir. 
 
Şəkil 5.1 
H.Əliyev  adın  NEZ-nin  ümumi  ərazisi,  torpaq,  qrunt  suyu  və  digər  nümunələrinin 
götürüldüyü nöqtələr (ümumi) 
Ətraf  mühitin  ilkin  vəziyyətini  qiymətləndirmək  məqsədi  ilə  qurğunun  yerləşəcəyi  sahədə  və  ona  bitişik 
ərazilərdə SOCAR Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən çöl tədqiqatları, ölçmələri və laboratoriya 
tədqiqatları  aparılmışdır.  Keyfiyyət  və  kəmiyyət  qiymətləri  almaq  məqsədi  ilə  torpaq-qrunt,  su,  bitki 
nümunələri  götürülmüş,  quşların  və  quruda  yaşayan  heyvanların  müşahidəsi  və  sayılması  işləri  yerinə 
 
EKOLOGİYA İDARƏSİ 
40 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
yetirilmişdir. 
Hesabatın  hazırlanmasında  Bitum  qurğusunun  yeləşəcəyi  ərazidə  aparılmış  geoloji  və  geotexniki 
tədqiqatların  nəticələrindən,  həmçinin  mövcud  tematik  xəritələrin,  hesabatların  və  elmi  ədəbiyyatın 
məlumatlarından istifadə edilmişdir. 
Eləcə  də  ƏMTQ  sənədinin  hazırlanmasında  SOCAR  FUGRO  LLC-nin  “H.Əliyev  adına  NEZ-nun 
modernizasiyası  layihəsi”  üçün  zavodun  ərazilərində  apardığı  geotexniki,  hidrogeoloji  və  ətraf  mühit 
araşdırmalarının nəticələrindən də istifadə olunmuşdur. Bu ətraf mühit araşdırmaların ümumi məqsədi yerin 
təkində çirkləndiricilərin olmasının seçməli yoxlama üsulu ilə araşdırılmasıdır. Ekoloji sorğu özündə dörd 
komponenti birləşdirir: 
o
  Kameral araşdırmaların aparılması; 
o
  Birbaşa zondlama üsulu ilə yerin təkində neft karbohidrogenlərinin olmasının araşdırılması; 
o
  Ekoloji  araşdırma  üçün  qazılmış  quyulardan  potensial  narahatçılıq  doğuran  tərkiblərin 
araşdırılması üçün qrunt nümunələrinin toplanması və analizi; 
o
  Piezometrlərdən  qrunt  suyu  nümunələrinin  götürülməsi  və  potensial  narahatçılıq  doğuran 
tərkiblərin araşdırılması üçün sonrakı analizlərin aparılması. 
SOCAR FUGRO-nun “H.Əliyev adına NEZ-in modernləşdirilməsi – FAZA 1, Bitum qurğunun tikintisi və 
istismarı layihəsi” üçün apardığı geoloji, hidrogeoloji və ekoloji tədqiqatlarda Bitum qurğusunun tikiləcəyi 
ərazidə qazdığı müxtəlif quyuların hesabatlarda kodlaşması cədvəl 5.1-də verilib. 
Cədvəl 5.1 
Ərazidə qazılmış müxtəlif tədqiqat quyuları 
Ərazi 
CPT UVOST Maks 
dərinlik 
Geotexniki 
quyular 
Piezometr 
Ekoloji quyu 
Bitum qurğusu 
tikiləcək ərazi 
CPT 119 (6,24 m) 
BH 112 
PZ 109 (23,5 m) 
E 06 
CPT 120/120A/120B 
(20,15 m) 
BH 113 
 
 
 
5.2  Geoloji şərait 
Bu bölmədə tikintisi nəzərdə tutulan Bitum qurğusunun yerləşdiyi ərazidə geologiya, geomorfologiya və 
geoloji  təhlükələr  təsvir  olunur.  Baxmayaraq  ki,  layihə  nəticəsində  ərazinin  geologiyasına  əhəmiyyətli 
dəyişikliklər və ya təsirlər olacağı gözlənilmir, mümkündür ki, geoloji proseslər və geoloji təhlükələr ətraf 
mühit əhəmiyyətinə malik olan digər ərazilərə və ya layihənin özünə təsir göstərə bilən hadisələrə səbəb 
olsun. Məqsəd tikintidən əvvəl ilkin vəziyyəti başa düşməkdir. 
Azərbaycan ərazisinin geoloji quruluşu son dərəcə müxtəlifdir. Qafqazın cənub-şərq hissəsində yerləşən 
Azərbaycan,  bir  tərəfdən,  şimalda  və  cənubunda  yüksək  və  qırışıqlı  sahələr,  digər  tərəfdən  də  onların 
arasında və ətrafında depressiya və aran sahələrin olması ilə səciyyələnir. Bu sahələrin bir hissəsi hətta 
dəniz səviyyəsindən aşağıda yerləşmişdir. 
Beləliklə,  Azərbaycanda  növbənöv  geomorfoloji  elementlər  və  müxtəlif  relyef  sahələri  olmaqla  bərabər, 
cürbəcür geoloji struktur və tektonik amilləri, habelə püskürmə, çökmə və metomorfik süxurları da vardır. 
Bunların yaşı kembridən başlayıb dördüncü dövrə qədərdir. 
Qurğunun  tikilməsi  planlaşdırılan  ərazi  Bakı  şəhərində  yerləşir  ki,  Bakı  da  öz  növbəsində  Abşeron 
yarımadasında  yerləşir  və  şimal,  şərq  və  cənubdan  Xəzər  dənizi  ilə  əhatə  olunub.  Paytaxt  ərazisi  və 
qurğunun tikiləcəyi ərazi geoloji sinklinal üzərində yerləşir. Sinklinal oxu morfoloji olaraq səthdən cənub 
istiqamətində dalır. Şəkil 5.2-da ərazinin sinklinal oxuna perpendikulyar kəsməsi göstərilib. 
 
EKOLOGİYA İDARƏSİ 
41 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
Şəkil 5.2 
Ərazinin sinklinal oxuna perpendikulyar kəsməsi 
Sinklinalın mərkəzi IV Neogen çöküntülərindən təşkil olunub. Bu laylar birləşərək bir su axını horizontu 
əmələ gətirir. Qurğunun tikiləcəyi ərazidə qrunt suları şimal-şərqdən cənub qərb istiqamətinə doğru Xəzər 
dənizinə istiqamətlənib. 
 
5.2.1  Seysmiklik 
Qara dəniz və Xəzər dənizi arasındakı region Alp-Himalay orogen qurşağının mərkəzi Asiya seqmentinin 
bir hissəsidir  və Böyük Qafqaz qırışından  və şimaldakı üstəgəlmə qurşağından  və Kiçik Qafqaz-Pontid 
qırışından və cənubdakı üstəgəlmə qurşağından təşkil olunub. Qafqaz dağ silsilələri Afrika, Ərəbistan və 
Hindistan tektonik plitələrinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində formalaşıb. 
Böyük  Qafqaz  dağları  geoloji  baxımdan  çox  cavandır  və  Orta  Pliosen  dövründə  formalaşıb.  Cənub 
istiqamətində müşahidə olunan Kiçik Qafqaz dağları Qara dənizin bilavasitə şərq tərəfindən şimala doğru 
qırışlar  və  üstəgəlmələr  formalaşdırıb.  Sıxıcı  qalxma  və  üstəgəlmələr  bir  bütöv  hövzəni  qərb  və  şərq 
hissələrə ayırıb ki, bunun da şərq hissəsi Kürün hövzəsinə çevrilib. 
Böyük Qafqaz dağlarının şərq və qərb hissələrinin qırışıqlıq istiqamətlənmələri və seysmiklik baxımından 
strukturda fərqləndiyi müəyyən edilib. Əsas fərqlərdən biri 100 km-ə qədər dərinlikdə Qafqaz dağlarının 
şərqində  orta  dərinlikli  zəlzələlərin  mövcudluğudur.  Qərb  regionundakı  zəlzələlər  nisbətən  daha  az 
dərinliklərdə, adətən 30km-də baş verir. 
Tavaların (plitələrin) davamlı toqquşması o deməkdir ki, Azərbaycanda yüksək seysmik fəallıq mövcuddur. 
1600-cü ildən etibarən (Ağamirzəyev 1987; USGS 2012) müxtəlif intensivlikdə olan 600-dən çox seysmik 
hadisə  qeydə  alınıb.  Ümumi  seysmik fon  xüsusiyyətlərini  müəyyənləşdirmək,  seysmik  rejimin  sabitliyini 
poza biləcək mümkün amilləri müəyyən etmək və seysmik təhlükənin dərəcəsini müəyyənləşdirmək üçün 
tədqiqat həyata keçirilib. 
Zəlzələlərin kəskinliyi 
Bu fəsildə nəzərdən keçirilmiş üç seysmik fəallıq kateqoriyası aşağıdakılardır: tektonik, vulkanik və süni 
törəyən. Tektonik müxtəliflik xeyli daha dağıdıcı xarakterə malikdir və yer qabığını formalaşdıran plitələrin 
hərəkəti  səbəbindən  gərginliyin  artması  nəticəsində  baş  verir.  Xəzər  dənizi  Aralıq  dənizindən  Himalay 
dağlarına qədər uzanan və tektonik zəlzələlər ilə xarakterizə olunan zonada yerləşir. 
 
EKOLOGİYA İDARƏSİ 
42 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə