Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   2   3   4   5   6   7   8   9   ...   22

Bizim Süd Yolu barədə müasir biliklərimiz belə ona heyran qalmağımıza qəti mane olmur. 

Çünki qalaktikamızın yaranması barədə həqiqətlər də elə bu haqda qədim əfsanələr qədər gözəl, 

romantikdir. 

Bizim qalaktika girdə, onun səthi isə düzdür, formaca bir az saatı xatırladır. Əgər biz ona 

yuxarıdan  baxa  bilsəydik,  onda  görərdik  ki,  bu  əzəmətli  qalaktika  həqiqətən  bir  qol  saatına 

bənzəyir. Lakin biz qalaktikanın içindəyik deyə, yuxarı baxanda, elə bil saatın içindən qıraqlarına 

baxmış oluruq. Və görürük ki, onun qıraqları bizi lap saatın qolbağı kimi qucur. Bax, həmin bu 

görü


nən milyonlarla ulduz elə Süd yoludur.  

Bəs sizə bəllidir ki, qalaktikamız 3 milyard ulduzdan ibarətdir? Biz onun ölçüləri barədə 

də müəyyən məlumata malikik. Bilirik ki, Günəşin işığı Yerə 8 dəqiqəyə çatır. Bizim qalaktikanın 

mərkəzindən Günəşə yetişmək üçünsə işıq şüası 27 min il yol getməlidir. 

Qalaktika öz oxu ətrafında bir təkər kimi fırlanır. Tam bir dövrə üçün ona 200 000 000 il 

gərəkdir. 

  

Ən parlaq ulduz hansıdır? 



 

Heç göy üzündə ən parlaq ulduzu təyin etməyə heç cəhd göstərmisiniz?  

Yəqin sizə də elə gəlir ki, göydəki ulduzların sayı-hesabı yoxdur. Amma teleskopsuz ən 

çoxu 6000 ulduz görə bilərsiniz ki, onlardan 1500-ü Cənub yarımkürəsində yerləşdiyindən Şimal 

yarımkürəsindən heç görünmür. 

Hələ  2000  il  qabaq  yunan  astronomları  ulduzları  parlaqlığından  asılı  olaraq  siniflərə 

bölürdülər. Teleskop kəşf olunanadək ulduzların cəmi altı sinfi bəlli idi. Birinci sinfə daxil olan 

ulduzlar ən parlaq, altıncı sinfə aid edilənlər isə işığı ən zəif olanlar idi. Altıncı sinifdən daha 

aşağıda qərar tutan ulduzları teleskopsuz görmək mümkün deyil. 

Bu gün müasir teleskoplar 21-

ci sinfə aid olan ulduzların da şəklini çəkməyə imkan verir. 

Bir sinfə aid olan ulduzların parlaqlığı özündən aşağı sinfə mənsub olan ulduzlardan 2,5 

dəfə çoxdur. Birinci sinfə 22 ulduz daxildir ki, onların da ən parlağı Siriusdur. Bu ulduz gözlə görə 

bildiyimiz ən zəif ulduzlardan 1000 dəfə parlaqdır.  

Sinif nə qədər aşağı olursa, ona bir o qədər çox ulduz aid edilir. Beləliklə, birinci sinifdə 

yalnız 22 ulduz varsa, 20-ci sinifdən olan ulduzların sayı bir milyarda yaxındır.  

 

Axan ulduz nədir? 



 


İnsan neçə min illərdən bəri göydən düşən ulduzlara baxıb fikirləşirdi ki, görəsən, bu nə 

ulduzdur belə, hardan əmələ gəlib, niyə və hara axır? Neçə yüzilliklər insanlar elə bilirmiş ki, axan 

ulduzlar başqa aləmlərdən gəlir. 

Bu gün isə artıq bizə bəllidir ki, “axan ulduz” adlandırdığımız nəsnələr əslində, heç ulduz 

da deyilmiş. Biz indi onlara “meteor” deyirik. Meteorlar sərt maddələrdən ibarət səma cismləridir 

ki, kosmik fəzada hərəkət edərək hərdən Yer atmosferinə də gəlib çıxır.  

Meteor atmosferdən keçəndə biz onun göy üzündə buraxdığı parlaq izi görürük. Bu iz ona 

görə görünür ki, hava meteorun səthinə sürtüləndə böyük hərarət yaranır. 

Qəribədir, amma meteorların əksəriyyəti çox kiçik olur, təxminən sancaq başı boyda. Bəzi 

meteorların isə ağırlığı bir neçə tona çatır. Meteorların çoxu atmosferdə tam  yanıb qurtarır və 

yalnız çox iri meteorlar Yer səthinə çata bilir. 

Alimlərin rəyinə görə hər gün Yerə minlərlə meteor düşür, amma planetimizin səthinin 

əksəriyyətini dənizlər və okeanlar təşkil etdiyinə görə səma cismləri də əsasən, suya tuş gəlir. 

Biz 


göy  üzündə  istənilən  istiqamətdə  uçan  tək  meteorlar  görə  bilərik,  amma  çox vaxt 

minlərlə xırda ulduz kimi görünən meteor sellərinin şahidi oluruq. Yer kürəsi meteor axınından 

keçəndə onların çox böyük hissəsi atmosferin üst qatlarında yanıb gözümüzə “meteor yağışı” kimi 

görünür. 

Bəs  meteorlar  necə  yaranıb?  Müasir  astronomlar  elə  hesab  edir  ki,  meteor  selləri 

kometaların qalıqlarıdır. Kometa dağılarkən onun milyonlarla kiçik hissəciyi özünün kosmosda 

səyahətini meteor selləri kimi davam etdirir. Onlar dairəvi orbitlə hərəkət edir. Hər 33 ildə bir dəfə 

Yer 


kürəsi belə bir meteor selinin orbitini kəsib keçir. 

Yer səthinə düşən meteora biz “meteorit” deyirik. O, Yerə ağırlığına görə düşür. Meteorlar 

qədim zamanlardan insanların diqqət mərkəzində olub. Təsəvvür edin ki, hələ bizim eradan 467 il 

əvvəl qədim Romada yerə düşən meteorit barədə yazılı qeydlər aşkarlanıb. Bu hadisə o zaman elə 

bir 

əks-səda doğurmuşdu ki, salnaməçilər onu öz əsərlərində dəfələrlə təsvir etdirmişdilər.   



 

Kometa nədir? 

 

Qədim zamanlarda kometaların göy üzündə görünməsi insanları dəhşətə gətirirdi. Onlar 



kometaları iblisanə bir əlamət sayır, vəba, taun, müharibə, ölüm nişanəsi bilirdilər. 

Bu gün kometanın nə olduğu bizə artıq bəllidir, lakin bu səma cismləriylə bağlı çox şey 

hələ də bir sirr olaraq qalır. Biz kometanı ilk dəfə görəndə xırda, işıqlı bir obyekt müşahidə edirik, 

baxmayaraq ki, kometanın özünün diametri bir neçə min kilometrə çata bilər. 




Gördüyümüz  işığın  mənbəyi  kometanın  “başı”,  yaxud  başqa  sözlə  desək,  nüvəsidir. 

Alimlər  belə  hesab  edir  ki,  nüvə  yəqin  bərk  maddələrdən,  qazlardan  ibarətdir.  Lakin  həmin 

hissəciklərin mənşəyi bizim üçün hələ də qaranlıq qalıb.  

Günəşə  yaxınlaşdıqca,  kometanın  quyruğu  əmələ  gəlir.  Quyruq  çox  seyrək  qazdan  və 

Günəşin təsiri altında nüvədən qopan çox xırda hissəciklərdən ibarətdir. Kometanın nüvəsini onun 

“qılaf” deyilən üçüncü hissəsi əhatə edir. Qılaf sərt maddədən ibarət, diametri 250 000 kilometrdən 

artıq da ola bilən işıqlı buluddur. 

Kometanın quyruğu forma və ölçüsünə  görə müxtəlif ola bilər. Bəziləri gödək və enli, 

digərləri uzun və nazik olur. Onların uzunluğu adətən, 10 milyondan, 180 milyon kilometrə çata 

bilər. Bəzi kometaların isə quyruğu ümumiyyətlə olmur.  

Quyruq böyüdükcə, kometanın hərəkət sürəti də artır, çünki o Günəşə yaxınlaşmaqdadır. 

Bu  zaman  kometa  başı  irəli  hərəkət  edir.  Sonra  isə  çox  qəribə  bir  şey  baş  verir.  Günəşdən 

uzaqlaşmaqda olan kometa artıq quyruğu irəlidə gedir. Bu ona görə belə olur ki, Günəşin şüaları 

kometanın  nüvəsindən  materiyanın  çox  xırda  parçalarını  qoparır,  ondan  quyruq  yaradır  və  bu 

quyruq mütləq Günəşin əks istiqamətində qərar tutur.  

Odur ki, kometa Günəşdən uzaqlaşarkən onun quyruğu irəli keçir. Bu zaman kometanın 

sürəti aşağı düşür və biz onu tədricən gözdən itiririk. Kometalar uzun illər boyu yoxa çıxa bilər, 

amma nə vaxtsa, əsasən, yenə qayıdırlar. Kometalar Günəşin başına fırlanırlar. Onların bəzilərinin 

tam bir dövrə vurması üçün xeyli zaman gərəkdir. Məsələn, Qalley kometası Günəş ətrafında bir 

dövrəsini 75 ilə vurur. Hal-hazırda astronomlar az qala 1000 kometa qeydə alıblar, lakin bizim 

Günəş sistemində görə bilmədiyimiz daha bir neçə yüz min kometa ola bilər.  

 

Niyə astronomlar Marsda həyat ola biləcəyini güman edirlər? 



 

Sizə  bəlli  olduğu  kimi,  alimlər  Kainatda  həyat  nişanəsi  tapmaq  məqsədiylə  müxtəlif 

təcrübələr aparırlar. Təbii ki, bu təcrübələri bizim Günəş sistemində aparmaq kosmik ənginlikləri 

tədqiq etməkdən daha asandır. Bəzi alimlər bu qənaətdədir ki, həyatın hər hansı bir formasının 

mövcud ola biləcəyi məkanlardan biri də Marsdır.  

Niyə onlar məhz Marsı seçiblər? Mars bizim Yer planetinin ekizi sayılır. Günəşədək olan 

məsafə  baxımından  Mars  Yerdən  sonra  gələn  ilk  planetdir.  Onun  diametri  bizim 

planetimizinkindən yarım dəfə azdır, Günəş ərtafında bir dövrəsini iki ilə yaxın bir müddətdə başa 

vurur. Lakin Marsda günün 

uzunluğu təxminən elə yerdəki kimidir. 

Marsı  müşahidə  edərkən  astronomlar  bu  planetdə  həyatın  hansı  formalarınınsa  ola 

biləcəyinə dəlalət edən bəzi detallar qeydə alıblar. Əvvəla, Marsda da elə Yer kimi ilin fəsilləri 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə