Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   14   15   16   17   18   19   20   21   22

Çinə aparılırdı. Bəllidir ki, qədim zamanlarda çinlilər və misirlilər onu bir dərman kimi işlədirdilər. 

Hindistanda isə bizim eradan xeyli qabaq o artıq yanacaq sayılılırdı. 

Keçmişdə  onu  məşəllərdə  yandırır,  kərpic  düzəldərkən  işlədir,  onunla  zənbilləri  və 

gəmilərin altını qoruyurdular ki, su keçirməsin. Amerika hinduları da neftdən cürbəcür məqsədlər 

üçün istifadə edirdilər. Amerikaya ilk ağdərililər gələndə, onlar hindulardan “daş yağından” bəzi 

xəstəliklərin müalicəsi zamanı necə istifadə edildiyini öyrənmişdilər.  

İndi quyulardan çıxarılan neftdən heç  yerdə birbaşa istifadə etmirlər. Onu mütləq emal 

etmək  lazımdır.  Bu  proses  neftin  tərkibində  bərk,  maye  və  qazabənzər  maddələrin  olmasına 

əsaslanır. 

Qızdırarkən neftin təbiət tərəfindən birləşdirilmiş tərkib hissələrinə parçalanması prosesi 

baş verir. Bu proses ona görə mümkün olur ki, neftin hər komponenti müxtəlif temperaturlarda 

qaynayaraq buxarlanır. Əvvəlcə, ondan benzin, sonra parafin, qaz və sürtkü yağları ayrılır. 

 

Mineral nədir? 



 

Mineral elə bir maddədir ki, onun tərkibində yer qabığında qeyri-üzvi mənşəli nə varsa, 

hamısı olur. 

Hərdən neft, kömür və əhəngdaşını da mineral adlandırırlar, lakin onların Yer üzündə çox-

çoz qədim zamanlarda yaşamış birki və heyvanlardan əmələ gəldiyi üçün minerallara aidiyyəti 

yoxdur. 


Mineralları adətən, iki qrupa ayırırlar: metal və qeri-metal. Metal minerallara qırmızı dəmir 

filizi,  mis  filizi,  boksitlər  (alüminium)  aiddir.  Qeyri-metallar  –  kvars,  asbest,  kalsitlərdir. 

Minerallar təbiətdə adətən, kristal şəklində tapılır.  

Minerallarla  qaya  suxurlarını  səhv  salmaq  asandır,  amma  onların  arasında  fərq  var. 

Mineralın bəlli bir quruluşu olur. Onun kimyəvi tərkibi sabitdir və yerləşdiyi məkandan asılı deyil. 

Dünyanın istənilən yerində tapılmış eyni mineral eyni parlaqlığa, sərtliyə və digər xassələrə malik 

olacaq. 

Qaya  suxurları  da  müxtəlif  minerallardan  ibarət  olur.  Məsələn,  qranit  kvarsdan,  çöl 

şpatından, slüdadan və digər minerallardan ibarətdir. Lakin bir yerdə tapılan qranit başqa yerdə 

çıxarılandan tərkibindəki mineralların nisbətinə görə fərqlənə bilər. 

Mineralları  müxtəlif  yerlərdən  çıxarırlar.  Onları  həm  dağ  suxurlarında,  həm  də 

qumsallıqlarda tapmaq olar. Lakin strukturları müxtəlif olur. Bir şox minerallar çox illər qabaq 




“maqma” adlanan qaynar kütlədən bərkiyərək əmələ gəliblər. Məsələn, almazlar, slüda və çöl şpatı 

kimi 


minerallar maqmadan yaranıb. 

Bəzi minerallar özünün gözəlliyinə və nadirliyinə görə yüksək qiymətə malik olur. Onlara 

“qiymətli daşlar” deyirlər. Qiymətli daşların arasında almaz, süleymandaşı, topaz və başqaları var.  

Qiymətli  olmayan,  adi  minerallar  isə  hər  yerdə  yayılıb.  Onların  arasında  ən  məşhuru 

kvarsdır. Kvars yer kürəsinin hər yerində var və onun 200-də artıq növü məlumdur. 

 

Gümüş nədir? 



 

Gümüşü insanlar hələ lap qədim zamanlardan çıxarırdılar. Avropa krallarının gücünə malik 

olduqları  gümüşün  miqdarına  görə  qiymət  verirdilər.  İspaniyada  gümüş  çıxarılan  şaxtalar 

tükənəndən sonra, kral Amerikanın kəşfindən əməlli-başlı sevinmişdi, çünki Meksika və Perunun 

çox zəngin gümüş mədənlərini ələ keçirə biləcəyinə ümid edirdi. 250 il ərzində ispan kralları hər 

il Perudakı Potosi mədənindən 4 milyon dollarlıq gümüş əldə etmişdilər! 

Kaliforniyadakı  “qızıl  həyəcanı”  dövründə  qızıllı  yerlər  tapmaq  həvəsilə  alışıb  yanan 

insanlar  qarşılarına  tez-tez  çıxan  “qara  torpaqdan”  yaman  şikayətlənirdilər.  Və  yalnız  təsadüf 

n

əticəsində bəlli olmuşdu ki, əslində, həmin o qara torpaq tərkibində bolluca gümüş olan yataqlar 



imiş!  

Gümüş yer üzündə ən geniş yayılmış metallardandır. Hərdən bu metalın iri parçaları da 

tapırır. Norveçdə isə bir dəfə çəkisi 750 kiloqrama yaxın olan bütöv gümüş parçası tapılmışdı! 

Lakin adətən, gümüş filizin tərkibində olur və onu ayırmaq üçün emal etmək lazım gəlir.  

Belə filizin tərkibindəki gümüş kükürdlə bir yerdə gümüş sulfidi əmələ gətirir, yaxud başqa 

sulfidlərin  –  mis  sulfidi,  qurğuşun  sulfidi  və  arsen  sulfidinin  tərkibində olur.  ABŞ-da  gümüşü 

adətən,  qurğuşunla  birləşmə  şəklində  çıxarırlar.  Gümüş  daha  çox  başqa  metallarla  birlikdə 

olduğundan, insan onu ayırmaq üçün çoxlu üsullar fikirləşib. 

Hal-

hazırda bütün dünyada il ərzində təxminən, 850 500 kiloqram təmiz gümüş istehsal 



edilir. Bu metalın yer üzündə əsas istehsalçıları Meksika, ABŞ və Kanadadır. 

Gümüş yumşaq metaldır. Elə ona görə də çox vaxt bu metalın başqa metallarla xəlitəsindən 

istifadə  olunur.  Məsələn,  gümüş  pulların  tərkibində  90%  gümüş,  10%  mis  olur.  Zərgərlik 

məmulatları üçün, məişət əşyaları üçün nəzərdə tutulan gümüş isə 92,5% gümüşdən və 7,5 faiz 

misdən ibarətdir. 

Tez-


tez rast gəlinən “Sterlinq gümüşü” ifadəsinin də çox maraqlı tarixçəsi var. Bu ad bir 

zamanlar Şimali Almaniyada yaşamış İsterlinq ailəsindən gəlir. Həmin nəsil özünün düzgünlüyü 




ilə məşhur idi deyə, İngiltərə kralı Con 1215-ci ildə öz ölkəsi üçün gümüş sikkələr hazırlamaq 

tapşırığını onlara verir. Tapşırıq elə yüksək keyfiyyətlə yerinə yetirilir ki, həmin ailənin adı bu gün 

də ideal keyfiyyət nişanəsidir. Sterliq gümüşünün xüsusi markası olur. Bu, ölkəsindən asılı olaraq, 

ya məhsulun üzərinə basılan “sterlinq” sözü, ya da xüsusi əmtəə nişanıdır. 

Təmiz gümüş havada qaralmır. Qaralma havanın tərkibində kükürdün olmasını göstərir – 

məsələn, yaxınlıqda neft mədənləri varsa, havada kükürd ola bilər. Gümüş qızıldan sonra emal 

üçün ən münasib metaldır. Otuz qram gümüşdən uzunluğu 50 kilometrdən artıq olan sim çəkmək 

mümkündür. Gümüş həm də ən yaxşı istilik və elektrik keçiricisidir. 

 

Civə nədir? 



 

Civə çox qeyri-adi metaldır. Otaq temperaturda o, maye halında olur. 

Civə Selsi şkalasıyla mənfi 39 dərəcədə donur və 357 dərəcədə qaynayır. O, sudan 13,6 

dəfə ağırdır. Civə çox xırda damcılara dağılıb axa bilir. 

Təbiətdə civə qırmızıya çalan “kinovar” mineralının tərkibində olur. Kinovar bir çox qaya 

suxurlarında olur, amma əsasən, vulkan mənşəli suxurlarda tapılır. 

Civə  asan  buxarlanır.  Filizdən  təmiz  metal  əldə  etmək  üçün  onu  482  dərəcəyədək 

qızdırmaq lazımdır. Bu temperaturda əmələ gələn buxarı toplayıb soyudur, kondensatını yığırlar. 

Beləliklə, civə alınır. 

Civədən  insan  hələ  lap  qədimdən  müxtəlif  yerlərdə  istifadə  edib.  Yazı  yarananadək 

kinovardan qırmızı rəngi düzəldirdilər. Hələ bizim eradan 415 il qabaq civəni filizdən alır, ondan 

metalın üzərini örtən təbəqə kimi, bəzi xəstəliklərin müalicəsi üçün dərman kimi istifadə edirdilər. 

Cürbəcür yollarla qiymətli metallar almağa çalışan kimyagərlər civəni sehirli metal sayırdılar və 

ondan öz təcrübələrində, mistik rituallarında geniş istifadə edirdilər.  

Hal-

hazırda  civə  tibbdə  çox  tətbiq  olunur.  Civənin  zəhərli  olmasına  baxmayaraq,  onu 



müxtəlif dərmanlara və dezinfeksiya vasitələrnə əlavə edirlər. Yer üzündə istehsal olunan civənin 

təxminən, üçdən biri tibb sahəsində istifadə olunur. 

Ci

və bizə termometrlərdə istifadə olunduğundan yaxşı tanışdır. Bəs termometrlərdə niyə 



civə işlənir? Bu onunla əlaqədardır ki, civə temperaturun qalxmasına çox həssas reaksiya göstərir. 

Bu gün civə həm də rəng istehsalında, stomatologiyada, xlor, kaustik soda və elektrik cihazları 

istehsalında işlənir. 

    


Kvars nədir? 


 

Biz kvarsdan hər gün məişətdə istifadə edirik və bunun heç fərqində də deyilik. Kvars çox 

geniş yayılıb və hər yerdə tətbiq olunur. 

Bu mineral silisium və oksigendən ibarətdir, poladdan ağır, şüşədən şəffafdır. 

Qatışıqsız kvars rəngsiz, yaxud ağ olur, amma müxtəlif qarışıqlar onu qəhvəyi, yaşıl, mavi, 

göy, hətta qara rəngə belə sala bilər. Hərdən kvarsı çox yekə, iti ucları olan şəffaf, altıbucaqlı 

kristal şəklində tapırlar – bu, “dağ büllurudur” 

Dağların çoxu elə kvarsdan ibarətdir. Qumdaşının da tərkibində bir-birinə yapışmış kvars 

hissəcikləri var. Qranitin də tərkibində kvars var. Bəyaz qumlar isə təmiz kvarsdır. Elə adi qum da 

əsasən, kvarsdan ibarətdir. 

Yarımqiymətli daşlardan çoxu da müxtəlif qarışıqlarla rənglənmiş kvarsdır. Məsələn, əqiq, 

ametist, oniks... 

Kvarsdan şüşə və optik cihazlar istehsalında istifadə olunur. Kvarsın nazik təbəqələrindən 

radiolarda istifadə edilir olunur ki, biz cihazımızı istənilən dalğaya kökləyə bilək. 

Əgər  kvarsı  çox  yüksək  temperaturadək  qızdırsaq,  ərinmiş  kvars  əldə  edərik.  Bu  çox 

lazımlı məhsuldur. Onun ərimə temperaturu da çox yüksəkdir – 1710 dərəcə. Bu material çox az 

həddə sıxılıb-genişlənir və şüşədən xeyli şəffafdır!  

Təsəvvür edə bilərsiniz ki, kvars laboratoriyalarda necə əvəzsiz bir materialdır? Ondan 

düzələn qabı qıpqırmızı közərdib suya salmaq olar, yenə başına heç nə gəlməz. 

Kvars işıq və istilik şüalarını əla keçirir. Kvars həm də həyati əhəmiyyət kəsb edən, adi 

şüşənin  udduğu  ultrabənövşəyi  şüaları  yaxşı  keçirir.  Ona  görə  də  bəzi  sanatoriyalarda  xüsusi 

müalicə otaqların damını kvars təbəqə ilə örtürlər. Tibbdə geniş istifadə olunan kvars lampaları da 

məhz bu materialdan düzəlir. 

 

Niyə qızıl qiymətli metal sayılır? 



 

Bəşəriyyətin bütün tarixi ərzində qızıl qiymətli metal sayılıb. Və çox mümkün ki, insanın 

tanış olduğu ilk metal da elə qızıl imiş. 

İbtidai  insanın  qızıla  diqqət  yetirməsinin  səbəblərindən  biri  odur  ki,  qızıla  təbiətdə 

qarışıqsız, təmiz şəkildə rast gəlmək olur. Qızılın sarımtıl rəngi var deyə, hələ lap qədimlərdən 

insanlar ondan bəzək əşyaları düzəltməyə meylli idilər. 

İnsan qızılı emal etməyin çox asan olduğunu başa düşən kimi, bu metalın qiyməti də artdı. 

Qızıl külçəsini qırmadan əymək mümkün olan nazik təbəqəyə çox asanca çevirmək olar. Yəni hələ 




lap qədimlərdən insanlar qızıla istədikləri formanı verə bilirdilər. Məsələn, keçmişdə ondan saçı 

saxlamaq üçün xüsusi halqalar da düzəldirdilər. Elə cürbəcür qızıl taclar, diademlər də öz kökünü 

həmin o primitiv halqalardan götürür. 

Yerdə  qızıl  ehtiyatı  son  dərəcə  məhduddur.  Və  öz  qızılı  olmayan  insanlar  qədim 

zamanlardan bəri istehsal etdikləri malları qızıla dəyişməyə çalışırdılar. Beləliklə, qızıl bir növ 

mübadilə vasitəsinə çevrildi. Başqa əşyalar onun qədər uzunömürlü deyildi. Qızıl isə çox uzun 

müddət,  dəyişmədən  qalır.  Zaman  keçdikcə,  qızıl  həm  də  müxtəlif  malların  qiymətinin 

göstəricisinə çevrildi. 

Ondan da neçə yüz illər sonra qızıldan sikkələr düzəltməyə başladılar. 

Daha sonra bankirlər onu öz seyflərinə yığıb saxlayır, arzu edənlərə qızıl yerinə yazılı girov 

sənədləri verirdilər. Bu praktikanı nəzərə alan hökümətlər valyuta, yaxud kağız pullar buraxmağa 

başladılar ki, bu da əslində, elə adi pul sənədi idi – kağız pulları dövriyyəyə buraxmaqla dövlət 

tələb olunacağı təqdirdə kağız pul qəbul edib əvəzində bəlli miqdarda qızıl vermək öhdəliyini 

qəbul edirdi. Yeri gəlmişkən, daha bir maraqlı fakt: dünyada çıxarılmış qızılın təxminən yarısı 

Birləşmiş Ştatların ixtiyarındadır! 

 

Slüda nədir? 



 

Siz yəqin asanlıqla qırılan slüda parçalarına çox rast gəlmisiniz. 

Slüda mineraldır. “Slüda” termini altında bütöv bir ailə dağ mineralı birləşir. Bu ailəyə 

muskovit,  flüqopit,  biotit  və  lepidolit  daxildir.  Bu  adları  tələffüz  etmək  çətin  olduğu  üçün  biz 

onların hamısını bir yerdə “slüda” adlandırırıq. 

Bu minerallar bir-

birinə  çox  bənzəyir,  baxmayaraq  ki,  tərkibində  fərqli  maddələr  var. 

Sl

üdanın bütün növləri asanlıqla laylara ayrılır. Onlar yumşaqdır, üzərində hətta dıqnaq izi də qalır. 



Onların  hamısı  eyni  tipli  kristallar  əmələ  gətirir.  Slüda  ya  rəngsiz  olur,  ya  da  sarıya,  yaşıla, 

qırmızıya, qəhvəyiyə, qaraya çalır. 

Slüda  yer  qabığındakı  dağ  suxurlarında  olur.  Onlar  lavanın  donması  nəticəsində  əmələ 

gələn vulkanik mənşəli suxurların tərkibinə daxildir. Bəzən slüda “metamorfizm” deyilən proses 

nəticəsində başqa minerallardan əmələ gəlir. Metamorfizm təzyiq, hərarət və suyun təsiri ilə baş 

v

erən dəyişikliklərdir. 



Slüda şaxtalardan çıxır. Onun istehsalı üçün ən mühüm rayonlar Birləşmiş Ştatlar, Kanada, 

Hindistan, Madaqaskar, Rusiya, Braziliya və Cənubi Afrikadadır. 




Sənaye  üsulu  ilə  istehsal  üçün  slüdanı  laylara  ayırır  və  tələb  olunan  ölçülərdə  kəsirlər. 

Slüda əla izolyatordur; o nə istiliyi, nə də elektriki keçirmir. Ona görə aydındır ki, slüdadan elektrik 

cihazlarının  və  odadavamlı  materialların  istehsalında  geniş  istifadə  edirlər.  Evlərimizdə  də 

slüdadan istifadə olunan əşyalar az deyil, məsələn, ütü. 

Bəs  sizin  xəbəriniz  var  ki,  şüşə  kəşf  olunanadək  pərcərələrə  də  nazik  slüda  təbəqəsi 

taxırdılar? 

 

Qiymətli daşlar nədir? 



 

Qiymətli daşlan insanları həmişə heyran qoyub. Min illərdən bəri onlardan təbərrük kimi 

istifadə ediblər. Qədim insanların inanclarına görə bu daşlar onları azar-bezardan, şər qüvvələrdən 

qoyuyurdu.  Belə  hesab  olunurdu  ki,  bəzi  qiymətli  daşların  köməyiylə  onların  sahibi  hətta 

gələcəkdən  belə  xəbər  verə  bilərdi.  Bəzi  daşlar  isə  guya,  cinayətdə  şübhəli  bilinən  birisinin 

günahkar olub-

olmadığını müəyyən edirdi. 

Qədim zamanlarda qiymətli daşları yalnız qənginə görə fərqləndirirdilər. Qırmızı rəngdə 

olan bütün daşlara yaqut deyirdilər. Bütün yaşıl daşlar isə zümrüd, göylər sapfir sayılırdı.  

Sonralar bəlli oldu ki, bəzi daşlar başqalarından daha sərt, daha uzunömürlüdür. Həm də 

bu aydınlaşdı ki, qiymətli daşların qiyməti təkcə rəngindən, parlaqlığından, nadirliyindən yox, həm 

də möhkəmliyindən asılıdır. Məsələn, bu gün almaz ən qiymətli daş sayılır, çünki gözəlliyi ilə 

yanaşı, möhkəmliyi və dözümlülüyünə görə bütün başqa daşlardan üstündür.   

Xalq arasında bütün rəngli daşlara qiymətli daşlar deyirlər. Amma bir qədər ciddi yanaşsaq, 

qiymətli  daşlara  yalnız  dörd  ən  bahalı  daşı  aid  etmək  olar:  almaz,  yaqut,  zümrüd  və  sapfiri. 

Qalanları  yarımqiymətli  daşlar  sayılır.  Onlara  opal,  ametist,  topaz  daxildir.  Qiymətli  və 

yarımqiymətli daşların çoxu bir-biriylə sıx bağlıdır. 

Qiymətli daşların ən bahalısı olan almaz həm də özünün quruluşuna görə ən sadəsidir: o, 

bir kimyəvi elementdən ibarətdir – karbondan. Yaqut və sapfirlər isə “korund”lara aiddir. Yaqutlar 

korundun tərkibində müəyyən qədər dəmir filizi olduğundan qırmızı rəngdədir. Sapfirlərə isə göy 

və mavi rəngi verən içindəki oksidləşmiş hissəciklərdir. 

Yarımqiymətli  daşların  əksəriyyətində  müxtəlif  nisbətdə  “silikat”lar  var.  Topaz  və 

turmalin, süleymandaşı və jadeit kimi silikatlar ailəsinə aiddir. Bəzi, ən ucuz daşlar isə silisiumdan 

ibarət olan kvars qrupuna aiddir. Ametist də onlardandır. Opal isə tərkibində 5-10 faiz su olan 

silisiumdan 

ibarətdir. Yeri gəlmişkən, belə güman edirlər ki, opal öz sahibinə uğursuzluq gətirən 

nadir daşlardandır.  



Hazırda süni daşlar düzəltmək üçün çoxlu cəhdlər edilir. Süni yolla istehsal edilən daşların 

arasında almaz, zümrüd, yaqut, sapfir var. Süni daşlar yalançı daşlar deyil. İnsanın düzəltdiyi daş 



təbii daşlarla eynidir, bircə fərqi var ki, onlar laboratoriya şəraitində alınır! 

 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə