Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   14   15   16   17   18   19   20   21   22

Lakin bu, torpağın yaranması prosesinin yalnız başlanğıcıdır. Əsl torpağın əmələ gəlməsi 

üçün qum, yaxud xırda qaya hissəciklərinə “humus” əlavə olunmalıdır. Bəs humus özü nədir? 

Humus bitki və heyvan qalıqlarından əmələ gələn üzvi kütlədir. 

Bakteriyaların fəaliyyəti nəticəsində demək olar ki, bütün bitki və heyvan qalıqları sonda 

torpağa çevrilir. Bakteriyalar onları çürüdür, torpağın məhsuldarlığını artırır. Soxulcanlar və başqa 

həşəratlar da torpağı zənginləşdirir. Torpağın üst qatı onun ən məhsuldar hissəsidir. Üst qatda 

humus lap çox olur. Onun dalınca gələn qat “torpaqaltı qat” adlanır ki, əsasən, qaya suxurlarının 

qalıqlarından ibarətdir. Daha aşağıda isə “təməl süxurlar” qərar tutur. 

  

Qumlar niyə cürbəsür olur? 



 

Külək, yağış, şaxtanın təsirindən dağlar dağılıb xırda daşlara, zərrəciklərə çevrilir. Bax, 

diametri 0,05 mm-

dən 2,5 mm-dək olan belə hissəciklərə “qum” deyirlər. 

Qum dağ suxurlarının tərkibinə daxil olan mineralların xırda hissəciklərindən yaranır, ona 

görə də qumun içində müxtəlif minerallara rast gəlmək olur. Qum əsasən, kvarsdan ibarət olur, 

çünki o daha möhkəmdir və təbiətdə də çox rast gəlinir. Hərdən qumun 99%-ni elə kvars təşkil 

edir. Qumda başqa minerallardan çöl şpatı, kalsitlər, slüda, dəmir filizi ilə yanaşı, az miqdarda 

süleymandaşı, turmalin, topaz da var.  

Qum dağ suxurlarının dağılmaya məruz qaldığı yerlərdə əmələ gəlir. Qumun yarandığı əsas 

yerlərdən  biri  dəniz  sahilləridir.  Dalğaların,  küləyin  gətirdiyi  qumla  dəniz  suyunun  qaya 

suxurlarındakı bəzi minerallara davamlı təsiri var. Bax, qumu yaradan da elə bu prosesdir. 

Sahilin qu

mu  küləklə  hər  tərəf  dağılır.  Hərdən  o  qədər  qum  yığılır  ki,  bütöv  bir  meşə 

qumsallıqla örtülür. 

Bəs  səhralardakı  qum  hardandır?  Onu  da  bura  əsasən,  külək  gətirib  çıxarıb.  Bəzən 

səhradakı  qum  dağ  massivlərinin  aşınmasından  əmələ  gəlir.  Bəzi  səhraların  yerində  isə  bir 

zamanlar dəniz olub və min illər qabaq sular çəkilərək yerində böyük qum dəryaları qoyub.  

Qum  çox  faydalı  materialdır.  Ondan  inşaatda  çox  istifadə  edirlər.  Sementlə  birləşəndə 

ondan qatı, yapışqanlı bir kütlə əmələ gəlir ki, o da “donarkən” betona dönür. Qumdan həm də 

şüşə, sumbata kağızı istehsalında və suları təmizləyən süzgəclərdə istifadə olunur. 

  

Asfalt necə yaranıb? 



 


Siz anadan olandan gözünüzü açıb asfalt görmüsünüz, asfalt meydançalarda oynamısınız, 

asfalt  həyətlərdə  velosiped  sürmüsünüz.  Bəs  xəbəriniz  var  ki,  bizə  bəlli  olan  asfaltdan  qədim 

zamanlarda da istifadə edirdilər? Özünün suyadavamlı xassələrinə görə, asfalt Babil zamanından 

bəlli  idi,  amma  o  vaxtlar  adına  “qatran”  deyirdilər.  Daha  sonralar  onu  Romada  da  tanıdılar  – 

ro

malılar onu “bitum” adlandırırdılar. Onlar su anbarlarını, hovuzları asfaltla suvayırdılar ki, su 



buraxmasın. 

Asfalt tünd-

qəhvəyi, yaxud qara rəngdə mineral maddədir. Torpaqda o ya maye, ya da bərk 

halda  olur.  Asfalt  xam neftin  də  tərkibinə  daxildir.  Asfaltı  qızdıranda  yumşalır,  sonra  mayeyə 

dönür, soyuyarkən yenə bərkiyir. Onun tərkibinə hidrogen və karbon daxildir. 

İki növ asfalt var – təbii və neftdən alınan. Təbii asfalt yataqlar şəklində yer səthinə yaxın 

mədənlərdə olur. Neft asfaltını isə müasir neftayırma zavodlarında xam nefti emal edərkən alırlar. 

Təbii asfalt bir zamanlar qum və qaya suxurlarından qalxıb üzə çıxan neftdən əmələ gəlib. 

Təmiz asfalt və bitum ilişib qayaların üstündə qalır, neft isə yenə axıb gedirdi. 

Trinidad  adasında  dünyada  ən  böyük  asfalt  gölü  var.  Onun  sahəsi  40  hektara  yaxın, 

dərinliyi  30  metrdən  çoxdur.  1876-cı  ildə  Birləşmiş  Ştatların  paytaxtı  Vaşinqton  şəhərinin 

küçələrini asfaltla örtəndə materialın çoxunu elə Trinidaddan gətirmişdilər. 

Müasir yollarda asfalt-betondan istifa

də olunur. Bu maddə tərkibindəki xırda daşları, qumu 

bir-

birinə möhkəm yapışdırır, su sızmasının qarşısını alır. Alfalt plastik maddədir, ağırlıq altında 



deformasiyaya uğrayır, qırılmır. Təyyarələr üçün uçuş zolağına da asfalt salırlar, amma bu asfalt 

digərlərindən fərqli olaraq çox möhkəmdir, çünki bəzi təyyarələrin çəkisi 140 tondan artıq olur. 

Eyni asfaltdan 45 tondan artıq ağırlığı olan yük maşınlarının getdiyi şosse yollarında da istifadə 

olunur. 


 

Daş kömür necə əmələ gəlib? 

 

Kömür Yer kürəsinin inkişafının müxtəlif dövrlərində yaranırdı. Kömürün əmələ gəldiyi 



ən uzun dövr Pensilvaniya  dövrü adlanır ki, təxminən 250 000 000 il qabaq başlayaraq,  cəmi 

35  000 


000 ilə yaxın davam edib. Kömürün qalan hissəsi isə bir milyondan yüz milyon ilədək 

əvvəl formalaşıb. 

Bəs, o zamanlar təbiətdə nə baş verirdi və kömür necə əmələ gəlib? Kömür yer qabığında 

uzunluğu  bir  neçə  kilometr  və  qalınlığı  üç  metrədək  olan  laylar  şəklində,  qaya  suxurlarının 

arasında  olur.  Kömür  yüz  milyon  illərlə  qabaq  isti  və  rütubətli  iqlim  şəraitində  bataqlıq 

cəngəlliklərində bitən çox qədim ağacların və başqa bitkilərin qalıqlarıdır. 




Belə  bataqlıqlarda  əsasən,  sürətlə  böyüyən  nəhəng  qamışlar,  qıjıkimi  adlanan  cürbəcür 

bitkilər  olurdu.  Zaman  keçdikcə,  onlar  qocalıb  ölür,  bataqlığın  içinə  düşürdülər  və  bu  onların 

oduncağını çürümədən xilas edirdi. Bakteriyalar ağacların müəyyən hissələrəni emal edib qaza 

çevirir, həmin qaz da uçub gedirdi. Yerdə əsasən, karbondan ibarət olan qara kütlə qalırdı və zaman 

keçdikcə, bu kütlə kömür layına dönürdü. 

Bol 


bitki örtüyü bu layı tədricən, bir neçə metrə çatanadək artırırdı. Axırda bu proses həmin 

ərazinin su ilə tam örtülməsindən sonra dayanırdı. Nəticədə, kömür laylarının üzəri dib çöküntüləri 

və qumla örtülürdü. 

Zaman  keçdikcə,  üst  layların  təzyiqi  mayeni  sıxıb  çıxarır,  yerində  pastayabənzər  kütlə 

qalırdı ki, o da aramla bərkiyərək kömürə çevrilirdi. Bəzi yerlərdə bu proses dəfələrlə, təkrar-təkrar 

baş verirdi. Əmələ gələn çöküntü layı su ilə örtülür, həmin yerdə təzədən bataqlıq yaranırdı. Yenə 

bitki örtüyü 

əmələ gəlir və yenə onu su basırdı. Bu minvalla, aralarında lil, qum qatı olan kömür 

təbəqələri üst-üstə qərar tuturdu.  

Ağacın  daş  kömürə  çevrilməsi  üçün  min  illər  gərəkdir.  Bu  kömürün  ağacdan  əmələ 

gəldiyinin  sübutunu  tapmaq  asandır.  Hərdən  kömürün  içində  qıjıkimilərin,  ağac  qabıqlarının 

əksini, daşa dönmüş budaqlar, hətta kötüklər də tapmaq olur.  

 

Neft nədir? 



 

Neft  bəşəriyyətə  çox  böyük  xeyir  verir.  Onun  köməyiylə  biz  işıq,  isti  alırıq;  onun 

köməyiylə  avtomobillər,  traktorlar,  təyyarələr  gəmilər  hərəkətə  gəlir.  Neft  olmasa,  bütün 

mühərriklər sürtünmə nəticəsində dayanardı.  

Neftdən texniki spirt, parafin, yanacaq, sürtkü yağları, texniki piy, qatranlar, asfalt və digər 

məhsullar alırlar. Bəs neft özü nədir? Bu söz dilimizə latın dilindən gəlib və mənası “daş yağı” 

deməkdir. İndi gəlin görək, neft necə əmələ gəlib? Alimlər belə hesab edir ki, o çox illər qabaq yer 

səthini örtən okeanların ilıq suyunda yaşamış bitki və heyvanlardan yaranıb. 

Heyvanlar, bitkilər tədricən məhv olub suyun dibində yığılırdı. Zaman keçdikcə, onların 

üstünü milyonlarla ton qum, lil örtdü. Təzyiq altında lillə qum bərk suxurlara çevrildi. Bitki və 

heyvan qalıqları suxurun məsamələrində qalaraq, tünd rəngli bir mayeyə döndü. Yer qabığının 

hərəkəti isə bir zamanlar okeanın dibi olan bu yerləri sonralar quru sahəsinə çevirdi. Bu mayenin 

bir hissəsi yer səthinə qalxdı və insan onu burda, yerin üstündə tapdı. 

İnsan neçə min ildir ki, neftdən istifadə edir. Dünyanın ən qədim neft yataqlarından biri 

Azərbaycanda, Apşeron yarımadasında olub. Bizim torpaqlardan çıxan neft Babilə, Misirə, hətta 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə