Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   14   15   16   17   18   19   20   21   22

Daha sonra Albert Eynşteyn belə bir vacib suala cavab tapmağa çalışdı: “Cazibə nədir?” 

Və isbat etdi ki, məkan-zamanın dörd ölçüsü olur. Bu çox mürəkkəb nəzəriyyədir və onu dərk 

etmək üçün dərin elmi biliklərə ehtiyac duyulur. Onun sonuncü nəzəriyyəsinə cazibə sahəsi əsasən, 

elektrik, maqnit və elektromaqnit sahələriylə əlaqədardır. Lakin burda vacib bir məqamı da qeyd 

etmək lazımdır: indiyədək cazibənin hamını razı salacaq təyinini vermək kimsəyə nəsib olmayıb.  

Buna baxmayara

q, bizə bəllidir ki, cazibə nəticəsində sürət artımı hər sonrakı saniyədə 10 

metr saniyə qədər artır. Birinci saniyənin sonunda düşmə sürəti 10; ikincidə 20 və sairə. Əgər 

birinci saniyənin sonunda düşən əşya 5 metr məsafə qət edəcəksə, ikincinin saniyənin sonunda bu 

göstərici artıq 20, üçüncünün sonunda isə 45 metr təşkil edəcək. 

  

Eynşteynin nisbilik nəzəriyyəsi nədir? 



 

Bü  nəzəriyyə  dərc  olunanda  belə  fikirləşirdilər  ki,  onu  yer  üzündə  uzaq  başı  on  alim 

anlayacaq! Ona görə də gəlin, bu nəzəriyyənin texniki təfərrüatını anlamağa çalışmayaq. Lakin 

Eynşteynin nəylə məşğul olduğunu, hansı problemləri tədqiq etdiyini bilmək faydalıdır. 

 

Bizə  bəllidir  ki,  istənilən  hərəkət  “nisbidir”.  Bu  o  deməkdir  ki,  bir  əşyanın  hərəkətini 



yalnız  nəyəsə  nisbətdə  ölçmək  olar.  Məsələn,  biz  qatarın  vaqonundayıq  və  pəncərədən  bayıra 

tamaşa edirik. Bayırda sayrışan əşyalara baxarkən bilirik ki, qatar hərəkət edir. Lakin qarşınızda 

əyləşən sərnişinə nisbətən siz hərəkətdə deyilsiniz, yerinizdə qalırsınız! 

Ona görə də hərəkətin mövcudluğunu mütləq hərəkətsiz bir şeyə nisbətən təyin etmək olar. 

Bu, Eynşteyn nəzəriyyəsinin birinci hissəsidir. Biz onu qısaca, belə formalaşdıra bilərik: cismin 

kosmik fəzada daimi sürətlə hərəkətini başqa cismlərdən asılı olmayaraq qeydə almaq mümkün 

deyil. 

Eynşteyn nəzəriyyəsinin ikinci müddəası budur ki, Kainatda yeganə dəyişməz bir şey işıq 



sürətidir. Bizə onun sürəti də bəllidir – saniyədə 300 000 kilometrə yaxın. Lakin biz bu sürətin 

dəyişməzliyini  təsəvvür  belə  edə  bilmirik.  Niyə?  Bax,  buna  görə:  Əgər  avtomobil saatda 100 

kilometr sürətlə hərəkət edirsə, bu o deməkdir ki, onun sürəti hərəkətsiz durmuş müşahidəçiyə 

nisbətdə saatda 100 kilometr olacaq. İndi əgər birinci avtomobil saatda 60 kilometr sürətlə gedən 

ikinci maşını ötsə, bu o deməkdir ki, birinci maşının sürəti ikincinin sürətindən saatda 40 kilometr 

artıqdır. Lakin əgər ikinci maşın birincisi ilə üzbəüz gəlirsə, onların görüş nöqtəsində sürətlərinin 

cəmi saatda 160 kilometr olacaq. 

Beləliklə, Eynşteyn nəzəriyyəsinə uyğun olaraq, əgər işıq şüasinin sürətini bu yolla ölçmək 

istəsək (məsələn, biz bir istiqamətdə gedirik, işıq şüası isə əks istiqamətdə), onun sürəti dəyişməz 



qalacaq – 

təxminən, saniyədə 300 min kilometr. Bundan savayı, alim kütlə və enerji ilə, birinin 

digərinə keçməsi üsullarıyla əlaqədar məsələləri də araşdırıb.  

    


Oksigen nədir? 

 

Biz tez-



tez müxtəlif şeylər barədə yazılarda oxuyuruq ki, guya insan məsələn, filan şeysiz 

yaşaya  bilməz.  Amma  insanın  yaşaması  üçün  həqiqətən  vaz  keçilməz  bir  şey  varsa,  o  da 

oksigendir. Oksigensiz ins

an cəmi bir neçə dəqiqə davam gətirə bilər. 

Oksigen Kainatda ən  geniş  yayılmış kimyəvi elementdir. Yer qabığının  demək olar ki, 

yarısını oksigen təşkil edir, havada isə onun həcmi bütün kütlənin beşdə biri qədərdir. Ağ ciyərlərə 

düşərkən, o, qırmızı qan kürələrinin köməyiylə orqanizmin bütün hüceyrələrinə yetişir və ordakı 

qidanı yandıraraq insanın həyatı üçün zəruri olan enerji əmələ gətirir. 

Oksigen başqa elementlərlə çox yaxşı birləşə bilir. Bu reaksiyaya “oksidləşmə” deyirlər. 

Sürətli oksidləşmə zamanı yanma prosesi baş verir. İstənilən oksidləşmə prosesi zamanı isti ayrılır. 

Yanmada bu isti çox sürətlə ayrılır, temperatur kəskin artır və alov əmələ gəlir. 

Beləliklə,  biz  bir  tərəfdən  yanma  prosesindən  –  nəticəsi  alovun  yaranması  olan  sürətli 

oksidləşmədən; digər tərəfdən isə insan orqanizmində qidanın həzminə kömək edərək onun həyat 

qabiliyyətini  təmin  eləyən  oksidləşmədən  söz  açırıq.  Sürəti  zəif  olan  oksidləşməni  hər  yerdə 

müşahidə etmək mümkündür - metal paslanır, rəng quruyur, çaxır sirkəyə dönür. Bütün bunlar 

oksidləşmənin nümunələridir. 

Bizim  nəfəs  aldığımız  hava  azotla  oksigenin  qarışığıdır.  Ona  görə  də  təmiz  oksigeni 

havadan almaq olar. Havanı çox aşağı temperaturlara qədər soyudurlar ki, o maye halına keçsin. 

Bu  temperatur  mənfi  180  dərəcədir.  Maye  havanın  temperaturu  bir  balaca  yüksələndə,  hava 

qaynamağa başlayır. Əvvəlcə, azot buxarlanır, oksigen qalır. Ciyərləri zəif olan nə qədər xəstənin 

nəfəsini normallaşdırmaq üçün ona təmiz oksigen verərək xilas edirlər. 

 

Su nədir? 



 

Alimlər başqa planetlərdə həyat tapmağa çalışanda özlərinə mütləq belə bir sual verirlər: 

“Bəs orada su varmı gərəsən?” Hamımız bilirik ki, susuz həyat yoxdur. 

Su  dadsız,  iysiz,  rəngsiz  bir  mayedir  ki,  bütün  canlı  məxluqların  orqanizmində  var. 

Bununla yanaşı su torpaqda da, havada da mövcuddur. 



Canlı  orqanizmlər  yalnız  suda  həll  olunmuş  qidadan  istifadə  edir.  Canlı  hüceyrələr  də 

əsasən, sudan ibarətdir. Bəs suyun tərkibində nə var? Su iki qazın sadə billəşməsidir: çox yüngül 

hidrogenin və daha ağır, aktiv qaz olan oksigenin. 

Hidrogen oksigendə yanarkən su əmələ gəlir. Lakin su öz xassələrinə görə tərkibindəki 

elementlərə heç bənzəmir. Onun özünəməxsus xassələri var. 

Su bir çox başqa maddələr kimi, üç əsas halda olur: maye (onun adi halı); adına “buz” 

dediyimiz və qazabənzər, yaxud su buxarı halında. 

Sıfır dərəcədə su özünün maye halından bərk hala keçir, yaxud donur. 100 dərəcədə su 

maye halından qazabənzər hala keçir. Görünən haldan görünməz hala bu cür keçidə “buxarlanma” 

deyirlər.  

Əgər isti otağa bir parça buz gətirsək, o əriməyə başlayacaq. Əgər otaqda kifayət qədər 

istilik varsa, buzdan qalan su gölməçəsi tezliklə yoxa çıxacaq. Yəni burdakı maye su buxarına 

çevriləcək. Soyuyarkən, suyun həcmi də genişlənir. 

Təbiətdə  su  sözün  birbaşa  mənasında,  heç  vaxt  təmiz  olmur.  Onun  tərkibində  ərimiş 

mineral duzlar, qazlar, mikroorqanizmlərin hissəcikləri var. 

 

Torpaq necə əmələ gəlib? 



 

Əgər planetimizin səthi torpaqla örtülü olmasaydı, insan orda yaşaya bilməzdi. Torpaqsız 

bitkilər olmaz, insanlar və başqa canlılar özlərinə qida tapa bilməzdi. 

Torpaq elə yüngül, tozşəkilli örtükdür ki, onda bitki əmələ gəlir. Onun tərkibində xırda 

daşlar, bitki və heyvan qalıqları var. Xırda daşlar qabaqlar iri qayalar imiş, bitki və heyvan qalıqları 

isə bir zamanlar canlı bitkilər, canlı heyvanlar olub. 

Ən sərt qayalar da zaman keçdikcə, dağılıb yox olur. Qaya suxurlarının “aşınması” daimi 

baş verən bir prosesdir. Buzlaqlar qayaları, dağları məhv edərək özləriylə bir dünya dağ suxuru 

gətirir. 

Su tərkibindəki kimyəvi elementlərlə bir yerdə bəzi dağ suxurlarını yuyb apara, özündə 

həll edə bilir. Temperatur dəyişkənliyi də dağların dağılmasına xidmət edir. Qızıb soyumaqdan 

qayalarda  çatlar  yaranır.  Onlara  su  düşür.  Həmin  sular  donub  genişlənərkən  qayanı  daha  çox 

dağıdır. Hətta bitki kökləri belə qayaları dağıda bilir. Dağ suxurlarının çatlarına ağac toxumları 

düşür,  onlar  cücərir  və  öz  köküylə  qayanın  çatını  genişləndirərək  onu  dağıdır.  Bu  dağıdıcı 

fəaliyyətin nöqtəsini özüylə qum gətirən küləklər qoyur. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə