Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Bombardman 

zamanı  uranın  növlərindən  biri  –  uran-235  (ona  həm  də  uran  izotopu 

deyirlər) iki yerə parçalanır. Siz heç bu zaman alınan enerjinin gücünü təsəvvür edə bilərsiniz? Bir 

kiloqram uran-

235 bir kiloqram kömürün yanması zamanı yaranan enerjidən milyon dəfə artıq 

enerji  verir.  Kiçik  bir  uran  parçası    böyük  okean  gəmisinin,  təyyarənin,  yaxud  generatorun 

işləməsini təmin edə bilər. Göründüyü kimi, atom enerjisinin gələcəkdə bütün bəşəriyyət üçün 

əsas enerji mənbəyinə çevrilmək imkanları tam realdır. 

 

Radium nədir? 



 

Radium radioaktiv elementdir. Gəlin görək, “radioaktiv” özü nə deməkdir. 

Bütün  kimyəvi  elementlər  atomlardan  ibarət  olur.  Atomların  əksəriyyəti  sabitdir.  Bu  o 

deməkdir ki, onlar dəyişməz qalırlar. Lakin bəzi ən ağır atomlar parçalanır, başqasına çevrilir. Belə 

parçalanmaya “radioaktivlik” deyilir. 

Hər radioaktiv element parçalanarkən özündən müəyyən tezlikli şüalar buraxır. Bu tezliyi 

heç bir yolla nə azaltmaq olur, nə artırmaq. Bəzi elementlər tez parçalanır, digərləri yavaş, amma 

istənilən halda, bu hadisə insan iradəsindən qəti asılı deyil. 

Parçalanma zamanı, sonda qurğuşun əmələ gəlir. Məsələn, yarım qram radium atom çəkisi 

onunkundan daha kiçik olan başqa bir elementin atomuna 1590 il ərzində çevriləcək. Daha 1590 

il gərək olacaq ki, radiumun qalanı da parçalansın – beləcə, axırda qurğuşuna çevrilənə kimi... 

Radiumu Küri soyadlı bir ər-arvad kəşf edib. Onlar tonlarla uraniti – tərkibində uran olan 

xüsusi filizi təmizləyirdilər. Bəlli idi: uran gözəgörünməz şüalar buraxır. Amma onlar da əmin 

idi


lər ki, urandan daha güclü bir element də olmalıdır. Əvvəlcə, onlar daha bir radioaktiv element 

olan poloniumu əldə etdilər, axırda isə radium tapıldı. 

Radiumun şüalanması üç növdür – alfa, beta və qamma şüalanma. Alfa şüalanma böyük 

sürətə  malik  helium  hissəciklərindən  ibarətdir;  Beta  şüalanma  sürətli  elektronlardır;  Qamma 

şüalanma isə təbiətən rentgen şüalarına bənzəyir, amma onların sirayətedici qüvvəsi daha böyük 

olur. Atom bu şüaların hansını buraxsa, onun mənbəyi başqa bir elementə çevrilir. Belə çevrilməyə 

“atom çevrilməsi” adı veriblər. 

Bəs,  radioaktivlik  niyə  insan  üçün  təhlükəlidir?  Siz  bir  parçalanmış  atomların  uçan 

hissəciklərini  təsəvvür  edin.  Həmin  hissəciklər  başqa  atomlarla  toqquşanda,  onları  da 

parçalanmağa məcbur edir, kimyəvi xarakteristikalarını dəyişirlər. Bu hissəciklər canlı orqanizmə 

düşəndə isə, onu da dəyişir! Onlar dəri təbəqəsini yandıra bilər, qırmızı qan kürəciklərini məhv 

edə, hüceyrələrdə başqa proseslərəmələ gətirə bilər. 

Deməli, radioaktivlik insan üçün faydalı ola bildiyi qədər də ziyanlı və təhlükəli prosesdir.  



 

Rentgen şüaları nədir? 

 

Rentgen şüaları 1895-ci ildə Almaniyada, Vilhelm Rentgen tərəfindən kəşf olunub, elə 



alimin adıyla da adlandırılıb. 

Bu  şüalar  işıq  şüaları  kimi  sirayət  qabiliyyətinə  malikdir.  Onlar  işıq  şüalarından 

dalğalarının  uzunluğu  və  enerjisi  ilə  fərqlənir.  Rentgen  borusundan  çıxan  ən  qısa  dalğanın 

uzunluğu yaşıl işığın dalğasından onbeşmindəbir hissəsindən milyondabir hissəsinədək ola bilər. 

Çoz  kiçik  uzunluğuna  görə  rentgen  şüaları  işıq  üçün  keçilməz  olan  materiallardan  keçə  bilir. 

Dalğanın uzunluğu nə qədər qısadırsa, onun sirayət qabiliyyəti bir o qədər yüksək olur. 

Rentgen borusunu  yəqin görmüsünüz: o, rentgen şüaları buraxır. Borudakı havanı ilkin 

həcminin milyondabir hissəsinədək çəkirlər. Şüşə boruda iki elektrod var. Onun mənfi elektriklə 

yüklənmiş  birincisinə  “katod”  deyirlər.  Katodun  içində  volfram  simli  makara  var  ki,  elektrik 

cərəyanı ilə qızarkən özündən elektronlar buraxır. Digər elektrod isə “hədəf”, yaxud “anoddur”.  

Elektronlar katod

dan hədəfə tərəf çox böyük sürətlə hərəkət edir. Onlar hədəfi 100 000 – 

325 

000 millimetr saniyə sürətiylə bombardman edirlər. 



Hədəf volframdan ibarətdir və praktiki oalaraq elektronları bir anda saxlamağa imkan verir. 

Elektronların  demək  olar  ki,  bütün  enerjisi  istiyə  çevrilir.  Lakin  bu  zaman  onların  bəzisi 

keyfiyyətini dəyişir və borunun əsasında yerləşən deşikdən rentgen şüası şəklində çıxır. 

Siz insan bədənindəki sümüklərin rentgen şəklinin necə çəkildiyini görmüsünüz? Rentgen 

şəkli əslində, gölgələrin  təsviridir. Rentgen şüaları bədənin tədqiq olunan hissəsindən keçir və 

tədqiq  olunan  obyektin  gölgələrini  filmin  üzərinə  köçürür.  Filmin  hər  iki  tərəfinə  işığahəssas 

emulsiya çəkilib. Film çəkiləndən sonra, onu adi foto lenti kimi aydınladırlar. Sümüklər və şüanı 

buraxmayan digər şeylər filmdə daha tünd görünür. 

Hal-

hazırda rentgen şüalarından tibbdə, elmdə və sənayedə geniş istifadə olunur və onun 



insana çox xeyri dəyir.  

 

Kosmik şüalar nədir? 



 

Yəqin oxumusunuz ki, kosmosa çıxarılan peyklər cürbəcür elmi cihazlarla təchiz olunur. 

Bəs  fikir  vermisiniz  ki,  onlara  mütləq  kosmik  şüaları  aşkarlayıb  tədqiq  edə  bilən  cihazlar da 

quraşdırılır? Bu şüalar bizim üçün hələ də bir sirr olaraq qalır! 




Təxminən, 60 il qabaq alimlər çox qəribə bir hadisənin şahidinə çevrildilər. Bəlli olmuşdu 

ki, qapalı konteynerdə olan hava nümunələrinin elektrik keçiriciliyi əhəmiyyətsiz səviyyədədir. 

Əgər  konteyner  qalın  qoruyucu  qatla  örtülsə  belə,  eyni  nəticə  alınırdı.  Bu  o  demək  idi  ki, 

konteynerə yüksək sirayət qabiliyyətinə malik naməlum bir radiasiya girirdi! 

Bu nə radiasiya idi?  Bu suala cavab almaq üşün çoxlu sınaqlar keçirildi. Əvvəlcə, əmin 

oldular ki, həmin radiasiyanın torpaqla əlaqəsi yoxdur, çünki təcrübəni dənizin üzərində aparanda 

da, eyni nəticə müşahidə olunurdu. Həmin radiasiya gündüz də vardı, gecə də. Bundan isə belə bir 

nəticə çıxırdı ki, onun Günəşlə də heç bir əlaqəsi yoxdur. Hava şarı ilə səmaya qalxanda belə həmin 

radiasiya hər yerdə, hətta kosmosda da qeydə alınırdı. Məhz elə bu səbəbdən ona “kosmik” yəni 

hər yerdə olan adı verildi.  

Bəs, kosmik şüalar nədir? Bu, atomların hissəcikləridir. Onlar yer atmosferindən qıraqda 

işıq sürətinə yaxın bir sürətlə səyahət edir, bəziləri atmosfer qatından keçərək yerə də çatır. 

Bu atom hissəciklərini “ilk kosmik şüalar” adlandırırlar. Onlar hava atomları ilə toqquşur, 

nəticədə birincilərlə elə eyni istiqamətdə, nəhəng sürətlə hərəkət edən yeni hissəciklər yaranır. Bu 

yeni  hissəciklərə  “ikincili  kosmik  şüalar”  deyirlər.  Onlar  da  öz  növbələrində  başqa  atomlarla 

toqquşub təzə hissəciklər yaradır. Beləliklə, planetimizi əsl radiasiya leysanı bombardman edir. 

Kosmosdan  gələn  cəmi  bir  proton  həmin  proses  nəticəsində  elə  bir  şüalanma  yaradır  ki,  90 

kvadratmetr sahəni örtmək gücündə olur. 

Bizə bəlli olduğu qədər, Yer səthini bombardman edən kosmik şüalar ziyansızdır, çünki bu 

proses artıq milyard ildir ki, davam edir və Yerdəki həyata mənfi təsiri sübut olunmayıb. 

Elm aləminə indiyədək bəlli deyil ki, kosmik şüalar hardan gəlir, amma biz kosmosu tədqiq 

edə-edə, bu sualın cavabını tədricən tapacağımıza ümidvarıq. 

 

İlğımlar necə əmələ gəlir? 



 

Səhrada  susuzluqdan  nəfəsi  kəsilən  səyyahı  təsəvvür  edək.  O  uzaqlara  baxır  və  gur 

yaşıllığın arasında kristal təmiz suyu olan bir göl görür. Özünü irəli atır, lakin gördükləri yoxa 

çıxır, dörd bir tərəfdə qaynaq qumlardan savayı heç nə tapa bilmir. 

Uzaqdan gördüyü həmin göl ilğımdan başqa bir şey deyildi. Bəs, o hardan peyda olmuşdu? 

İlğım təbiətin insanla bir zarafatıdır ki, müəyyən atmosfer şəraitində əmələ gəlir. Əvvəla, başa 

düşmək lazımdır ki, biz müxtəlif obyektləri ona görə görürük ki, onların üzərinə düşən işıq əks 

olunaraq, gözlərimizə yetişir. Bu şüalar adətən, bizim gözümüzə düz düşür. Ona görə də uzağa 

baxanda, biz yalnız üfüq xətti üzərindəki əşyaları görə bilirik. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə