Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Qara çevrilən su atmosferdə su buxarının bir formasıdır. Donmuş suyun kristalları o qədər 

kiçik  olur  ki,  onları  görmək  mümkün  deyil.  Qar  yaranarkən  bu  kristallar  atmosferdə  hava 

axınlarıyla yuxarı-aşağı hərəkət edirlər. 

Bu  hərəkət  zamanı  onlar  havadakı  toz  və  su  zərrələri  ətrafında  qruplaşır.  Kristallardan 

ibarət belə qrup getdikcə, daha çox böyüyür - bir nüvə ətrafında bir neçə yüz dənə kristal yığışa 

bilər. 


Kristallardan ibarət bu qrup böyüdükcə ağırlaşır və yerə düşür. Yerə düşən bu qrupa isə 

biz “qar dənəsi” deyirik. Bəzi qar dənəciklərinin diametri üç santimetrə çatır. Dənəciklərin ölçüsü 

də temperaturdan asılıdır. Temperatur nə qədər aşağı olsa, dənəciklər də bir o qədər xırda olacaq. 

Bəs  sizin  xəbəriniz  var  ki,  planetimizin  bəzi  yerlərində  rəngli  qar  yağıb?  Göy,  yaşıl, 

qırmızı,  hətta  qara...  Bu  qarın  əmələ  gəlməsi  də  havada  müəyyən  göbələklərin,  yaxud  tozun 

olmasıyla əlaqədardır.  

 

Niyə qışda pəncərələrdə buz naxışlar görünür? 



 

Qışı  çox  soyuq  keçən  yerlərdə  yaşayan  uşaqların  pəncərə  şüşələrindəki  qırova  tamaşa 

etməkdən xoşu gəlir. Bəzən bu naxışlar çox gözəl olur, yarpaqların, ağacların üzərindəki mürəkkəb 

naxışları xatırladır. 

Pəncərələrdə, ağaclarda, otda qırov əmələ gəlməsi üçün müəyyən şərait olmalıdır. Qırov 

çox xırda donmuş su kristallarından əmələ gəlir. Rütubəti çox olan hava donma temperaturunadək 

soyuyanda qırov əmələ gəlməyə başlayır. Donma nöqtəsi dəniz səviyyəsində Farengeyt şkalasıyla 

32, Selsi şkalasıyla 0 dərəcədədir.  

Hava soyuyanda onun tərkibindəki rütubət azalır. İzafi su pəncərə şüşəsi kimi obyektlər 

üzərində kondensə olunur. 

Temperatur 0 dərəcədən aşağı düşəndə su kristallaşır. Başqa sözlə desək, suyun üzünü buz 

kristalları örtür. 

Bəs  niyə  şaxtada  pəncərə  şüşələrində  naxışlar  əmələ  gəlir?  Bir  tərəfdən  kristalların  öz 

strukturları  var  ki,  bu  da  naxış  yaradır.  Şaxta  Babanın  pəncərələrdə  gözəl  naxışlar  salmasına 

bundan başqa şüşənin üzərindəki cızıqlar, toz zərrələri, hava axınları da kömək edir. 

Ağ  qırovun  özü  iki  cür  olur:  dənəvər  və  kristal  şəkilli.  Dənəvər  qırov  sadəcə  donmuş 

dumandır. Kristal şəkilli qırov isə havadakı su baxarından yaranır. Qazşəkilli vəziyyətdən birbaşa, 

suya çevrilmədən sərt maddə yaranması prosesi baş verir. 




Şaxta kənd təsərrüfatı üçün çox təhlükəlidir, çünki ağaclardakı tumurcuqları, yaxud hələ 

yetişməmiş  meyvələri  də  vura  bilər.  Əslində,  bitkilərə  ziyanlı  olan  şaxtanın  özü  deyil,  onların 

şirəsini  dondurmasıdır.  Kəndlilər  məhsulu  qırovdan  qorumaq  üçün  çox  üsullar  fikirləşiblər. 

Onlardan biri istini qorumaq məqsədiylə bitkilərin üzərini yüngül parça ilə örtməkdir. Bağlarda 

qalın tüstü pərdəsi yaratmaqla da bitkilərin istisini qorumaq olur. 

Yadınızda  saxlayın  ki,  biz  Şaxta  Babanın  saldığı  gözəl  naxışların  seyrinə  dalanda, 

milyonlarla ton məhsul təhlükəyə məruz qalır.  

  

S



u nə vaxt buza dönür? 

 

Əgər  siz  nohurun,  gölün,  yaxud  çayın  buz  bağlamasına  fikir  vermisinizsə,  onda  yəqin 



görmüsünüz ki, əvvəlcə mütləq suyun üzü buzla örtülməyə başlayır.  

Sizə elə gəlmir ki, göllər, çaylar dibindən donmağa başlasaydı, bizim həyatımız tamam 

başqa cür olardı? Onda nəinki Yerin iqlimi dəyişər, hətta suda yaşayan bir çox canlılar da məhv 

olardı! 


Baxaq görək, nohurdakı su buza necə çevrilir. Nohurun üzərindəki hava soyuyanda o suyun 

üst qatını da soyudur. Suyun üst soyuq qatı ilıq alt qatlara nisbətən ağırlaşır və tədricən aşağı enir. 

Bu proses nohurdakı bütün suyun temperaturu 4 dərəcəyə kimi enənədək davam edir. 

Lakin havanın temperaturu hələ enməkdə davam edir! Elə ki, suyun üst qatları 4 dərəcədən 

artıq soyudu, o artıq dibə enmir, elə yerindəcə qalır. Məsələ budur ki, temperaturu 4 dərəcədən 

aşağı düşən su artıq yüngülləşməyə başlayır! 

Beləliklə,  suyun  üst  qatı  artıq  donmağa  hazırdır.  Temperatur  donma  həddinə,  yəni  0 

dərəcəyə yetişəndə, yaxud daha aşağı enəndə, suda xırda kristallar əmələ gəlməyə başlayır. 

Hər belə kristalın altı şüası var. Onlar bir-biriylə birləşərək buz əmələ gətirirlər və tezliklə, 

suyun üzündə buz qatı yaranır. Əmələ gələn buz hərdən şəffaf olur, hərdən isə yox. Niyə belədir? 

Məsələ  bundadır  ki,  su  damcısı    donanda,  ondan  xırda  hava  qovuqcuqları  ayrılır.  Onlar  buz 

kristallarının şüalarına yapışırlar. Kristallar nə qədər çox olsa, hava qovuqcuqları da bir o qədər 

çox olur və beləliklə, buz şəffaflığını itirir. 

Su və bəzi maddələr maye haldan bərk hala keçərkən öz həcmini azaltmır. Su donarkən öz 

həcminin doqquzdan biri qədər genişlənir. Yəni doqquz litr su donarkən, on litr həcmində sərt buz 

əmələ gəlir! Qışda avtomobillərin radiatorları, su boruları ona görə partlayır ki, onların içindəku 

su donaraq öz həcmini artırır!  

 



Tufan nədir? 

 

İnsan həyatda çox şeyə qadir olan, güclü bir məxluqdur, lakin tufan görəndə, o da çaşıb 



qalır, nə edəcəyini bilmir! Bəs tufan nədir? 

Təbiətdə baş verən və sərt, qəddar təbiətə malik olan nə varsa, onu tufan saymaq olar. 

Dənizdə tufan güclü külək, yaxud qasırğa şəklində təzahür edir. Quruda tufan isə güclü yağışlar, 

şimşək, dəli küləklərdir. 

Birləşmiş Ştatların en dairəsində tufan yüz kvadrat kilometrlərlə ərazini bürüyə bilər. Bu 

zaman aşağı təzyiqli yerlərin ətrafında fırlanan hava kütlələri əmələ gəlir. 

Bu cür tufanlar cənuba axan soyuq arktik hava kütləsinin tropiklərdən şimala üz qoymuş 

isti, rütubətli hava axınlarıyla toqquşması zamanı əmələ gəlir. Bəzi yerlərdə isti havadan ibarət 

böyük bir kütlə soyuq hava axının içinə soxulur. Bu axının zirvəsində aşağı təzyiq yaranır deyə,  

küləklər ora üz qoyur və həmin yerin ətrafında tufan əmələ gəlir. 

Temperaturu  müxtəlif  olan  hava  kütlələri  qarşılaşanda,  ilıq  və  soyuq  havanın  qismən 

qarışması baş verir. Daha isti hava soyuq havanın üzərinə qalxır, soyuyuq, sıxlaşır. Bu proses 

nəticəsində buludlar yaranır, yağış, ya qar yağır.  

Şimal yarımkürəsində Yerin fırlanmasına görə havanın hərəkəti sağa meyllənir, ona görə 

də bu fırlanmanın içində hava axınları da saat əqrəbi istiqamətində hərəkət edir. Bu da, təxminən

nəhəng qasırğanı xatırladır. 

Ekvatordan şimalda tufan və qasırğalar isti tropik sular üzərində yaranaraq daha çox yayın 

axırlarında, ya da payızda baş verir. Onlar qərb və şimal-qərb istiqamətində hərəkət edir, tədricən 

sağa  meyllənirlər.  Tornado  çox  güclü  qasırğadır.  Onun  gəlişindən  burulğan  şəkilli  buludlarla 

yanaşı, şimşək buludlarıda yaranır. Belə burulğanın təməli, əsası cəmi bir neçə yüz metrə çatır, 

amma bu kifayətdir ki, qarşısına çıxan hər şeyi dağıdıb məhv etsin. Bu dağıdıcı güc dəhşətli külək 

və  təzyiqin  çox  aşağı  düşməsindən  yaranır.  Evlərin  divarları  yıxılır,  ağaclar  kökündən  qopur! 

Tornadolar elə dağıntılara səbəb olur ki, onların tez-tez baş verdiyi nahiyələrdə insanlar qorunmaq 

üçün özlərinə xüsusi sığınacaqlar tikməyə məcbur qalırlar. 

 

Niyə şimşək çaxandan sonra göy guruldayır? 



 

Şimşək və gör gürültüsü yəqin ki, ibtidai insanları dəhşətə gətirərək onları öz sehrinə salan 

ilk  təbiət  hadisələri  olub.  Yaşadığı  mühiti  hələ  tam  tanımayan  insan  göyün  bağrını  yaran 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə