Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə4/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   2   3   4   5   6   7   8   9   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğahm pərdələyən yalan
cümlədən  türk  dünyasına  qarşı  olan  düşmənçiliyindən  bizə 
pay düşmədiyini düşünürdük. Yanılmağımız günahımızdır.
Sualların  arxasında  hələ  çox  mətləblər  durur.  Bu  sualları 
sıraya  düzməklə  onlara  cavab  vermək  olmaz.  Onları  tədqiq 
etməklə,  öyrənməklə  cavablandırmaq  mümkündür.  Əslində 
dünya  məsələsinə  çevrilməsinin  heç  bir  elmi  əsası  olmayan 
erməni  məsələsinin  tədqiqi  onun  gizli  sahələrinə  işıq 
tutacaqdır.
Məqsədimiz  ermənilərin  tarixini  göstərdikdən  sonra 
onların  Azərbaycan  torpaqlarına  köçürülmələrinin  səbəblərini 
və  nəticələrini  müəyyən  etməkdir.  Ermənilərin  Rusiya 
tərəfindən  yerləşdirildikləri  bölgələr  tarixi 
Azərbaycan 
torpaqları olub.  "1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan 
və 
Türkmənçay 
müqavilələri 
Azərbaycan 
xalqının 
parçalanmasının,  tarixi  torpaqlarımızın  bölünməsinin  əsasını 
qoydu.  Azərbaycan  xalqının  bu  milli  faciəsinin  davamı  kimi 
onun torpaqlarının zəbti başlandı."8
Bununla əlaqədar olaraq həmin bölgələrdəki azərbaycan­
lıların  aqibətinin  nə  ilə  nəticələndiyini  müəyyən  etmək 
lazımdır. Monoetnik Ermənistanın ortaya çıxması9, ermənilərin 
azərbaycanlılara  qarşı  tətbiq  etdikləri  zorakılıq,  qırğın  və 
soyqırımı siyasətinin inkaredilməz sübutudur.
Məhz  həmin  suallara  cavab  tapmaq  üçün  bu  kitabı 
yazmağa başladım.  Erməni məsələsinə-xəyanət,  işğalçılıq,  türk 
dünyasına,  o  cümlədən azərbaycanlılara  qarşı soyqirimı gizlət­
mək  üçün  saxtakarcasına  yaradılan  yalanlar  kompleksinə 
azacıq  da  olsa  aydınlıq  qətirmiş  olsam  məqsədimə  çatmış, 
xalqa xidmət etmiş olaram.
Keçmişi öyrənmək onu yenidən yaşamaq və ya kimsələrə 
yaşatmaq  üçün  deyildir.  Keçmişdən  alınan  dərslərlə  gələcəyin 
daha etibarlı olmasına təminat yaratmaqdır. *
 4
8  Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında”  Azərbaycan  respublikası 
prezidentinin  fərmanı  26  mart  1998-ci  il
4  Ermənistan məsələsi
14
Həsərıbala Sadıqov
I  FƏSİL
ERMƏNİLƏRİN MƏNŞƏYİ VƏ YAŞAMIŞ OLDUQLARI 
COĞRAFİ BÖLGƏLƏR
Erməni adının mənşəyi
Dünyada  çox  sayda  xalqların  yaşaması  bu  günün  deyil, 
bütün  tarixi  dövrlərin  reallığıdır.  Xalqların  adlarının  ortaya 
çıxmasında  yaşadıqları  coğrafiya  da  (italiyalı,  amerikalı)  təsirli 
ola  bilir.  Bunun  əksinə  olaraq  bir  çox  ölkələr  də  vardır  ki, 
onların  adları  həmin  ərazidə  yaşayan  xalqların  adından 
meydana  gəlmişdir.  Bunlardan  hər  ikisi  fərqli  səbəblərə  bağlı 
olub, məlum və qeyri-məlum amillərlə əlaqədardır.
Hər  bir  xalq  məlum  və  ya  qeyri-məlum  tarixdə  bəlli  bir 
coğrafiyada yaşamış olduğu  kimi, bunun əksini düşünmək də 
tarixi  gerçəklərə  zidd  deyildir.  Bütün  xalqların  ən  mühüm 
istəklərindən  biri  milli  mənsubiyyətini  və  tarixi  qədimliyini 
pasportlaşdırmaqdır.  Millətlərin  milli  mənsubiyyətinin  pas- 
portlaşdırılması  ilə  müvafiq  elmlər  -   tarix,  arxeologiya,  etno­
qrafiya və tarixə köməkçi başqa elmlər məşğul olur.
Tədqiqatımızın mövzusu erməni məsələsi -  xəyanət, işğal 
və  türk  dünyasına,  o  cümlədən  azərbaycanlılara  qarşı  ermə­
nilərin  tarixən  həyata  keçirdikləri  soyqırımı  pərdələyən 
yalanlar kompleksini açmaqdır. Bu, qəbul edilməlidir ki, çox az 
xalqlar  ermənilər  qədər  „milli  mənsubiyyət  uğrunda"  əsassız 
yollar,  metodlar  və  çox  halda  mədəni  dünyada  qəbul 
edilməyən  qeyri-məhdud  vasitələrlə  mübarizə  aparmışlar. 
Erməni  müəlliflərinin  əsərlərində  bir  çoxlarının  o  qədər  də 
diqqət yetirmədikləri  saxtalaşdırmalar  kompleksi  olan „erməni 
davasına xidmət  etmə"  fikri  vardır.  Əslində  bu,  ermənilər  üçün 
bir tarixi  düşüncə labirintinin giriş qapısına yazılmış  çağrışdır. 
Tarix  kitablarının  səhifələrində  „bu  dava"  fərqli  şəkillərdə, 
zamanın imkan verdiyi formada davam etdirilmişdir.
15


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
Ermonilərə  görə  həmin  davanın  -   saxtalaşdırmaların, 
xəyanətlərin,  soyqırımların  həyata  keçirilməsinin  „qızıl" 
qaydası  ondan  ibarətdir  ki,  xidmət  edənlərin  fəaliyyət 
formasından  asılı  olmayaraq  haqsızı  yoxdur.  Bu,  sadə  bir 
bildiriş  deyil,  həmin  qərara  uyan  və  ya  uymalı  olan,  bütün 
dövrlərdə  məcburi  olaraq  mənasız  avantüraya  cəlb  edilmiş 
ermənilərin  tam  inam kredosudur.  Axı,  tarix  isbat  etmişdir ki, 
xalqları  haqlı  olduqlarına  inandıra  bilmədən  arxanca  aparıb, 
onları bu davanın qurbanı edə bilməzsən.
Davaya  inam  çox  dərin  psixoloji,  düşüncə  potensialıdır. 
Bu, müxtəlif xalqlarda fərqli nisbətlərdə ola bilir. Eyni zamanda 
həmin  psixologiyanın şiddətli  şəkildə  köklənməsi  çox  qorxulu 
hadisələrin  meydan  gəlməsinə  səbəb  olur.  Bunu  tarixin 
yaddaşında  və  dünyanın  qoynunda  yerləşmiş  qəbiristanlıqlar 
isbat  etməyə  hazırdır.  Xalqların  milli  davaya  hazır  olması 
təbiidir.  Kiçik bir quş belə yuvasına olan müdaxiləni mübarizə 
ilə  qarşılayır,  çox  halda  onu  ölümünə  qədər  davam  etdirir. 
Lakin  xalq  davasının  „mənim  xalqım  bütün  xalqlardan 
yaxşıdır,  yüksəkdir"10  fikri  ilə  aparılması  nümunəsilə  tarix 
tanışdır  və  onların  aqibəti  bu  gün  ibrət  dərsidir.  "Yetmiş  il 
bundan  əvvəl  alman  alimləri  və  üçüncü  Reyxin  liderləri  ari 
irqin  müstəsnalığı  barədə  buna  oxşar  "qiymətli  direktivlər 
vermişdilər.  Bir  millətin  başqalarından  üstünlüyü,  birinin 
qədim  və  təmizqanlı,  digərlərinin  gəlmə  və  qarışıq  olması 
barədə  söhbətlərin  nə  ilə  nəticələnməsi  hamıya  yaxşı  məlum­
dur.  Təəssüf  ki,  öz  xalqını  təxminən  eyni  fəlakətli  istiqamətə 
sürükləyən  bugünkü  Ermənistanın  rəhbərləri  yaxın  tarixdən 
ibrət dərsi almamışlar."11
Övlada  adı baba-nənə,  ata-ana,  xalqın  adını  onun  tarixdə 
yaşamış  başbilənləri  qoyur.  Xalqların  adları  bəlli  bir  tarixdə 
meydana  gəlmiş,  o  adla  da  davam  etmişdir.  Lakin  bu  da 
həqiqətdir  ki,  bu  gün  qədim  dünyamn  etnik  xəritəsinə
10 Ari  olduğunu  isbat etmək  istəyənlər kimi
11  Ramiz  Mehdiyev.  Gorus-2010 Absurd teatr mövsümü.  Bakı, “Şərq-Qərb”,  2010,  s.7.
16
Həsənbala Sadıqov
baxarkən  məlum  olur  ki,  tarixdə  yaşamış  bir  çox  xalqlar  indi 
çox  az  adama  tamşdır.  Onlara  yalnız  tarixin  arxivlərində  rast 
gəlmək  mümkündür.  Deməli,  hər  xalq  tarixdə  yaşamaq  üçün 
mövcud  qanunlar  çərçivəsində  mübarizə  aparmağı  bacar­
malıdır.
Ermənilər  tarixi  mənbələrdən  göründüyü  kimi  özlərinə 
hay,12 yaşadıqları  bölgəyə  də  Hayastan  deyiblər.  Hay-erməni, 
Hayastan- Ermənistan ikiadlılığma (ikiləməsinə) cavab tapmaq 
çox  çətindir.  Ermənilər  çox  halda  arxeoloji,  tarixi  dəstək  tapa 
bilmədiklərindən  əfsanəvi  "mənbələrdən"  faydalanaraq  dava­
larını davam etdirirlər.
Burada  aydınlaşdırılmasma  ehtiyac  olan  „Ermənistan" 
kəlməsidir.  Bu onunla əlaqədardır ki, „erməni"  kəlməsi ondan 
meydana  gəlmişdir.  Əslində tarixçilərə13 görə coğrafi bölgə  adı 
olan  Ermənistanın  bu  gün  erməni  dediyimiz  xalqla  heç  bir 
əlaqəsi  yoxdur  „erməni  xalqı  ilə  qədim  və  mədəni  Ermənistan 
arasında  bir  tarixi əlaqə yoxdur.''14
 
Arnold  Toynbe  erməni  adının 
meydana  gəlməsi  haqqında  fikirlərini  aşağıdakı  şəkildə  ifadə 
etmişdir:
„Əgər  Telebas  vadisi  bu  şəkildə,  Assuriyalıların  süqutu  və 
Medlərin  meydana  çıxması  arasındakı  dövrdə  Urartudan  ermənilərə 
keçmişsə,  bu  maraq mövzusu  olan  iki adlandırmamn  izah edilməsinə 
kömək  göstərə  bilər.  İlk  olaraq  öz  dillərində  özlərinə  hay  deyən 
Müşkilərin  rəsmi  Əhəməni  terminologiyasında  hay yaxud Muşki və 
ya Gor diyan əvəzinə Arminiya deyə tanıdıqları qəbul edilə bilinir.  Bir 
qədim  yer  adı  olan  Arminiya,  Muş  yaxınlığında  tapılan  Menuas 
kitabələrində  adı  keçən  Urartuca  Urmeniuni-ni  kəlməsindən 
meydana  gəlmiş  ola  bilir.  Bu  işğal  edilərək  yerlə  bir  edilmiş  şəhər 
adıdır.  Urmeniuni-ni ismi qədim  Urartu  kontonunun  (idarə vahidi-
Kamuran  Gürün.  Ermeni  dosyası.  Ankara  1985,  s.  10-11;  Ekrem  Memiş.  Eskiçağ 
Türkiye  tarihi.  Konya  2001.  s.  32-33;  Esat  Uras.  Tarilıte  ermeniler  ve  ermeni  meselesi. 
İstanbul  1987,  s.  Q9-105.
13  Kamuran Gürün. a.  k,  ə.  s.  10;  Ekrem  Memiş.  a.  k.  ə.  s.  32-33;
14  Nikerland  Krayblis. a. k. a.s. 70-31 
— ------------------
1  7
İ Azərbaycan  Respublikası  Prezidentinin 
1
  '
iç lə r  id a rə s i
PREZİDENT  KİTABXANASI


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə