Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə16/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

* Naşatır spirti — kimyəvi maddə
SUAL VƏ TAPŞIRIQLAR
1.  Elektrik cərəyanının insanlar üçün əhəmiyyəti nədir?
2.  Elektrik cərəyanı həyat üçün nə zaman təhlükəli ola bilər?
3.  Qaz cihazlarından istifadə zamanı nələrə diqqət etmək lazımdır?
4.  Dəm qazı ilə zəhərlənmə halında ilk yardım nələrdən ibarətdir?


SƏNİN CƏMİYYƏTDƏ YERİN
32. YOL HƏRƏKƏTİ QAYDALARI
Yol hərəkəti qaydaları insanların təhlükəsizliyinə xidmət edir. Nəqliyyatın gur olduğu
şəhərlərdə bu qaydalar olmadan hərəkət etmək mümkün deyil. Vətəndaşların yol
hərəkəti qaydalarına əməl etməsi mədəni həyat tərzinin göstəricilərindən biridir. Yol
hərəkəti qaydaları yalnız sürücülər üçün deyil. Piyadaların da əməl etməli olduğu
qaydalar vardır.
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində yol
hərəkəti iştirakçılarının riayət etməyə borclu olduqları yol hərəkəti qaydaları
müəyyən edilmişdir. Burada sürücülərin, piyada və sərnişinlərin vəzifələrinə aid
ayrıca maddələr var.
Piyadanın vəzifələrinə nələr aiddir?
— səki ilə hərəkət etməlidir;
— küçələri piyada keçidləri ilə keçməlidir;
— ictimai nəqliyyat vasitələrini yalnız dayanacaqlarda, onlar olmadıqda isə səkidə
gözləməlidir;
— nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat
vasitəsi dayandıqdan sonra çıxmalıdır;


— nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk
etməlidir;
— hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun işarəsini
əsas tutmalıdır;


Sənin rahatlığın və təhlükəsizliyin
— yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
— qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat
vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir;
— yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin
olmadığını yəqin etməlidir;
— uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə, səki
və ya piyada yolu ilə aparmağa icazə verilir.
Hərəkətin təhlükəsizliyi üçün sərnişinlərin də üzərinə məsuliyyət düşür.
Sərnişinin vəzifələrinə nələr aiddir?
— Nəqliyyat vasitəsinə yalnız dayanacaqdan, yaxud səkidən minməlidirlər;
— yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra minmək və düşmək olar;
— hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən
yayındırmaq olmaz;
— təhlükəsizlik kəməri olan avtomobillərdə kəməri bağlamaq lazımdır.
Bu qaydalara əməl etməklə insanlar öz həyatlarını qorumaqla yanaşı, həm də yol-
nəqliyyat qəzalarının baş verməsinin qarşısını ala bilərlər.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Yol hərəkəti qaydalarına əməl etmək nə üçün mədəni həyatın
göstəricilərindən biri hesab edilir?
2.  Piyadanın vəzifələri nədən ibarətdir?
3.  Sərnişinlər nəqliyyatda necə davranmalıdırlar?
4.  Yol hərəkəti qaydalarına əməl etməməyin: 1) piyadalar üçün; 2) sərnişinlər


üçün hansı nəticələri ola bilər? Fikirlərini dəftərində yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
33. FÖVQƏLADƏ HALLAR
Müasir silahlar, xüsusilə nüvə silahları çox böyük dağıdıcı gücə malikdir. İlk nüvə
silahı II Dünya müharibəsində istifadə olunmuşdur. Amerika Birləşmiş Ştatları
təyyarəçiləri «Körpə» və «Gonbul» adlandırdıqları iki atom bombasını Yaponiyanın
Xirosima və Naqasaki şəhərlərinə atmışdılar. Həmin vaxtdan çox keçib. Amma
bombaların insanların həyatında, sağlamlığında qoyduğu izlər hələ də davam edir.
Müasir dövrdə hansı təhlükələr var?
Müasir dövrdə insanlar müharibələrin təhlükəsini və onun qarşısını almağın
vacibliyini dərk edirlər. Buna baxmayaraq, yenə də müxtəlif silahlar yaranır. Ona
görə də müharibə təhlükəsi birdəfəlik yox olmur.
Kimyəvi silahlar da çox təhlükəlidir. Bu silahlar vasitəsilə insanlar arasında
zəhərlənmə, boğulma kimi hallar yaratmaq mümkündür. Xlor və ammonyak* bu
cür qazlara misal ola bilər. Xlor kəskin boğucu iyi olan göyümtül-sarı qazdır.
Tənəffüs yollarını, dərini və gözü qıcıqlandırır. Orqanizmdə kəskin ağrılar başlayır,
quru öskürək, qusma, nəfəs çatışmazlığı, gözlərdə yaşarma əmələ gəlir.
Ammonyak rəngsiz qazdır. Ammonyak ilə zəhərlənmə zamanı boğulma, gözlərdə
ağrı və yaşarma, güclü öskürək, başgicəllənmə, mədə ağrıları və qusma baş verir.
Nüvə partlayışı və kimyəvi zəhərlənmə yalnız müharibə zamanı olmur. Sülh
şəraitində də müxtəlif qəzalar nəticəsində ətrafa insan həyatı üçün zərərli maddələr
dağıla bilər. İndi insanlar atom enerjisindən dinc məqsədlər üçün istifadə edirlər.
Atom-elektrik stansiyalarında atom enerjisindən elektrik enerjisi almır. Bu enerjidən
sənaye və istehsal sahələrində istifadə olunur. Amma bu cür stansiyalarda qəza baş
verdikdə radioaktiv* maddələr olduqca geniş sahələrə yayılaraq ətraf mühiti
zəhərləyir. Zəhərlənmiş ərazilərdə on illərlə ağaclar bar vermir, insanlar ağır
xəstəliklərə tutulurlar. 1986-cı ildə Ukraynanın Çernobıl şəhərində atom elektrik
stansiyasında baş verən qəzanın nəticələri çox ağır olmuşdu. Qəza zamanı ətrafa
yayılan radioaktiv maddələr Azərbaycanın sərhədlərinə qədər gəlib çıxmışdı. Ona
görə də insanlar radioaktiv maddələrin zərərli təsirindən qorunmağı
bacarmalıdırlar.


* Xlor və ammonyak — kimyəvi maddələr 
* Radioaktiv — şüalanma yaradan


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə