Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   22


SƏNİN CƏMİYYƏTDƏ YERİN
24. İMMUNİTET NƏDİR?
Sən demə, orqanizm özü də özünü xəstəlikdən qoruyur. Keçmiş zamanlarda bir çox
xəstəliklər geniş ərazilərdə yayılıb xeyli insanın ölümünə səbəb olurdu. Bir xəstəliyin
geniş ərazidə yayılmasına epidemiya deyirlər. Bu epidemiyalar zamanı həkimlər
müşahidə edib gördülər ki, xəstələrdən hansısa biri əvvəllər bir xəstəliyə tutulub
sağalmışsa, ikinci dəfə həmin xəstəliyə yoluxmur.
Məsələn, çiçək xəstəliyinə yoluxan insanlar sonralar bir daha bu xəstəliyə
tutulmurlar. Həkimlər bunun sirrini çox araşdırdılar və nəhayət, aşkar etdilər ki, sən
demə, canlı orqanizmlərdə kiçik qoruyucu hissəciklər var. Xəstəliktörədicilər
orqanizmə düşəndə bu qoruyucu hissəciklər onlarla mübarizəyə başlayırlar. Onların
arasında əsl döyüş gedir. Əgər hissəciklər qalib gəlirsə, insan sağalır. Həmin
xəstəliyin törədiciləri bir də nə vaxtsa orqanizmə düşüb onu xəstələndirmək
istəsələr, bu, baş tutmur. Çünki artıq orada bu «düşmənləri» yaxşı tanıyan
«döyüşçülər» var. Xəstəliktörədicilər əl-qol açmağa macal tapmamış «tərk-silah»
edilir və orqanizm xəstəlikdən xilas olur. Buna orqanizmin müqaviməti, yaxud təbii
immuniteti deyilir. İmmunitet sözünün mənası da elə latın dilindən tərcümədə
«xilas olmaq,



Sənin sağlamlığın
Peyvənd yoluxucu xəstəliklərin qarşısını alır
azad olmaq» deməkdir. Alimlər bunu öyrənəndən sonra bir çox xəstəliklərlə
mübarizə aparmaq asanlaşdı. Onlar peyvəndlər, vaksinlər kəşf etdilər, indi uşaqları
xəstəliklərə qarşı peyvənd edirlər. Peyvəndin köməyi ilə insanların orqanizmində
hansısa yoluxucu xəstəliyin törədicilərinə qarşı mübarizə aparan hissəciklər
yaradırlar. Bu, süni immunitet adlanır. Həmin xəstəlik yayılanda kiçik qoruyucular
uşaqların orqanizmini xəstələnməkdən qoruyur.
Orqanizmin immunitetini necə gücləndirmək olar?
İmmunitet canlı orqanizmləri xəstəliklərdən qoruyur. İmmunitet bütün insanlarda
eyni dərəcədə güclü olmur. Ona görə də bəzi insanlar çox nadir hallarda, bəziləri isə
tez-tez xəstələnirlər.
İnsanlar kimi, heyvanlar da peyvənd oluna bilir. Bu, heyvanları xəstəliklərdən
qoruyur və heyvandarlığın inkişafına kömək edir.
İmmunitetin öyrənilməsi bitkiçiliyin də inkişafına səbəb oldu. Alimlər immunitetin
sirrini açandan sonra xəstəliklərə davamlı olan yeni bitki sortları yaratdılar.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Peyvəndin sağlamlıq üçün nə əhəmiyyəti vardır?
2.  Təbii və süni immunitetin fərqi nədir?
3.  İmmunitetin sağlamlıq üçün nə faydası vardır?
4.  İmmuniteti necə gücləndirmək olar?
5.  Dəftərində «immunitet və sağlamlığın qorunması» adlı esse yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
25. ONURĞA SÜTUNU
Onurğa sütunu bir-birinə qığırdaqla birləşən hissələrdən — fəqərələrdən təşkil
olunmuşdur.
İnsanın onurğa sütunu 33—34 fəqərədən ibarət olur. Yerləşməsinə uyğun olaraq,
fəqərələr 5 şöbəyə bölünür — boyun, döş, bel, oma və büzdüm fəqərələri.
Onurğa sütununun 
şöbələri
Səhər oturub qəlyanaltı edirsən. Sonra məktəbə yollanırsan. Məktəbdə dərs başlayır
və sən hər bir dərsdə 45 dəqiqə partada əyləşməli olursan. Dərslərdən sonra yenə
evə yollanırsan. Nahar edirsən, oturub dərslərini hazırlayırsan, kompüterin
qarşısında müxtəlif işlər görür, oyunlar oynayırsan. Qısası, gün ərzində nə
etməyindən asılı olmayaraq, onurğa sütunun dincəlmir, işləyir, müxtəlif funksiyaları
yerinə yetirir.
Stulda, parta arxasında necə oturduğuna fikir vermisənmi? Bu, çox vacib məsələdir.
Axı söhbət sənin onurğa sütununun inkişafından gedir. Onurğa sütunu insanın dik
dayanmaq üçün əsas dayaq aparatıdır. Onurğa sütununu qorumaqla sən özünü bir
çox xəstəliklərdən qorumuş olursan. Çünki insanın normal fəaliyyətini təmin edən
daxili orqanların sağlamlığı onurğa sütununun sağlamlığından asılıdır.


Onurğa sütununda problem olarsa, nə baş verər?
Boyun fəqərələrində problem olarsa, insanın başında, boynunda, gözündə
problemlər yaranır. Döş fəqərələrində baş verən dəyişikliklər ürəyin, qaraciyərin,
bağırsaqların funksiyasının pozulmasına səbəb ola bilər. Bel fəqərələrinin
zədələnməsi ayaqların fəaliyyətinə təsir göstərir. Ona görə də onurğa sütununu
zədələnmələrdən qorumaq lazımdır. Xüsusilə uşaq yaşlarında onun düzgün
inkişafına nəzarət etmək vacibdir.
Onurğa sütununun sağlam olması üçün nə edə bilərik?
Yazı masası arxasında düzgün əyləşməyin qaydası
Masa arxasında əyləşərkən bədəni və başı əymədən düz oturmaq lazımdır. Stulun
oturacağı dizlərin səviyyəsində olmalıdır.


Sənin sağlamlığın
Döş fəqərələrindəki dəyişikliklər insanın əsas daxili orqanlarının 
fəaliyyətinə təsir göstərir. Bu orqanlar aşağıdakılardır:
Uzun müddət dayandıqda onurğa sütununa qayğı
İnsan çox dayandıqda belində, çiyinlərində, başın arxasında yorğunluq hiss edir.
Bunların qarşısını almaq üçün əlləri yuxarı qaldırmaq, arxaya əyilmək və dərindən
nəfəs almaq lazımdır. Ayaq üstə yerinə yetirilməli iş olduqda və ya uzun müddət
növbədə dayanmalı olduqda hər 10 dəqiqədən bir bədənin vəziyyətini dəyişmək
lazımdır. Mütləq ayaqlarınızın vəziyyətini dəyişin — yerinizdə addımlayın, ayaq
barmaqlarınız yerdə qalmaqla dabanınızı qaldırın.
Ağırlığın düzgün qaldırılması və aparılması
Ağır yükü imkan olduqca hissələrlə, hər iki əldə aparmaq məsləhətdir. Ağır bir şey
qaldırdıqda dizləri əymək lazımdır. Uzun məsafələrə yükü bel çantasında daşımaq
məsləhətdir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Onurğa sütununu nə üçün qorumalıyıq?
2.  Onurğa sütunu hansı şöbələrə bölünür?
3.  İnsanın əsas daxili orqanları hansılardır?
4.  İnsanın əsas daxili orqanları və onların funksiyası adlı cədvəl tərtib et.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə