Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə20/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

hissəsi isə düzənliklərdədir.
Dünyada olduğu kimi, Azərbaycanda da yaşıllığın qorunması xüsusi əhəmiyyət kəsb
edir. Çünki Azərbaycanda meşə azdır. Respublikanın ərazisinin cəmi onda birindən
bir qədər artıq hissəsi meşəliklərdir. Buna baxmayaraq, Azərbaycan meşələri növcə
zəngindir. Meşələrimizdə 450 növ ağac və kol bitir. Meşələrimiz, əsasən, üç ağac
növündən ibarətdir. Bunlar


İnsan təbiəti dəyişir
fıstıq, vələs və palıd ağaclarıdır. Azərbaycanın Talış dağlarında bütün dünyada nadir
olan ağaclar da var. Hirkan meşəsi Azərbaycanın ən qiymətli sərvətlərindəndir.
Burada Hirkan ənciri, Hirkan qovağı, Qafqaz xurması, ipək akasiya, dəmirağac,
şümşad və sair kimi nadir ağaclar bitir. Bu meşələrdən başqa, kol bitkilərinin
yaratdığı kiçik meşəliklər də var. Odun tədarükü məqsədilə bu meşələrin qırılması
bitki örtüyünü azaldır və ətraf mühitə ciddi ziyan vurur.
Meşə örtüyünün qorunması Azərbaycan üçün həyati əhəmiyyətlidir, ölkəmizdə
meşələrin bərpa edilməsinə və artırılmasına dair «Milli Proqram» qəbul
olunmuşdur. Ağac əkmək üçün əslində, hər hansı göstərişə ehtiyac da yoxdur. Çünki
hamı bilir ki, bu, çox faydalı, həm də asan bir işdir. Əkdiyi ağacın necə böyüdüyünü,
ətrafa kölgə saldığını, bar verdiyini görmək insanı sevindirir. Hər bir vətəndaş
Vətənin təbiətini, yaşıllığı qorumağı özünə borc bilməlidir. Sən də vətəndaş kimi
bunu heç zaman unutmamalısan!
SUAL VƏ TAPŞIRIQLAR
1.  Meşələrin əhəmiyyəti nədədir?
2.  Torpağın çirklənməsinə hansı amillər səbəb olur?
3.  Azərbaycan meşələrində, əsasən, hansı ağaclar çoxluq təşkil edir?
4.  «Yaşadığım ərazidə yaşıllıq necə qorunur» adlı kiçik təqdimat hazırla.



TƏBİƏT VƏ CƏMİYYƏT
40. CƏMİYYƏTİN İNKİŞAFI VƏ HEYVANLAR
ALƏMİ
Ən qədim dövrlərdə insanlar heyvanlarla birlikdə, təbiətin qoynunda, mağaralarda
yaşayırdılar. Cəmiyyət inkişaf etdikcə insan məskənləri yavaş-yavaş simasını dəyişdi.
Evlər tikildi, kəndlər, şəhərlər salındı. Sənaye mərkəzləri, təsərrüfat sahələri yarandı.
Bunun nəticəsində yer üzərində böyük dəyişikliklər oldu. Bu proses bu gün də
davam edir. Təbiət simasını dəyişdikcə heyvanların həyat şəraiti pisləşir. Bunun
nəticəsidir ki, son üç yüz ildə yüzə qədər heyvan növünün nəsli kəsilib. Əgər yaxşı
qorunmasa, bir neçə ildən sonra böyük panda, oranqutanq meymunu, Afrika fili,
Amerika bizonu, qara kərgədan və sair heyvanlar da yer üzündən şilinə bilər.
İnsanlar heyvanları ətinə, dərisinə, xəzinə, buynuzuna, dişinə görə amansızlıqla
qırırlar. Bəbir, hepard kimi heyvanları gözəl xəzindən, kaymanı bahalı dərisindən
ötrü, kərgədan, fil kimi nəhəng heyvanları isə buynuzuna və dişinə görə məhv
edirlər.
İnsanların təsərrüfat fəaliyyəti də heyvanlar aləminə ziyan vurur. Kənd
təsərrüfatında məhsuldarlığı artırmaq üçün istifadə olunan gübrələrin tərkibindəki
kimyəvi maddələr torpağa, suya qarışaraq geniş ərazilərə yayılır. Yağış şəklində
torpağa, çay və göllərə düşür, balıqlara, heyvan və quşlara ciddi ziyan vurur. Hazırda
neft çıxarılması zamanı baş verən qəzalar dəniz və okean sularını çirkləndirib külli
miqdarda canlıların məhvinə səbəb olur. Məsələn, hər il Xəzərə milyonlarla kubmetr
çirkab suları axıdılır. Xəzər neft məhsulları və digər tullantılarla da çox çirklənib.
Xəzər dənizinin çirklənməsi nəticəsində nərə balıqlarının sayı azalıb. Bir çox balığın
adı «Qırmızı kitab»a düşüb, bəzilərininsə nəsli tamam kəsilib.
Azərbaycanda müxtəlif iqlim tipləri olduğuna görə heyvanlar aləmi tarixən çox
zəngin olmuşdur. İndi Azərbaycan təbiətində nadir, nəsli kəsilmək üzrə olan heyvan
və quşlar vardır. Bunlara muflon, bəbir, xallı maral, dağkeçisi, ceyran, cüyür, kəklik,
qu quşu, turac, qırqovul və başqaları misal ola bilər. Azərbaycanda bu heyvan və
quşların adı «Qırmızı kitab »a salınmışdır.
Heyvanlar aləmini qorumaq üçün dövlət hansı tədbirləri həyata keçirir?


İnsan təbiəti dəyişir
Dövlət heyvanlar aləmini qorumaq üçün başqa tədbirlər də görür. Bunun üçün sayı
azalan heyvanların ovlanması dövlət tərəfindən qadağan olunur. Qoruqlar, milli
parklar yaradılır.
Qızılağac qoruğu suətrafı və suda üzən quşların məskunlaşdığı beynəlxalq
əhəmiyyətli qoruqdur. Bu qoruqda dünyanın başqa ölkələrindən gələn bir çox köçəri
quş dayanacaq tapır. Burada 248 növ quşa, o cümlədən sultantoyuğuna, turaca,
qızılqaza, ağ durnaya və sair quşlara rast gəlmək olar. Zaqatala qoruğunda isə
Dağıstan dağkəli, maral, cüyür, qaban, boz ayı, meşə pişiyi, sincab və sair heyvanlar
qorunur. İnsanlar bu yolla bir çox canlını nəsli kəsilməkdən xilas etməyə çalışırlar.
Amma bu, təbiətin tarazlığını saxlamaq üçün kifayət deyil. Təbiətin tarazlığını
saxlamaq üçün ondan düzgün istifadə etməyi bacarmaq lazımdır.
Azərbaycan Respublikasındakı milli parklar
SUAL VƏ TAPŞIRIQLAR
1.  Azərbaycan ərazisində hansı nadir heyvanlar yaşayır?
2.  Azərbaycan Respublikasında hansı qoruqlar vardır?
3.  Azərbaycanda hansı heyvanların adı «Qırmızı kitab »a salınmışdır?
4.  İnsanların təsərrüfat fəaliyyətinin heyvanlar aləminə mənfi təsirləri nədən
ibarətdir? Fikirlərini dəftərində yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
41. CƏMİYYƏT VƏ ELMİ-TEXNİKİ İNKİŞAF
Qədim insanların əmək alətləri çox bəsit və sadə idi. Onlar torpağı daş və sümükdən
düzəltdikləri, adına toxa deyilən ucu şiş alətlə şumlayırdılar. Sümükdən biz, ox ucu
və başqa alətlər düzəldirdilər. Zaman keçdi və ox-yay meydana gəldi. Bu yenilik
insanların həyatını xeyli dəyişdi. Onlar ox-yayın sayəsində çoxlu heyvan ovlayırdılar.
Sonralar əmək alətləri də, silahlar da inkişaf etdi. Elm yarandı və insanlar
həyatlarında elmi biliklərdən istifadə etməyə başladılar. Küləyin qovduğu yelkənlərin
köməyi ilə hərəkət edən gəmilər mühərriklə işləməyə başladı.
Parovozun, avtomobilin yaranmasından yüz ildən artıq vaxt keçib. Sonralar inkişaf
daha sürətlə getdi. Təyyarələr, elektrikləşdirilmiş nəqliyyat, kino, radio, televizor,
audio və videomaqnitofonlar, sintetik materiallar, kompüter, mobil telefonlar
insanların həyatını sürətlə dəyişdi. Yeni fəaliyyət sahələri meydana gəldi və bütün
bunlar bu gün də artmaqda davam edir.
İnsanların həyatında baş verən bu dəyişiklik elmi-texniki tərəqqi* adlanır. Müasir
dövrdə elmi-texniki tərəqqi iqtisadi inkişafın, məhsuldarlığın artırılması üçün geniş
imkanlar açır. Elmi-texniki tərəqqinin təsiri altında XXI əsrdə yeni ixtisaslar, yeni
peşələr yaranmışdır.
Texniki vasitələr ətraf aləmin və insanların sağlamlığına necə təsir göstərə bilər?
Maşın və texnikanın insanlar üçün həm xeyirli, həm də zərərli nəticələri ola bilir.
Avtomobil olmasa, müasir şəhərdə insanlar bir yerdən başqa yerə ayaqla
getməlidirlər. Bu isə həmişə mümkün deyil. Deməli, avtomobil sərfəlidir. Lakin
avtomobil sənayesinin genişlənməsi ətraf mühiti korlayır. Avtomobillərdən ayrılan
zərərli qazlar atmosferi çirkləndirir.
Digər tərəfdən avtomobilə öyrəşən insanlar piyada gəzməkdən imtina edirlər. Bu isə
hərəkətsizliyə, artıq çəkiyə və müxtəlif xəstəliklərə səbəb olur.
Televizor informasiya almağın çox təsirli vasitəsi olmaqla yanaşı, həm də insanları
mütaliədən uzaqlaşdırır, insanların mənəvi aləminin formalaşmasında isə
mütaliənin rolu çox böyükdür. Bütün bunlara baxmayaraq, texnikanın
imkanlarından ağılla, bacarıqla istifadə etmək mümkündür.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə