Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə21/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

* Tərəqqi — irəliləyiş, inkişaf


İnsan təbiəti dəyişir
Texnika və texnologiyaların ətraf mühitə mənfi təsirinin qarşısını necə almaq
olar?
Ətraf mühiti korlayan texnologiyalardan istifadə edilməsinin mənfi nəticələri olur.
İnsanlar bu nəticələri aradan qaldırmaq üçün böyük vəsait xərcləyirlər. Müasir
dövrdə elm qarşısına mühüm vəzifələr qoymuşdur. Bunlar təmiz, yəni ətraf mühiti
çirkləndirməyən texnologiyalar yaratmaq, təhlükəsiz enerji, yanacaq, xammal və
material mənbələri axtarmaqdan ibarətdir. Bu da elmi-texniki tərəqqinin müasir
dövrdə yaranmış yeni istiqamətidir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Elmi-texniki tərəqqi nə deməkdir?
2.  Texnikanın insan üçün faydalı cəhətləri hansılardır?
3.  Texnikanın inkişafının hansı mənfi nəticələri ola bilir?
4.  Mənfi nəticələrin qarşısını necə almaq olar?
5.  «Ətraf mühiti çirkləndirməyən texnologiyalar» adlı esse yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
42. EKOLOGİYA NƏDİR?
Ekologiya yunan sözü olub, yurd, məskən və elm sözlərinin birləşməsindən
yaranmışdır. Müasir dövrdə «Ekologiya» təbiət haqqında elm kimi başa düşülür.
Bu gün ekologiya elminin qarşısında Yer kürəsini xilas etmək kimi çətin vəzifə durur.
Çünki canlıların yaşamasının və sağlamlığının başlıca amili olan hava getdikcə daha
çox çirklənir. Müasir dövrdə sənaye və kənd təsərrüfatının inkişafı, bir-birinin
ardınca kosmosa buraxılan süni peyklər, nüvə silahlarının sınaqları zamanı baş
verən partlayışlar, böyük həcmdə neft, daş kömür və digər yanacaqların yanması
havadakı karbon qazının artmasına, oksigenin isə azalmasına səbəb olur. İstilik
elektrik stansiyaları, kosmik gəmilər, təyyarələr, avtomobillər, kənd təsərrüfatı
maşınları — traktor, kombayn və s. maşın və mexanizmlərdən istifadə nəticəsində
atmosferin tərkibinə zəhərli maddələr qarışır.
İçməli su da tədricən azalır. Bunun əsas səbəbi içməli su mənbələrinin
çirklənməsidir. Çaylara tökülən sənaye və məişət tullantıları içməli su mənbələrini
yararsız hala salır.
İldən-ilə səhralaşan torpaqların ümumi sahəsi böyüyür. Azərbaycanda da bu
problemlər var. Xəzər dənizinin çirklənməsi isə Azərbaycan üçün ən böyük
problemlərdən sayılır.
Xəzər necə çirklənir?
Azərbaycandan başqa Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın müxtəlif
yaşayış məntəqələrindən Xəzərə çirkab suları axıdılır.
Çaylar vasitəsilə hər il Xəzərə çoxlu miqdarda çirkab suları daxil olur. Onun yarıdan
çoxu Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları
da iştirak edir. Kür çayı Gürcüstanın ərazisindən keçib özü ilə çirkli sənaye və məişət
sularını, kənd təsərrüfatında işlədilən müxtəlif zəhərli maddələri Xəzərə gətirir.
Xəzər sahillərində yerləşən Bakı, Sumqayıt şəhərlərinin kanalizasiya suları da Xəzərə
tökülür.
Bunlardan başqa neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını


xeyli çirkləndirir. Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı burada
cəmləşmişdir. Məlumdur ki, nərə balığından dünyada çox qiymətli sayılan qara kürü
alınır.
Suyun həddən artıq çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Hələ 1992-ci ildə
Volqa hövzəsi və Xəzərin sahil zonası «ekoloji fəlakət zonası» ad-


Cəmiyyətin qlobal problemləri
Dənizin çirklənməsi
landırılmışdı. Xəzərin ekologiyası bu gün Azərbaycan dövlətini dərindən düşündürür.
Xəzər getdikcə dünya miqyaslı problemə çevrilir. Onun ekoloji vəziyyəti indi nəinki
Azərbaycan dövlətini, bütün dünyanı narahat edir.
Ekologiyanın vəzifəsi ətraf mühiti çirklənmədən qorumaqla bitmir. Çox vaxt
ekologiyanı orqanizmlər arasında, orqanizmlə ətraf mühit, canlı və cansız varlıqların
arasında qarşılıqlı münasibətləri öyrənən elm də adlandırırlar.
Təbiətə zərər vermədən ondan necə istifadə etmək olar?
İnsan təbiətin hissəsidir. Təbiətə həssas münasibət gələcək nəslin sağlam ətraf
mühitdə yaşamasını təmin edəcək. Bunun üçün insanlar təbiətə zərər vurmayan
texnologiyalar yaratmalıdırlar. Mövcud tükənən ehtiyatlardan səmərəli istifadə
etməlidirlər. Köhnəlmiş məhsulları (texnika, geyim, əşya) təkrar emal edərək
onlardan yenilərini hazırlamalıdırlar. Yeni ixtiralar edərkən çalışmalıdırlar ki, onlar
təbiətə ziyan vurmasın. Məsələn, benzinlə işləyən avtomobillərin əvəzinə, günəş
enerjisi ilə işləyən avtomobillər yaratmaq mümkündür.
İnsanlar müharibələrə son qoymalıdırlar. Hərbi texnika əvəzinə təbiəti qoruyan
texnikaların yaradılmasına daha çox vəsait ayırmalıdırlar. Bütün münasibətləri
qarşılıqlı anlaşma, harmoniya, əməkdaşlıq əsasında qurmalıdırlar.
SUAL VƏ TAPŞIRIQLAR
1) Ekologiya elmi hansı zərurətdən yaranmışdır? 
2) Ekologiya elminin qarşısında hansı vəzifələr durur? 
3) Xəritədə Xəzər dənizinin ətrafında yerləşən şəhərləri tap. 
4) Xəritədə Xəzər dənizinə tökülən çayları tapıb onların adını dəftərində yaz. 


5) Azərbaycanda hansı ekoloji problemlər var? 
6) Ekoloji problemlərin həlli üçün insanlar nə etməlidirlər? 
7) «Yaşadığım ərazidə nəyi ekoloji problem hesab edirəm» adlı rəy-inşa yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
43. ARAL GÖLÜNÜN HARAYI
Böyüklüyünə və digər dənizə aid əlamətlərinə görə Xəzərə dəniz deyirlər. Əslində,
dünyanın ən böyük gölüdür. Bu yaxınlara qədər böyüklüyünə görə dəniz adlandırılan
başqa nəhəng bir göl də var idi. Aral gölü dünyanın dördüncü böyük gölü idi! Onu
«çölün mavi gözü» adlandırırdılar. Aralın özünəməxsus bitki örtüyü və heyvanlar
aləmi var idi. Balıqçılar bu göldən bolluca balıq tuturdular. Mavi sularında gəmilər
üzürdü. Limanlarında çoxlu işçi çalışırdı.
İndi Aralın əvvəlki əzəmətindən heç nə qalmayıb. Geniş sinəsi çox kiçilib —
ərazisinin 1/10-i qalıb. Qurumuş suların yerində duzlu qum təbəqəsi yaranıb. Gölün
quruması onun ətrafında iqlimi də dəyişib. Göl kiçildiyi üçün buxarlanma azalıb.
Rütubətin azalması isə quraqlıq şəraiti yaradıb. Yaz qısa və quraq, qış uzun və soyuq
olub. Aylarla davam edən güclü küləklər duzlu qumları 250 km-ə qədər məsafədə
ətrafa yayır və çox geniş ərazidə hava çirklənir. Təbiət «sağlamlığını» itirir və onun
bir parçası olan insan da xəstələnir. Təsadüfi deyil ki, bu bölgədə tənəffüs yolları,
ağciyər, böyrək xəstəlikləri artmış, uşaq ölümü çoxalmışdır.
Aral gölü nə üçün quruyur?
Aral gölü öz-özünə qurumayıb. Onun bu hala düşməsində insanlar günahkardırlar.
Təxminən 50 il bundan əvvəl insanlar Aral gölünə tökülən iki böyük çayın -
Amudərya və Sırdərya çaylarının qarşısını kəsdilər. Çayların istiqamətini dəyişdilər,
kanallar çəkdilər ki, ucsuz-bucaqsız pambıq tarlalarını suvarsınlar. Bununla insanlar
məhsuldarlığın artacağını, həyatın daha da gözəlləşəcəyini düşünürdülər. Amma hər
şey əksinə oldu. Suvarılan torpaqlar şoranlaşdı və kimyəvi maddələrlə çirkləndi.
«Çaylar axmasa, göllər olmaz» demişdik. Onu qidalandıran iki çayın sularının kəskin
azalması isə Aral gölü üçün əsl fəlakət oldu. Aral qurumağa başladı. 20 il sonra
gölün az qala yarısı qurudu, suyun duzluluğu xeyli artdı. Balıqlar məhv oldu,
balıqçılar işsiz qaldılar. İndi qurumuş gölün qumluqlarında atılıb qalmış sınıq-salxaq
gəmilərin mənzərəsi insanın ürəyini ağrıdır. Birləşmiş Millətlər Təşkilatının Baş katibi
Pan Gi Mun Aralın vəziyyətini helikopterdən müşahidə edərək demişdir: «Aral
gölünün quruması dünyanın ən böyük fəlakətlərindən biridir». O, Aralın göl yox,
gəmi qəbiristanlığı olduğunu söyləmiş və bütün dünya liderlərini Aralı xilas etmək
üçün tədbirlər görməyə çağırmışdır.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə