Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə18/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

səbəblərdən iqlim dəyişir. İqlimin dəyişməsi isə bitki və heyvanlar aləminin də
dəyişməsinə səbəb olur.
* Tayqa - şimalda çətin keçilən iynəyarpaqlı meşələr zonası


İnsan təbiəti dəyişir
Ölkəmizin ərazisi çox böyük olmasa da, təbiəti zəngindir. Burada Böyük və Kiçik
Qafqaz dağları (xəritədə qəhvəyi rəngdə verilən ərazilər), Kür-Araz ovalığı (xəritədə
yaşıl rənglə göstərilmişdir) vardır. Bu isə Azərbaycanda iqlimin müxtəlifliyinə səbəb
olur. Dağlarda iqlim soyuq və rütubətli, düzənlikdə isə isti və quraqdır. Bunun
nəticəsində dağlarda meşə və çəmənliklər (Şəki, Qax, Quba və başqa rayonlarda),
düzənliklərdə isə quru çöllər və yarımsəhralar (Kürdəmir, Ucar, Salyan rayonları)
yayılmışdır.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Təbii zonalar bir-birindən nə ilə fərqlənir?


2.  Yer üzərində hansı təbii zonalar vardır?
3.  Azərbaycanın təbiətinin zəngin olması nə ilə bağlıdır?
4.  «Təbii zonalar» adlı inşa yaz.
5.  Azərbaycanın xəritəsində düzənlikləri və dağları göstər.


TƏBİƏT VƏ CƏMİYYƏT
36. TƏBİİ EHTİYATLAR
İnsanın yaşaması üçün istifadəsi mümkün olan və təbiətin bizə hazır şəkildə verdiyi
hər şey təbii ehtiyatdır. Faydalı qazıntılar, torpaq, su mənbələri, meşələr, okean və
dənizlər dünyanın təbii ehtiyatlarıdır.
Faydalı qazıntılara yerin mineral ehtiyatları da deyirlər. Faydalı qazıntılara mis, qızıl,
alüminium, dəmir və digər metal filizləri, neft, daş kömür, qiymətli daşlar, mərmər,
qum, çınqıl aiddir. Mineral ehtiyatlarının sənaye əhəmiyyəti çox böyükdür. Bunlar
olmadan bir çox sənaye sahələri fəaliyyət göstərə bilməz. Lakin Yer kürəsinin
mineral ehtiyatları zaman keçdikcə tükənir.
Yer kürəsinin torpaq ehtiyatları insanların həyatında mühüm rol oynayır. Torpaq
ehtiyatları da tükənəndir. Amma mineral ehtiyatlarından fərqli olaraq, müəyyən
tədbirlər görməklə onu yenidən əkin üçün yararlı hala gətirmək olur.
Yer səthinin 1/3 hissəsini quru, 2/3 hissəsini dəniz və okeanlar tutur.
Ətrafda su ola-ola susuzluqdan necə əziyyət çəkmək olar?
Dəniz və okeanların suyu duzludur. Ona görə də içmək üçün yaramır. Dünyanın
içməli su ehtiyatları çaylarda, göllərdə və buzlaqlarda toplanmışdır. Hazırda
insanları düşündürən problemlərdən biri də içməli su ehtiyatlarının getdikcə
azalmasıdır. Düzdür, yer üzündə nəhəng çaylar, böyük göllər var. Dünyanın ən
gursulu Amazon çayı o qədər nəhəngdir ki, hətta okean gəmiləri də onun sularında
üzə bilir. Lakin içməli su Yer kürəsində bərabər paylanmayıb. Bəzi yerlərdə su bu cür
bol olduğu halda, dünyanın bir çox ölkələri içməli su sarıdan çox əziyyət çəkir.
Atmosferi oksigenlə zənginləşdirən meşələr təbii ehtiyatların çox mühüm hissəsini
təşkil edir. Meşələr kağız, mebel istehsalı üçün xammal verir. Meşə sahələrinin


azalması insanlar qarşısında çox mühüm problemlər yaradır. Meşələr sürətlə qırılır,
amma gec
Nə üçün meşələri planetin «ağciyərləri» adlandırırlar?


İnsan təbiəti dəyişir
bərpa olunur. Çünki ağacı kəsmək çox asandır. Bir ağacın böyüməsi, meyvə
verməsi, kölgə salması üçün isə illərlə vaxt tələb olunur. Ona görə də hər bir ağacı
qorumaq lazımdır.
Dəniz və okeanlar, hava, külək enerjisi də təbii ehtiyatlara daxildir. Dəniz və
okeanların canlılar aləmi də insanlar tərəfindən istifadə olunur. İnsanların qidasının
əhəmiyyətli hissəsini balıq və balıq məhsulları təşkil edir. Müasir dövrdə insanlar
dəniz dalğalarının enerjisindən də istifadə etməyə çalışırlar. Çünki bu, olduqca
böyük enerji ehtiyatıdır.
Ölkəmizdə çoxlu neft və qaz ehtiyatları vardır. Bu ehtiyatlar Azərbaycanın ən böyük
sərvətidir. Respublikada filiz yataqları da çoxdur. Bu yataqlarda dəmir, mis, qızıl,
alüminium və sair metallar vardır. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.
Gədəbəydə isə qızıl yatağı vardır.
Ölkəmizdə çoxlu mineral su ehtiyatları olduğuna görə Azərbaycan ərazisini «mineral
sular muzeyi» adlandırırlar.
Təbii ehtiyatların tükənməməsi üçün nə etmək lazımdır?
Təbii ehtiyatların bir çoxu geniş istifadə olunduğu və bu zaman böyük itkilərə yol
verildiyi üçün tükənir. Məsələn, suya olan tələbatın artması, suyun azlığı gələcəkdə
çox böyük təhlükə yarada bilər. Ona görə də içməli suyu müxtəlif tullantılarla
çirkləndirmək, yaxud onu israfçılıqla işlətmək olmaz. Evdə, həyətdə, məktəbdə
suyun krandan boş yerə axmasına yol verməməklə sən də içməli suya qənaət etmiş
olursan. Bu, bütün insanların borcudur. Təbii ehtiyatları gələcək nəsillər üçün
qorumaq lazımdır.
SUAL VƏ TAPŞIRIQLAR


1.  Yerin təbii ehtiyatlarına nələr daxildir?
2.  Azərbaycan Respublikasında hansı təbii sərvətlər vardır?
3.  Təbii ehtiyatların tükənməsi nəyə səbəb ola bilər?
4.  içməli su ehtiyatının artırılmasına, elektrik enerjisi əldə olunmasına elm
necə kömək edə bilər? Fikirlərini dəftərində yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
37. TƏBİƏT NECƏ DƏYİŞİR?
Qədim dövrlərdə təbiət indikindən çox fərqlənirdi. Yer üzündə meşələr çox idi. insan
ayağı dəyməyən yerlər vardı. Ən qədim zamanlardan vulkan püskürmələri,
zəlzələlər, torpaq sürüşmələri, subasmalar və s. təbiət hadisələri yer üzündə böyük
dəyişikliklərə səbəb oldu. Sonralar isə təbiət və ətraf mühit insanların fəaliyyəti
nəticəsində daha sürətlə dəyişdi. İbtidai insanları iqlimi isti və rütubətli, bitki örtüyü
zəngin olan yerlər daha çox cəlb edirdi. Çünki onların qidası meyvə və yabanı bitki
köklərindən ibarət idi. Sonralar insanlar balıq və vəhşi heyvan ovlamağı öyrəndilər.
Həmin dövrlərdə insan yalnız istehlakçı idi. O, hələ heç nə istehsal etmir, hazır qida
məhsullarından istifadə edirdi. Ona görə də insanların yaşadığı ərazilərdə vəhşi
heyvanlar və yabanı bitkilər sürətlə azalırdı, insanlar qida axtara-axtara getdikcə
daha böyük ərazilərə yayılırdılar. Daha sonra əkinçilik və maldarlıq yarandı, insanlar
qida əldə etmək üçün heyvanları əhliləşdirməyə başladılar. İstifadə etdikləri torpaq
sahələrini genişləndirdilər. Beləliklə, sadə istehlakçıdan istehsalçıya çevrildilər.
İnsan təbiətdən necə istifadə edir?
Zaman keçdikcə insanlar nəqliyyat yolları, neft, qaz kəmərləri çəkir, yaşayış
məntəqələri salırdılar. Təbiət öz ilkin simasını dəyişirdi. Müasir dövrdə bu proseslər
daha sürətlə gedir. Çünki dünya əhalisi çoxalır, təbiətə təsir getdikcə artır.
İnsanlar, adətən, yaxşı şəraiti olan yerlərə can atırlar. Ona görə də tarixən


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə