Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə19/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

kəndlərdən şəhərə yaşamağa gələnlər, şəhərdən kəndlərə gedənlərdən qat-qat çox
olur. İş yerlərinin, təhsil müəssisələrinin sayının çox olması da, insanları şəhərlərə
cəlb edir.


İnsan təbiəti dəyişir
Müasir dövrdə ölkələr bir-biri ilə iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlıq edir.
Bir ölkədə yaranıb böyüyən, güclənən hər hansı şirkət dünyanın başqa ölkələrində
zavodlar, fabriklər tikir, öz məhsulunu birbaşa elə həmin ölkələrdə istehsal edir.
Məsələn, Amerika və Avropa ölkələrinin neft şirkətləri 1994-cü il sentyabrın 20-də
Azərbaycanla «Əsrin müqaviləsi »ni imzaladılar.
Bu müqavilə Azərbaycanın həyatında mühüm rol oynadı. Respublikanın həyatı da,
təbiəti də dəyişdi. «Əsrin müqaviləsi »nə uyğun olaraq, çıxarılan neftin Avropaya
daşınması üçün Bakı-Supsa, daha sonra Bakı-Tbilisi- Ceyhan neft kəmərləri çəkildi.
Bir sıra ölkələrin iqtisadi və mədəni həyatında böyük rol oynamış qədim İpək yolu
bərpa edildi. Bu, Azərbaycanı min kilometrlərlə uzaqdakı ölkələrlə birləşdirən
mühüm ticarət yoludur. Böyük İpək yolunun bərpası bu yoldan istifadə edən ölkələr
arasında ticarətin artmasına səbəb oldu.
Ətraf mühit dəyişir
Bütün bunlar Azərbaycanın iqtisadiyyatını inkişaf etdirdi. Onun büdcəsini neftdən
gələn gəlirlərin hesabına artırdı. Respublikanın şəhər və kəndləri böyüyüb abadlaşdı.
Yollar çəkildi, gözəl, çoxmərtəbəli binalar inşa olundu, parkların sayı artdı və ətraf
mühitin siması dəyişdi. Belə dəyişikliklər bu gün də davam edir. Göründüyü kimi,
təbiəti daha çox insanlar dəyişir. Cəmiyyətdə baş verən bütün dəyişikliklər təbiətdə
də dəyişmələrə səbəb olur. Başqa sözlə, cəmiyyətin inkişafı təbiəti də dəyişdirir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Səncə, insan təbiəti hansı halda daha çox dəyişdi: istehlakçı kimi, yoxsa
istehsalçı kimi? Nə üçün?
2.  «Əsrin müqaviləsi» müstəqil Azərbaycanın simasını necə dəyişdi?
3.  İnsan fəaliyyəti ilə bitki və heyvanlar aləmi necə dəyişir?
4.  «Yaşadığın ərazidə hansı işlər görülür? Bu işlərin görülməsi təbiətə necə
təsir edir?» adlı rəy-inşa yaz.



TƏBİƏT VƏ CƏMİYYƏT
38. COĞRAFİ TƏBƏQƏ
Coğrafi təbəqə bizi əhatə edən, yaşadığımız mühitdir. Coğrafi təbəqədə canlı və
cansız təbiət sıx əlaqədədir.
Günəş, su və hava həm canlı, həm də cansız təbiətin həyatında vacib amildir.
Canlılar bu təbii amillər hesabına yaşayır, sonra məhv olub cansız təbiətə qarışır.
Beləliklə, coğrafi təbəqədə daim onu təşkil edən hissələr — komponentlər arasında
enerji və maddələr mübadiləsi gedir.
Coğrafi təbəqəni təşkil edən komponentlər hansılardır?
Təbii komponentlər arasında əlaqə
Bunlar torpaq, süxurlar, su, iqlim, bitki örtüyü, heyvanlar aləmidir. Günəş enerjisi, su
və iqlim coğrafi təbəqədə baş verən bütün proseslərdə iştirak edir. Yəni iqlim
torpağa, suya, bitkiyə və heyvanlar aləminə təsir edir. Torpaq, bitki örtüyü və
heyvanlar aləmi arasında daimi əlaqə mövcuddur. Məsələn, heyvanlar ətyeyən və
otyeyən olmaqla iki yerə bölünür. Amma ətyeyən heyvanların yaşaya bilməsi üçün
otyeyən heyvanlar olmalıdır. Bitkilər olmasa, otyeyən heyvanlar da olmaz. Canlı və
cansız təbiətin daim əlaqədə olması o deməkdir ki, təbii komponentlərdən biri
korlanarsa, bu, həyat zəncirinə öz təsirini mütləq göstərəcəkdir. Bir təbii
komponentin korlanması nəticəsində digərləri də mənfi təsirə məruz qalacaqdır.
Məsələn, iqlimin korlanması bitki örtüyünə və heyvanlar aləminə ciddi ziyan vurur.
Belə hallarda bəzi bitki və heyvan növlərinin nəsli kəsilir. Torpağın münbitliyini
itirməsi oradakı canlılar aləminin məhv olması, yaxud başqa yerlərə köçməsi ilə
nəticələnir.


Beləliklə, insanlar bilməlidirlər ki, yer üzərində həyatın mövcudluğu bir-biri ilə əlaqəli
olan komponentlərdən asılıdır. Bu komponentləri qorumaq həyatı qorumaq
deməkdir.
İnsanlar öz tələbatlarını ödəmək üçün təbiətdən daha səmərəli


İnsan təbiəti dəyişir
Təbiətdən səmərəli istifadə üçün insanlar nə edirlər?
istifadə etməyə çalışırlar. Kənd təsərrüfatında təbiətə dəyən ziyanın mümkün qədər
aradan qaldırılması üçün yollar axtarırlar. Əkin sahələrinə qənaət etməkdən və daha
çox məhsul götürməkdən ötrü alimlər daha məhsuldar bitki və heyvan növləri
yetişdirirlər. Azərbaycan alimləri buğdanın, pambığın, almanın, narın, süfrə
üzümünün yüksək məhsuldarlıqla müxtəlif sortlarını yaratmışlar.
1972-ci ildən təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə
BMT-nin UNEP adlanan xüsusi Proqramı fəaliyyət göstərir. Bu Proqram dünya
ölkələrini insanların sağlamlığı, havanın, torpağın, suyun, bitki örtüyünün və
heyvanlar aləminin, okean sularının mühafizəsi uğrunda birlikdə mübarizə
aparmağa çağırır. Çünki havanın, suyun çirklənməsi, təbii ehtiyatların tükənməsi
yalnız bir ölkənin problemi deyil, bütün Yer kürəsinin problemidir.
SUAL VƏ TAPŞIRIQLAR
Meşədən istifadə
Dənizdən istifadə
1.  Coğrafi təbəqədə hansı təbii komponentlər vardır?
2.  Coğrafi təbəqədə təbii komponentlər arasında hansı əlaqələr vardır?
3.  Təbii komponentlər arasında əlaqələrin qurulması nəyə səbəb ola bilər?
4.  Təbiətdə canlı və cansız aləm bir-biri ilə necə bağlıdır?
5.  Yaşadığın ərazidə təbii komponentlərin qorunmasına aid təkliflərini yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
39. CƏMİYYƏT VƏ BİTKİ ÖRTÜYÜ
Planetimizin iqlimi, su və enerji ehtiyatı, bütün canlı aləmin həyatı yer üzündəki
meşələrin miqdarından çox asılıdır. Ən qədim zamanlarda meşələr Yer kürəsində
qurunun üçdə iki hissəsini tuturdu, indi isə heç üçdə bir hissəsini də tutmur. Yaşıllıq,
hər şeydən əvvəl, oksigen, təmiz hava deməkdir. Meşələrin qırılması yer üzərində
əsas həyat amili olan oksigenin azalmasına səbəb olur. Meşələr torpağı, suyu
qoruyur. Bundan başqa, meşənin ağaclarından müxtəlif məhsullar: kağız, mebel,
tikinti materialı alınır. Son 50—60 ildə dünyadakı tropik meşələrin tən yarısı məhv
edilib. İnsanlar bu sürətlə meşələri qırmaqda davam etsələr, 50 ildən sonra yer
üzündə nə meşələr, nə də orada yaşayan heyvanlardan əsər-əlamət qalacaq.
Son yüz ildə dünyada çöllərin təbiəti də xeyli dəyişmişdir. Geniş ərazilərdə pambıq
və digər texniki bitkilərin əkilməsi, həmçinin otlaq kimi istifadə edilməsi çöllərin
təbiətini xeyli dəyişmişdir. Çünki kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün
istifadə olunan gübrələrin tərkibindəki kimyəvi maddələr torpağı çirkləndirir.
Fabrik və zavodlardan qalxan tüstü və his havadakı su buxarlarına qarışaraq zərərli
(turşulu) yağışlara çevrilir. Bu cür yağışlar isə bitkilərə can verməkdənsə, onları
qurudur.
Azərbaycanda yaşıllığın qorunması ilə bağlı hansı tədbirlər görülür?
Azərbaycanın ərazisi böyük deyil, amma burada müxtəlif iqlim tipləri vardır. Ölkəmiz
şimaldan Böyük Qafqaz dağları, cənubdan Kiçik Qafqaz və Talış dağları ilə əhatə
olunmuşdur. Ölkənin meşə örtüyünün çox böyük hissəsi dağlıq ərazilərdə, kiçik bir


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə