Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

Sənin rahatlığın və təhlükəsizliyin
Dövlət vətəndaşların təhlükəsizliyi üçün hansı tədbirləri görür?
Vətəndaşlarının təhlükəsizliyini düşünən hər bir dövlət mümkün müharibə hallarını
və bu cür qəzaların başvermə ehtimalını nəzərə alır. Fövqəladə hallarda onların
davranış qaydalarını müəyyən edir, qorunmasını, təhlükəsiz yerlərə köçürülməsini
təşkil edir. Azərbaycanda bu vəzifəni Fövqəladə Hallar Nazirliyi yerinə yetirir.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilir ki,
dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə
düşmüş və ya zərər çəkmiş uşaqlara təcili əvəzsiz kömək göstərir, onların təhlükəsiz
yerlərə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görür. Belə uşaqlar valideynlərini
itirdikdə onlar dövlət tərəfindən müdafiə olunurlar.
Azərbaycan xalqı sülh tərəfdarıdır. Ölkəmiz Ermənistan—Azərbaycan münaqişəsinə
də istəmədən, zorla cəlb olunub. Bu fakt onu göstərir ki, ölkələr və onların əhalisi
müharibə istəməsələr belə, onun vurduğu zərbələri aradan qaldırmağa həmişə
hazır olmalıdırlar.
Sən də vətəndaşsan. Özünümühafizə qaydalarını öyrənmək bir vətəndaş kimi sənin
də borcundur.
SUAL VƏ TAPŞIRIQLAR
Nüvə partlayışı
Əhalinin köçürülməsi
1.  Nüvə silahları nə üçün təhlükəlidir?
2.  Kimyəvi silahlardan istifadə zamanı nə baş verir?
3.  Kimyəvi qazlar insanların həyatında hansı dəyişikliklər yaradır?
4.  Radioaktiv maddələr hansı xüsusiyyətlərə malikdir?



SƏNİN CƏMİYYƏTDƏ YERİN
34. FÖVQƏLADƏ HALLARDA NECƏ
DAVRANMALI?
Dövlət orqanları insanları müdafiə etmək üçün tədbirlər görsə də, hər bir
vətəndaşın da özünün və yaxınlarının təhlükəsizliyi üçün bilməli və əməl etməli
olduğu qaydalar vardır.
— Həyəcan siqnalı eşidilərkən dərhal televizoru, radioqəbuledicini qoşmaq,
yaranmış vəziyyət və davranış qaydaları barədə Fövqəladə Hallar Nazirliyi
orqanlarının məlumatlarını diqqətlə dinləmək və onların göstərişlərinə uyğun
hərəkət etmək lazımdır.
Havaya xlor yayılmışsa, nə etmək lazımdır?
Atmosferə xlor qazının yayıldığı haqqında məlumat aldıqda:
— qapalı bir məkana (evinizə) sığınmaq lazımdır. Sığınacaq üçün binaların birinci
mərtəbələri və zirzəmiləri seçmək olmaz. Çoxmərtəbəli binaların üst mərtəbələri
daha təhlükəsiz hesab olunur;
— kondisioneri söndürmək, qapı, pəncərə və nəfəsliyi
— tez-tez havaya su səpmək;
— radio və televiziyadan yenilikləri dinləmək;
— təhlükə haqqında qonşuları xəbərdar etmək lazımdır;
— əleyhqazdan və ya çay sodası məhlulunda (yaxud suda) isladılmış sarğıdan
istifadə etmək olar. Bu vasitələr insanı xlorla zəhərlənmədən qoruyar.
Havaya ammonyak yayılmışsa, nə etmək lazımdır?
Atmosferə ammonyak yayılması barədə məlumat aldıqda:
— qapalı məkana sığınmaq;
— qapı, pəncərə və nəfəslikləri bağlamaq;
— qazı, kondisioneri və digər havadəyişdirici qurğuları söndürmək;
— nəfəs orqanlarını və dərini mühafizə etmək üçün əleyhqazdan, yaxud limon
turşusunda, ya da üzüm sirkəsində isladılmış maskadan istifadə etmək lazımdır.
Ətraf radioaktiv maddələrlə çirklənmişsə, nə etmək lazımdır?


— tənəffüs orqanlarının qorunması üçün respiratordan, pambıq-tənzif maskadan,
yaxud suda isladılmış parçadan istifadə edilir;


Sənin rahatlığın və təhlükəsizliyin
— açıq yerdə soyunmaq, yerdə oturmaq, açıq su hövzələrində çimmək, meşə
giləmeyvələri yemək, göbələkdən istifadə etmək olmaz;
— suyu yalnız yoxlanılmış mənbələrdən, ərzağı isə yalnız marketdən alıb istifadə
etmək lazımdır;
— yeməkdən əvvəl əllər yaxşı yuyulmalı, ağız məişət sodası məhlulu ilə
yaxalanmalıdır.
Bunlar hər bir vətəndaşın bilməli və bütün ölkə əhalisinin əməl etməli olduğu zəruri
qaydalardır.
SUAL VƏ TAPŞIRIQLAR


1.  Həyəcan siqnalı verildikdə nə etmək lazımdır?
2.  Havaya xlor qazı yayılarsa, necə hərəkət etməliyik?
3.  Ammonyak qazı yayıldığı halda, nələrə əməl etmək vacibdir?
4.  Radioaktiv maddələrdən necə qorunmaq olar?


TƏBİƏT VƏ CƏMİYYƏT
35. İQLİM VƏ CANLILAR ALƏMİ
Yerin kürə şəklində olması onun səthində istilik enerjisinin qeyri-bərabər
paylanmasına səbəb olur. Qütblər Günəşdən az, ekvator boyu ərazilər isə çox istilik
enerjisi alır. Buna görə də ekvatordan qütblərə doğru havanın temperaturu, buna
uyğun olaraq rütubətin miqdarı, torpağın tərkibi, bitki örtüyü və heyvanlar aləmi də
dəyişir. Nəticədə havasına, torpağına və canlılar aləminə görə fərqlənən ərazilər
yaranır. Buna Yerin təbii zonaları deyilir.
Ekvatorboyu ərazilərdə istilik və rütubət boldur. Ona görə də burada həmişəyaşıl
ekvatorial meşələr yayılmışdır. Bu meşələrə cəngəllik də deyirlər. Cəngəlliklərdə 4
000 mindən çox ağac növü vardır. Ekvatordan şimala və cənuba doğru uzaqlaşdıqca
rütubət azalır. Rütubətin azalması ilə sıx meşələr seyrək meşələrlə, otlar və kolluqlar
bitmiş ərazilərlə əvəz olur. Bu ərazilər savanna adlanır. Burada 3000-dən çox ot növü
bitir. Afrika savannasında hündürboylu otlar geniş yayılmışdır. Savannalar bir çox
heyvanların, məsələn, pələng, kərgədan, aslan, zebr, antilop və bir çox quş
növlərinin yaşaması üçün əlverişlidir.
Səhralar Yer kürəsinin ən isti və ən az yağıntı düşən əraziləridir. Səhralarda yay çox
uzun, qış isə lap qısadır. Səhraya bəzən illərlə yağıntı düşmür. İl ərzində düşən az
miqdar yağıntı da dərhal buxarlanır, isti səhralarda temperatur gündüz +50°C-dən
yuxarı, gecə isə +5°C—10°C, hətta 0°C-dən aşağı ola bilər. Belə kəskin temperatur
fərqinə hər canlı tab gətirə bilmir. Ona görə də səhranın canlılar aləmi çox zəif
inkişaf etmişdir.
Çöllər səhralara nisbətən sərin və rütubətlidir. Çöl zonasında ot bitkiləri, gəmirici
heyvanlar, sürünənlər və quşlar geniş yayılmışdır. Çölün iqlimi heyvandarlıq, dənli
bitkilər, şəkər çuğunduru, günəbaxan və başqa bitkilər becərmək üçün əlverişlidir.
Şimala doğru getdikcə istiliyin azalması tayqa* meşələrinin yaranmasına səbəb olur.
Tayqada soyuğadavamlı küknar ağacları bitir. Burada sığın, ayı, samur kimi
heyvanlar yaşayır. Daha şimalda tayqanı tundra əvəz edir. Tundrada yay çox qısa,
qış isə uzun olur. Burada, əsasən, şibyə, mamır, tozağacı və bataqlıq otlarından
ibarət bitkilər bitir. Şimal maralı, şimal tülküsü, ağ kəklik, suiti, morj və başqa
heyvanlar yaşayır.
Yerin təbii zonaları həmişə eyni vəziyyətdə qalmır. Zaman keçdikcə bir çox


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə