Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

SƏNİN CƏMİYYƏTDƏ YERİN
20. İSLAM DİNİNİN YAYILMASI
Əbu Bəkr Həzrəti Məhəmmədin ən səmimi dostu idi. Məkkəlilər arasında Əbu
Bəkrin böyük hörməti vardı. O, çox varlı bir tacir idi. Həzrəti Məhəmməd Əbu Bəkri
islama dəvət edəndə o, heç tərəddüd etmədən islamı qəbul etdi. Əbu Bəkrin islamı
qəbul etməsi ilə Həzrəti Məhəmməd özünə böyük bir arxa qazandı.
Peyğəmbərin vəfatından sonra müsəlman icmasına xəlifələr* başçılıq etdilər. İlk
dörd xəlifənin: Əbu Bəkr, Ömər, Osman və Əlinin zamanında müsəlmanların sayı
sürətlə artdı. İslam dini Ərəbistanın hüdudlarından kənarlara yayıldı. Ömərin
hakimiyyəti dövründə İslam dini İrana, İraqa, Suriyaya, Misirə yayılmışdı.
Osmanın dövründə bütün Şimali Afrika, Qafqaz və İran müsəlman imperiyasının*
tərkibinə daxil edildi.
İslam peyğəmbərinin əmisi oğlu Əli dördüncü xəlifə olmuşdur. O, Peyğəmbərin ən
yaxın silahdaşı idi. Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdu.
İslam dinində hansı mənəvi dəyərlər var?
İslam peyğəmbəri Həzrəti Məhəmməd deyirdi:
«İnsanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur».
«Ehtiyac duyulan bir şeyin əldə edilməməsi, alçalaraq əldə edilməsindən daha
yaxşıdır».
«Başqalarının eybini deməkdənsə, öz eybini anla, başa düş».
Həzrəti Məhəmmədin müdrik kəlamları müsəlmanları həmişə dürüst olmağa, yalan
danışmamağa, həsəddən, kindən uzaq, xeyirxah olmağa, daim biliyini artırmağa
səsləyir.
* Xəlifə — bütün müsəlmanların və Ərəb dövlətinin başçısı 
Mədinə şəhəri
Məkkə şəhəri


* İmperiya — çoxlu xalqları və geniş əraziləri birləşdirən böyük dövlət


Sənin mənəviyyatın
İslamın peyğəmbəri əməli düz olmayan insanın ibadətinin də mənasız olduğunu
söyləyirdi. «Əməlləri düz olmayan neçə-neçə adam var ki, onların qazancı yalnız
yuxusuzluqdur, neçə-neçə oruc tutan var ki, onların əldə etdiyi yalnız aclıq və
susuzluqdur», — deyirdi.
Azərbaycanda İslam dininin daşıyıcıları çoxluq təşkil edir, ölkəmizdə digər dinlərə
etiqad edən insanlar da yaşayır. Azərbaycan xalqı bu cür əxlaqi dəyərləri əsrlər boyu
yüksək tutmuşdur. Müsəlmanlar sayca çoxluq təşkil etmələrinə baxmayaraq, başqa
dinlərə mənsub olanları sıxışdırmır, onların dini etiqadına hörmətlə yanaşırlar.
Çünki İslamın müqəddəs saydığı dəyərlərin çoxu yəhudi və xristian dinlərində də
var. Öz həyatını bu dəyərlər üzərində quran insanlar yüksək mənəviyyata sahib
olurlar. Belə insanların yaşadığı cəmiyyətdə hamı sülhə, əmin-amanlığa və düzlüyə
can atır.
İslam dini terrora qarşıdır. Özünü İslam terrorçusu adlandıran insan günahsız
insanları öldürməklə ən böyük ziyanı İslam dininə vurur. Çünki bu, başqa dinlərin
daşıyıcıları olan insanların İslam dininə münasibətinə təsir edir. Əslində, İslam
insanları sülhə, bərabərliyə çağırır. Ona görə də hər hansı dinin daşıyıcısı olan şəxs
çalışmalıdır ki, milyonlarla insanın daşıdığı bu əqidəni gözdən salan hərəkətlər
etməsin.
SUAL VƏ TAPŞIRIQLAR
Müsəlmanlar
Quran ayələri
1.  Xəlifələr kimlər idi?
2.  İlk xəlifə kim olmuşdur?
3.  İslam dini hansı xəlifələrin dövründə daha geniş ərazilərə yayıldı?
4.  Tanıdığın islam şəxsiyyətlərinin adlarını dəftərində yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
21. MÖVHUMAT NƏDİR?
Bəzən insanlar dini xurafatla* qarışdırırlar. Bəs xurafat nədir? Xurafat fala,
cadugərliyə inanmaqdır. Buna mövhumatçılıq da deyirlər. Mövhumatçılar
düşünürlər ki, 13 rəqəmi uğursuzluq, qara rəng bədbəxtlik gətirir. Onlar səhər
yataqdan sol ayaq üstündə durmağın, bir iş üçün gedən şəxsin qarşısından pişik
keçməsinin uğursuzluq gətirəcəyinə inanırlar.
İslam dinində mövhumata münasibət necədir?
İslam peyğəmbəri həmişə mövhumata qarşı olmuşdur. Onun bu barədə də müdrik
kəlamları var. Peyğəmbər deyirdi: «Şübhə yoxdur ki, mənasız sözlərlə cadu etmək və
etdirmək, bəd nəzərdən qorunsun, — deyə uşaqların üstünə bir şey tikmək,
başqasının məhəbbətini qazansın, — deyə dua yazmaq və yazdırmaq Tanrıya
hörmətsizlikdir».
İslam dininin böyük şəxsiyyətləri öz həyatlarında bu cür kəlamları rəhbər tutmuşlar.
Özünü həqiqi müsəlman sayan hər bir insan da onlardan nümunə götürməlidir.
Mövhumatın insanlara yalnız zərəri toxunur. Ona görə də mövhumatçılıqdan uzaq
olmaq lazımdır. Xurafat yaymaq dinə zidd hərəkətdir.
Mövhumatın insanların həyatına nə kimi zərəri var?
Xurafatçılar tibb elminin inkişaf etdiyi müasir dövrdə xəstəliklərin müalicəsi üçün
həkimə deyil, mollaya müraciət edirlər. Onlar xəstəni pirə, ocağa aparıb həkimə
göstərmirlər.
Azərbaycan ədibi Abdulla Şaiqin mövhumatdan bəhs edən «Pirin kəraməti» adlı bir
hekayəsi var. Hekayədə bir gəncin başına gələnlərdən danışılır. Mövhumatçı
düşüncə ilə o, piri ziyarət edir, hətta gecəni də pirin yanında yatıb ondan xəstəliyinə
şəfa diləyir. Amma hər şey tərsinə olur. Açıq havada yatdığı üçün daha da bərk
soyuqlayır. Üstəlik qaranlıqda, duman çökmüş vahiməli məkanda bərk qorxur.
Bütün bunların nəticəsində xəstəliyi sağalmaq əvəzinə, daha da şiddətlənir və o,
dünyasını dəyişir...


* Xurafat — mövhumat


Sənin mənəviyyatın
Böyük Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin 1906-cı ildə nəşr etməyə
başladığı satirik «Molla Nəsrəddin» jurnalı müsəlmanlar arasındakı mövhumata,
cəhalətə və fanatizmə qarşı mübarizə aparırdı. Çünki mövhumat müsəlmanların
həyatında böyük bir maneəyə çevrilib onların inkişafdan geri qalmasına səbəb
olurdu.
Keçmişdə qadınların savadlanmasına qarşı çıxan mövhumatçılar qız məktəbi açdığı
üçün Hacı Zeynalabdin Tağıyevi, hətta öldürmək belə istəmişdilər. Halbuki
qadınların savadlı olması cəmiyyətin sürətli inkişafı üçün vacib şərtdir.
Hazırda Azərbaycanda Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir.
Komitənin fəaliyyətində ölkədə mövhumat yayan qüvvələrə qarşı mübarizə də
mühüm yer tutur.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Hansı insana mövhumatçı deyirlər?
2.  Mövhumatçılıq inkişafa necə mane olur?
3.  Azərbaycan Respublikasında dini işlər üzrə hansı dövlət orqanı fəaliyyət
göstərir?
4.  Sən mətndə göstərilənlərdən başqa daha nələri mövhumatçılıq hesab
edirsən? Fikirlərini dəftərində yaz.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə