Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   22


SƏNİN CƏMİYYƏTDƏ YERİN
22. SAĞLAMLIĞIN QORUNMASI HÜQUQU
Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir insanın
sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Bu, o deməkdir ki, ölkə
vətəndaşları xəstələndikdə, qəzaya düşdükdə tibbi yardım almaq hüququna
malikdirlər. Sən artıq tibbi sığorta haqqında eşitmisən. Tibbi sığorta da
vətəndaşların sağlamlığının qorunması hüququna xidmət edir. İnsanların
sağlamlığının qorunması üçün Azərbaycanda həm dövlət, həm də özəl səhiyyə
müəssisələri fəaliyyət göstərir.
Dövlət səhiyyə müəssisələrində Azərbaycan vətəndaşlarına pulsuz tibbi xidmət
göstərilir. Özəl tibb müəssisələrində isə xidmət pulludur.
İnsanlar tibb müəssisələrinə yalnız xəstələndikdə müraciət etmirlər. Məsələn,
uşaqların, tələbələrin, əlillərin və pensiyaçıların dövlət tibb müəssisələrində pulsuz
müayinə olunmaq hüquqları var.
Konstitusiyamızda göstərilir ki, vətəndaşların sağlam ətraf mühitdə yaşamaq
hüququ var. Ətraf mühiti çirkləndirib insanların sağlamlığına ziyan vuranlar
qanunlara uyğun olaraq cəzalandırılırlar.
Körpəlikdən sənə valideynlərin qayğı göstərirlər. Sən KİV-dən (kütləvi informasiya
vasitələrindən), müəllimlərdən, sahə həkimindən və başqa-



Sənin sağlamlığın
Sağlam ətraf mühit sağlam insanlar deməkdir
larından sağlamlığının qorunması barədə tövsiyələr alırsan. Hər bir insan
sağlamlığına görə özü də məsuliyyət daşıyır. Düzgün qidalanmayanlar, siqaret
çəkmək, içki içmək kimi zərərli vərdişləri olanlar öz sağlamlığına laqeyd insanlardır.
Sən özünü qışda soyuqdan, yayda günvurmadan qorumasan, vaxtlı-vaxtında
yeməsən, yuxu rejiminə əməl etməsən xəstələnə bilərsən. Bununla da birincisi,
dərslərə davam edə bilməyəcəksən və yoldaşlarından geri qalacaqsan. İkincisi,
valideynlərini və səni sevən digər insanları narahat edəcəksən. Onlar sənə qulluq
etməli, dərman almalı olacaqlar, üstəlik sənə görə həyəcan keçirəcəklər.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Dövlət və özəl səhiyyə müəssisələrinin fərqi nədir?
2.  İnsanlar öz sağlamlıqları üçün necə məsuliyyət daşıyırlar?
3.  Azərbaycanda insanların sağlamlığının qorunması üçün hansı tədbirlər
görülür?
4.  «Ətraf mühitin insanların sağlamlığına təsiri» adlı kiçik rəy hazırla.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
23. YOLUXUCU XƏSTƏLİKLƏR
Küçədə gedərkən ağız-burnunu maska ilə bağlamış insanlarla rastlaşmısanmı? Sən
onları televizorda, yaxud şəkildə də görə bilərsən. Bu insanlar nə üçün maska
taxırlar? Özlərini qripdən qorumaq üçün. Qrip xəstəliyini qrip virusu törədir. Qripli
xəstə öskürdükdə, asqırdıqda və hətta danışanda viruslar tüpürcək damcıları
vasitəsilə ətrafa yayılır. Ona görə də qripli xəstənin ətrafındakı hava viruslarla dolu
olur. Sağlam adam belə hava ilə nəfəs alanda virus onun orqanizminə düşüb yuxarı
tənəffüs yollarında yerləşir və insanı xəstələndirir. Çünki qrip yoluxucu xəstəlikdir.
Bütün yoluxucu xəstəlikləri xəstəliktörədən mikroorqanizmlər: bakteriyalar, viruslar,
göbələklər və s. yaradır. Bunların arasında viruslar birinci yeri tutur, yəni
xəstəliklərin yarıdan çoxunu məhz viruslar yaradır. Məsələn, təbii çiçək, suçiçəyi,
qızılca, məxmərək və s. xəstəliklərin də törədiciləri viruslardır. Maskanın köməyi ilə
qrip virusunun orqanizminə düşməsinin qarşısını ala bilərsən.
Maska insanı bütün yoluxucu xəstəliklərdən qoruya bilərmi?
Maska səni səpgili yatalaq, malyariya, taun, göbələk və s. kimi yoluxucu


xəstəliklərdən qoruya bilməz. Çünki hər xəstəliyin öz yayılma yolu var. Məsələn,
malyariya və taun xəstəsini sancmış ağcaqanad sağlam adamı da sancarsa, xəstəliyi
ona ötürər. Ona görə də özünü ağcaqanad sancmasından qoru.
Elə yoluxucu xəstəliklər də var ki, sağlam insanlar ona xəstə insanlara toxunmaqla
yoluxurlar. Məsələn, əlində qoturluq, yaxud göbələk olan insanla əl-ələ görüşməklə
bu xəstəliklərə yoluxmaq olar. Əllərini tez- tez sabunla yumaqla bu riski aradan
qaldıra bilərsən.
Viruslu hepatit adlanan bir xəstəlik də var. Onu kəşf etmiş alimin adı ilə bu xəstəliyə
Botkin xəstəliyi, yaxud sarılıq da deyirlər. Viruslu hepatitə yaşından asılı olmayaraq,
bütün


Sənin sağlamlığın
insanlar, ən çox da uşaqlar tutulur. Viruslu hepatit su, qida vasitəsilə, həmçinin də
şəxsi gigiyena qaydalarına riayət etmədikdə yayılır. Bu, çox ciddi xəstəlikdir, çünki
qaraciyəri zədələyir. Viruslu hepatit xəstəliyi çox vaxt belə başlayır: xəstəliyə
tutulmuş insan ilk günlər ümumi zəiflik hiss edir. İştahası olmur. Sağ tərəfdə
qabırğasının altında küt ağrı olur. Hərarəti yavaş-yavaş yüksəlir. Bir neçə gündən
sonra dərisi və gözünün ağı saralır. Viruslu hepatitin müalicəsi zamanı ən azı üç
həftə yataq rejimində olmaq lazımdır. Gündə 4—5 dəfə vitaminli qidalar qəbul
etmək, xüsusilə qatıq, təzə kəsmik yemək faydalıdır. Belə xəstələrə yağlı yeməklər,
qızardılmış, konservləşdirilmiş ət və balıq, turşuya qoyulmuş tərəvəz, şirniyyat, tort
yemək zərərdir. Yuyulmamış meyvə-tərəvəz yemək, açıqda qalmış qida məhsulları
bağırsaqlarda dizenteriya adlı yoluxucu xəstəlik yarada bilər. Orqanizmin ümumi
sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır.
Şəxsi gigiyena qaydalarına əməl etmək insanın məişət mədəniyyətidir. Bədənin
təmizliyinə nəzarət etməyi, hər gün yuyunmağı, səhər və axşam yatmazdan qabaq
dişləri fırçalamağı, bayırdan gələndə və yeməkdən əvvəl əlləri ilıq su və sabunla
yumağı, dırnaqları təmiz saxlamağı hər bir insan vərdişə çevirməlidir.
Qrip xəstəliyinin törədiciləri insanın hansı orqanında yerləşir?
1.  Qrip xəstəliyinin törədiciləri insanın hansı orqanında yerləşir?
2.  Viruslu hepatit, ilk növbədə, insanın hansı orqanını zədələyir?
3.  Qaraciyərin funksiyası nədir?
4.  Yuyulmamış meyvə-tərəvəz insanın bağırsaqlarında hansı xəstəliyi yarada
bilər?
5.  «Mən sağlamlığımı qorumaq üçün nə edirəm?» adlı cədvəli dəftərinə çək və
işlə.
Nəyi edirəm
Nəyi etmirəm
 
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə