Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə66/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   62   63   64   65   66   67   68   69   ...   232

136 

 

XIII  əsr  tarixçisi  Fəzlu llah  RəĢidəddinin  verdiyi  məlu mata  görə, demək olar 



ki,  Babi  Yəqubun  baĢçılığı  altında  Qarabağda  baĢlanmıĢ  xalq  hərəkatı  artıq  dini 

çərçivədən  çıxıb  hərbi-siyasi  xarakter  almıĢdı.  Onun  Arranda  fəaliyyət  göstərən 

müridləri  ilə  əlaqə saxlamıĢ Elxani hökmdarları haqqında RəĢidəddin yazır ki, Sultan 

Əhməd Hülaku xanın Kutay xatundan olan yeddinci oğlu Təkudar ġeyx Babi  Yəqubun 

müridlərinə çox hörmət edirdi. 

RəĢidəddin  1282-1284-cü  il  hadisələrindən  bəhs  edərkən  göstərir  ki,  Sultan 

Əhməd  ġey x  Babi  Yəqub  və  onun  müridlərindən  kömək  istəmiĢdi.  Onun  misal 

gətirdiyi mənzum parçalardan aydın olur ki, ġeyx  Babi  Yəqub vəfat etsə də, müridləri 

onun  iĢini  davam  etdirirdilər.  ġey x  Babi  Yəqubun  kitabədə  Ġsmail  Qurxərin  oğlu 

kimi qeyd olunması onun Ġsmaililər hərəkatı ilə də bağlılığı ehtimalın ı doğurur. 

Zəngilan bölgəsinin  Məmmədbəyli  kəndindəki  türbə binasının qapısı  üzərində 

nəhəng  daĢ  lövhədə  oyma  üsulu  ilə  ərəbcə  yazılmıĢ  kitabə  vardır:  "Mən bu  imarətin 

sahibi, yüksək Allahın mərhəmətinə ehtiyacı olan  zəif  qul  Yəhya  ibn  Məhəmmed  əl-

Hacəm  Əli Məcdəddinin əli ilə (memar) ramazan (ayı) 704-cü ildə bina olunmuĢdur" 

(28.III.-27.IV. 1305). Kitabənin əvvəlində və haĢiyədə Qurandan ayələr yazılmıĢdır. 

Kitabədən  göründüyü  kimi,  türbə  Yəhya  ibn  Məhəmmədin  xatirəsini 

əbədiləĢdirməkdən ötrü tikilmiĢdir. Həmin Ģəxsin Muhiyyəddin Məqr ibn Əndəlusi adı 

ilə  Ģöhrət  tapmıĢ,  "Cam-i  üs-səğir"  adlı  əsərin  müəllifi  Yəhya  ibn  Məhəmməd 

olduğunu güman etmək  mü mkündür. O,  Xacə Nəsirəddin Tusinin dəvəti ilə Marağa 

rəsədxanasında iĢləmiĢdir. Mərhumun atası Əl-Hac da dövlətdə yüksək məqamlarda 

olmuĢ    kənd onunla  əlaqədar "Məmmədbəyli"  adını  almıĢdır.  Türbənin  memarı  Əli 

Məcdəddin Araz və Həkərə çayları hövzəsindəki gözəl memarlıq abidələrini yaratmıĢ 

məktəbin banisidir. 

Bərdə  türbəsi  Azərbaycan  memarlığının  ən  gözəl  nümunəsi  kimi  böyük 

əhəmiyyət  kəsb  edir.  Abidənin  bəzəyində  istifadə olunmuĢ  müxtəlif  tərtibatlı  və 

xətli kitabələr diqqəti xüsusilə cəlb edir. 

Türbənin kufi xətli kitabədən ibarət olan aĢağı kəmərvari hissəsindən yuxarı 

biz  hissəsinə  qədər  uzanan  silindrvari  gövdəsinin  adi,  qırmızı  Ģirsiz  kərpiclə 

yaĢılımtıl,  mavi  Ģirli  kərpiclərlə  düzülüĢündən  alınan  "Allah"  sözünün  200-dən 

artıq təkrarı bəzək elementi kimi iĢlədilmiĢdir ki, bu da abidəyə əsrarəngiz bir görkəm 

verir.  Türbə  ü zərindəki  digər  kitabələrin  mətnini  Quran  ayələri  təĢkil  edir. 

Kitabələrdən  birində  Əcəmi  Naxçıvani  məktəbinin  davamçısı,  memar  Əhməd  ibn 

Əyyub əl-Hafiz ən-Naxçıvaninin adı və 722(1322)-ci il bina tarixi qeyd edilmiĢdir. 

Memarın  nəfis  əsərləri  sırasına  Naxçıvandan  40  kilometr  Ģimal-qərbdə  - 

Qarabağlar kəndindəki me marlıq tikililəri  komple ksi  qoĢaminarəli baĢtağ, türbə binası 

da  daxildir.  Təkrar  olunan  kufi  kitabənin  mətni  budur:  "Allahdan  baĢqa  məbud 




137 

 

yoxdur.  Məhəmməd  Allahın  rəsuludur".  Abidənin  friz  hissəsində və  baĢtağlardakı 



nəsxfl  kufi  xətli  kitabələrin  mətnini  Quran  ayələri  təĢkil  edir.  Minarələr  arasında 

giriĢ  üzərindəki  nəsx  xətti  ilə  yazılmıĢ  kitabənin  qalığında "Bu  binanın tikilməsini... 

Cahan Kudi xatun əmr etmiĢdir" sözlərini  oxu maq mü mkündür. 

Kitabələrdə  Azərbaycanda  sənətkarlar,  Ģəhər  yoxsulları  ilə  əlaqədar  fəaliyyət 

göstərmiĢ  Əxi  qardaĢlıq  cəmiyyəti  haqqında  da  maraqlı    faktlar  vardır.  AbĢeronun 

Kürdəxanı kəndində olmuĢ Əxi zaviyəsinin kitabəsində deyilir: "Bu Ģərəfli zav iyənin 

əzəmətli Ģeyxlərin  nü munəvisi, vahid müdafiənin Ģiri Əxi Nurullah ibn Hacı Əbayilə  

üçün  tikilməsini  səkkiz  yüz  əlli  ikinci  ildə  (h.  852/1448^9)  əmr  etmiĢdir".  Bakın ın 

ĠçəriĢəhər  Qala  divarındakı  iki  kitabə  (XIV-XV  əsrlər),  Nardaran  pirində  dəfn 

edilmiĢ  Mirzə  Məhəmməd  ibn  Hacı  Əxi  AĢurun  epitafiyası,  əhalisi  azərbaycanlılar 

olmuĢ indiki Ermənistanın Ələyəz kəndindəki Əxi Təvəkkü lün zaviyəsinin (XVI əsr) 

kitabəsi də Cənubi Qafqazda Əxi təĢkilatının olmasını göstərir. 

ġirvanda  sufi  cəmiyyətlərindən  Xəlvətiyyə  də  fəaliyyət  göstərmiĢdir. 

Xəlvətiyyənin  abidələri  Qubanın  Pir  Vahid,  Xaçmaz  bölgəsinin  ġıxlar  kəndində 

qalmıĢdır. 

Xəlvətiyyə təriqətinin ikinci Ģeyxi Seyid Yəhya Bakuvi ġirvanĢahlar sarayında 

yaĢamıĢdır.  Onun  məqbərəsi,  məscidinin  bünövrəsi  saray  kompleksi  abidələri 

içərisində  əhali  tərəfindən "dərviĢ  rnəqbərəsi"  kimi  tanınmaqdadır.  ġirvanĢah  Fərrux 

Yəsarın  879  (l471)-cu  il  tarixli,  bizə  qədər  gəlib  surəti  çatmıĢ  yeganə  fərmanında 

GuĢtəsfi  və  Salyan  vilayətlərinə  və  Mahmudabad  Ģəhərinə  hakim  təyin  olunmuĢ 

Fərrux  Yəsarın  böyük  oğlu  ġamxal  Sultan  Məhəmməd  Qazi  bəyə  verilən 

tapĢırıqlardan ruhanilərin dövləti idarə sistemində nə qədər böyük rol oynadıqları aydın 

görünür.  ġirvanĢahın  fikrincə,  "  ruhanilər  dövlətin  sütunlarıdır.  Onların  köməyi 

olmadan rəiyyəti itaətdə saxlamaq mü mkün deyil". 

Seyid  Yəhya  Bakuvidən  irĢad  almıĢ  Mövlana  ġeyx  Yusif  Xaçmaz  bölgəsinin 

ġıxlar  kəndində  fəaliyyət  göstərmiĢdir.  Onun  ərəbcə  yazılmıĢ  "Bəyan  ül-əsrar"  adlı 

fəlsəfi əsəri məlu mdur. Mövlana Yusifdən sonra onun iĢini oğlu Məhəmməd Əmin və 

digər  müridləri  davam  etdirmiĢlər.  Onun  məqbərəsi  ġıxlar  kəndindədir.  Möv lana 

Yusifin  və  onun  ayağı  altında  dəfn  olunmuĢ  dörd  müridin  məzar  daĢında  kitabə 

yoxdur.  Yalnız  oğlunun  məzar  daĢındakı  kitabə  belədir:  "Bu  qəbir  Mövlana  ġeyx 

Yusifin oğlu mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altmıĢıncı il" (860/1455-56-

cı il). Türbədə və ətrafda dəfn olunmuĢ Xəlvətiyyə təriqətinin davamçılarının baĢdaĢıları 

yuxarıdan  çiyinlərdən  qalxan  papaqlı  baĢ  formasında  tamamlanır.  Papaq 

yarımdairəvid ir. 

Quba  bölgəsinin  Pir  Vahid  kəndindəki  "66  övliya"  ziyarətgahında  da  qeyd 

edilən  formada  məzar  daĢlarına  rast  gəlmək  olur.  Lakin  bu  abidələr  tək-təkdir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə