Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə67/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   63   64   65   66   67   68   69   70   ...   232

138 

 

Ziyarətgah  yerində,  adından  göründüyü  kimi,  66  övliyanın  fəaliyyət  göstərdiyi 



Xəlvətiyyə  mərkəzi  mövcud  imiĢ.  Deməli,  vaxtilə  ziyarət  yerində  cəmiyyətin  66 

övliyasının  məzarı  olmuĢdur.  Bu  məzar  daĢlarını  torpaq  altına  almıĢ,  böyük  bir 

sahədə daĢların izləri qalmıĢ və yaxud torpaq altından kiçicik hissələri görünür. Təkcə 

bir  daĢda  oxuduğumuz  "Bu  məzar  bir  xəlvətiyyə..."  sözləri  fikrimizi  təsdiqləyir. 

DaĢların  əksəriyyəti  forma  etibarilə  Səfəvi  abidələrin i  xatırladır.  Həcmcə  baĢdaĢılar 

böyük,  papağın  forması  uzunsov  və  12  dilimlidir  ki,  bu  da  Ģiə  məzhəbli  Səfəvi 

dövlətinin  12  imama  etiqadına  iĢarədir.  Qəribə  burasıdır  ki,  sünni  mə zhəbli 

ġirvanĢahlar  dövlətinə  xid mət  edən  mərkəzin  ərazisində  Səfəvi  dövlətini  təmsil 

edən Ģiə məzhəbli cəmiyyət fəaliyyət göstərmiĢdir. 

 

"Diri  baba"  türbəsi  Mərəzədə,  köhnə  Bakı-ġirvan  karvan-ticarəti  yolu 



üzərində  böyük  bir  qayalıqda  oyulub  çapılmıĢ  boĢluğun  içərisində  tikilmiĢdir. 

Kitabədə  deyilir:  "Ən  böyük  sultan,  xalq ların  ixtiyar  sahibi,  sultan  oğlu  Sultan 

Cəlal  əd-dünya  ġeyx  Ġbrah im  xanın   -  A llah  onun  dövlət  hökmran lığ ını 

əbədiləĢdirsin  və  hər  iki  dünyanı  onun  dəlili  ilə  aydın laĢdırsın  -  hakimiyyəti 

günlərində, səkkiz yüz beĢinci (805/1402-03)  ilin aylarında. Onu (kitabəni) dərviĢ 

yazdı".  Kitabənin  mətn indən  türbədə  dəfn  olunmuĢ  müqəddəsin  Ģəxsiyyəti 

aydınlaĢmır.  Kitabəni  yazmıĢ  xəttat-dərviĢin  sarayda  yaĢamıĢ  Seyid  Yəhya 

Bakuv i  olduğu  güman  edilir,  "Diri  baba"  kimi  yaddaĢlarda  həkk  olunmuĢ 

müqəddəs  ġirvanĢah  ġeyx  Ġb rahimin  və  Seyid  Yəhya  Bakuvinin  müasiri,  Seyid  

Ġbrahimin mürid i olmuĢdur. 

ġirvanĢah  ġeyx  Ġbrahimin  vaxtında  yaĢamıĢ  və  Qəbələ  bölgəsinin  Həzrə 

kəndində  fəaliyyət  göstərmiĢ  Həzrəti  ġey x  Mənsurun  oğlu  Mövlana  Bəkir, 

davamçılarından  ġey x  Bədrəddin  ibn  ġey x  ġəmsəddin  (vəfatı  850/1447),  ġey x 

Məhəmməd  ibn  ġey x  Barikin  (vəfatı  970/1562-63)  türbələri  indi  ən  müqəddəs 

ziyarətgahdır. ġey x Mənsurun məqbərəsi üzərindəki kitabədə deyilir: "Hesab etmə 

ki,  Allah  yolunda  ölənlər  ölüdür  (Quran).  Onlar  ö z  Allahlarından  pay  alırlar.  Ən 

böyük  xaqan,  əzə mətli  sultan  ġey x  Ġbrahimin–yüksək  Allah  onun  hökmranlığını 

əbədiləĢdirsin - hakimiyyəti  zaman ında Mərhəmətli  Həzrəti ġey x, ġey x Mənsurun 

məqbərəsidir. A llah onun qəbrini iĢıqlandırsın". 

Həzrə  kəndi  öz  adın ı  XIII  əsrdə  türbədə  dəfn  olunmuĢ  müqəddəsin  adı  ilə 

əlaqədar  almıĢdır.  Türbələrin  ətrafında  yaranmıĢ  qədim  qəbiristanlığın  sahəsi 

təqribən  3,5  hektara  yaxındır.  Sənduqə  formalı  məzarüstu  abidələr  (XIV-XVI 

əsrlər)  zərif  iĢlən miĢ  nəbati-həndəsi  naxıĢlar,  süls,  nəsx,  nəstəliq  xətli  kitabələr, 

sütunlar, tağçalar, eĢmə haĢiyələr, prizmatik və s xematik stalaktitlər, Ģəbəkələr və s. 

bu  kimi  kiçild ilmiĢ  memarlıq  ünsürləri  ilə  bəzədilmiĢdir.  Abidələrin  tərə fləri 



139 

 

mü xtəlif səthdə iç-içə həkk olun muĢ çoxtəbəqəli nəbati ornamentlərdən ibarət xalça 



naxıĢları - gülxonça, haĢiyə və s. motiv lərlə iĢlən miĢdir. 

Həzrə  kəndində belə  zəngin abidələrə  məxsus böyük qəbiristanlığın olması 

XIII-XVI  əsrlə rdə  buranın  mühüm  iqtisadi,  ideoloji-sjyasi  əhəmiyyətə  ma lik 

Ģəhərtipli yaĢayıĢ məntəqəsi olduğunu sübut edir. Türbələrin kitabələri  xəttat ġeyx 

Sultan,  me ma r  Mah mud,  Ġzzəddin,  Ģa ma xılı  usta  ġəmsəddin  haqqında  mə lu mat 

verir.  Qeyd  olunan  dini  mə rkəzdən,  Həzrənin  strateji  xüsusiyyətlərin i  nəzərə 

alaraq, Səfəvilər vaxtında da istifadə edilmiĢdir.  

XI-XV  əsrin  kitabələ ri  mədəniyyət  tarixinə  bir  sıra  alimlərin,  təriqət 

baĢçıların ın,  Ģeyxlərin,  ölkən in  sosial-siyasi  həyatında  mühüm  rol  oynamıĢ  dövlət 

xadimlərinin,  memar, bənna,  xəttat, nəqqaĢ, həkkak və digər sənətkarların ad larını 

verir. 

Dərbənddə ġirvanĢah Fərru x  Yəsarın əmri  ilə  Cü mə  məscid i  ko mpleksində 



böyük mədrəsə binası tikilmiĢdir.  Kitabəsində deyildiyi  kimi,  mədrəsə ġirvanĢahın 

adı  ilə  "Fərru xiyyə  mədrəsəsi"  adlanmıĢdır.  XIII-XV  əsrlərdə  Bakının  yüksəliĢin i 

göstərən kitabələr də çoxdur. Bakıdakı ġirvanĢahlar sarayına türbə, məscid, hamam 

binalarının  əlavə  olun masını,  sarayın  geniĢləndirilməsini  göstərən  kitabələr  XV 

əsrdə ġirvanĢahlar dövlətinin iqtisadi-siyasi nüfuzunun artdığını b ild irir. 

XV əsrdə Azərbaycanda bir sıra  karvansaraların, ticarət yolla rının ü zərində 

xanəgahların,  imarətlərin,  ovdanların  və  mü xtəlif  ictimai  obyektlərin  yaran ması, 

mövcud  olan  tikinti  ko mp lekslərinin  geniĢləndirilməsi  ölkədə  iqtisadi,  ictimai, 

mədəni yüksəliĢin baĢ verdiyini sübut edir.  

AbĢeron  yarımadasında  -  Xəzər  sahilində  digər  ticarət  məntəqələrinin  

əhəmiyyət kəsb etməsini, bununla əlaqədar olaraq Bilgəh, Nardaran, ġüvəlan, Qala, 

Zığ,  Nov xanı  və  Masazırda  ko mp leks  səciyyəli  tikililərin,  qalaların, 

karvansaraların,  istehkamların,  ictimai  b inaların  meydana  çıxmasını  da  göstərən 

kitabələr ço xdur. 



Ġncəsənət və memarlıq. XIII-XIV əsrlərdə təsviri incəsənət inkiĢaf etməkdə 

idi. Təsviri sənətin əsas və daha çox tərəqqi etmiĢ növünə kitab tərtibatını,  min iatür 

sənətini  misal  göstərmək  olar.  Marağada,  ġamaxıda,  xüsusilə  Təbrizdə  - 

RəĢidəddinin bədii emalatxanalarında çoxsaylı d ini və dünyəvi məzmunlu əlyazma 

kitabla r  hazırlanırd ı.  MəĢhur  xəttatlar  tərəfindən  üzü  köçürülmüĢ  bu  kitablar 

dekorativ  baxımdan  tərtib  edilmiĢ  s əhifələrlə  zəngin  id i.  Cild lən mə  iĢində  kitab 

sənətinin istedadlı ustaları iĢtirak ed irdilər. 

Dövrün  ən  görkəmli  xəttatlarından  biri  MübarəkĢah  Zərrinqərı  olmuĢdur.  O, 

klassik ərəb qrafikasının bütün altı xəttindən  məharətlə istifadə edirdi. Kitab sənətinin 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə