HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda



Yüklə 163,24 Kb.
səhifə3/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   2   3   4   5   6   7   8   9   ...   19

GİRİŞ

İŞARƏ


O böyük şəxsiyyətin haqqında söz demək və yazmaq, fikir və söz aləmindən üstündür. O şəxsiyyətin məqamı o qədər böyük və ucadır ki, onu sözlə açıqlamaq olmur. Allahın hidayəti olmadan bu işə qovuşmaq mümkün deyil.

Peyğəmbərdən (s) imam Əli (ə)- a olan rəvayətdə gəlmişdir.

Ey Əli! Allah və məndən başqa heç bir kəs səni olduqun kimi tanımır.(1)

O həzrətin müxtəlif xislətlərini olan səxavətini və varlığını o şəxs dərk edib vəsf edə bilər ki, o həzrətdən yüksək və yaxud o həzrətlə bir məqamda olsun. Məruf sözdə olduğu kimi "Muərrif (tanıdan) lazımdır ki, müərrəfdən (tanıdılandan) üstün olmalıdır" Yerlərə bağlı olan insan, göylər aləminə bağlı olan insan haqqında nə deyə bilər, o şəxsin haqında ki, "fəzilətləri saya- hesaba gəlmir"?(2)

Bunun üçün də Allahın rəsulu (s) buyurur: "Əgər meşələr hamısı qələm ola və dəryalar mürəkkəb, mələklər hesab aparan, insanlar isə onu yazan, Əli ibn Əbu Talibin (ə) fəzilətlərini hesablaya bilməzlər."(3)

Buna görə də şübhəsiz ki, Əli (ə)- ı tanımaq üçün ən gözəl mənbə Quran və Allah rəsulunun (s) mənalı və şirin kəlamlarıdır.

səh:11
1- [1] . Biharul- ənvar, cild 5, səh 84.

2- [2] . Fəraidül- səmteyn, cild 1, səh 19, Kifayətüt- talib, cild 1, səh 18

3- [3] . Biharul- ənvar, cild 36, səh 197

Deyilənlərə diqqət yetirdikdə, bir çox alimlər buna üstünlük verirlər ki, Əmirəl möminin Əli (ə) simasının Peyğəmbərin (s) hədislərində axtarsınlar və görsünlər ki, o həzrətin müəllimi və mürəbbisi onu necə tanıtdırıb və vəsf etmişdir.

İmam Əmirəl möminin Əli (ə) fəzilət, xislət və alicənablığına nəzər salıb o həzrətin (ə) sonsuz dəryalar qədər olan fəzilətlərini Peyğəmbər əkrəmin (s) dilindən və əhli- sünnə mənbələrindən istifadə edən böyük tanınmış alimlərdən biri , Ayətullah- əl- uzma hacı şeyx Lütfüllah Safi Gülpayqanidir.

NƏ ÜÇÜN BU KİTABI TƏRCÜMƏ ETDİM?


Çünki bu cür qiymətli kitabların tərcümə edilməsi, ərəb dilində olan mənbələrdən istifadə edə bilməyən şiələr üçün faydalı olacaqdır; çünki onların əqidə, inam və etibarının möhkəmlənməsinə səbəb olmuş və canlarına nur, qəlblərinə səfa, fikirlərinə aydınlıq və özlərinə də məlumat bağışlayacaq. Bu qələm sahibi pərhizkarların ağası olan Əmirəl- möminin Əli (ə)- a olan eşq və məhəbbəti sayəsində, özünə vəzifə bilərək və Allahdan kömək diləyərək bu kitabın tərcüməsinə başlamışdır ki, iman bacı və qardaşlar ərəb dilindən kifayət qədər bəhrələnə bilmədikləri zaman onun tərcüməsindən bəhrələnsinlər.

BU ƏSƏRDƏ GÖRDÜYÜMÜZ İŞLƏR


Müqəddimənin tərcüməsindən əlavə, kitabda gətirilmiş hədislər başlıqlar kitabın mətnindəki hədislərin mənbəsi və mündəricat əlavə olunmuşdur.

Müəllifin istifadə etdiyi mənbələri vərəqənin sonunda gətirdik. Bəzi yerlərdə isə mətnin açıqlanmasını mətndə və ya səhifənin aşağısında () işarə daxilində izah verdik; bəzi yerlərdə isə müstəqil olaraq hədislərin aşağısında açıqlamışıq.

Ümidvarıq, bizim bu kiçik xidmətlərimiz, həzrət Bəqiyyətullah imam Zaman (əccəlləllahu Taala fərəcəhuş- şərif)– in əzəməti sayəsində qəbul olsun, hörmətli müəllif, tərcüməçi və nəşriyyat Allah taalanın o sonsuz rəhmətinə nail olub o həzrətin vəlisinin inayətindən bəhrələnsinlər.

                                                                                  İnşaalah.

səh:12

MÜƏLLİFİN GİRİŞİ


Mədh və uca məqamı Qurani kərimdə gəlmiş şəxsiyyətin mədhində nə demək olar?

Alimlər, həkimlər, ariflər və övliyanın Allah rəsulunun qardaşı, Fatimeyi Zəhranın həyat yoldaşı, camaatın ən çox biləni, Allahı tanımaqda və ibadətdə Peyğəmbəri əkrəmdən (s) sonra ən uca şəxsiyyətin barəsində mənalı sükutları onun məqamını anlatmaqda, məhd etməkdən, fəzilətlərini deməkdən, məqamını bəyan etməkdən, müxtəlif səhnələrdə əzəmətli iştirakını, aşkar möcüzələrini bəyan etməkdən də anladıcıdır.

Buna görə də hamı üçün ən yaxşısı budur ki, o müqəddəs şəxsin əzəməti, fəziləti və məqamı barəsində danışmağa aciz olmalarını etiraf etsinlər.

Peyğəmbəri əkrəm (s) o böyük şəxsiyyətin barəsində onun özünə belə buyurur:

"Əgər insanlar yazıçı və pərilər müh asib olalar sənin fəzilətini yaza bilməzlər."

Əmirəl- möminin (ə) elə bir şəxsiyyətdir ki, mütəal Allah onun üçün saya gəlməyən fəzilətlər qərar vermişdir. O elə bir şəxsiyyətdir ki, Sübhan Allah merac gecəsində öz Peyğəmbəri ilə o həzrətin dilruba səslə danışmışdı.(1)

səh:13
1- [1] . Əl mənaqib, Xarəzmi, səh 37, Əl məqtəl, 42. Nəcəf çapı, Yənabiül- məvəddət, səh 82

O şəxsiyyət barəsində bəzi səhabələr belə söyləyirlər: "Əlinin elə parlaq keçmişi var ki, əgər bir miqdarını bütün məxluqatın arasında bölsələr, hamısı xeyrə yetişər".(1)

O, elə bir şıxsdir ki, Mütəal Allahın elm, qüdrət və digər sifətlərinin ən böyük nişanəsidir. Aləmdə əmisi oğlu əziz Peyğəmbərdən başqa misli yoxdur. O, elə bir şəxsdir ki, Allahın rəsulu (s) onun himayəçisi idi. Haqqa kömək etməkdə, ədalət bərpa etməkdə və islam yolunda canfəşanlıqda ən böyük ülgü və örnəkdir. Gücsüzlərə rəhimli, yoxsullara kömək idi. Ürəyində çoxlu Allah xofu var idi. İnsanların ən fəsahətli və bəlağətlisi idi. Yemək- içməkdə, geyimdə və bütün hallarında və əməllərində əzəmətli bir şəxs idi.

Məqamı uca olan Allah belə bir əzəmətli insanı bir belə kəmallarla dolu əmanət qoymuşdur.

Böyükdür o Allah ki, belə bir insan onun müqabilində baş yerə qoyur, onun cəlalı, cəbərutu və səltənəti müqabilində özünü kiçik bilir, əzəmətindən xof edir və qorxur, onun pak zatının müqabilində öz acizliyinə və yoxsulluğuna etiraf edir və belə deyir:

«الهی کفی لی عزّا أن اکون لک عبداً،

و کفی لی فخراً أن تکون لی ربّاً»

İlahi, mənim sənə bəndə və qul olmağım mənim üçün ən böyük izzətdir və bu izzət mənə bəsdir və sənin mənə rəbb olmağın mənim üçün ən böyük iftixardır və bu iftixar mənə bəsdir.

Odur haqqın (Allahın) zatını dərk və Allah qorxusundan çox ağlayan. Odur Allah yolunda cihad edən. Odur sirati- müstəqim (düz yol), ürvətülvüsqa (möhkəm tutacaq), həblüllahil mətin (Allaha yetişmək vasitəsi), əməllərin tərəzisi, behişt və cəhənnəmi bölən, Allahın açıq əli, haqqın görən gözü və onun höccəti.

Həzrəti əmir (Əli ) (ə) müaviyəyə yazdığı məktubda buyurdu:

« فانا صنائع ربنا والناس بعد صنائع لنا.»

Biz Allahın tərbiyə verdikləriyik, camaat bizim tərbiyə verdiklərimiz.

Ibn Əbil Hədid (Nəhcül- bəlağənin şərhçisi) bu cümlənin barəsində yazır: "Bu söz çox böyük və yüksək bir sözdür,

səh:14
1- [1] . Əsədul- ğabə. 4, səh 23

mənası bütün mənaların başıdır, yəni Allah belə bir şəxsi tərbiyələndirmiş, məqamını ucaldtmış və bütün şəxsiyyətin üstünü və əvvəlincisi etmişdir.

Həzrət buyurur: İnsanların heç biri bizə nemət verməyib və bizə nemət verən təkcə Allahdır. Bizimlə Allah arasında heç bir vasitə yoxdur. Başqaları isə bizim vasitəmizlə tərbiyələnibdirlər. Biz Allahla onlar arasında vasitəyik və bu böyük bir məqamdır. Zahiri, eşitdiyindir, batini (və həqiqəti) isə budur ki, onlar Allahın bəndəsidir və camaat onların bəndəsi".(1)

Bir tərəfdən də görürük ki, bu böyük və əzəmətli iftixar sahibi Allahın qorxusundan necə də ilan vuran adam kimi özünə qıvranır.

(Zirar ibn Həmzə Zübabi kimi)(2) bəzi səhabələr onu belə vəsf edirlər: Ağlar gözləri var idi, mütəfəkkir idi, tək olarkən nəfsini mühasibə edirdi və deyirdi: "Ah azuqənin (axirət azuqəsinin) azlığından, yolun uzunluğundan və ünsiyyətin azlığından! Əlinin fani nemətlərlə və müvəqqəti ləzzətlərlə nə işi?" və buyururdu: "Bilin! Sizin imamınız öz dünyasından iki parça örtük (paltar) və iki dilim çörəklə kifayətlənir.

And olsun Allaha! Mən bu dünyada qızıl, mal- dövlət yığmamışam, hətta əynimdəki paltardan başqa paltar da alıb qoymamışam".(3)

Peyğəmbərin canının barəsində nə deyim ki, Peyğəmbər (s) özü onun barəsində buyurub: "Sən mənim eşitdiklərimi eşidir, gördüklərimi də görürsən, fərqimiz budur ki, sən Peyğəmbər deyilsən".(4)

Buna görə də Əli (ə)- ın barəsində dediklərimiz dənizdən bir damla və günəşdən bir zərrə qədəri misalındadır. Aləmdəkilərin ağılları, mədhçilərin dilləri bu haqq imamın fəzilətlərini dərk və bəyan etməyə acizdir.

Lakin özümü düşünə bilən gündən o həzrət və onun əziz övladları barədə maraqlanmağa məndə xüsusi məhəbbət yarandı. Günlər və zamanlar keçdikcə onlara olan məhəbbətim

səh:15
1- [1] . Şərhi Nəhcül- bəlağə, ibnƏbil Hədid, 15, səh 194

2- [2] . Nəkki Nəhcül- bəlağə, kəlimati qisar, 74

3- [3] . Nəhcül- bəlağə, məktub 45.

4- [4] . Qasiə xütbəsi, Nəhcül- bəlağə, Sübhi Saleh, xütbə 192

artdı və onlar barədə mütaliə etdiyim hədislər, əsərlər və eşitdiyim mədhlər, məqamlar qəlbimi nurlandırdı. Elə bil ki, şair bu şerini mənim halımı vəsf etmək üçün yazıbdır:

"Peyğəmbər ailəsinin məhəbbəti mənim canımla və qanımla qatışıb, məni bağışlayın.

And olsun Allaha onların dəlisiyəm.

Onları mənə xatırlatmaqla məni biqərar edin.

Allah anama rəhmət etsin ki, Əli eşqi ilə mənə süd veribdir."

Atam Əli aşiqi idi. Əli məhəbbəti mənə ata- anamdam qalan irsdir.

Bu kitabda o həzrətin məqamından yüz on(1) hədis əhli sünnənin hədis və mötəbər kitablarından seçib yazdım və onu "Əmirəl mömininin fəzilətlərindən bir parça" adlandırdım.

Qeyd etmək lazımdır ki, əhli sünnə kitablarında həzrəti Əli (ə)- ın barəsində mövcud olan hədislər çoxdur. Amma mən burada onları ixtisarlı şəkildə gətirmişəm, çüki, ixtisarla da olsa faydalı kəlamlar, insaflı və bəsirətli şəxslər üçün kifayətdir.

Çox şükür olsun Allaha ki, bizi bi işi görməyə yönəltdi. Əgər ilahi hidayəti olmasaydı, bu işi görə bilməzdik.

Allahın salavat və salamı olsun ağamız və seyyidimiz Əbülqasim Məhəmmədə və onun pak əhli beytinə.

İstəyirəm bu müqəddiməni Məhəmmədə (s) və onun əhli beytinə salavat göndərməklə sona yetirəm:

İlahi! Peyğəmbər və ali Peyğəmbərə salam göndər, ən pak, ən yaxşı və ən layiqli salamlar.

İlahi! Peyğəmbərə və onun əhli beytinə salam göndər, o vaxta qədər ki, əslas ağacı badi səba nəfəsi ilə dalğalanır.

Pərvərdigara! Peyğəmbərə və onun ailəsinə salam göndər, o zamana qədər ki, günəş hamar yerlərdə parıldayır.

İlahi! Peyğəmbər və ali Peyğəmbərə salavat göndər, nə qədər ki, kəramətli insan öz qonağına xoş gəldin deyir.

İlahi! Öz rəsulun və onun ailəsinə salavat göndər, nə qədər

səh:16
1- [1] . Bu ədəd "əbcəd" hərfi hesablamaları ilə Əli (ə)- ın adı ilə birdir. Qeyd edək ki, haşiyələrdə gətirdiyim hədislər də nəzərə alınsa, bu saydan çox olacaqdır. Əlhəmdulillah.

ki, Yəsrib (Mədinə) ziyarəti arzusunda olanlar var.

Pərvərdigara! Uca Peyğəmbərinə və onun əhli beytinə salam göndər, o anlaradək ki, quşlar ağac budaqlarında oxuyurlar.

Bar ilaha! Həzrəti rəsula və onun pak itrətinə salam göndər, o vaxta qədər ki, göydə uldüzlar parıldayır.

İlahi! Peyğəmbərə və onun pak ailəsinə salam və salavat göndər, nicat gəmilərinə, əba əshabına (ali əbaya).

Qiyamət günü sorğu- sual olan gündə(1) onları bizim şəfaətçilərimiz qərar ver.

səh:17
1- [1] . Rişfətüs- sadi fi bəhri fəzaili bənin- nəbiyyil- hadi, Əbu bəkr həzrəmi, səh 75


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə