HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda



Yüklə 163,24 Kb.
səhifə14/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   11   12   13   14   15   16   17   18   19

68.KÖVSƏR HOVUZUNUN SAHİBİ


səh:91

عن أبی هریره و جابر بن عبدالله، قالا: قال رسول الله|:

علیّ بن أبی طالب صاحب حوضی یوم القیامه.

Əbu Hüreyrə və Cabir ibn Abdullahdan belə nəql olunubdur ki, Allahın rəsulu (s) buyurdu: Qiyamət günü mənim hovuzumun sahibi Əli ibn Əbutalib olacaqdır.(1)

səh:92
1- [1] . Əl- möcəmül- əvsət, Təbərani, 1- 152- 162, Kənzül- ümmal, 2- 17.

69.İLK MÜSƏLMAN


69.İLK MÜSƏLMAN

عن أنس، عن رسول الله|:

صلّت الملائکه علیّ وعلی علی بن أبی طالب سبع سنین، وذلک أنّه لم تُرتفع شهاده أن لا إله إلاّ الله إلی السماء إلاّ منّی ومن علیٍّ.

Ənəsdən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: Mələklər yeddi il idi ki, Əli ibni Əbutalibə salavat və salam göndərirdilər. Bu, o zaman idi ki, hələ tövhid şüarı və "la ilahə illəllah" kəlməsi mən və Əlidən başqa heç bir kimin tərəfindən göyə qalxmırdı.(1)

səh:93
1- [1] . Mənaqibi Xarəzmi, 53- 18, Tarixi Dəməşq, 21: 81- 114. Mənaqibi Ali əbu Talib kitabında (1- 291) Əbuzərdən belə nəql olubdur: Allahın rəsulu (s) buyurdu: "İlahi Mələklər yeddi il idi ki, mənə və Əliyə salam göndərirdilər və o zaman heç kəs islam dininə iman gətirməmişdi." İbn Abbasdan nəql olubdur ki, Allahın rəsulu (s) buyurdu: "Mənimlə namaz qılan ən ilkin şəxs Əlidir." Əl- firdövs, 1: 27- 39, Kənzül- ümmal, 3992, Xarəzmi Nəsai, 16

70.ƏLİ (ə) PEYĞƏMBƏRİN (S) QARDAŞI


عن عبدالله بن عمر. قال رسول الله|:

علی أخی فی الدنیا والآخره.

Əbdulllah ibn Ömərdən belə nəql olunur ki, Peyğəmbər (s) buyurdu: Əli dünya və axirətdə mənim qardaşımdır.(1)

səh:94
1- [1] . Termizi öz sünən kitabında (5: 336- 7320) İbn Ömərdən belə rəvayət edir: Peyğəmbəri əkrəm (s) səhabələrin arasında qardaşlıq əhd- peymanı bağladı (və Əli bu zaman tək qaldı.) Gözü yaşla Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: Ey Allahın peyğəmbəri! Səhabələr arasında qardaşlıq əqdi oxudun, amma mənimlə bir kəs arasında peyman bağlamadın? " Həzrət buyurdu: "Sən həm bu dünyada və həm axirətdə mənim qardaşımsan." Hakim Müstədrəkdə (3: 14), Siyuti Əl- cameüs- səğirdə (5589  əkrəm (s) buyurdu: "And olsun məni haqqa göndərən Allaha! Səni özümə qardaş etmək üçün axıra saxladım. Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir, bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaqdır. Sən mənim qardaşım və varisimsən." Əli dedi: "Ey Allahın rəsulu! Mən səndən nəyi irs aparacağam? Buyurdu: "Məndən qabaqkı peyğəmbərlərin qoyduqları irsi." Soruşdu: "Qabaqkı peyğəmbərlər nəyi irs qoyublar? Buyurdu: Allahın kitabını və peyğəmbərlərin sünnələrini. Sən mənim qardaşım və dostumsan." Bu hədisi Əhməd, Mənaqibi Əli kitabında gətiribdir. Kənzül- ümmal, 13: 105- 106 hədis 36345. Nə qədər yaxşı olar ki, Əlini (ə) sevənlər, "qardaşlıq əqdi" hədislərini zikr edərkən əmirəl- mömininə (ə) nisbət verilmiş bu şerə də diqqət yetirsinlər. Bu şerin tərcüməsi Kənzül- ümmal (13: 112) kitabında belə gəlibdir:" "Allahın rəsulu (s) mənim qardaşım və xanımımın atasıdır. Həmzə Seyyidüş- şühəda əmimdir. Səhər və axşam behiştdə mələklərlə pərvaz edən Cəfər Təyyar qardaşımdır. Məhəmmədin (s) qızı Fatimə həyat yoldaşımdır. O, mənim canımdır əti ətimlə və qanımla birdir. Peyğəmbərin (s) nəvələri (Həsən (ə) və Hüseyn (ə) ) mənim Fatimədən olan iki övladımdır. Kimin mənim kimi nəsibi var? Hələ uşaqkən Allaha və Peyğəmbərə iman gətirməkdə sizin hamınızdan qabaqcıl oldum.


71.PEYĞƏMBƏRİN QARDAŞI VƏ VƏZİRİ


səh:95

قال رسول الله|:

أخی و وزیری، وخیر من أترک بعدی، یقضی دینی، وینجز وعدی علی بن أبی طالب.

Allahın rəsulu (s) buyurdu:

Mənim qardaşım, vəzirim və mənim qalan vəzifələrimi əda edə biləcək və vədələrimi yerinə yetirə biləcək özümdən sonrakı qoyduğum ən yaxşı şəxs Əli ibni Əbutalibdir.(1)

səh:96
1- [1] . Əl- məvaqif fi elmil- kəlam, İci, 409 Büreydədən nəql olubdur ki, Rəsuli əkrəm (s) buyurdu: "Hər bir peyğəmbərin vəsisi və varisi var, Əli mənim vəsim və varisimdir." Əl- firdövs, 3: 336- 5009, Tarixi Dəməşq, 3: 5- 1021 və 1022, Mənaqibi Xarəzmi, 84- 74, Mənaqibi ibn Məğazili 200- 238, Fəthül bari, 8- 150. Mənaqibi seyyiduna Əli (ə) kitabında gəlibdir ki, Allahın rəsulu (s) Əli (ə)- a buyurdu: "Sən mənim qardaşım, yoldaşım və vəsimsən." Salman deyir: Ərz etdim: Ey Allahın rəsulu! Hər peyğəmbərlərin vəsisi olub, bəs sənin vəsin kimdir? Həzrət cavab vermədi. Səhəri gün peyğəmbər (s) məni gördü və buyurdu: "Ey Salman!" Tələsiklə özümü həzrətin hüzuruna yetirdim və ərz etdim: "Bəli". Həzrət buyurdu: "Bilirsənmi Musanın vəsisi kim idi?" Ərz etdim: Bəli, "Yuşə ibn Nun." Buyurdu: "Nə üçün o, Musanın vəsisi idi?" Ərz etdim: " Çünki, o zaman onların ən alimi idi." Buyurdu: "Mənim vəsim və sirlərimin məhrəmi, ən üstün şəxsdir. Onu özümdən sonra (öz yerim) və həmçinin müəllif mənaqibi seyyiduna Əli (ə) kitabında Zeyd ibn Ərqəmdən belə nəql ediblər: Allahın rəsulu (s) Əliyə buyurdu: "Sən mənim qardaşım və dostumsan" Firdosul- əxbar kitabında (3: 15- 4182) Peyğəmbərdən (s) belə nəql olunur: "Əli mənim qardaşım və əmim oğludur." İbn Əsakir İbn Abbasdan rəvayət edir ki, Allahın rəsulu (s) buyurdu: "Qardaşların ən yaxşısı Əli, əmilərimin ən yaxşısı Həmzədir." Tarixi Dəməşq, 1: 138, Məcməüz- zəvaid, 9- 111. Xatırladırıq ki, "Müaxat" hədisi iki firqə arasında məşhur hədislərdəndir və qardaşlıq əhd və peymanı bağlamaq bir dəfədən çox olubdur. Başqa bir hədisdə Zeyd ibn Əvfanın müsnədində müaxat babında belə gəlibdir: Elə ki, Əli (ə) qardaşlıq əqdinin təxirə düşməsindən şikayət etdi, Peyğəmbər də) qoyuram. O, mənim vədələrimə vəfa edər və dinimi yayar. O, Əli ibn əbu Talibdir." Əl- möcəmül kəbir, 221- 6063, Möcəmüz zəvaid, 9: 113, Mənaqibi Xarəzmi, 67, Kənzül- ümmal, 13: 611- 32956. Mənaqibi seyyiduna Əli (ə) 39.


72.HAQQ ƏLİ (ə) İLƏDİR


عن عمّار بن یاسر، سمعنا رسول الله| یقول:

علی مع الحق والحق مع علی، لا یفترقان حتّی یردا علی الحوض یوم القیامه.

Əmmar ibn Yasir deyir: Allahın rəsulundan eşitdim ki, belə buyururdu: Əli haqla və haqq Əli ilədir. Bunlar qiyamət günü kövsər hovuzunun kənarında mənə birləşənədək bir- birindən ayrılmayacaqlar.(1)

səh:98
1- [1] . Əl meyar vəl müvazinə, İskafi, 119 Tarixi Dəməşqdə (3: 153- 1172) Əbuzərin qulamı Əbu Sabitdən nəql olubdur: Bir gün Ümmü Sələmənin yanına getdim və gördüm ki, Əlini xatırlayır, ağlayır və deyir: Allahın rəsulundan (s) eşitdim ki, buyurdu: Əli haqla, haqq Əli ilədir. Qiyamət günü hovuzun kənarında mənim yanıma yetişənədək bir- birindən ayrılmazlar." Əbdürrəhman ibn Səiddən nəql olubdur: Biz bir qrup mühacirlə peyğəmbərin hüzuruna getdik, Əli də orada idi. Peyğəmbər (s) buyurdu: "Haqq bununladır." Bu sözü Heysəmi Məcməüz- zəvaiddə (7: 234) və İbn Əsakir Tarixi Dəməşqdə (3: 153- 1171) nəql edibdir. Əbu Musa Əşəri: Rəsuli əkrəm (s) Əliyə (ə) buyurdu: "Sən haqlasan və haqq sənlədir." Mənaqibi seyyiduna Əli (ə) (29), Şərhi nəhcül- bəlağədə İbn Əbil Hədid, (18- 24.) Buna yaxın məzmun Mənaqibi Seyyiduna Əli kitabında Ayişədən nəql olubdur.



Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə