HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


ƏLİYƏ (ə) NARƏVA SÖZ DEMƏYİN CƏZASI



Yüklə 163,24 Kb.
səhifə11/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

50.ƏLİYƏ (ə) NARƏVA SÖZ DEMƏYİN CƏZASI


عن ابن عباس: قال رسول الله|:

مَن سبَّ علیاً فقد سبّنی، ومن سبّنی فقد سبَّ الله، ومن سبَّ الله أدخله الله نار جهنّم وله عذاب مقیم.

İbn Abbasdan: Peyğmbər (ə) buyurdu: Hər kəs Əlini (ə) söyə, məni sömüşdür və hər kəs məni söyə, həqiqətdə Allahı söyübdür və Allaha nalayiq söz deyən Allahın əzabına düçar olub cəhənnəm odunda yanacaqdır.(1)

səh:71
1- [1] . Əl- firdövs, 3: 542- 5689, Feyzül qədir, 8736, Müsnədi Əhməd ibn Hənbəl, 5: 323, Əl müstədrək Ələs- səhiheyn, 3: 130, Məcməüz- zəvaid, 9: 130, Əl cameüs- səğir, hədis 8736, Xarəzmi Əl mənaqib kitabında (136-154) Səid ibn Ceybərdən nəql edir ki, o belə dedi: İbn Abbas bir dəstənin Əliyə nalayiq sözlər deməsindən xəbərdar oldu. Öz oğlu (Əli ibn Abdullaha) dedi: "Əlimdən tut və məni o dəstənin yanına apar." Oğlu onu onların yanına apardı və onların yanına yetişib dedi: "Sizin hansınız Allaha nalayiq sözlər deyirdi? " "Hamısı təəccüblə dedilər: Sübhanəllah! Hər kəs Allaha nalayiq deyə müşrikdir." Sonra soruşdu: "Sizin hansınız Allahın rəsuluna (s) nalayiq söz deyirdi?" Yenə dedilər: Bu nə sözdür?! Hər kəs Peyğəmbərə nalayiq deyə kafirdir. Sonra soruşdu: "Bəs sizin hansınız Əliyə söyüş verirdi?" Dedilər: Bunu demişik. İbn Abbas onlara dedi: Şahid olun! Allahın rəsulundan eşitdim ki, belə buyurdu: Hər kəs Əliyə nalayiq söz deyə, mənə deyibdir. Hər kəs mənə nalayiq deyə Allaha deyibdir və hər kəs Allaha nalayiq deyə odda məhv olacaqdır." Bu mətləbi Muhibbuddin Təbəri Ərriyazün- nəzirə (3:122) və müttəqi Hindi Kənzil ümmal (11: 602- 32903) kitablarında nəql edibdirlər.


51.ƏLI (ə) PEYĞƏMBƏRİN (S) QARDAŞI


عن جابر بن عبدالله: قال رسول الله|:

مکتوبٌ علی باب الجنَّه [لا إله اِلّا الله]، محمَّدٌ رسول الله، علی بن أبی طالب أخو رسول الله قبل أن یخلق [الله] السماوات والأرض بألفی عام.

Cabir ibn Abdullahdan: Peyğmbər (ə) buyurdu:

Cənnətin qapısına yazılmışdı: (Allahdan başqa bir Allah yoxdur) Məhəmməd onun rəsuludur. Əli ibn Əbutalib, Allah yeri- göyü yaratmadan iki min il əvvəldən Allahın rəsulunun qardaşıdır.(1)

səh:72
1- [1] . Əl- firdövs, 4: 123- 38 və 2: 257- 3195, Kənzül- ümmal, 36435, Tozihid dəlail, 208, hilyətül övliya, 7: 251, Tarixi Bağdad, 7- 387 İbn Abbas: Rəsuli əkrəm (s) buyurdu: Meraca aparılan gecə müşahidə etdim ki, Behiştin qapısının başına yazılıbdır: Allahdan başqa Allah yoxdur, Məhəmməd onun elçisidir, Əli onun həbibidir. Həsən, Hüseyn və Fatimə onun seçdikləridir. Allahın lənəti onların düşmənlərinin haqqıdır." Tarixi Bağdad, 1: 209, Təhzibi Tarixi Dəməşq, 4: 322, Mənaqibi Xarəzmi, 302- 297. Məcməüz zəvaid kitabında belə gəlibdir: Allahdan başqa bir Allah yoxdur, Məhəmməd onun elçisidir və Əli yaradılışdan ikimin il qabaqdan Peyğəmbərin qardaşıdır. 9- 11

52.ƏLİ İXLAS SÜRƏSİ KİMİDİR


عن حذیفه: قال رسول الله|:

مَثَل علی بن أبی طالب فی الناس مثل«قل هو الله أحد» فی القرآن.

Hüzeyfədən: Peyğmbər (ə) buyurdu: Əlinin misalı mənim ümmətim arasında "Qul huvəllah" surəsi kimidir Quran (surələri) arasında.(1)

səh:73
1- [1] . Əl- firdövs, 9: 134- 6317


53.ƏLİ (ə) IN ÜZÜNƏ BAXMAZ İBADƏTDİR


عن عائشه وأبوبکر وعمر وعثمان وابن مسعود وثوبان وأبی ذر وجابر وأنس وعمران بن الحصین: قال رسول الله|:

النظر إلی وجه علی عباده.

Ayişə, Əbubəkr, Ömər, Osman, İbn Məsud, Salman, Əbuzər, Cabir, Ənəs və İmran ibn Həsin belə rəvayət edirlər ki, bir gün İslam Peyğəmbəri buyurdu: Əlinin simasına (üzünə) baxmaq ibadətdir.(1)

səh:74
1- [1] . Əl- firdövs, 4: 294- 6865 və 6866, Ən nihayə, ibn Əsir, 5: 77, İbn Əsir bu kitabda hədisi belə tərcümə etmişdir: Hər zaman Əli camaatın arasına çıxardı, camaat təəccüblə deyərdi: Lailahə illəllah, nə gözəl nurludur! Lailahə illəllah, bu kişi nə qədər alim və düşüncəlidir, la ilahə illəllah, bu cavan nə qədər əziz və şəxsiyyətlidir, yəni nə qədər təqvalıdır. La ilahə illəllah, bu cavan nə qədər dilavərdir. Beləliklə o, səbəb olurdu ki, tövhid kəlməsi camaatın dilinə gəlsin. Bu hədisi ibn Mərduyə Siyutinin Əllə- alilməsnuə kitabına müvafiq olaraq nəql etmişdir. Hakim, Müstədrək kitabında (3: 141), Xarəzmi, Mənaqib kitabında (361- 673- 375), İbn Məcazili Əlmənaqib kitabında (211- 254 və 206- 245) Siyuti, Tarixi xüləfa (172), ibn Həcər Əlisabə kitabında (4: 403 Leyli Qəffarinin tərcümeyi halında), Əbu Nəim İsfəhani Əlhəliyyə kitabında (2: 182), İbn Kəsir Əlbidayə kitabında (7:368), Əs səvaiqdə (108) nəql edibdir ki, səhabələrdən çoxları bunu nəql edib və o əsərlərdən qeydə alınmışdır və hətta onların ən mötəbəridir. Xarəzmi Məqtəlül Hüseyn (ə) kitabında (cild 1 səh 48) bu hədisi bir qurup səhabədən nəql etmişdir ki, onların adı burada qeyd olunur: Əli, Ömər, Amir ibn Səd, Səd ibn əbu Vüqqas, Ümmü Sələmə, Əbu Səid, İbn Abbas, Cabir, Əbu Hüreyrə, Cabir ibn Səmərə, Ceyş ibn Cünadə, Ənəs, Malik, Əbu Əyyub, Yəzid ibn əbu Əvfa, Əbu Rafe, Zeyd ibn Ərqəm, Bəra, Abdullah ibn əbu əvfa, Müaviyə ibn Əbusüfyan, Hüzeyfə ibn Üsəyd, Əbüt tüfeyl, Əsma binti Əmis, Fatimə binti Məhəmməd (s) və Fatimə binti Həmzə ibn Əbdül- Müttəlib. Gənci Şafei kifayətütalib kitabında (bab 70, səh 283) yazır: Həkim Neyşaburi nlardan bəzisi hətta bu nəqlin dənədini 12 səhabəyə yetiriblər. Məcməüz zəvaid, 9: 119 Əlinin üzünə baxmaq babında. Bu kitabda müəllif Təliq ibn Məhəmməddən nəql edir: İmran ibn Həsin diqqətlə Əlinin üzünə baxırdı. Bu barədə ondan sual oldu və o dedi: Peyğəmbərdən eşitdim ki, Əlinin ruxsarına baxmaq ibadətdir.


54.İMAMLARIN ƏN ÜSTÜNÜ


səh:75

عن أنس بن مالک: قال رسول الله|:

هبط علیّ الملکان لم یهبطا منذ کانت الأرض، فبشرانی أنَّ الحسن والحسین سیّدا أهل الجنّه. فقلت: أبوهما خیر منهما.

Ənəs ibn Malikdən: Peyğəmbər (s) buyurdu:

Mənim yanıma iki mələk nazil oldu ki, o iki mələk yer yaradılandan o günə kimi yerə nazil olmamışdılar. O iki mələk mənnə bəşarət verdilər ki, Həsən və Hüseyn cənnət əhlinin sərvəri və ağalarıdırlar. Mən əlavə etdim ataları onlardan daha üstündür.(1)

səh:76
1- [1] . Əl firdövs, 4: 343- 6993, Kənzül- ümmal, 34293, Zəhrül firdövs, 4: 143.



Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə