HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


İMAM ƏLİNİN (ə) MÜƏLLİMİ VƏ TƏRBİYƏÇİSİ



Yüklə 163,24 Kb.
səhifə19/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   11   12   13   14   15   16   17   18   19

99.İMAM ƏLİNİN (ə) MÜƏLLİMİ VƏ TƏRBİYƏÇİSİ


عن أمیر المؤمنین× قال رسول الله|:

إنَّ الله أمرنی أن ادنیک ولا اقصیک وان اعلمک، وأن تعی وحقٌّ لک أن تعی. قال: فنزلت هذه الآیه: {وتعیها أذن واعیه}.

Əmirəl- möminin Əli (ə) buyurur: Allahın rəsulu buyurdu:

Allah mənə əmr edibdir ki, səni özümə yaxınlaşdıram və özümdən uzaqlaşdırmayam. (Əmr edibdir ki,) sənə təlim edəm və sən öyrənəsən. Bu sənin haqqındır ki, öyrənəsən.

O dedi: Bu zaman bu ayə "وتعیها أذن واعیه" (1) nazil oldu.(2)

"Bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!"

səh:131
1- [1] . Əl- haqqə surəsi, ayə 12.

2- [2] . Hilyətül- əvliya, 1: 67, Kənzül- ümmal, 6: 408- 616. Buna uyğun Təfsiri Təbəridə (29- 35), Əddürrül- mənsurda Əl- haqqə surəsinin 12- ayəsinin təfsirində gəlmişdir. Həmçinin bax: Mənaqibi ibn Məğazili, səh 265, hədis 312 və dəh 319 hədis 364, Kənzül- ümmal, 6: 398- 408. Əlavə məlumat üçün Şəvahidüt- tənzil kitabına da müraciət edə bilərsiniz.


100.QURANLA BİRGƏ


قال رسول الله| فی مرض موته:

أیّها النّاس یوشک أن أقبض قبضاً سریعاً فینطلق بی، وقد قدمت إلیکم القول معذره إلیکم: ألا إنّی مخلف فیکم کتاب ربّی عزّوجلّ وعترتی أهل بیتی ثمّ أخذ بید علی فرفعها فقال: هذا علی مع القرآن والقرآن مع علی لایفترقان حتّی یردا علیّ الحوض فاسالهما ما خلفت فیهما.

Allahın rəsulu (s) ölümü ilə tamamlanan xəstəliyi ərəfəsində buyurdu: Ey camaat! Ehtimal vardır ki, tezliklə dünyadan köçəm. Mən belə bir halda sizə elə bir söz deyirəm ki, artıq heç bir üzr (və bəhanıniz) olmasın. Mən izzətli və cəlallı Rəbbimin kitabını və əhli- beytimi sizin aranızda öz yerimə canişin qoyuram.

Bu zaman Əli (ə)- ın əlini qaldırdı və buyurdu:

Bu Əli Quranladır və Quran da Əli ilədir. Bunlar kövsər hovuzunun kənarında mənə qovuşana qədər bir- birindən ayrılmazlar. Mən o zaman sizdən bu iki canişinə əməl edib- etmədiyiniz barədə soruşaram ki, görüm mənim bu iki canişin barədə etdiyim tövsiyəyə necə əməl edibsiniz.(1)

səh:132
1- [1] . Əs səvaiqül- mühriqə, səh 124. Başqa bir rəvayətdə belə gəlmişdir ki, sonra Peyğəmbər (s) buyurdu: "Əhli beytim (yəni itrətim" sonra buyurdu: "Bilirsinizmi mən möminlərə nisbət onların özündən də üstünəm? (Yəni mən möminlərin işinə dəxalət etməkdə və onların vəzifəsini təyin etməkdə onların özündən qabağayam.) (Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.) Dedilər: Bəli. (Bilirik). Buyurdu: "Mən hər kimin mövlasıyam Əli də onun mövlasıdır." Əl müstədrək, 3- 109. Nəsai, Zeyd ibn Ərqəmdən belə nəql edibdir ki, Allahın rəsulu (s) buyurdu: Allah mənim mövlamdır, mən hər bir möminin özünə ondan laiqəm və onun mövlasıyam." Sonra Əli (ə)- ın əlini tutdu və buyurdu: "Mən hər kimin mövlasıyam, Əli də onun mövlasıdır. İlahi Əlinin vilayətini (imamətini) qəbul edənləri sev və onunla düşmənçilik edənlərə düşmən ol." Xəsaisi Əmirəl- möminin (ə), Nəsai, səh 21.


101.İMAM ƏLİ (ə) ÜMMƏTİN ƏN YAXŞISI


səh:133

قال رسول الله|:

أنت خیر اُمّتی فی الدنیا والآخره.

Allahın rəsulu (s) buyurur: Sən dünya və axirətdə mənim ümmətimin ən xeyirlisi və yaxşısısan.(1)

səh:134
1- [1] . Mənaqibi seyyiduna Əli (ə) 28: 111- 129

102.BİZ VƏ ŞİƏLƏRİN AQİBƏTİ


102.BİZ VƏ ŞİƏLƏRİN AQİBƏTİ

قال رسول الله|:

اذا کان یوم القیامه أخذت بحجزه الله وأخذت أنت بحجزتی. وأخذ ولدک بحجزتک، وأخذت شیعه ولدک بحجزتهم فتری أین یؤمربنا.

Allahın rəsulu (s) buyurur: (Ey Əli!) Qiyamət günü mən Allaha təvəssül edəcəyəm. Sən mənə təvəssül edəcəksən, övladların sənə təvəssül edəcəklər və sənin zürriyyələrinin ardıcılları onlara təvəssül edəcəklər. (O zaman) görəcəksən ki, bizi hara aparacaqlar.(1)

səh:135
1- [1] . Əsasül bəlağə, Zəməxşəri, 115.

103.ALLAH, ƏLİ (ə)- LA MÜNACAT (YAVAŞCADAN SİRLİ SÖHBƏT) ETDİ


عن جندب بن ناجیه (أو ناجیه بن جندب) لما کان یوم غزوه الطائف قام النبی| مع علی× ملیاً ثم مرّ فقال له أبوبکر: یا رسول الله، لقد طالت مناجاتک علیاً منذ الیوم، فقال|:

ما أنا انتجیته ولکن الله انتجاه.

Cündəb ibn Naciyədən (ya Naciyə ibn Cündəbdən) belə rəvayət olunur: Taif müharibəsi zamanı Allahın rəsulu (s) Əli ilə bir müddət gizli söhbət etdi. Onların söhbəti çox çəkdikdə Əbubəkr o həzrətə dedi: Ey Allahın rəsulu! Sizin sögbətiniz və sirli danışığınız çox çəkdi. Həzrət buyurdu: Mən yox, Allah onunla münacat edirdi (sirli söhbət edirdi).(1)

səh:136
1- [1] . Kənzül- ümmal, hədis 36438, səh 139, hədis 13. İbn Məğazili Əl mənaqib kitabında Cabirdən nəql edibdir ki, Peyğəmbər (s) Taif döyüşündə Əli ilə xəlvətdə söhbət edirdi və onların söhbəti uzun çəkdi. O, iki kişidən biri dedi: Əmisi oğlu ilə bu sirli söhbəti çox çəkdi. Bu söz Həzrətə yetişərkən, o, buyurdu: Onunla Allah sirləşirdi, mən yox."


104.ƏLİNİ (ə) SEVMƏK


عن سلمان قال رسول الله|:

من أحبَّ علیّاً فقد أحبّنی ومن أبغض علیّاً فقد أبغضنی.

Salman deyir: Allahın rəsulu (s) buyurdu: Hər kəs Əlini sevə məni sevmişdir və hər kəs Əli ilə kin- küdurətli ola mənimlə düşmənçilik etmişdir.(1)

səh:137
1- [1] . Əl möcəmüs- səğir, cild 2, 160. O əsərdə (səh 173, hədis 2) belə gəlibdir:" Hər kəs Əliyə nalayiq söz deyə, mənə deyibdir və hər kəs mənə nalayiq söz deyə həqiqətən Allaha nalayiq deyibdir." Kənzül- həqaiq kitabında (cild 2, səh 193) Təbəranidən belə nəql edilir: "Ey Əli! Sənin dostun mənim dostumdur və sənin düşmənin, mənim düşmənimdir."


105.PEYĞƏMBƏRLƏR KİMİ


عن الحارث الأعور: أن النبی| قال:

من أراد أن ینظر إلی آدم فی علمه، ونوح فی فهمه، و إبراهیم فی حلمه، ویحیی فی زهده، وموسی فی بطشه، فلینظر إلی علی بن أبی طالب.

Haris Əvərdən rəvayət olunur: Allah Peyğəmbəri (s) buyurdu: Hər kəs Adəmin elmini, Nuhun düşüncə və dərkini, İbrahimin helmini, Yəhyanın zöhdünü, Musanın dilavərliyini müşahidə etmək istəyirsə Əli ibn Əbu Talibə baxsın.(1)

səh:138
1- [1] . Mənaqibi seyyiduna Əli (ə), 49, Tarixi Dəməşq, 2: 280- 811, Zəxairül- üqba, 93, Şərhi nəhcülbəlağə, İbni əbil Hədid, 9- 168.


106.ƏLİDƏN (ə) BAŞQA CAVANMƏRD YOXDUR


عن جابر: قال رسول الله| یوم بدر:

هذا رضوان، ملک من ملائکه الله ینادی: لا سیف إلّا ذوالفقار، ولا فتی إلّا علی.

Cabirdən nəql olunur: Allahın rəsulu Bədr(1) müharibəsi zamanı buyurdu: Bu, Allahın mələklərindən olan Rizvandır ki, asimandan səslənir: Zülfüqardan başqa (kəsən) qılınc və Əlidən (şücaətli və) cavanmədr yoxdur.(2)

səh:139
1- [1] . Şiə rəvayətlərinə əsasən bu nida (uca səs) ühud döyüşündə ucaldı. Əli (ə)- ın qılıncı sındı. Cəbrail (ə) Zülfüqarı ona gətirdi və bu cümləni uca səslə dedi.

2- [2] . Mənaqibi Xarəzmi, 167- 200, Tarixi Dəməşq, 1: 197- 157. İbn Hişam, Əs sirrətün- nəbəviyyə (2: 100) və ibn Cövzi Təzkirətül xəvas (səh 30) kitabında belə rəvayət edibdirlər ki, Şair Həssan ibn Sabit, Peyğəmbərdən (s) icazə istədi ki, bu barədə bir şer desin (qoşsun). Peyğəmbər (s) icazə verdi. Həssan ibn Sabit bu barədə bir şer qoşdu ki, tərcüməsi belədir: "Cəbrail səsləndi, halbuki özü görükmürdü. Müsəlmanlar Rəsulullahın dörd tərəfinə toplanmışdılar. Zülfüqar kimi qılınc və Əli kimi Comərd yoxdur."

107.ALLAH VƏ ÖVLİYASININ İMAMI


عن أنس: قال رسول الله|:

إنَّ ربَّ العالمین عهد إلی عهداً فی علیّ بن أبی طالب فقال: إنّه رایه الهدی، ومنار الإیمان وإمام أولیائی، ونور جمیع من أطاعنی.

یا أبا برزه، علی بن أبی طالب أمینی غداً فی القیامه وصاحب رایتی فی القیامه علی مفاتیح خزائن رحمه ربّی.

Ənəsdən belə rəvayət olunur ki, Allahın rəsulu (s) buyurdu: Aləmlərin Rəbbi Əli ibn Əbu Taliblə əhd bağlayıbdır ki, o, hidayət bayrağı, iman çırağı, mənim dostlarımın və ardıcıllarımın imamıdır. O, mənə itaət edənlərin işığı və nurudur.(1)

Ey Əbubərzə! Əli ibn Əbu Talib qiyamət günü mənim əminim olacaqdır. O, qiyamət günü mənim bayrağımın sahibi və ələmdarımdır. O, Rəbbimin rəhmət xəzinələrinin kilidlərinin əmanətdarıdır.(2)

səh:140
1- [1] . Tarixi Bağdad kitabında "rəhmət" kəlməsinin yerinə "cənnət" gəlmişdir.

2- [2] . Hilyətül- əvliya, 1: 66, Mənaqibi Xarəzmi, 311- 311.

108.YAXŞI İNSANLARIN ƏMİRİ


عن حذیفه: قال رسول الله|:

علیّ أمیر البرره، وقاتل الفجره، منصور من نصره، مخذول من خذله، ألا وإنَّ الحق معه ویتبعه، ألا فمیلوا معه.

Hüzeyfədən nəql olunur: Allahın rəsulu (s) buyurdu: Əli yaxşı insanların əmiri və pislərin qatilidir. Ona kömək edənlər kömək olunar və ona arxa çevirib onu xar etmək istəyənlər zəlil və xar olarlar. Agah olun ki, haqq onunla və onun dalıncadır. Diqqət edin ki, rəftarınız onun mehvəri ilə olsun.(1)

səh:141
1- [1] . Mənaqibi Xarəzmi, 177- 215, Əl cameüs səqir, Siyuti, hədis 5591. Hakim müstədrək kitabında (3: 129) Cabir ibn Abdullahdan belə nəql edir: Allahın rəsulu (s) Əli (ə)- ın əlini tutaraq uca səslə buyurdu: "Bu Əli yaxşı insanların əmiri, pis insanların qatilidir. Ona kömək edənlər müvəffəq və xoşbəxt, ehtiramsızlıq edənlər isə xar və zəlil olacaqdır."


109.ƏLİNİN (ə) ARDICILLARI


عن ابن عباس: قال رسول الله|:

إنّک ستقدم علی الله وشیعتک راضین مرضین.

İbn Abbasdan belə nəql olunur ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu:

Sən Allah dərgahında hazır olarkən, sənin şiələrin sənin rəhbərliyinlə fəxr edəcək və Allah onlardan razı olacaqdır.(1)

səh:142
1- [1] . Mənaqibi seyyiduna Əli, 25, Məcməüz zəvaid, 9- 131. Kənzül- ümmal, 13- 156- 36483.

110.ALLAH ONU DAHA ÇOX SEVİR


قال ابن عباس کنت أنا و أبی العباس بن عبد المطلب جالسین عند رسول الله| إذ دخل علیّ بن أبی طالب فسلّم فردّ علیه رسول الله| وبشّر به وقام إلیه واعتنقه وقبّل بین عینیه وأجلسه عن یمینه.

فقال العباس: یا رسول الله، أتحب هذا؟

فقال النبی|:

یا عمّ رسول الله، والله لله أشدّ حبّاً له منّی، إنَّ الله جعل ذریّه کل نبی فی صلبه وجعل ذریّتی فی صلب هذا.

İbn Abbas deyir: Mən və atam (Abbas ibn Əbdül Müttəlib) Allahın rəsulunun (s) hüzurunda idik. Bu zaman Əli ibn Əbu Talib daxil olub Salam verdi. Peyğəmbər (s) salamın cavabını aldıqdan sonra xoşhallıqla durdu, onu qucaqladı, alnını öpdü və onu sağ tərəfində oturtdu.

Abbas (bunu görərək) dedi: Ey Allahın rəsulu! Aya onu sevirsənmi?

Allahın rəsulu (s) buyurdu: Əmican! And olsun Allaha, Allah onu məndən daha çox sevir. Allah hər Peyğəmbərin nəslini o Peyğəmbərin öz sülbündə qərar veribdir, mənim nəslimi isə bu şəxsin sülbündə qoyubdur.(1)

səh:143
1- [1] . Tarixi Bağdad, 1: 316- 206. Xatib Bağdadi bu hədisi atası Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbasdan, o da Cabirdən belə nəql edir. "Allah hər peyğəmbərin zürriyyəsini onun öz sülbündə qərar verdi. Amma mənim zürriyyəmi Əli ibn əbu Talibin sülbündə qoyubdur." Əl- firdövs, 1: 172- 643, Kənzül- ümmal, 32892, Əmali, Şəcəri, 1: 152.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


səh:144

1. Qurani kərim.

2. Rüchul mətalib, Übeydullah Əmr İbn Məzhər Camal.

3. Əl- ərbəin əl- müntəqa min mənaqibil- Mürtəza, Rəziyyuddin Əbülxeyr, Əhməd ibn İsmail Taliqani Şafei, Türasüna Jurnalı, say 1, 1405 hic.

4. Əsasül- bəlağət, Əbülqasim Məhmud ibn Əmr, Zəməxşəri

5. Əsbabi nuzulil- Quran, Əbülhəsən Əli ibn Əhməd Vahidi Neyşaburi.

6. Əl- istiab fi Əsmail- əshab, Yusif ibn Abdullah ibn Əbdülbirr Qürtəbi Maliki.

7. Əsədülğabə fi mərifətüssəhabə, İzzəddin Əli ibn Əbilmükrəm, Məhəmməd ibn Məhəmməd ibn Əbülkərim Şeybani (ibn Əsir), Beyrut.

8. Əl- isabə fi təmyizissəhabə, Əhməd ibn Əli, İbn Həcər Əsqəlani Şafei, Qahirə çapı 1328.

9. Əl- əmalil- xəmisiyyə (Əmali Şəcəri), Yəhya ibn Hüseyn Şəcəri.

10. Əl- inbaul- müstətabə, ibn seyyidül- kull.

11. Ənsabul əşraf, Əhməd ibn Yəhya ibn Cabir Bəlazəri.

12. Əlbidayə vənnəhayə, İsmail ibn Ömər ibn Kəsir Dəməşqi.

13. Tarixi Bağdad (Mədinətül- islam), Əhməd ibn Əli ibn Sabit, Xətib Bağdadi.

14. Tarixül- xüləfa, Cəlaluddin Siyuti.

səh:145


1. Tarixi mədinəti Dəməşq (imam Əli (ə)- ın tərcümeyi halı), Əbülqasim Əli ibn Həsən ibn Hibətullah Şafei (ibn Əsakir).

2. Tarixi Dəməşq (imam Həsən (ə)- ın tərcümeyi halı), ibn Əsakir.

3. Əttədvin fi əxbari Qəzvin, Əbdülkərim ibn Məhəmməd Rafei Qəzvini.

4. Türasüna, Alulbeyt müəssisəsinin jurnalı, Qum.

5. Təfsiri rhuhul məani (Təfsiri Alusi), Məhəmud ibn Abdullah Alusi.

6. Təfsiri Təbəri, Əbu Cəfər, Məhəmməd ibn Cərir Təbəri.

7. Təfsir Qürtəbi (Əl- came li əhkamil- Quran), Məhəmməd ibn Əhməd Ənsari Qürtəbi.

8. Tənzihüşşəriətil- Mərufə ənil- əhadisiş- şiətil- mouzə, Əbülhəsən, Əli ibn Məhəmməd ibn Əraq Əlkənani.

9. Təhzibi Tarixi Dəməşq. (İbn Əsakir), Əbdülqadir Bədran.

10. Tozihuddəlalil, Şəhabuddin İci.

11. Əl cameüs- səqir, Cəlaləddin Siyuti.

12. Əl camüül- kəbir, Cəlaləddin Siyuti.

13. Cəmul- cəvame.

14. Cəvahiril- mətalib fi mənaqibi Əli ibn Əbu Talib (ə), Məhəmməd ibn Əhməd Dəməşqi Şafei.

15. Hilyətül- əvliya vəttəbəqatul- əsfiya, Əbinəim, Əhməd ibn Abdullah İsfəhani.

16. Xəsaisül- imam Əmirəl- möminin (ə), Əhməd ibn Şüeyb Nəsai.

17. Əddürrülmənsur fi təfsiril- məsur, Cəlaluddin Əbdürrəhman Siyuti.

18. Zəxairül- üqba fi mənaqibi zəvil- qürba, Muhibbuddin, Əhməd ibn Abdullah Təbəri.

19. Rişvətüssadi, Əbubəkr Xəzrəmi.

20. Ərriyazun- nəzirə fi mənaqibil- əşərə, Muhibbuddin Təbəri.

21. Zəhrur- riyaz. S

22. Sünəni ibn Macə, Məhəmməd ibn Yəzid ibn Macə Qəzvini.

23. Sünəni Termizi, (Əl- cameüssəhih) Məhəmməd ibn İsa ibni Surə Termizi.

səh:146


1. Seyri Əlaminnəbla, Əbu əbdullah, Məhəmməd ibn Əhməd Zəhəbi.

2. Əssirrətün- nəbəviyyə, Əbdülməlik ibn Hişam ibn Əyyub Himyəri.

3. Şəhrül- məqasid, Səduddin, Məsud ibn Ömər Taftazani Şafei.

4. Şərhi Nəhcül- bəlağə, İzzəddin, Əbdülhəmid ibn Məhəmməd ibn əbil Hədid, Mötəzili.

5. Şəvahidüt- tənzil li qəvaidit- tənzil, Hakim Həskani, Abdullah ibn Abdullah ibn Əhməd, Hənəfi Neyşaburi.

6. Əssəvaqiül- mühriqə. Əhməd ibn Həcər, Heytəmi.

7. Təbəqatul- Hənabilə, Əbdülhəsən, Məhəmməd ibn Yəla.

8. Əttəbəqatul- kübra, Məhəmməd ibn Səd.

9. Əbəqatul- ənvar, Mirhamid, Hüseyn Hindi.

10. Əl- iləlül- mütənahiyə fil- əhadisil vahiyə, Əbülfərəc, Əbdürrəhman ibn Əli, ibn Cövzi.

11. Əl- iləlül- varida fil- əhadisinnəbəviyyə, Əbülhəsən, Əli ibn Ömər.

12. Əlqədir fil kitab və sünnə vəl ədəb, Əbdülhüseyn Əmini.

13. Fəthül- bari fi şərhi səhih Buxari, Əhməd ibn Əli ibn Həcər Əsqəlani.

14. Fəthül- qədir, Məhəmməd ibn Əli ibn Məhəmməd.

15. Fəthül- məlikil- Əli fi sehhəti hədisi babi mədinətil elm Əli.

16. Fəraidüs- səməteyn fi fəzailül- Mürtəza vəl Bətul vəssibteyn vələimməti min zurriyyətihim, İbrahim ibn Məhəmməd Cəvini.

17. Firdövsül- əxbar, Şiruyə ibn Şəhrdar, Deyləmi Həmədani.

18. Fəzaili Əmirəl- möminin, (ə) ibn Üqdə.

19. Fəzailüssəhabə, Əhməd ibn Məhəmməd ibn Hənbəl, Şeybani.

20. Əl- fəvaidül- məcmuə.

21. Feyzül- qədir, Məhəmməd, Əbdürrəuf Mənavi.

22. Əlqövlül- cəli.

23. Əl- kəşşaf, Məhəmməd ibn Ömər, Zəməxşəri,

24. Kəşfül- Xifa, İsmail ibn Məhəmməd, Əcəluni.

səh:147

1. Kifayətuttalib, Məhəmməd ibn Yusif ibn Gənci.



2. Kənzül- ümmal fi sünənil- əqval vəl əfal, Əlauddin, Əli Müttəqi ibn Yusif.

3. Kənzül- həqaiq, Əbdürrəuf Mənəvi.

4. Əl- ləalil məsnuə, Siyuti.

5. Lisanil- mizan, Əhməd ibn Əli, Həcər Əsqəlani,

6. Məcməüz- zəvaid və Mənbəül- fəvaid, Əli ibn Əbubəkr Heysəmi.

7. Əlmüstədrək ələs- səhiheyn, Əbu Əqdullah, Məhəmməd ibn Abdullah, (hakim Niyşaburi).

8. Müsnədi Əli ibn Əbu Talib (ə), Siyuti.

9. Müsnədi Fatimə (s)

10. Əl- Müsnəd, Əhməd ibn Məhəmməd, Şeybani. (İbn Hənbəl).

11. Əl- müsnəd, İbn Əbu Hakim.

12. Əl- müsnəd, Əbu Xəla Museli: Əhməd ibn Əli ibn Müsənna, Təmimi.

13. Əl- müsənnəf, Əbubəkr, Əbdürrəzzaq ibn Hümam.

14. Əlmöcəmül- əvsət, Süleyman ibn Əhməd, Təbərani.

15. Əl- möcəmül- kəbir, Süleyman ibn Əhməd, Təbərani.

16. Mərifətüs- səhabə, Əbunəim, Əhməd ibn Abdullah.

17. Əl- meyar vəl- müvazənə, Məhəmməd ibn Abdullah, İskafi.

18. Məqtəlül- Hüseyn Əleyhissəlam, Müvəffəq ibn Əhməd, Xarəzmi.

19. Mülhəqati ehqaqul- həqq, Şəhabuddin, Nəcəfi, Mərəşi.

20. Əl- müsənnif, Əbubəkr, Abdulah ibn Məhəmməd.

21. Mənaqibul imam Əli ibn Əbu Talib (ə), Əli ibn Məhəmməd ibn Məhəmməd, Vasiti ibn Məğazili, Şafei.

22. Mənaqibi seyyiduna Əli (ə), Eyni.

23. Əl- mənaqib fi elmil- kəlam, İci.

24. Muzehu Əvhamil cəm vəttəfriq, Əbubəkr, Əhməd ibn Əli (Xətib Bağdadi)

25. Mizanul- etidal fi nəqdir- rical, Məhəmməd ibn Əhməd, Zəhəbi.

26. Nəzmi dürərüs siməteyn, Məhəməd ibn Yusif.

səh:148


1. Ənnəhayə fi qəribil- hədis vəl- əsər, ibn Əsif

2. Nəvadirül- əsər fi Əliyyin (ə) Xeyrülbəşər, Cəfər ibn Əhməd ibn Əli, Razi.

3. Nurul- bərahin, Seyyid Nemətullah, Musəvi Cəzairi.

4. Yənabiul- məvəddət li zəvil- qürba, Süleyman ibn İbrahim, Qunduzi, Hənəfi.

səh:149

səh:150

AYƏTULLAHUL- ÜZMA LÜTFULLAH SAFİ GÜLPAYQANİNİN ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ ƏRƏB DİLİNDƏ


1- İtrət və Quran.

2- Əd-dür-rül mənzud fi əhkamel hudud. (üç cilddə)

3- Nətayec-ül-Əfkar fi nəcasət-ul-kuffar.

4- Əs-siyam və şəhru Rəməzan-ul-mubarək.

5- Məə- müəllem- ul- əxlaq fi səfəhat- ul- məkasib.

6- Muqtətiffat bəqiyyət- us- sələf.

7- Surət-un-mucizətun min həyatel mərcə- el kəbir- us seyyid Əlqolpayqani.

8- Həyate -Ayətullah, Ayətullah- il- Cəhromi.

9- Məə muqəddəs- ül Ərdəbili fi məsael min- əl fiqh.

10- Muqəddəs- ul Ərdəbili əzva- un əla həyatihi və şəxsiyyətihi

11- Səlatul cuməti fi ğeybət- il höccəti

12- Hidayətus- Sasil.

13- Hidayətl- ibad, iki cilddə.

14- Bəyanul Üsul, üç cilddə.

15- Müntəxəbul- Əsər, üç cilddə.

səh:151


səh:152

FARS DİLİNDƏ


1- Asiman sirləri (Hədid surəsinin təfsiri)

2- İslamın əxlaq sistemi (Hücurat surəsinin təfsiri)

3- Quranda insan təcəllası (İnsan surəsinin təfsiri)

4- Quranın nüfuz və təsirindən nümunələr

5- Quran vasitəsilə Quranı tanımaq

6- Quranda Allah bəndələrinin siması

7- Quranda bəyənilmiş xarakterlər

8- Quran və düşüncələrin hidayəti

9- Zalımların Quranla mübarizəsi

10- Quran cazibədarığı

11- Nəhcülbəlağədə Quran siması

12- İslam dünyası və Təhrif məsələsi

13- Rəhmət qapısı (Peyğəmbərin şəbaniyyə xütbəsinin təhlili)

14- Pəhrizkarların siması (Müttəqin xütbəsinin izahı)

15- Bəsrə valisinə Əli (ə) ın tapşırığı

16- İdeal dövlətə doğru

17- Şəhadət yatağında həyat şüası

18- Qədir çeşməsindən bir damla

19- Məhdi (ə.c) ın üləma və təqlid mərcələrinə inayətləri

20- Məhdi Məsihin müqtədası

21- İmam Zamanın unudulmuş hüququ

22- Zəhra məhdisinin xatirəsi ilə

23- Günəş səhifəsi

səh:153


1- Şeyx Mofidin baxışı

2- Orucluq ayini

3- Ramazan xəbəri

4- Səhifeye Səccadiyyədə Ramazan siması

5- Qədr gecələrinin sirləri

6- Şəhadətin qırmızı xətti

7- İnsani və köklü dəyərlər

8- Azan, asiman nəğməsi

9- Qayıdış səsi

10- Zeynəbin xütbəsində Əli (ə) şücaətinin təkrarı

11- Zeynəb Bəni haşimin ağıllısı

12- Rəbəzə şəhidi, Əbuzər ğəffari

13- Müqəddəs Ərdəbili

14- Təsisedici Ayətullah (Hacı şeyx Əbdülkərim Hayiri)

15- Mərcələrin şeyxi Ayətullah – üzma Hayiridən xatirələr

16- Fəqihlik göyünün günəşi (Ayətullah Qolpayqani)

17- Cihad və ictihad yolunda Allaha doğru hicrət edən

18- Pakların sülaləsi

19- Aşiqlərin zümzüməsi (İftitah duasının təfsiri)

20- Quran və rəvayətlərdə Övliyaullah

21- Quranda nümunəvi qız və oğlanlar.

22- Həcc barədə min sual.

23- Vəqfdə qürbət qəsdi mötəbərdirmi?

24- Fitrət ayəsinin təfsiri.

25- Yaradana tərəf.

26- Avropadan islam nidası.

27- On suala cavab.

28- Xilasedici əqidə.

29- İmamət sistemində Tövhid təcallası.

30- İlahiyyat məqalələri toplusu.

31- Aşura dialoqu.

Şiənin elmi hövzələrinin tarixi.



səh:154
Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə