HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda



Yüklə 163,24 Kb.
səhifə15/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   11   12   13   14   15   16   17   18   19

73.GİZLİ KİNLƏR


عن علیّ×:

بینما رسول الله| آخِذٌ بیدی، ونحن نمشی فی بعض سکک المدینه، إذ أتینا علی حدیقه، فقلت: یا رسول الله، ما أحسنها من حدیقه! قال: لک فی الجنّه أحسن منها. ثمّ مررنا باُخری فقلت: یا رسول الله، ما أحسنها من حدیقه! قال: لک فی الجنّه أحسن منها. حتّی مررنا بسبع حدائق، کلّ ذلک أقول: ما أحسنها! ویقول: لک فی الجنّه أحسن منها.

فلمّا خلا له الطریق اعتنقنی، ثم أجهش باکیاً. [قال: قلت: یا رسول الله، ما یبکیک؟ قال: ضغائن فی صدور أقوام لا یبدونها لک إلّا من بعدی].

قال: قلت: یا رسول الله، فی سلامه من دینی؟

قال: فی سلامه من دینک.

Əli (ə) buyurur: Bir gün Peyğəmbərlə (s) Mədinənin bəzi küçələrində gəzirdik. Əlim onun əlində idi. Bir bağın kənarından keçdik. Ərz etdim: Ey Allahın rəsulu! Bu, nə gözəl bağdır?!

Buyurdu: Cənnətdə sənin üçün hazırlanan bağ bundan da gözəldir. Sonra addımlayaraq başqa bir bağa yetişdik. Ərz etdim: Ey Allahın rəsulu! Bu bağ da gözəldir.

Buyurdu: Sənin cənətdəki bağın bundan da gözəldir.

Beləliklə yeddi bağ keçdik və onların hamısında mən qabaqkı sözləri dedim və Peyğəmbər (s)- də həmin cavabı buyurdu: Yolun sonuna yetişdikdə Peyğəmbər (s) məni qucaqlayıb hay- hayla ağladı.

Ərz etdim: Ey Allahın rəsulu! Nə üçün ağlayırsan?

Buyurdu: (Ona görə ağlayıram ki,) bir dəstə öz ürəklərində sənin kinini saxlayır və məndən sonra onu aşkar edəcəklər.

səh:99


Soruşdum: (O zaman və o halda) mən dinimdə salamat olacağammı?

Buyurdu: Bəli. Sən dinində salamat olacaqsan.(1)

səh:100
1- [1] . Müsnədi əbu Yəla, 1: 285- 561, Tarixi Bağdad 12: 398, Tarixi Dəməşq, 2: 321- 827- 831, Fəzailüs- səhabə, ibni Hənbəl, 2, səh 652- 1102.

74.ATAM TƏK ŞƏHİDƏ QURBAN!


عن عائشه: رأیت النبی| التزم علیّاً و قبّله و یقول:

بأبی الوحید الشهید، بأبی الوحید الشهید.

Ayişə deyir: Bir gün gördüm ki, Peyğəmbər (s) Əlini qucaqlayaraq onu öpür və buyurur: Atam qurban olsun o tək şəhidə, atam o tək şəhidə fəda olsun.(1)

səh:101
1- [1] . Müsnədi əbi Yəla, 4: 318- 4558, Tarixi Dəməşq, 3: 285- 1376.


75.PEYĞƏMBƏRLƏ BƏRABƏR DƏRƏCƏDƏ


عن علیّ×: ان رسول الله| أخذ بید حسن و حسین فقال:

من أحبّنی وأحبّ هذین وأباهما وأمّهما کان معی فی درجتی یوم القیامه.

Əli (ə) buyurdu: Allahın rəsulu (s) Həsən və Hüseynin əlini tutaraq buyurdu:

Hər kəs məni, bu iki nəfəri, bunların ata və anasını sevə (qiyamət günü) onlarla olacaqdır.(1)

İzah: Bu, buna xatirdir ki, hər kəs hər kimi sevərsə (qiytamətdə) onunla olacaqdır.

səh:102
1- [1] . Sünəni Termizi, 5: 64, Müsnədi Əhməd ibni Hənbəl, 1: 168- 566, Tarixi Bağdad, 13: 287, Tarixi Dəməşq, 52- 95- 96, Əsədül ğabə, 4: 29.


76.QİYAMƏTDƏ SORĞU- SUAL


76.QİYAMƏTDƏ SORĞU- SUAL

عن أبی برزه: قال رسول الله|:

لاتزول قدما عبد حتّی یُسأل عن أربعه:

عن جسده فیما أبلاه، وعمره فیما أفناه، وماله مِن أین إکتسبه وفیما أنفقه، وعن حبّ أهل البیت.

فقیل: یا رسول الله، فما علامه حبّکم؟

فضرب| بیده علی منکب علی×.

Əbu Bərzədən? Peyğəmbər (s) buyurdu: (qiyamət günü hər bir kəs yerində hərəkət etmədən dörd sualla soruşulacaqdır:

Bədənin hansı yolda köhnəldiyindən (qocaldığından), ömrünü hansı yolda sərf edildiyindən, malının haraya xərcləndiyindən və biz əhli- beytin sevgisindən.

Soruşdular: Ey Allahın rəsulu: (Sizdən sonra) sizə sevgi məhəbbətin nişanəsi nədir?

Allahın Peyğmbəri əlini Əli (ə)- ın çiyninə vurdu.(1)

səh:103
1- [1] . Əl- möcəmül- əvsət, 2: 348- 2191, Mənaqibi Xarəzmi, 77- 59, Məcməuz- zəvaid, 10- 246

77.ƏLİNİN (ə) DOSTU MÖMIN, DÜŞMƏNİ İSƏ MÜNAFİQDİR


عن أبی ذر: سمعت رسول الله| یقول لعلیّ×:

إنّ الله أخذ میثاق المؤمنین علی حبّک، وأخذ میثاق المنافقین علی بغضک. ولو ضربتَ خیشوم المؤمن ما أبغضک، ولو نثرت الدنانیر علی المنافق ما أحبک. یا علی، لایحبّک إلّا مؤمن، ولایبغضک إلّا منافق.

Əbuzər deyir ki, bir gün Allahın rəsulundan Əliyə (ə) söyləyərkən belə eşitdim:

Allah möminlərlə sənin dostluğun üçün əhd- peyman bağlayıb, necə ki, munafiqlərlə də sənin düşmənçiliyin üçün əhd peyman bağlayıb (belə ki,) əgər sən möminin başına (öz şəmşirilə) zərbə endirəsən, o, heç vaxt səninlə düşmən olmayacaq və səndən inciməyəcəkdir. Necə ki, əgər dinarları (qızıl pulları) münafiqin ayaqları altına tökəsən səni sevməyəcəkdir.

Ey Əli! Səni mömindən (Allaha və onun rəsuluna imanı olandan) başqası sevməz və iki üzlü və münafiqdən başqası səninlə düşmən olmaz.(1)

səh:104
1- [1] . Tarixi Dəməşq, 2: 204 t 691. İmran ibn Həsindən: Allahın rəsulu (s) Əliyə (ə) buyurdu: (Möminlərdən başqası səni sevməz, münafiqlərdən başqası sənin kinini qəlbinə almaz.) Əl- möcəmül- əvsət, Təbərani, 4: 264- 4151. Müsnədi ibn Hənbəl (10: 176- 26569), Sünəni Termizi (5: 635- 3717), Əlbidayə vən- nihayə (7: 355), Tarixi Dəməşq (2: 208- 99) kitablarında bu rəvayətə yaxın bir məzmun Ümmü Sələmədən nəql edilmişdir. Əbu Səid Xidri deyir: "Biz (Ənsar) həmişə münafiqləri Əli ibn əbu Taliblə düşmənçilik etmələri ilə tanıyırdıq." Sünəni Termizi, 5: 635- 3717, Tarixi Dəməşq, 2: 220- 718, Tarixi xüləfa, 202, Fəzailüs- səhabə, İbni Hənbəl, 2: 639- 1086. İbni Məsud deyir: Peyğəmbəri əkrəm (s) buyurdu: "Hər kəs güman edə ki, mənə və mənim gətirdiyimə iman gətiribdir və bununla belə Əli ilə düşmənçilik edə yalançıdır, mömin deyil." Tarixi Dəməşq, 2: 210- 712, Səhihi Müslim, 1: 86- 78, Səhihi Termizi, 5: 643- 3736, Sünəni ibn Macə, 1: 42 – 114, Müsnədi ibn Hənbəl, 1: 84 və 204- 731, Fəzailüs- səhabə, ibn Hənbəl, 2: 564- 948, Sünəni Nəsai, 8- 117, Tarixi Bağdad, 2: 255 və 14, Tarixi Dəməşq, 2: 191- 683 və 1: 63- 91.


78.ÖVLADLARINIZI ƏLİ MƏHƏBBƏTİ İLƏ TANIYIN


قال رسول الله| _ فی صفه علی× :

یا أیها الناس، إمتحنوا أولادکم بحبّه، فإِنَّ علیّاً لا یدعو إلی ضلاله ولا یبعد عن هدی، فمن أحبَّه فهو منکم، ومن أبغضه فهو لیس منکم.

İslam Peyğəmbəri (s) Əlinin (ə) vəsfində belə buyurur: Ey camaat! Öz övladlarınızı Əli sevgisi ilə yoxlayın. Əli heç vaxt zəlalətə (azğınlığa) çəkməz və hidayətdən uzaqlaşdırmaz. Əgər (övladınız) Əlini sevirsə, bilin ki, sizdəndir (halalzadədir). Amma əgər onunla düşmənçilik edərsə, sizin deyil (haramzadədir).(1)

səh:106
1- [1] . Tarixi Dəməşq, 2: 225- 730 Məhbub ibn Əbiz- zənaddan nəql olubdur ki, Ənsar dedilər: Biz qeyri qanuni övladları Əli ibn Əbu Taliblə düşmənçilik etmələri ilə tanıyırdıq. Tarixi Dəməşq, 2: 224- 720- 728 Şafei deyir: Malik ibn Ənəsdən belə eşitdim: "Bizim qeyri qanuni övladları tanımaq üçün onların Əli ibn Əbu Taliblə kin saxlamaları və düşmənçilik etmələrindən başqa ölçümüz və meyarımız yox idi." Ənəs belə deyir: "Xeybər döyüşündən sonra belə adət olmuşdu ki, kişi öz övladını qucağına qoyaraq Əlinin yolu üstündə durardı. Əli gələrkən uşağının üzünü ona tərəf tutaraq soruşardı: Övladım! Bu kişini sevirsənmi? Əgər bəli desəydi onu qucağına alardı və öpərdi. Amma əgər yox desəydi, onu yerə qoyardı və deyərdi: Get ananın nəslinə birləş. Mən Əlini sevməyən uşağı istəmirəm. Tarixi Dəməşq, 2: 224- 837.



Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə