HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


CƏNNƏTƏ BURAXILIŞ İCAZƏSİ



Yüklə 163,24 Kb.
səhifə12/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

55.CƏNNƏTƏ BURAXILIŞ İCAZƏSİ


55.CƏNNƏTƏ BURAXILIŞ İCAZƏSİ

عن علی×: قال رسول الله|:

إذا جمع الله الأولین والآخرین یوم القیامه ونصب الصراط علی جسر جهنّم ما جازها أحد حتّی کان معه براءه بولایه علی بن أبی طالب.

Əlidən (ə): Peyğmbər (ə) buyurdu: Allah qiyamət günü bütün insanları toplayan zaman və siratı cəhənnəm körpüsünün üzərinə qoyan zaman, Əbutalib oğlu Əlinin vilayəti vasitəsi ilə cəhənnəmdən qurtuluş sənədi olmayan heç bir kimsə onun üzərindən keçə bilməyəcək.(1)

səh:77
1- [1] . Cəvahirul mətalib fi mənaqibi Əli ibn əbu Talib (ə) 1: 88, Əxbari İsfəhan, Əbu Nəim İsfəhani, 1: 341. İbn Məğazili Əlmənaqib kitabında (119- 153) İbn Abbasdan rəvayət edibdir ki, Allahın rəsulu (s) buyurdu: "Qiyamət günü Əli (ə) kövsər hovzunun üstündə duracaqdır və heç bir şəxs Əli ibn əbu Talibdən izn məktubu almadan behiştə daxil olmayacaqdır." Həmçinin, o, hədisi səh. 142 də Ənəsdən nəql etmişdir. Bu hədis üçün çoxlu sənədlər mövcuddur ki, Fəraidüssiməteyn kitabında (1: 289- 228), Ər- riyazün nəzirə, (2: 122) və Zəxairül üqba, (səh 71) kitabında müşahidə etmək olar.

56.İSLAM Və ƏLİNİN (ə) İMANI


عن عمر بن الخطاب: قال رسول الله|:

یا علی، أنت أوّل المسلمین إسلاماً، وأنت أوّل المؤمنین.

Ömər ibn Xəttabdan: Peyğmbər (ə) buyurdu:

Ey Əli! Sən islamı qəbul edən ən ilkin müsəlmansan və sən ən ilkin möminsən.(1)

səh:78
1- [1] . Əl- firdövs, 5: 315- 8299. İbn Əsakir, Həbbə ibn Cəvin Ərəbidən nəql edir: Əli ibn əbu Talibdən eştdim: "Mən Allahın rəsuluna iman gətirən (ya onunla namaz qılan) ilk şəxsəm." Tarixi Dəməşq, 1: 58- 85. Bu hədisin məzmunu Təvatürlə sabit olubdur.

57.İMAM ƏLİNİN MÜVASATI (KÖMƏKLİK GÖSTƏRMƏYİ, YAXŞILIĞI)


لمّا قَتل علی× یوم أحد أصحاب الالویه، قال جبرئیل: یا رسول الله، إنَّ هذه لهی المواساه، فقال النبی|: إنّه منی وأنا منه. قال جبرئیل: وأنا منکما یا رسول الله.

Əli (ə) Ühud döyüşündə küfrün pərçəmdarını qətlə yetirdikdən sonra Cəbrail (ə) Peyğəmbərin (s) yanına nazil olub belə dedi: Həqiqətən müvasatın əsil mənası budur. Peyğəmbər (s) buyurdu: "Axı o, məndəndir və mən ondanam." Cəbrail dedi: Ey Allahın rəsulu! Mən də sizdənəm."(1)

səh:79
1- [1] . Kənzül- ümmal, cild 13, hədis 36449

58.ƏMİRƏL MÖMININ, MÖMİNLƏRİN HÖKÜMDARI


عن بریده: قال:

أمرنا رسول الله| أن نسلّم علی علی× ب_ «إمره المؤمنین».

Büreydə belə rəvayət edir ki, Peyğəmbər (s) əmr etdi ki, Əliyə (ə) möminlərin hökümdarı ünvanı ilə müraciət edək.(1)

səh:80
1- [1] . Tarixi Dəməşq (İmam Əlinin (ə) tərcümeyi halı) 2: 259- 784. Hüzeyfənin qulamı Salimdən nəql olubdur ki, Peyğəmbər (s) əmr etdi ki, Əli ibn əbu Talibə belə salam verək: " Əssəlamu ələykə ya əmirəl- möminin və rəhmətullahi və bərəkatuh." Mənaqibi seyyiduna Əli, Hind çapı, Heydərabad 1352 hicri 18. Bu kitabın 61- ci səhifəsində Ənəsdən belə nəql olubdur: Allahın rəsulu (s) buyurdu: "Ey Ənəs! Bu qapıdan daxil olan ilk şəxs möminlərin əmiri, müsəlmanların sərvəri və ağası və vəsilərin sonuncusudur." Bu mətləbi İbn Əsakir Tarixi Dəməşqdə (2: 259- 783) Ənəsdən belə nəql edibdir: Ey Ənəs! Bu qapıdan daxil olan ilk şəxs möminlərin əmiri, təqvalıların rəhbəri və möminlərin sərvəri Əlidir." Həmçinin bax: Mənaqibi Xarəzmi, 322- 329. Təftazani Şərhül məqasid kitabında (5: 259) belə nəql edir: Peyğəmbər buyurdu: "Əliyə belə salam verin: Ya Əmirəl möminin."


59.ƏLİNİ (ə) SEVMƏK PEYĞƏMBƏRİ (S) SEVMƏKDİR


عن سلمان الفارسی: قال رسول الله|:

یا علیّ، محبّک محبّی، ومبغضک مبغضی.

Salman Farsidən: Peyğmbər (ə) buyurdu:

Ey Əli! Səni sevən mənim dostum, sənin düşmənin mənim düşmənimdir.(1)

səh:81
1- [1] . Əl- firdövs, 5: 316- 8304, Kəşfül xifa, 2: 537.

60.MÜNAFİQLƏRİ KÖVSƏR HOVZUNDAN UZAQLAŞDIRAN


عن أبی سعید: قال رسول الله|:

یا علیّ، معک یوم القیامه عصاً من عصی الجنّه تذود بها المنافقین عن حوضی.

Əbusəiddən belə nəql olunubdur ki, Peyğəmbər (s) buyurdu:

Ey Əli! Qiyamət günü behişt əsalarından bir əsa sənin əlində olacaqdır və onunla münafiqləri hovuzumun kənarından qovacaqsan.(1)

səh:82
1- [1] . Əl- firdövs, 5: 317- 8305, Məcməüz- zəvaid, 9: 135, Əl möcəmüs səğir- 1014 və Təbərani Əl möcəmmil əvsət kitabında (6: 71- 5149) Abdullah ibn İcarə ibn Qeysdən nəql edibdir ki, Əli mənbər üstündə belə deyirdi: Saribanlar kənar dəvələri öz hovuzlarının kənarından uzaqlaşdıran kimi Öz qısa Əllərimlə kafirləri və münafiqləri Allahın rəsulunun (s) hovuzunun kənarından uzaqlaşdıracağam." Əlmöcəmül- kəbir kitabında (1: 319- 948) Əbu Rafedən nəql olubdur ki, Rəsuli əkrəm (s) buyurdu: "(Ey Əli!) Sən və sənin şiələrin kövsər hovuzunun kənarında mənim yanıma gələcəksiniz, halbuki hövuzun suyundan sirab olubsunuz və rüxsarınız ağ olubdur. Amma düşmənlərin bədheybət şəkildə və susuz olan halda mənim yanıma gələcəklər." Əlmöcəmül- kəbir kitabında (319- 948) Əbu Rafedən nəql olubdur: Peyğəmbər (s) buyurdu: "Sən və sənin ardıcılların sirab olmuş halda və üzü açıq (ağ) hovuzun kənarında mənimlə birləşəcəksiniz amma sənin düşmənlərin teşnə və susuz halda, bəd heybət şəkildə gələcəklər." Məcməüz- zəvaid, 9: 131- 8310, Kənzül- ümmal, 13: 157- 3684, Tarixi Dəməşq, cild 1 hədis 329, Cəvahirul- mətalib, 1: 75- 233.

61.ƏLİNİN (ə) DÜŞMƏNİNƏ YER ÜZÜNDƏ YOL GETMƏK HARAMDIR


عن ابن عباس: قال رسول الله|:

یا علی، إنَّ الله عزّوجلّ زوّجک فاطمه وجعل صداقها الأرض، فمن مشی علیها مبغضاً لک یمشی حراماً.

İbn Abbas deyir: Peyğmbər (ə) buyurdu:

Ey Əli! Allah taala Fatiməni səninlə evləndirdi və yeri onun mehriyyəsi qərar verdi. Yer üzündə gedən hər hansı bir şəxsin qəlbində sənin kinin və küdurətin olarsa və ya səninlə düşmənçilik edərsə, bu yol getmək ona haramdır.(1)

səh:83
1- [1] . Əl- firdövs, 5: 319- 8310, Tənzihüş- şəriət, 1, səh 411.

62.MƏLƏKLƏRİN ƏLİ (ə) ŞİƏLƏRİNƏ HƏDİYYƏSİ


عن أبی بکر: قال رسول الله|:

أنَّ الله خلق من نور علیّ بن أبی طالب ملائکه یسبّحون ویقدّسون ویکتبون ثواب ذلک لمحبّیه ومحبّی ولده.

Əbubəkrdən belə rəvayət olunur ki, Peyğmbər (ə) buyurdu:

Allah Əbutalib oğlu Əlinin nurundan mələklər yaratdı və o mələklər Allaha həmd və səna deyir və onun savabını Əlinin və ya Əli övladlarının dostları üçün yazırlar.(1)

səh:84
1- [1] . Məqtəlül Hüseyn (ə), Xarəzmi, 1: 97, Fəzaili Əmirəl- möminin (ə), İbn Üqdə, 32- 28, Mənaqibi Xarəzmi Ömər ibn Xəttabdan, 329- 248.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə