HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda



Yüklə 163,24 Kb.
səhifə10/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

43.BƏRAƏTİ ÇATDIRAN


عن أبی سعید الخدری: قال رسول الله| (فی قصه إعلان البراءه):

یا علی، إنّه لا یؤدی عنّی إلّا أنا أو أنت.

Əbu Səid Xidridən: Peyğəmbəri əkrəm (s) buyurdu:

Ey Əli! Mənim boynumda olan vəzifəni məndən və səndən başqa heç bir kimsə yerinə yetirə bilməz.(1)

İzah: İslam Peyğəmbəri (s) hicrətin 9- cu ilində müşriklərin Məscidul- hərama daxil olmağının qarşısını almaq üçün və onlarla bağladığı bütün əhd- peymanları götürmək üçün Əbubəkrin Bəraət surəsini əvvəlində gələn on altı ayə ilə Məkkəyə göndərdi ki, həcc mövsümündə bu ayələri orada toplaşanlar üçün oxusun. Əbubəkr yolun yarısında idi ki, Cəbrail, Peyğəmbərə (s) nazil oldu və dedi: "Allahın buyurur ki, bu ayələri ya sən özün, ya da sənin əhli- beytindən olan başqa bir kişi iblağ etməlidir (çatdırmalıdır)".

səh:64
1- [1] . Dürrül- mənsur, 3: 209- 210, Kənzül- ümmal, 2,: 422, Fəthülqədir, 2: 334, Fəzailüs- səhabə, Əhməd ibn Hənbəl, 2: 562, hədis 964.


44.ƏLİNİN (ə) VİLAYƏTİNİ QƏBUL ETMƏYƏ PEYĞƏMBƏRİN (S) TAPŞIRIĞI


عن عمار بن یاسر: قال رسول الله|:

أوصی من آمن بی وصدّقنی بولایه علی بن أبی طالب، فمن تولاه فقد تولانی ومن تولانی فقد تولی الله عزّوجلّ، ومن أحبّه فقد أحبّنی، ومن أحبّنی فقد أحبّ الله _ تعالی _ ومن أبغضه فقد أبغضنی ومن أبغضنی فقد أبغض الله عزّوجلّ.

Əmmar ibn Yasirdən: Peyğəmbər (s) buyurdu:

Mənə iman gətirənlərə və məni təsdiq edənlərə tövsiyə edirəm ki, Əli ibn Əbutalibin vilayətini (imamət və xilafətini) qəbul etsinlər. Onun vilayətini qəbul edənlər həqiqətdə mənim vilayətimi qəbul etmişdir. Onu sevənlər həqiqətdə məni sevmişdir. Məni sevənlər də həqiqətdə Allahı sevmişdir. Hər kəs onunla düşmənçilik edə, həqiqətdə mənimlə düşməndir, hər kəs mənimlə düşmənçilik edə həqiqətdə Allahın düşmənidir.(1)

səh:65
1- [1] . Əl- firdövs, 1: 429- 1751, Əmali Şəcəri, 1: 134, Kənzül- ümmal, 32953, Məcməüz- zəvaid, Heysəmi, 9: 108.

45.ƏLİ FATİMƏYƏ LAYİQ ƏR


عن امّ سلمه: قال رسول الله|:

لولم یخلق علیّ ماکان لفاطمه کفوءٌ.

Ümmü Sələmədən: Peyğəmbər (s) buyurdu:

Əgər Allah Əlini yaratmasaydı Fatiməyə layiq bir kimsə (onunla həyat qurmaq üçün) olmazdı.(1)

İzah: Şübhəsiz, Həzrət Peyğəmbərin (s) kəlamında gəlmiş layiqlik, ismət, elm, dünya və axirətə olan baxış, Allaha yaxşılıq (və fəna məqamı) və Allahın müqəddəs sirlərinə və onun adlarına və sifətlərinə agahlıq baxımındandır, qohumluq və s. kimi amillər baxımından yox.

səh:66
1- [1] . Əl- firdövs, 3: 373, 5130 İbn Mərdiyə öz sənədləri ilə Ümmü Əyməndən nəql edibdir ki, Peyğəmbəri əkrəm (s) (Əli və Fatimənin toyunun səhəri) ona buyurdu: Ey Ümmi Əymən! Qardaşıma de gəlsin." Ümmi Əymən dedi: Məqsədiniz kimdir? Buyurdu? "Əli". Ümmi Əymən təəccüblə soruşdu: Əli sizin necə qardaşınız ola bilər, halbuki, siz öz qızınızı onunla evləndirmisiniz?! Həzrət buyurdu: "And olsun Allaha, Fatiməni elə bir şəxslə evləndirmişəm ki, həm bu dünyada və həm axirətdə ən şərəfli şəxsdir." Mənaqibi ibni Mərduyə, 101- 104, bu hədisə yaxın bir ibarəni Əl müstədrək ələs-səhiheyndə də müşahidə etmək olar. (3: 159)


46.ƏGƏR HAMININ QƏLBİNDƏ ƏLİYƏ (ə) MƏHƏBƏTİ OLSAYDI


عن ابن عباس: قال رسول الله|:

«لو اجتمع الناس علی حبّ علی بن أبی طالب لما خلق الله عزّوجلّ النّار.»

İbn Abbasdan: Peyğəmbər (s) buyurdu:

Əgər hamı Əli məhəbbəti ilə yaşasaydılar, Allah taala cəhənnəmi yaratmazdı.(1)

İzah: Əli ibn İsa İrbili bu rəvayətin açıqlamasında yazır: Mətləbin sirri budur ki, Əliyə məhəbbət, Peyğəmbərə məhəbbət göstərməyə bağlıdır və Peyğəmbəri sevmək Allahı sevməyə bağlıdır, tövhidə inanmağa, ilahi əmr və nəhylərə itaət etməyə, bütün şəri vəzifələri yerinə yetirməyə və Quranın və onun hökmlərinə və Peyğəmbərin sünnəsinə əməl etməyə bağlıdır. Məlumdur ki, camaatın hamısı bu müqəddəs fitrətə əməl etsəydilər Allah cəhənnəmi yaratmazdı. Kəşful- ğümmə, 1, səh 100

Başqa bir alim bu hədis barəsində deyir: Bu şərif hədisdən belə düşünülür ki, əzab və atəş təkcə Əlinin (ə) müxalifləri (və onun düşmənləri üçün) yaradılmışdır.

səh:67
1- [1] . Əl- firdövs, 3- 373- 5135

47.ƏLİ (ə) HAQQ VƏ BATİLİ AYIRAN


عن أبی ذر و سلمان: أخذ النبی| بید علیّ فقال:

إنَّ هذا أوّل من آمن بی، وهذا أوّل من یصافحنی یوم القیامه، و هذا الصدّیق الأکبر، وهذا فاروق هذه الأُمّه یفرق بین الحقّ والباطل، وهذا یعسوب المؤمنین، والمال یعسوب الظالمین.

Əbuzər və Salmandan belə nəql olunur ki, Peyğəmbər (s) Əlinin (ə) əlini tutdu və buyurdu:

Bu kişi mənim ümmətim arasında mənə birinci iman gətirəndir. Qiyamət günü mənimlə birinci əl görüşən şəxsdir. O Siddiqi əkbərdir (böyük düzdanışan). Ümmətin Fariqidir (yəni haqq və batili bir- birindən ayırandır). Bu möminlərin rəhbəridir. Amma mal- dövlət zalımların padşahıdır.(1)

səh:68
1- [1] . Məcməüz- zəvaid, Heysəmi, 9- 12, Lisanül- mizan, 2: 414, Əl mənaqib, İbn Məğazili, 65- 93 öz sənədi ilə nəql edir ki, Allahın rəsulu (s) buyurdu: "Ey Əli! Sən müsəlmanların ağası, pərhizkarların rəhbəri, şəxsiyyətli insanların imamı və dinin əmirisən." Tarixi Dəməşq, hədis 119

48.ƏLİNİN (ə) MÜBARİZƏSİNİN DƏYƏRİ


عن معاویه بن حیده: قال رسول الله|:

لَمبارزه علیّ بن أبی طالب لعمروبن عبدود یوم الخندق أفضل من أعمال أمّتی إلی یوم القیامه.

Müaviyə ibn Heydədən: Allahın rəsulu (s) buyurdu:

Şübhəsiz, Əli ibn Əbu Talibin Əmr ibn Əbdüvədlə (Əhzab və) Xəndək döyüşündəki mübarizəsi qiyamət gününə qədər ümmətinin əməllərindən fəzilətli və üstündür.(1)

səh:69
1- [1] . Əl- firdövs, 3: 455- 5406, Əl- müstədrək ələs- səhiheyn, 3: 194.

49.ƏLİNİN (ə) DÜŞMƏNİ MÜSƏLMAN DEYİL


عن معاویه بن حیده: قال رسول الله|:

من مات و فی قلبه بغض علی بن أبی طالب فَلْیَمُتْ یهودیاً أو نصرانیّاً.

Müaviyə ibn Heydədən: Peyğəmbər (s) buyurdu:

Hər kəs Əli kini və düşmənçiliyi qəlbində olarkən ölə, yəhudi ya nəsrani dinində olaraq ölmüşdür.(1)

səh:70
1- [1] . Əl- firdövs, 3: 508- 5579 və 5: 321- 8316 Cabir Rəsuli əkrəmdən (s) rəvayət edibdir ki, Həzrət buyurdu: "Ey Əli! Ümmətim səninlə düşmənçilik edərsə, Allah onları başı üstə oda atar." Tənzihül şəriət, 360, Əlləalil- məsnuə, 1- 190 Əl- firdövs, 5: 330- 8339 və Zəhrül firdövs, 4: 312 kitablarında sənədli şəkildə Bəhz ibni Həkimdən nəql olunubdur ki, o, Allahın rəsulundan (s) rəvayət edibdir ki, o həzrət belə buyurdu: "Ey Əli! Narahat deyiləm ki, hər kəs səninlə düşmən olan halda dünyadan gedən zaman yəhudi ya nəsrani kimi ölsün." Bu həsdisi ibn Məğazili Əlmənaqib kitabında (50- 74) Müaviyə ibn Heydədən nəql edibdir. İbn Harundan nəql olunubdur: İbn Ömərlə oturmuşdum ki, Nafe ibn Ərzəq bizə yaxınlaşdı, ibn Ömərin başı üstündə durdu, and içdi və dedi: And olsun Allaha ki, Əlinin kinini qəlbimdə əkmişəm. Ravi deyir: İbn Ömər başını qaldırdı və dedi: Allah düşmənin olsun! Elə bir şəxslə düşmənçilik edirsən ki, onun təkcə fəziləti dünya və dünyadakılardan üstündür? Əl- müsənnif, İbn əbu Şeybə, 6: 160, Şəvahidüt- tənzil, 1: 20- 12.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə