HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


RƏSULİ ƏKRƏM (S) YANINDA ƏN SEVİMLİ ŞƏXS



Yüklə 163,24 Kb.
səhifə7/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   2   3   4   5   6   7   8   9   10   ...   19

21.RƏSULİ ƏKRƏM (S) YANINDA ƏN SEVİMLİ ŞƏXS


səh:39

عن معاذ الغفاریه:

کنت أنیساً لرسول الله| أخرج معه فی الأسفار، اقوم علی المرضی، واداوی الجرحی. فدخلت علی رسول الله| ببیت عائشه وعلی خارج من عندها، فسمعته یقول لعائشه: إنَّ هذا أحبُّ الرجال إلیَّ وأکرَمهم عَلَیَّ، فَاعْرفی لی حقّه، وأکرمی مثواه.

Məaz Ğəffaridən belə rəvayət olunur: Mən Allahın rəsulunun yaxını və həmdəmi idim, belə ki, onunla səfərlərə gedirdim. Onun tərəfindən xəstələrə baş vurardım və yaralıların yaralarını müalicə edərdim.

Bir gün Peyğəmbər (s) Aişənin evində olarkən onun görüşünə getdim. Bu zaman Əli mənzildən qıraqda idi. Peyğəmbər (s) Aişəyə buyurdu: Bu mənim yanımda kişilərin ən sevimlisidir və mənim yanımda ən əziz şəxsdir. Mənə xatir onun haqqını tanı və onun məqamını əziz tut.(1)

səh:40
1- [1] . Əl- isabə fi təmyizis- səhabə, İbn Həcər Əsqəlani, 4: 403, İbni Əsr, Əsədül- ğabə, 5: 547.


22.QİYAMƏT GÜNÜNÜN XOŞBƏXTLƏRİ


عن أمّ سلمه: قال رسول الله|:

علی وشیعته هم الفائزون یومَ القیامه.

Ümmü Sələmədən rəvayət olubdur ki, Peyğəmbər (s) buyurdu:

Qiyamət günü təkcə Əli və onun çiələri xoşbəxtdirlər.(1)

Diqqət: Peyğəmbər əkrəmin (s) dili ilə hədislərdə gələn "şiə" kəlməsindən belə qənaətə gəlmək olar ki, islam aləmində şiə məzhəbinin toxumunu səpən ilkin şəxs, Peyğəmbərin (s) özü olmuşdur.

səh:41
1- [1] . Əl- firdövs, 3: 61- 4172 və 2: 358- 3599, Ənsabul əşraf, Bəlazəri, 2: 182, Tarixi Dəməşq, 38: 41- 851 Cabir ibn Əbdullahdan belə rəvayət olubdur: Biz peyğəmbəri əkrəmin (s) hüzurunda oturmuşduq ki, Əli qarşıdan bizim tərəfimizə tərəf gəldi. Peyğəmbərin (s) gözü ona düşərkən buyurdu: Canım qüdrət əlində olan Allaha and olsun, bu və şiələri qiyamət günü müvəffəq və xoşbəxtdirlər. Bu zaman Bəyyinə surəsinin 7- ci ayəsi nazil oldu. "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır". Məcməüz- zəvaid, 9: 131 Gənci öz sənəti ilə Əbu Səid Xidridən rəvayət edibdir ki, Peyğmbər (s) Əliyə baxdı və buyurdu: "Bu və şiələri qiyamət günü xoşbəxtdirlər." O, sonra əlavə etdi: Mən bu hədisi çoxlarından və çoxlu sənədlərlə eşitmişəm. Kifayətüt- talib, 175. Mənavi bu hədisi belə nəql edibdir: "Əli şiələri xoşbəxtdirlər." Kənzül- həqayiq, 1: 2515- 17


23.PEYĞƏMBƏRİN (S) SİRLƏRİNİN MƏHRƏMİ (SİRDAŞI)


عن سلمان: قال رسول الله|:

صاحبُ سرّی علی بن أبی طالب.

Salmandan rəvayət olubdur ki, Peyğəmbər (s) buyurdu: mənim sirdaşım Əli ibn Əbu talibdir.(1)

səh:42
1- [1] . Əl- fördövs, 2: 403- 3793


24.SİDDİQLƏRİN ƏN ÜSTÜNÜ


عن داودبن بلال بن أجنحه: قال رسول الله|:

الصدّیقون ثلاثه: حبیبُ النجّار، وحزقیل مؤمن آل فرعون، وعلی بن أبی طالب، والثالث أفضلهم.

Davud ibn Bilal ibn Əcnihə: Peyğəmbər (s) buyurdu:

Siddiqlər üç nəfərdir: Həbib Nəccar Hezqil (Ali Fironun mömini) və Əli ibn Əbutalib. (Əli) onların ən üstünü və fəzilətlisidir.(1)

İzah: Həbib elə bir şəxs idi ki, şəhərin ucqar bir yerindən tələsiklə gəldi və camaatı nəsihət etdi və dedi ki, Allahın mələklərinə qulaq asın və onları qəbul edin. Bu şəxsin barəsində mübarək Yasin surəsində gəlmişdir.

Ali Fironun mömini (Hezgil) o şəxsdir ki, imanını Firon və onun adamlarından gizlədirdi (və onlara bildirmirdi ki, Allaha və onun rəsulu Musaya imanı var), onları Musa (ə) ilə müxalifət etməkdən çəkindirirdi və belə deyirdi: "Aya mənim Pərvərdigarım Allahdır deyən bir şəxsi öldürürsünüz?"

səh:43
1- [1] . Əl- firdövs, 2: 421- 3866, Cameül- cəvame, 11083, Feyzül qədir, 5148 və 5149, Dürrül- mənsur, 3: 262, Tarixi Qürtəbi, 15: 306, Kənzül- ümmal t 32897, 32989, Əl mənaqib, Xarəzmi, 310- 107, Tarixi Dəməşq, 2: 282- 812, Əlcamiüs- səğir, 2: 115- 5148, Əssəvaiqül- mühriqə, İbn Həcər, 125, Dürrül- mənsur, 6: 154, Fəthül qədir, 151, Təfsiri ruhul- məani, 27: 114  :«و السّابقون السابقون» ayəsinin təfsirində. Fəzail, İbn Hənbəl, 131, 170.

25.HƏMD PƏRÇƏMDARI


عن محدوج بن زید الذهلی _ فی حدیث _: قال النبی| لعلیّ:

ألا وإنّی اُخبِرُک یا علی أنَّ اُمتی أوّل الأمم یحاسبون یوم القیامه، ثمَّ اُبَشِّرک بانّک أوّل من یُدعی لقرابتک منّی ومنزلتک عندی فیدفع إلیک لوائی لواء الحمد وهو أوّل لواء یسار به بین السماطین؛ آدم وجمیع خلق الله یستظلّون بظلّ لوائی یوم القیامه.

Məhduc ibn Zeyd Zöhlidən: Allahın rəsulu (s) Əliyə (ə) buyurdu: Bil və agah ol! Mənim ümmətim qiyamət günü bütün ümmətlərdən qabaq hesaba çəkiləcəkdir (və sorğu sual olacaqdır). Sənə müjdə verirəm, mənimlə yaxın qohumluğun olduğu üçün və mənim yanmda (böyük) məqama malik olduğuna xatir, ən birinci sən çağırılacaqsan və mənim həmd bayrağım sənə təqdim olunacaqdır. O, iki qrupun arasında dalğalanan ilikn bayraq olacaqdır. Qiyamət günü bütün yaradılmışlar mənim bayrağım altında olacaqlar.(1)

səh:44
1- [1] . Cəvahirul- mətalib fi mənaqibi imam Əli ibn əbu Talib Əleyhissəlam: 1, 181


26.PEYĞƏMBƏRİN (S) YANINDA ƏLİNİN (ə) MƏQAMI


عن عمران بن حصین: قال رسول الله|:

علی منّی وأنا منه، وهو ولیُ کلّ مؤمن من بعدی.

İmran ibn Həsindən belə rəvayət olur ki, Allahın rəsulu (s) buyurdu: Əli məndəndir və mən ondan. O, məndən sonra bütün möminlərin rəhbəridir.(1)

səh:45
1- [1] . Əl- firdövs, 3: 61- 4171, Müsnədi Əhməd ibn Hənbəl, 4, 165, Sünəni Termizi, 3719, Sünəni ibn Macə, 119, Əlmöcəmül kəbir, 4: 19- 20, Xəsais, Nəsai, 166- 90, Ərcəhül- mətalib, 548, ibn Əsir Əsədürrə ğabədə, cild 4, səh 27 bu hədisi belə nəql edir: "Bilin və agah olun Əli məndəndir, mən də Əlidən, o, məndən sonra hər bir möminin rəhbəridir." Kənzül- ümmal, 11: 612- 3296


27.HARUNUN (ə) MUSAYA (ə) OLAN NİSBƏTİ KİMİ


عن عمر و أنس و جابر بن عبدالله و غیر هم: قال رسول الله|:

علی منّی بمنزله هارون من موسی إلّا أنّه لا نبی (بعدی).

Ömər, Ənəs və Cabir ibn Abdullahdan nəql olunur:

Peyğəmbər (s) buyurdu: Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir.(1)

səh:46
1- [1] . Əl- firdövs, 3: 62- 4173, Əlmöcəmül- kəbir, Təbərani, cild 2, hədis 2035, Əlcamiüs- səğir, Siyuti, hədis 5597. İbn Əbdülbirr İstiabda imam Əli ibn ƏbiTalibin tərcümeyi halında 3- cü cild səh, 35- də belə yazır: Peyğəmbərin (s) Əliyə buyurduğu bu kəlamı (sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir), Rəsuli əkrəmin bir çox səhabələrindən nəql olunubdur. Bu hədis sənəd baxımından ən üstün deyibdir: Bu hədis (sənəd baxımından) təvatür həddindədir. Hakim Həskani şəvahidüt- tənzildə (1, 152) belə yazır: Bu, o "mənzilət" hədisidir ki, bizim şeyximiz Əbuhazim onun barəsində deyir: Onu beşmin sənədlə yazmışam. Siyuti Dürrül- mənsur kitabında (3- 266), ibn Əsakir Tarixi Dəməşq kitabında (1, 307- 336) və ibn Həcər Əl- isabə kitabında (2- 905) Səd ibn əbu Vüqqasdan nəql ediblər: Əli ibn əbu Talib Allahın rəsulu ilə birlikdə Mədinədən çıxdılar. Həccətül- vidaya yetişən zaman Peyğəmbər (s) Təbuka gedirdi. O, ağladı və Peyğəmbərə (s) belə dedi: Məni qadınların və uşaqların arasında qoyub Təbuka (Təbuk döyüşünə) gedirsiniz?" Peyğəmbər (s) buyurdu: "Razı deyilsənmi ki, sənin mənə nisbət olan mövqeyin Harunun Musaya olan mövqeyi kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur?!" Həmçinin bax: Kənzül- ümmal, 13- 171- 36517, Məcməüz- zəvaid, 9- 110


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə