HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


ƏLİ (ə) PEYĞƏMBƏR ELMİNİN TƏRƏZİSİNİN İKİ GÖZÜ



Yüklə 163,24 Kb.
səhifə5/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   2   3   4   5   6   7   8   9   ...   19

4.ƏLİ (ə) PEYĞƏMBƏR ELMİNİN TƏRƏZİSİNİN İKİ GÖZÜ


səh:21

عن ابن عباس: قال رسول الله

«أنا میزان العلم وعلی کفتاه، والحسن والحسین خیوطه، وفاطمه علاقته، والأئمه من بعدی عموده، یوزن به أعمال المحبین لنا والمبغضین لنا».

İbn Abbas Peyğəmbərdən rəvayət edibdir ki, o həzrət belə buyurdu:

Mən elmin tərəzisiyəm, Əli o (tərəzinin) iki gözü, Həsən və Hüseyn onun ipləri, Fatimə onun asılqanı, sonrakı imamlar isə onun əl tutanıdır. Bu tərəzi ilə bizim dostlarımız və düşmənlərimiz ölçülər.(1)

səh:22
1- [1] . Əl- fördövs, 1/ 44/1077. Kəşfül- xifa 1/ 236.


5. ƏLİNİ XATIRLAMAQ İBADƏTDİR


عن عایشه و ابن عباس: قال رسول الله|:

«ذکر علیّ عباده.»

Aişə və ibn Abbas Peyğəmbəri əkrəmdən nəql edirlər ki, o həzrət belə buyurdu:

Əlini xatırlamaq ibadətdir.(1)

İzah: Mənavi deyir: Yəni Allahın ibadətidir və Allah onun müqabilində savab verər.

səh:23
1- [1] . Əl firdövs, 2: 244/3151. Əl cameüs- səğir, 1: 665/4332, Kənzül- ümmal, 11/601/32894, mənaqibi li ibn Əbu Talib (ibni məğazili), 243/206


6.PEYĞƏMBƏR (S) VƏ ƏLİ (ə) BİR KÖKDƏNDİRLƏR


عن ابن عباس، قال رسول الله|:

أنا وعلی من شجره واحده، والناس من أشجار شتّی.

İbn Abbas Peyğəmbər (s)- dən rəvayət edir:

Mən və Əli bir kökdənik, camaat isə müxtəlif köklərdəndirlər.(1)

İzah: Burada məqsəd nəsəbi kök (nəsil) deyil. "Nübüvvət və vilayət nuruna işarə edir, yəni bu iki nur əzəldən birgə cilvələnirdilər, Əbdül- müttəlibin sülbünə yetişərkən nübüvvət və vilayət nuru (Peyğəmbərlik və imamət nuru) bir- birindən ayrılıb, biri Əbdüllahın sülbünə, o biri isə Əbu Talibin sülbünə köçürüldü."

səh:24
1- [1] . Əl fördövs, 1: 46/115, Tarixi Dəməşq (imam Əlinin (ə) tərcümeyi halı) cild 3: 163/174/1178 və 1185. Kənzül- ümmal, 32968. Ömərdən belə rəvayət olubdur ki, Allahın rəsulu (s) buyurdu: "Camaat müxtəlif köklərdən olduğu halda mən və Əli vahid kökdənik." Tozihud- dəlail. (Şəhabuddin) 123.


7.ƏLİ (ə) QURANIN TƏVİLİ ÜÇÜN (AÇIQLAMAQ ÜÇÜN) DÖYÜŞÜR


عن وهب بن صیفی: قال رسول الله|:

«أنا اُقاتل علی تنزیل القرآن، وعلی یقاتل علی تأویل القرآن.»

Vəhəb ibn Seyfi Peyğəmbəri əkrəmdən rəvayət edir ki, o, belə buyurdu:

Mən Quranın tənzilinə xatir döyüşürəm, Əli isə onun təvilinə xatir müharibə edir.(1)

İzah: Müasirlərdən biri bu hədisin açıqlamasında belə deyir: Quranın tənzilindən məqsəd onun vəhy olmasını təsdiq etməkdir. Onun təvilindən məqsəd isə onu düzgün başa düşmək və hökümlərinə əməl etməkdir. Peyğəmbər (s) Quranın Allah vəhyi olmasını təsdiq etdirmək üçün cihad edirdi. Əli isə onu düzgün düşünmək və onun hökümlərinə əməl etmək üçün Cəməl, Süffeyn və Nəhrəvan döyüşlərində müharibə etdi.(2)

səh:25
1- [1] . Əl fördövs: 1, 46/ 115. Tarixi Dəməşq 3/143- 174/1178 və 1185, Kənzül- ümmal/ 32968 Ənəs Allahın rəsulundan rəvayət edibdir ki, həzrət buyurdu: "Əli Məndən sonra camaata Qurandan bilmədiklərini öyrədəcək." Şəvahidut- tənzil, 1:39/28

2- [2] . İtrəti səqli kəbir, səh 196

8.MƏN ELƏ BİR AĞAC MİSALINDAYAM Kİ,...


عن ابن عباس: قال رسول الله|:

أنا شجره، وفاطمه حملها، وعلیّ لقاحها، والحسن والحسین ثمرتها، والمحبون أهل البیت ورقها من الجنّه حقّاً حقاً.

İbn Abbas rəsulullah (s)- dən nəql edir ki, o həzrət buyurdu:

Mən elə bir ağac misalındayam ki, Fatimə onun becərəni, Əli onun bəhrələndirəni, Həsən və Hüseyn onun meyvəsi və mənim əhli- beytimi sevənlər onun yarpaqlarıdırlar. O ağac və onun (becərəni, bəhrələndirəni, meyvələri və yarpaqları) hamısı behiştəndirlər.(1)

səh:26
1- [1] . Əl firdövs. 1: 52/135, Tənziluş- şəriət, 1 Təhzibi tarixi Dəməşq, 4/ 231 Əbdürrəhman Ovf peyğəmbərdən (s) belə rəvayət edibdir ki, o həzrət buyurdu: "Mən bir ağacam, Fatimə onun gövdəsi və budağı, Əli onu bəhrələndirən, Həsən və Hüseyn onun meyvələridir. Bizim şiələrimiz də o ağacın yarpaqlarıdır. O ağacın kökü cənnətdədir, digər hissələri isə cənnətin başqa yerlərindədir." Əl müstədrək əl əs səhiheyn, 3: 174/4755

9.ƏLİ BƏNDƏLƏRƏ ALLAHIN HÖCCƏTİ


عن أنس: قال رسول الله|:

أنا وعلی حجّه الله علی عباده.

Ənəs Allahın rəsulundan (s) nəql edir ki, o həzrət belə buyurdu: Mən və Əli Allahın bəndələrinə onun höccətiyik.(1)

səh:27
1- [1] . Mizanul- etidal (Zəhəbi) 3/76 Ənəsdən belə nəql olunur: Peyğəmbərin (s) huzurunda idim. Əli (ə) qarşıdan gəlirdi. Bu zaman həzrət buyurdu: "Ənəs!" Ərz etdim: Bəli ya rəsulallah. Buyurdu: "Qarşıdan gələn şəxs qiyamət günü mənim ümmətimə mənim höccətimdir." Cəvahirül- mətalib, cild 1, səh 193, Tarixi Dəməşq, cild 2, hədis 800


10.ƏLİ İLƏ İFTİXAR


عن جابر: قال رسول الله|:

إنَّ الله عزّوجلّ یباهی بعلیّ بن أبی طالب کّل یوم الملائکه المقرّبین حتّی یقول: بخ بخ هنیئاً لک یاعلی.

Cabir, Peyğəmbərdən belə rəvayət edir ki, o buyurdu:

İzzətli və uca Allah hər gün müqərrəb (yaxın) mələklərinə Əli ilə iftixar edir və deyir: Bəh- bəh ey Əli halal olsun sənə.(1)

səh:28
1- [1] . Əl- firdövs: 1: 152/552

11.ƏLİYƏ MÜJDƏ


عن شراحیل بن مره قال: سمعت رسول الله|:

أبشر یا علی حیاتک معی وموتک معی.

Mərrə oğlu Şərahil deyir: Allahın rəsulundan (s) belə eşitdim: Ey Əli! Sənə müjdə verirəm ki, həyatın və ölümün mənimlədir.(1)

səh:29
1- [1] . Məcməüz zəvaid: cild 2, səh 112 Təbəranidən.


12.SİRATDAN KEÇMƏK İCAZƏSİ


عن أبی بکر قال: سمعت رسول الله| یقول:

لا یجوز أحدٌ الصِّراط إلّا مَنْ کَتَبَ لَه علیّ الجواز.

Əbubəkr deyir: Rəsulallahdan eşitdim ki, belə buyururdu:

Əlidən keçid icazəsi olmayan heç bir kimsə sirat körpüsündən keçə bilməyəcəkdir.(1)

səh:30
1- [1] . Əs- səvaiq, 97 (Misr çapı) 1308, Zəxairul- üqba (misr çapı) 1356

13.PEYĞƏMBƏRLƏ BEHİŞTDƏ


عن عمر، قال: سمعت رسول الله| یقول لعلیّ:

یا علیّ یَدُک فی یدی تدخل معی الجَنَّه حیث أدخل.

Ömər ibn Xəttabdan belə nəql olunubdur ki, o dedi: Əziz Peyğəmbərin (s) Əliyə belə buyurmasını eşitdim: Ey Əli! Qiyamət günü sənin əlin mənim əlimdə olaraq cənnətə daxil olarsan. Mən (cənnətin) hansı bir yerinə daxil olaramsa sən də mənimlə birgə daxil olarsan.(1)

səh:31
1- [1] . Tarixi Dəməşq, 2: 337/846, Zəxariul- üqba, 89, Ər riyazün- nəzirə, 2/209, Cəvahirul- mətalib,1- 227



Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə